Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 3661 - 3720 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Firdovsi CƏFƏRXAN.”Məni də götür”

Post Views: 83 Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”, Nizami Gəncəvi adına “Bəşəri sərvət” media mükafatları laureatı Dəli sevdam bülbül kimi hey ötür, Getmə, gedirsənsə, məni də götür. İstər al canımı, ömrümü bitir, Getmə, gedirsənsə, məni də götür. Getsən bağçamızda güllər solacaq, Könüllər kövrəlib, …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Bico”

Post Views: 96 Bico Keçdiməzin böyük qardaşı, Yeni bir tarixdir onun hər daşı. Tarixin sınağından çıxıb üzü ağ Bico, Xainlərin qəlbinə hər vaxt vurub dağ Bico. Neçə-neçə şəhidlər qurban verib torpağa, İman yerim,din yerim müqəddəs torpaq Bico. Sığınmışıq qoynuna, yetişmişik ərsəyə, Saxlayıb başı üstə üç rənğli bayraq Bico. Təbiət hər fəsildə gülüb onun üzünə, Sanqalan …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ozan dövran”

Post Views: 104 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Duyğularım zərif çiçək, Hisslər incə, ləçək- ləçək. Toxunulsa ələnəcək, Bir şairəm , sevgi dölu. Nəğməkardır hər bir anım, Şeir, qoşma ruhum, canım. Dağ çayıtək,coşur qanım, Getdiyim yol,-“Samanuolu”. Hər bir sözüm qəlb nidası, Könüllərin nur qidası. Duyanlara- Haqq sədası, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Gedəndən bəri”

Post Views: 90 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Qəlbim bulud kimi, yaman dolubdur, Sevdalı dünyamın, rəngi solubdur. Sənsiz keçən ömrüm, hədər olubdur, Sən məni tərk edib, gedəndən bəri. Yatmıram gecələr, çəkilib yuxum, Sənsizlik,- həyatda, ən böyük qorxum. Birdə baxarsan ki, həyatda yoxum, Sən məni tərk edib, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Həsrət qoxulayır sevgi çələngim”

Post Views: 115 Başımın altına qoyulan balış, Başımın üstünü alan dumansan. Sözü göz yaşında uyudan naxış, Bir əlçim buluda dönən gümansan. Düşüb şübhələrin bəd ayağına, Sözümün nurunu alıb getmisən. Sənsiz kölgə çəkir həsrət ağlıma, Məni öz gününə salıb getmisən. Dərdimdən çıxara bilmirəm səni, Gözümdə gizlənib qalmısan, gülüm. Özündən çıxmısan- bölərək məni, Bilərək gözümdən salmısan, gülüm. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

Post Views: 101 Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var hələ, Çox da ki …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gələn Baharadək”

Post Views: 88 İndi bu sahillər səssiz, kimsəsiz, Qırçın ləpələr də fərəhsiz, qəmgin. Burda xatirədir hər ləpir. hər iz, O qayğısız günlər düşüb didərgin. Payızın hökmünə uyub təbiət, İlıq nəfəsi də qəribsəyibdir. Ayrılıq dəmini duyub təbiət, Qağayı səsi də qəribsəyibdir. Baxıb arxasınca köçən quşların, Sükuta qərq olub boz sərçələr də. Yollarda iz silən ağ yağışların. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Suçum çox”

Post Views: 92 Dupduru, saf suyun da, Dibində çirkabı var. Ömrün də, ölümün də, Hesabı, əzabı var. Bu ömür yağışından, Taleyimə kir damır. Ürəyimə damır ki, Ürəyimdən sirr damır. Suçum çox, bənzəriyəm, İnsanlığa qıyanın. Qoruya bilməmişəm, Salığını dünyanın. Bu dünyada qəribəm, Hər şey mənə yad gəlir. Köçdən qalan ocağam, Hələ tüstüm yüksəlir.

