mm

Qismətin hardan gələcək,
Dəryada torun yoxdursa.
Ucalsan da tez enərsən,
Əgər qürurun yoxdursa.

Qapını sərt qış alanda,
Qalacaqsan əl-amanda,
Əgər yeddi dəyirmanda,
Bir ovuc darın yoxdursa.

Zəhmətlə qazan tər dəni,
Zəmiyə döndər hər dəni,
Durub çəkmə yağ dərdini,
Yeməyə şor yoxdursa.

Halal yanan ocaq sönməz,
Haqqa açılan yol dönməz,
Günəş səni isidənməz,
Ürəkdə qorun yoxdursa.