Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 4141 - 4200 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Dərdimin”

Post Views: 133 Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş axıdır, Yoxdur həyası- dərdimin. Tükənməyir, yetmir sona, Vərdiş edib, qəlbə qona. Gündə girir dondan-dona, Mindi boyası,-dərdimin. Hay verən yoxdur səsimə, Nə zilimə, nə pəsimə. Necə qıyım özgəsinə, Özüm geyəsi dərdimi? Pəl qatır, xoş diləyimə, Hopub qana, iliyimə. Neştər olub ürəyimə Batır tiyəsi dərdimin. Könül …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Verin”

Post Views: 75 Demirəm ki, qızıldan siz mənə taxt-tac verin. Qaytararam yenə də, Yaxşılığı borc verin. Sevən qəlbi sıxmayın, Yandırmayın, yaxmayın. Şairləri yıxmayın, Həvəs verin, güc verin! …Sözdən başqa işim yox, Ayrı bir vərdişim yox, Sağlığımda ,,beş”im yox. Heç olmasa öləndə, Sağlığıma üç verin!! 22.03.2015

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”

Post Views: 84 Könlümü titrədən həsrət yelidir, Görüş yerindəyəm, gələcəkmisən? Gecənin yuxusu səksəkəlidir, Qəlbimin nigaran döyüntüsündən. Ümidim göylərdən asılı qalıb,- Demişdin: Gələcəm ay doğan kimi. Bu salxım söyüd də küsülü qalıb, Darıxır mən sənsiz darıxan kimi. Söykənib könlümün kövrəkliyinə, Məcnun bülbüllərin açılıb dərdi. Həyandır gecənin bu təkliyinə, Bülbülün naləsi, mənim həsrətim. Ulduzlar min illik karvan …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Öyrənirəm”

Post Views: 92 Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir? İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, Çıxışını …

Azərbaycan ədəbiyyatı

Gülnar MAHMUD.”Çirkli qablar” (Hekayə)

Post Views: 99 Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı. – Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. …

Azərbaycan ədəbiyyatı

Şair Zahid Ələmpaşalı ilə görüşdük

Post Views: 97 Bu səfərimiz daha iki yaddaqalan ziyarətimizlə xatirəyə çevrilib yaddaşımıza yazıldı. Rustavidə yaşayan əzizlərim Maya xanım və Nizami bəy olduqca savab bir iş gördülər. Sən demə, Bakıya dönəcəyimiz günün birigünü Başkeçidli mərhum ustad Aşıq Aslan Kosalının oğlu Musanın vəfatının 40 günü tamam olurmuş və dostlarımızın səyi nəticəsində Aşıq Aslan Dədənin ocağına gedib, oğlu …

Azərbaycan ədəbiyyatı

Aşıq Aslan Kosalı ocağında

Post Views: 104 Tiflisdə ikinci dəfəydi ki, elmi konfransda iştirak edirdik. Həm oturum başkanı olduq, həm də elmi məruzəylə çıxış etdik. Belə tədbirlər olduqca böyük əhəmiyyət daşıyır, ən azından ona görə ki, Türk Dünyasının elm, mədəniyyət və incəsənət xadimlərinin bir-biri ilə bölüşəcəyi hələ çox ortaq dəyərləri var. Biz sevincimizi, sevgimizi bölüşdükcə böyük oluruq, artırıq, çoxalırıq, …

Azərbaycan ədəbiyyatı

Ustad Aşıq Hüseyn Saraçlının 100 illik yubiley təntənəsi

Post Views: 97 Ədəbiyyat-Az.Com xəbər verir ki, “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu”nın davamı olaraq keçirilən bu mərasimə ünlü Borçalı aşığı Hüseyn Saraçlı məktəbinin davamçıları olan tanınmış aşıqlar, eyni zamanda simpozium iştirakçıları, TİKA nümayəndələri, səfirlik əməkdaşları, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoyun rəhbərlik etdiyi böyük heyət və digər qonaqlar qatılmışdılar. Əvvəlcə böyük sənətkarın doğulduğu …