Azərbaycan ədəbiyyatı

Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 83 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın “Kimi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD …

Azərbaycan ədəbiyyatı

Şair Abdulla Məmmədin şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 101 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Redaksiya heyətinin üzvü, istedadlı şair Abdulla Məmmədin “Canımda can,Azərbaycan,anam,can!” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 145 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Bir gün Bir gün unudular sənin də adın, Başına- gözünə döyərsən sən də. Bağrını yandıran alovun, odun Tüstüsü gözünə dolar güləndə. Bir gün əməllərin çıxar qarşına, Başını yamanca qatar bu dünya. Üstündə əsdiyin hər …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 86 Əbədi yaşayacaq, Sevənlər,sevilənlər. Nə xoşbəxtdir həyatda, Eşqinə güvənənlər. Məhəbbətin qüdrəti, Müqəddəsdir, uludur. Mükəmməl bir ailə, Sevginin məhsuludur. Sevginin əzabından, Qətiyyən usanmadım. Ülvi duyğudur bu hiss , Bu duyğunu danmadım. Çıxmaq istəmirəm heç, Sevginin təsirindən. Əksik etmə nazını, Məhəbbət əsirindən. Necə ki,yer fırlanır, Günəşin dövrəsində, Məndə qalmışam elə, Eşqin cazibəsində. Gül kimi safsan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 156 BİR QARIŞ TORPAQ OLA Yəhərli atın üstə üzəngini basanda, “Allahu əkbər” sözlü əlimdə bayraq ola. Qoynunda övlad kimi kiçik şair oğlunu, Dərdi-sərdən qoruyan bir qarış torpaq ola. Bir damlaya çevrilib axıb çaya qarışan, Taleyin qismətiylə yenə-yenə barışan. Sevənlərin qəlbində təməl kimi alışan, Dünən, bu gün sabah da sönməyən ocaq ola. Leylinin həsrətindən …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.Yeni şeirlər

Post Views: 85 Hikməti sözündə axtar(kitab) Təcnis Yığılın başıma, yığılın, dostlar , Sizə söhbət açım bir şux gözəldən. Vəsfini çəkməyə qələm acizdi. Əl gözdən gözəldi, həm də, göz əldən. Onsuz qaranlıqdır mənə hər yarın, Yanlışsa sözlərim, sinəmi yarın. Həsrətini çəkmək ilə o yarın, Düşübdü saçıma necə gözəl dən. Həm yaşıl yaraşır, həm də, ağ- yara, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 83 KÖÇKÜN Gözünə görünməz itirdikləri, Çəkər gecə-gündüz quru yurd onu. Gəzər düşüncəli, qovar kədəri, Pərişan üzünün açılmaz donu. Gözləri yol çəkər, ürəyi nisgil, Axıdar içinə dərdi-sərini. Dayanar hamıdan kənarda, “küskün”, Tapammaz “qürbətdə” işin çəmini. Məzəmmətli sanar, qınaqlı sanar, Üzünə dikilən baxışları o. Bircə sərt kəlmədən ürəyi sınar, Boğar içindəki “yağışları” o. Duyulmaz səsində …

Azərbaycan ədəbiyyatı

Mirvarid DİLBAZİ.”Bölümdə qaldıqca vətən torpağı”

Post Views: 120 Yasəmən gül açıb, bəzəyib bağı, Qönçəyə dolubdur gülün budağı, Bölümdə qaldıqca vətən torpağı Mən bu gözəlliyi duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Sarmaşıb çəməndə yenə gül-gülə, Nəğməli quşlar da gəliblər dilə, Mən elə qəmliyəm, qəmliyəm elə, Bu gözəllikləri duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Şuşam, Qarabağım, dağlar maralı! Siz də yaralısız, mən …

Azərbaycan ədəbiyyatı

Hüseyn ARİF.”Meşəbəyi”

Post Views: 410 Kef üstündə kefimizi Gəldi, sordu meşəbəyi. -Buyur!- dedik, atdan enib, Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola, Çantasını çəkdi dala. Şirin-şirin, bala-bala Bizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir. Doymaq olmur,yenə gətir. Bığlarını arada bir Eşib burdu meşəbəyi. Altmışını verib yelə, Düşməyibdir ruhdan hələ. Qarşıdakı bir gözələ Göz də vurdu meşəbəyi. Yatdı …

Azərbaycan ədəbiyyatı

Osman SARIVƏLLİ.“Əlifba dərsi”

Post Views: 103 Yolum kəndimizə düşdü bir səhər, O gün də məktəbi görməyə getdim. Açıb darvazanı çox ehtiramla O böyük binanı ziyarət etdim. Uşaqlıq çağımı saldım yadıma Şeir dəftərimə xatirə yazdım. Məcid müəllimin öz şagirditək Əyləşib dərsinə qulaq da asdım. Onu da deyim ki, Məcid müəllim İrəli qaçmağı heç xoşlamazdı… Əvvəl köhnə dərsi təkrar etdi …

Azərbaycan ədəbiyyatı

Nüsrət KƏSƏMƏNLİ.”Qəhrəman şəhər”

Post Views: 179 Dörd il açılmayıb burda könüllər, Dörd il Bakıda da yaz olmayıbdır. Qəhrəman şəhərlər çəkdiklərindən Bakının çəkdiyi az olmayıbdır. Oynamaq olmazdı çiçəklə, güllə, Onu ana Vətən haraylayırdı. Cəbhədə birinə atılan güllə Arxada bir nəsli yaralayırdı. Bakı qılınc kimi qalmadı qında, Sıyrıldı kədərin, min qəmin üstə, Tankın, təyyarənin motorlarında Bakı yeriyirdi düşmənı üstə. Axırdı …

Azərbaycan ədəbiyyatı

Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”

Post Views: 158 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqi …

Azərbaycan ədəbiyyatı

Süleyman RÜSTƏM.”Təbrizim”

Post Views: 361 Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun başından …

Azərbaycan ədəbiyyatı

Söhrab TAHİR.”Xalq”

Post Views: 105 Hamı xalq adından danışsın, ancaq Xalqın inamına inamı varsa. Dünyada ən güclü adam olacaq, Kim onu özünə inandırarsa. Xalq səngər kimidir, çətin işində Hamı boğazacan onda gizlənir. Adam var əlinə bir iş düşəndə Xalqa minnət vurur, xalqa hirslənir. Xalq ümid deməkdir, gələcək demək, Ümidsiz nə varsa ondan uzaqdır. Dünyada hər bir şey …

Azərbaycan ədəbiyyatı

Balaş AZƏROĞLU.”İnqilab şairiyəm”

Post Views: 140 Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət, Nə əfsanə, nə mələk, nə saray, nə səltənət, Nə qədim əsrləri yada salıb ağlayan, Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan, Nə dövrün hakiminə şeir yazıb pul alan, Nə cəlladlar önündə həyat üçün alçalan, Nə peymana, nə saqi, nə sərab şairiyəm, Azadlığın carçısı inqilab …

Azərbaycan ədəbiyyatı

Hüseyn Cavid.”Qız məktəbində”

Post Views: 132 — Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə… — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma… — Var əfəndim, var… lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, …

Azərbaycan ədəbiyyatı

Əhməd Cavad.”Çırpınırdın Qara Dəniz”

Post Views: 167 “Çırpınırdın Qara Dəniz Baxıb Türkün Bayrağına. Ah deyərdin, heç ölməzdin Düşə bilsəm ayağına! Ayrı düşmüş dost elinden İllər var ki çarpar sinən. Vəfalıdır gəldi gedən Yol ver Türkün bayrağına! Dost elindən əsən yellər Mənə şer, salam söylər. Olsun bizim bütün ellər Qurban Türkün bayrağına! İncilər tök gəl yoluna, Sırmalar düz sağ-soluna, Fırtınalar …

Azərbaycan ədəbiyyatı

Cəfər Cabbarlı.”Ana”

Post Views: 160 Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı genə. Yanımda gər dura …

Azərbaycan ədəbiyyatı

Mikayıl Müşfiq.”Yеnə o bağ olaydı”