Azərbaycan ədəbiyyatı

“Türkiye-Gürcistan Bektaşi Kültürü ve ozanlar” simpoziumunda

Post Views: 96 Ədəbiyyat-Az.Com xəbər verir ki, may ayının 30-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilis şəhərində “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu” keçirilmişdir. İki gün ərzində gerçəkləşdirilən bu nüfuzlu beynəlxalq tədbirdə Gürcüstanlı elm adamları və ziyalılarla yanaşı, Türkiyədən, Azərbaycan və İrandan, eyni zamanda Dağıstandan, Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgələrindən də gələn elm və mədəniyyət xadimləri, sənət adamları …

Azərbaycan ədəbiyyatı

Elnarə GÜNƏŞ.”Ya Rəsul Allah!”

Post Views: 95 Çalışıb gedərəm seçdiyin yolu, Ürəyim eşqinlə doludur, dolu. Səni heç danarmı Tanrının Qulu? Ya Rəsul Allah! Ya Rəsul Allah! Sənin məhəbbətin dərin kök atmış, O, nurlu kökləri cənnətə çatmış. Kimsənə baş əyib, başını ucaltmış, Ya Rəsul Allah! Ya Rəsul Allah! Allahın salamı olsun yoluna, Salavat göndərdim gül-camalına. Tamahı sevməzsən dünya malına, Ya …

Azərbaycan ədəbiyyatı

Elnarə GÜNƏŞ.”Ramazan ayı”

Post Views: 79 Bu gün niyyət axşamıdır, Səmimiyyət axşamıdır. Təmiz ülfət axşamıdır, Hesabat və Mizan ayı, Xoş gəlib Ramazan ayı. On bir ayın Sultanıdır, Nəfsimizin düşmanıdır. O, imanın mehmanıdır, Savabları yazan ayı, Xoş gəlib Ramazan ayı. Əvvəl olub ismi nicat, Tut orucu arzuna çat. Orucumuzla edək cihad Nəfsə divan tutan ayı, Xoş gəlib Ramazan ayı.

Azərbaycan ədəbiyyatı

“Yeni Tatar Şeiri Antalogiyası” kitabının təqdimat mərasimi keçirilib

Post Views: 80 Ədəbiyyat-Az.Com xəbər verir ki, iyun 7-də Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyində “Yeni Tatar Şeiri Antalogiyası” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Nümayəndəliyin əməkdaşları, tərcüməçi müəlliflər, həmin kitabda şeirləri yer almış Filologiya üzrə fəlsəfə doktoru, şair Lenar Şeyx də iştirak edib. Kitab tatar xalqının görkəmli oğlu, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Əllərini sıxıb gedək”

Post Views: 106 Dəyərli dostum, şair-filoloq Elnur Rəsuloğlu Əliyevə Bu dəyirman dərd üyüdür, Ver əlini çıxıb gedək. Ögəyləşən doğmaların Əllərini sıxıb gedək. Haram kalan, halal talan Pərdələyir haqqı yalan. Həqiqəti düzdə qalan Doğruları yığıb gedək. Tərəzinin gözü əyri, Söz verənin sözü əyri… Düz dünyanın düzü əyri, Əyilmədən çıxıb gedək. Doğruya yalan dünyanın, Oğruya qalan dünyanın, …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.”Niyə qorxursan?!”