Post Views: 718 Yеnə o bağ olaydı, yеnə yığışaraq siz O bağa кöçəydiniz. Biz də muradımızca fələкdən кam alaydıq, Sizə qonşu olaydıq. Yеnə o bağ olaydı, səni tеz-tеz görəydim, Qələmə söz vеrəydim, Hər gün bir yеni nəğmə, hər gün bir yеni ilham… Yazaydım səhər-aхşam. Arzuya baх, sеvgilim, tеllərindən incəmi? Söylə, ürəyincəmi? Yеnə o bağ olaydı, …

Azərbaycan ədəbiyyatı

Almas İldırım.”Əsir Azərbaycanım”

Post Views: 1. 131 Nərdə məni gül qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə, lay-lay balam, çağıran, Azərbaycan, mənim bəxtsiz anam, oy! Neçə ildir həsrətinlə yanam, oy!.. Xəbər alsam, Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adın dilimdən, Azərbaycan, mənim eşsiz yurdum oy, Ölməz eşqim, içimdəki dərdim, oy!.. Salam versəm, rüzgar …

Azərbaycan ədəbiyyatı

Molla Pənah Vaqif.”Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim”

Post Views: 166 Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim, Biətü iqrarü imanü dəyanət görmədim, Bivəfadan lacərəm təhsili-hacət görmədim. Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-qəmü dərdü fəraq, Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq, Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq, Kizbü böhtandan …

Azərbaycan ədəbiyyatı

Molla Vəli Vidadi.”Еy həmdəmim, səni qanə qərq еylər”

Post Views: 183 Еy həmdəmim, səni qanə qərq еylər, Gəl tərpətmə yaralanmış könlümü. Ayrı düşmüş vətənindən, еlindən, Həmdərdindən aralanmış könlümü. Könül vеrdik hər bivəfa yadlara, Hayıf оldu ömür gеtdi badlara, Fələk saldı dürlü-dürlü оdlara, Şan-şan оlmuş, paralanmış könlümü. Qanlı yaşım gündən-günə bоllandı, Aхdı-aхdı sinəm üstə gölləndi, Yеnə qəm səməndin mindi yоllandı, Hеç bilmədim bərələnmiş könlümü. …

Azərbaycan ədəbiyyatı

Məhəmməd Süleyman oğlu Bağdadi Füzuli

Post Views: 99 Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüsxarinə …

Azərbaycan ədəbiyyatı

Şah İsmayıl Xətai.”Ey müsəlmanlar, bu gün оl yari-pünhan ayrılır”

Post Views: 341 Ey müsəlmanlar, bu gün оl yari-pünhan ayrılır, Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır. Ayrılır оl yari-sərdarım, gedir, qоymuş məni, Səd hezaran dadü bidad bəndədən can ayrılır. Ey könül, fəryadü nalə vəqtidir, eylə fəğan, Şimdi şəhrindən sənin оl şahü sultan ayrılır. Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, Şоl əzəldən …

Azərbaycan ədəbiyyatı

Seyid Əli İmadəddin Nəsimi.”Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm?”

Post Views: 179 Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm? Tacü təхtü mülkü malü хanimanı nеylərəm? Istərəm vəsli-camalın ta qılam dərdə dəva, Mən sənin bimarınam, özgə dəvanı nеylərəm? Еy müsəlmanlar, bilin kim, yar ilə хoşdur cahan, Çünki yardan ayru düşdüm, bu cahanı nеylərəm? Çoх dualar qılmışam mən хaliqin dərgahına, Çün muradım hasil olmaz, mən duanı …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Şax-şax”

Post Views: 101 Dəng eyləməyin qoy qazanım pulları şax-şax, Gərdiş eləyim “Cip”lər ilə yolları şax-şax. Dövlət pulunu həzm edirəm min cür üsulla, Mədəm əridir avro, manat, dolları şax-şax. Hər harda ola yağlı bir aş orda başam mən, Açsın mənə millət yenə də qolları şax-şax. Arvad-uşağım keyf eləyir qışda Dubayda, Yayda gəzirik Karlovıda xolları şax-şax. Bir …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Deyən, çox yaşadım ”

Post Views: 89 Deyən, çox yaşadım, qocaldı dünya, Məni saxlamağa taqəti yoxdur. Onu da çaşdırdı gördüyüm röya, – Xaliq özü vardı, xilqəti yoxdu… Şəffafmı əlində tutduğu qələm? Hərdən tərsə düşür sıralaması. Güya bərabərmiş sevinclə ələm, Bizik Tanrımızın qaralaması. İşıqlı dünyaya can atırıq biz, Divlar aləmidir bu zülmət dünya. Qırxıncı otaqdır hələ qəbrimiz, Sirrini saxlayıb məhşərə …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda Şəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə “Üzeyir ömrü” adlı tədbir keçirilib

Post Views: 96 Sumqayıtda Şəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə “Üzeyir ömrü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan tədbirdə Üzeyir bəyin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra mədəniyyət evinin “Xəyal” instrumental ansamblının (bədii rəhbəri Allahverdi Xəyal, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 99 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏN YAŞDA OLANLAR Durnaların köç vaxtıdı, Qatarlarlaşıb dağlar aşır, Tay mən yaşda olanların, Dili yox,, gözü danışır. Qüruba gedən günəşəm, De səni necə isidim, Mənə elə soyuq baxdın, Üşüdüm, vallah üşüdüm. İstəsən mənə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”İki cahan sənin olsun”

Post Views: 93 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Ömür boyu öz ruzimi, Zəhmətimlə qazanmışam. Qoruyaraq od,közümü, Kül altında hey yanmışam. Qeyrət,namus altun tacım, Qorumuşam gözüm kimi. Çox olsa da ağrım,acım, Sındırmışam hər tilsimi. Fələk qıcardıb dişini, Hey payını alıb gedib. Zaman görüb öz işini, Yel atını …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Tək ALLAH bilər”

Post Views: 144 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Görsək də dövranın qanlı gərdişin, Sayan yox fələyin qıcarmış dişin. Sükansız gəmidə hamı sərnişin. Fırtına,təlatüm bir anda gələr- İnsanın talehin tək Allah bilər. Kimsə güvənməsin vara,puluna, Rəbb yazıb qismətin çoxdan alına. Vaxt varkən dönməli Haqqın yoluna Xəlbirdən keçirər,ələkdən …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Ağrılı bayatılar”

Post Views: 79 Yurdum yağıda inlər, Dərdim ağıda inlər. Kimi kefdə,damaqda. Kimi yuxuda inlər. Sel gələndə dərd aşır- Atır-tutur dərd daşın.. Gözdən axan yaş deyil, Yurd həsrətli dərd daşır. “Göy üzü daş saxlamaz” Gül yanaq yaş saxlamaz. Vətəni gedən oğul Çiynində baş saxlamaz. Başını daşdan qoru, Daşı daş-başdan qoru. Yurdunu satanların Başını daşdan qoru. Daş …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”

Post Views: 81 Allahın Rəsulu(s) hədisində buyurmuşdur:”Vətəni sevmək imandandır.” Əsir Göyçəm göyçəklərin göyçəyi, Samur çayı köksümdəki göynəyim. Köz-köz olub,Allah,içim göynəyir, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Borçalıda qəribsəyən torpağam, İrəvanda xal axtaran qonağam. Zəngəzurda darda qalan sorağam, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Xudafərin Arazda daş ağıdır, Ağrı dağı ağrımızın dağıdır. Yurd harayı bağrımızı dağıdır, Qan yaddaşı,sözümə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Payızın”

Post Views: 155 Yenə silkələyib duyğularımı, Oyatdı yuxudan əli payızın. Atıldım qoynuna bir uşaq kimi, Qayğıkeş payızın, dəli payızın. Hissimin yetişmiş nəğmə barını, Könül bağçasının ilk nübarını, İki sevən gəncin toy-mağarını, Ərməğan gətirdi yeli payızın. Bu yay məni yaman yorğun elədi, Coşğun xəyalımı durğun elədi… Könlümü özünə vurğun elədi, Yağışlı, küləkli əli payızın.