Post Views: 91 Deyəsən, ürəyin duyğudan doyub, Kimsə saf sevgini yarımçıq qoyub, Qəlbini bir gözəl talayıb, soyub, Sən niyə sevməkdən belə qorxursan?! QƏlbinə kirpiklər batan ox olub, Açdığı yaranın sayı çox olub, İndi haradadır, niyə yox olub, Sən niyə sevməkdən belə qorxursan?! Gülüşü ürəyi parçalayıbmı? Ürəyi sən yad biri sayıbmı? Ətrini zəhərtək qana yayıbmı? Sən …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ramazan”

Post Views: 88 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Dolanar hər ildə, bir kərə gələr, Insanın qəlbini, ruhun silkələr. Vəbalı, günahı cismindən ələr, Qurbanı olduğum, müqəddəs zaman, Ayların sultanı, şahı Ramazan. Budur, yenə gəlib, könüllər tacı, Saflığın, düzlüyün carə, əlacı. Qalmışdıq on bir ay, onun möhtacı, Ruha hüzur verir sehirlı əzan, …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Necə ağlamasın şəhid anası?!”

Post Views: 88 Alınacaq ən pis xəbər ölümdür, Necə tutulacaq ölənin yası ?! Aman Allah necə ağır zülümdü, Necə ağlamasın şəhid anası?! Gətirib ömrünə boran bu bahar, Yer ağı söyləyər,göy qara bağlar. Oğul itirməkdən ağır dərdmi var?! Necə ağlamasın şəhid anası?! Fəryad içindədi indi ürəyi, Gömülür torpağa arzu diləyi. Axı qurumayıb qanlı köynəyi, Necə ağlamasın …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Göz yaşını eyleyib hər yanə fəvvarə danışma”

Post Views: 123 Göz yaşını eyleyib hər yanə fəvvarə danışma, Susmağın üçün yəqin var bir kəffarə, danışma! Dil açar bir gün zəlul da, danışar sirrini xalqa, Dilsiz hesab etdiyin lal divarə danışma! Sənin üçün bu könül dəlidir, divanədir, Nə sözün var mənə de, dərdini əğyarə danışma! Zənn eylə, balıqsan saxlayıb dəryayi-sirri, Bir münasib tapmayıb qalınca …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Düşəsən” (Yeni şeir)

Post Views: 155 Qədrini bil, hər an qədir bilənin, Səsləyəndə harayına gələnin.. Can-can deyib, hər üzünə gülənin Sən məbadə, tez eşqinə düşəsən. Hər gözəldən əhdə sadiq yar olmaz, Əsli halalzadə eldə xar olmaz. Ərdən ,,boşanmış,,dan vəfadar olmaz, Könül, düşsən qız eşqinə düşəsən. Acı sözlə hər yetəni dalama, Şirin dillə ,,əleyk..,, söylə salama. Bayquş olub viranədə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Dağlara qonağam”

Post Views: 115 Dağlar oğlu, bu keçiddə dayan, dur, Öndə gedən bələdçini dayandır, Burda mənə dağlar özü həyandır, Qayalarla verəcəyəm əl-ələ. Mən bilirim xislətini dağların, Sınamışam qüdrətini dağların, Çox çəkmişəm həsrətini dağların, Gül şehinə batacağam mən hələ. Bu dağların hər gədiyi, yarğanı, Yoldan eylər müsafiri, yorğunu, Duman olar zirvələrdə yorğanın, Şirin-şirin layla çalar şəlalə. Cığırları …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Yorulmuşam”

Post Views: 90 Yorulmuşam darıxmaqdan, “Yollar yaxın sənsə uzaq” Uzaqlığın kiçik çillə soyuğu tək İlliyimi deşən sızaq. Əllərimdən tutsun əlin, Gəl biraz da mən dincəlim. Başım düşsün çiynin üstə, Dərin yuxulara dalım. Yorğunluğum çıxsın candan, Sənsiz havasız qalmışam, Boğuluram nəfəs alım. Qurtar məni yorğunluqdan Yorulmuşam darıxmaqdan!