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Elmdar”

Post Views: 81 Gördün ki, qalıb torpağımız darda, Elmdar, Gənc ömrünü qurban elədin yurda, Elmdar. Qəlbində Vətən eşqi, yolun haqqa səfərbər, Qüsl aldın amalıdakı o nurda, Elmdar. Sayəndə şərəfləndi yenə milli qürurum, Qüdsal əməlindən od alıb tar da, Elmdar. Tərlanlara oylaqdı bizim Azərbaycan, Mütləq alınar intiqamın burda, Elmdar. Minlərlədir sən tək Vətənin qəhrəman oğlu, Labüddür …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Uğurlu əməliyyat” (Hekayə)

Post Views: 103 1986-cı ildə – 30 il bundan öncə, sovetlər dönəmində yazılmış bir hekayə. Amma… Qasım eşidəndə ki, “uçastkovı” Qulam onu axtarır, dalağı sancdı. Fikrinə gəldi ki, yəqin axşam “stuk” Zakirin çayxanasında çıxartdıqları hoqqanı kimsə ona çatdırıb. Odur ki, imkan daxilində onun gözünə görünməməyə çalışırdı. Ancaq Qulam da Qulam idi. Aradan heç bir saat …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Tehran”

Post Views: 118 Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Tehran Ağayevə həsr olunur. Yurdun şərəfini qorumaq üçün, Qanlı yarasını sarımaq üçün, Bu elə-obaya yarımaq üçün, Getdi döyüşlərə hünərlə Tehran. Bu da bir tarixdi, bir dastanıydı, Kişilik meydanı, ər meydanıydı, Dar gündə Vətənin imtahanıydı, Çıxdı bu sınaqdan vüqarla Tehran. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Müəllim”

Post Views: 99 Bilik günü münasibəti ilə bütün müəllimləri ürəkdən təbrik edir, yeni tədris ilində uğurlar diləyirəm. Necə şərəflidir, necə böyükdür, Necə də ülvidir bu ad – Müəllim! Köksündə çırpınır sadə bir ürək, Neçə dahilərə ustad müəllim. Elmin paslanmayan açarıdır o, Düşünən beyinin baharıdır o, Haqqın əyilməyən vüqarıdır o, Çalır kəhkəşanda qanad müəllim. Açıq bir …

Azərbaycan ədəbiyyatı

“Oxuyan gənclik–sərbəst kitabxana” layihəsi haqqında

Post Views: 178 1. LAYİHƏNİN ADI “Oxuyan gənclik – sərbəst kitabxana” LAYİHƏNİN QISA TƏSVİRİ Gəncə şəhərinin müxtəlif, xüsusilə gənclərin çox olduğu parklarında və istirahət yerlərində, həmçinin ali təhsil müəssisələrinin yaxınlıqlarında quraşdırılacaq mini-kitabxanalar vasitəsilə kitab onu oxumaq istəyən hər insan üçün əlçatan ediləcək və gənclərin kitablarını dəyişdirərək oxuya bilmələri üçün maddi-texniki baza formalaşdırılacaq. LAYİHƏNİN MƏQSƏDİ VƏ …

Azərbaycan ədəbiyyatı

“Oxuyan gənclik–sərbəst kitabxana” adlı layihə icra edilir

Post Views: 136 Kitab oxumaq insanın həyatını dəyişə bilərmi? Bu suala yəqin ki, çoxlarımız “bəli” cavabını veririk. Böyük Türk mütəfəkkiri və yazıçısı Cəmil Meriç kitab haqqında demişdir: “Bir adama bir kitab satdığın zaman, ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, yumor və gecə …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib

Post Views: 85 Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib. “Könlümü şeirə vermişəm” adlı ədəbi-bədii gecəyə “Veteran “xalq xorunun dirijoru Türkan Mahmudova və ŞME-nin özfəaliyyət kollektivinin üzvü Əlipaşa Paşayev aparıcılıq edib. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, “Xəyal” instrumental ansamblın …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Rübailər”

Post Views: 92 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Rübailərim” – silsiləsindən Arzunun, istəyin tükənməz sayı, Hər adam yaşayar, Haqq verən payı. Diləyi Rəbbindən doğru dilə ki, Yaradan qış vaxtı bəxş etməz yayı. *** Dağların bəzəyi zirvənin qarı, Bağların bəzəyi nübarı, barı. İnsan övladının,Adəm oğlunun, Könlünün bəzəyi, sevdiyi yarı. *** Yaz …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Rübailər”

Post Views: 130 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Rübailərim” – silsiləsindən Heç zaman güvənmə yağıya, yada, Düşməndən yol tapar insana qada. Dostluqda möhkəm ol, qoru dostunu, Ən ağır günündə dost çatar dada. *** Ibadət qəlblərə nur, hüzur yayır, Namaza, oruca sən də vaxt ayır. Satma gühü-günə, qısadır ömür, Sənin saydığını, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Etiraf”

Post Views: 113 Nə qədər gizləyim baxışımı mən, Nə qədər gözündən yayınım, qaçım? Sığınıb gecənin ağuşuna mən, Tənha bir qüssəni nə qədər qucum? Sənli ümidimin gerçəyi baha, Sövq etmə əlçatmaz istəyə məni. Ömrümün payızı yetişib daha, Salma dərd eləyib ürəyə məni. Bu könül dünyam da könlümü almır, Könülsüz açılır gözümdə səhər. Ürəyim könüllü qayğıma qalmır, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

Post Views: 80 Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var hələ, Çox da ki …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gülə-gülə”

Post Views: 107 S.Vurğuna nəzirə Keçdi yağlı vəzifəyə, Cavan vaxtı gülə-gülə. Sağ cibinə , sol cibinə Rüşvət axdı gülə-gülə. Öz nəfsinin oldu qulu, Şirin bildi haram pulu. Yaman azdı bu düz yolu, Yoxuş çıxdı gülə-gülə. Dedim: Oğlan ayıq tərpən, Dedi: Mənə dərs demə sən. Dedim: Axı ilişərsən, Durub baxdı gülə-gülə. Tapdadığca həddi , qını, Varı …

Azərbaycan ədəbiyyatı

Avtandil AĞBABA.Həyatı və Yaradıcılığı

Post Views: 104 Avtandil AĞBABA (Məmmədov Avtandil İsfrail oğlu) 1955-ci ildə Qərbi Azərbaycanın Ağbaba kəndində anadan olub.İbtidai və orta təhsilini doğma kəndlərində alıb.Bakı Dövlət Univesitetinin Filologiya fakültəsində ali təhsil alıb.Bir müddət Sumqayıt şəhərində orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi çalışıb.Sonra isə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müxtəlif vəzifələrdə çalışıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından …

Azərbaycan ədəbiyyatı

“Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 89 10 mart 2017-ci il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir. Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist GƏLDİ Bu örkən uzun örkəndi, Durum dolanım bu kəndi. Gözümün yaşı tükəndi, Yerindən qara qan gəldi. Göylərdən bir ulduz …

Azərbaycan ədəbiyyatı

Sabir Yusifoğlunun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir

Post Views: 83 9 sentyabr 2016-cı il tarixində saat 16:00-da “Gənclər evi”ndə gənc yazarların təşkilatçılığı ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Sabir YUSİFOĞLUnun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir. Gənc şair Emil Rasimoğlu tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış, sonra isə Sabir Yusifoğlunun həyat və yaradıcılığını əhatə edən nitq …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Nə dərdin var bilmirəm”

Post Views: 96 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Dedim arada şeir fasiləsi olsun. O seminarda-falanda kofe fasiləsi olur ha, onun kimi… Ama, hər kəs öz zövqünə görə kofe dada bilər) Nə dərdin var bilmirəm, Yenə üzün bozarıb… Günlərin ümidimdən Təbəssümü borc alır. Elə bil göy üzündə Öz əksini …