Azərbaycan ədəbiyyatı

Gənc yazar Kənan Aydınoğlunun şeiri “Usare” dərgisində çap olunub

Post Views: 96 Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Usare” iki aylık kültür edebiyat sanat dergisinin 7 sayısında Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Göynəyir qəlbimin yarası Sənsiz” şeiri Türkiyə türkcəsində çap olunub. Qeyd edək ki, bundan öncə şair-jurnalist …

Azərbaycan ədəbiyyatı

Sus, bilməsin kimsə…

Post Views: 88 Sus, bilməsin kimsə, Yazacağımı, oxuyacağını… Sus, bilməsin kimsə, Sənlə bağlı gizli qalmalı olanları, yoxdur gizli bir məqamlar… Sükunətdə itib batmalı, bizdə qalmalı olan etirafımı, Sus, bilməsin kimsə! Sus, bilməsin kimsə, Özümlə nə aparacağımı, bu dünyadan başqa dünyaya gedirəm hansı yüklə, sirrlərlə… Sus, bilməsin kimsə… Bilməsin kimsə, bizə aiddir bunlar, bizimdir bu həqiqətlər… …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Düz adam”

Post Views: 95 Dolanar fələk də minər min dona, Düz adam yürüsün, yoxsa ki, dönsün? Bu həyat əzəldən əngəldir ona, Səbri yox yaşasın, pulu yox ölsün. Zəhməti qabardar əlini, cırar əynini, Maaşı bu gündən sabaha çatmaz. Bükər də belini, əyər qəddini, Bir tikə haramı halala qatmaz. “Düz adam düzdə qalar” deyib atalar, Nə bilim, haqlıymış …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Ey mənim qubarlı, qəhərli könlüm”

Post Views: 132 Nə olub, yenə də eynin açılmır? Ey mənim qubarlı, qəhərli könlüm. Elə bil üstündən tufanlar keçib Vurulub salınmış kədərli könlüm. Olmazın dərdlərin düşüb yadına, Təbib olmayanlar baxıb halına. Duzu dərman bilib basıb yarana, Göz yaşların axıb zəhərli könlüm. Bayquşlar nə bilər gülün ətrini, At arısı çəkməz şəmin qəhrini. Kafir səccadəni, ellər qədrini, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Dünya”

Post Views: 88 Yaxşının ömrünü yetirər sona, Yol verməz çiyninə yamanlar qona. Hiyləgər qarı tək girər min dona, Gəzdirər özündə hər adı dünya. Zəngini acgözdü, kasıbı toxdu, Namərdə məlhəmdi, comərdə oxdu. Canında bir qarış saf yeri yoxdu, Hamısı düyündü, yaradı dünya. Zərgərin əlindən alıbdır zəri, Qatıra diz üstə çökdürüb nəri. Koroğlu piyada gəzir hər yeri, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Deyirik”

Post Views: 91 Bu torpaq üstündə gəzib, Verək əl-ələ deyirik. Əməlimiz olmasa da, Sözdə ki belə deyirik. Duz basırıq yaramıza, Ox atırıq sıramıza. Sonra nədən aramıza Düşdü vəlvələ deyirik. Bir çəkən tək yüz yükünü, Könül çəkir söz yükünü. Yer boşaldır öz yükünü Buna zəlzələ deyirik! Avqust 2013

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gedir”

Post Views: 86 Ömrə-günə nə etibar, Göz görəsi axıb gedir. Bu dünyanın göy üzündən, Şimşək kimi çaxıb gedir. Yol yorğunu olub daha, Bəxt əlinə verib yaxa, Cangüdəni qaraçuxa,– Bəd ayaqda çıxıb gedir. Ömür köhlən, dünya cıdır. Bu qovha-qov can acıdır, Fələk cığal oyunçudur, Qurduğunu yıxıb gedir. İnsan qənimdir özünə,– Ölüm görünmür gözünə, Dünyanın soyuq üzünə, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Götürməz”

Post Views: 88 Öz yükünü özün daşı, Bu dünya şələ götürməz. Gözlərindən axan yaşı, Bir kimsə ələ götürməz. Gözün tox, qəlbin dolusa, Bəndəsən, Allah qulusan. Getdiyin haqqın yolusa, Əyri əmələ götürməz. Sevgi ələm yanğısıdır, Vüsalsız qəm yanğısıdır, Bu od Kərəm yanğısıdır, Bu dərdi Lələ görürməz. Həyatın hər cür üzü var, Eniş-yoxuşu, düzü var, Qəlbində ki, …

Azərbaycan ədəbiyyatı

Sumqayıtlı yazarın yeni romanı çapdan çıxmışdır

Post Views: 113 Eyruz Məmmədovu istər Sumqayıtda, istərsə də Bakıda yaxşı tanıyırlar. Respublikanın əməkdar jurnalistidir. O, 28 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. 10-a yaxın kitabı çap olunmuş, üç sənədli filmi çəkilmişdir. Həmin kitablar və sənədli filmlər erməni millətçilərinin iç üzünü açmış, dünya ictimaiyyətinə əsl həqiqət tutarlı dəlil-sübutlarla çatdırılmışdır. Eyruz müəllim sənədli …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Ey naşükür, nə acizsən, dünyanın sirri önündə!”

Post Views: 92 Ey naşükür, nə acizsən, dünyanın sirri önündə! Hər bir aqil bir cahildir, etiraf etməzdən əvvəl. Deyilənəni eşitməzmi, bağlı qəlbləri eşidən? Ədəbini yadına sal, bir söyüş söyməzdən əvvəl. Sözlər kiçikdir, acizdir deməkçün eşqi-şövqünü, Mən yalansam, sən doğru ol, bir düşün dinməzdən əvvəl. Dünya sənin qulluğunda, sən isə Onun qulusan! Barı bir kərə həmd …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir?”

Post Views: 75 Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir? Bu nə həsəd, nə paxıllıq, nə səbirsizlikdir? Qəlbində sevgisi lallar, susub zikr edər ikən, Danışanlar tövbə etməz, bu nə səssizlikdir? Yeyər, içər Ramazanda, qulluq eyləyər cana, Orucluya gülüb deyər, nə çəlimsizlikdir? Bu beyinmi, peyinmi? Varmı orta məxrəci? Ümumi bənzəri varmı, nə əqilsizlikdir? Dil …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Gəlir”

Post Views: 90 Haqsızlığı yer üzündən Süpürüb silməyim gəlir. Haqqın harda olduğunu, Arayıb bilməyim gəlir. Sözümdən kafur qoxuyub, Özüme kefen toxuyub, Ölümə meydan oxuyub, Ürəkdən ,,gülməyim” gəlir. Kimlərisə utandırıb, Kiməsə haqqı qandırıb, Vurub özümü yandırıb, Mənim də ölməyim gəlir! Mənim də ölməyim gəlir!!!

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”İki gəncin ömür-günü var olsun!”

Post Views: 113 Söz, nəğmə zinətdi toya-büsata, Günəş nur çiləyir bu xoş həyata. Sevinsin hər Ana, gülsün hər Ata, Hamının evində toy-mağar olsun. İki gəncin ömür-günü var olsun. Gülən baxışlarda qəm görünməsin, Ömrün yollarında çən görünməsin, Gözlərdə intizar, nəm görünməsin, Qəlblərdə nə qüssə, nə qubar olsun, İki gəncin ömür-günü var olsun! Güzəran xoş keçsin evdə-eşikdə, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Həsrətindəyəm”

Post Views: 127 Aşıq qardaş, oxu el havasından, Zilinin, bəminin həsrətindəyəm. Könül tellərilə köklə sazını, Çoxdan Dilqəminin həsrətindəyəm. Sən sazlı-söhbətli el aşığısan, Məclislər bəzəyi, yaraşığısan. Çal, tellət titrəsin, əlinə qurban, Yanıq Kərəminin həsrətindəyəm. Şad eylə məclisi, qərq olma qəmə, Od çıxsın mizrabı vuranda simə. Saz-söhbət elminə naşısan demə, Şəmkir aləminin həsrətindəyəm. Oxu ürəkləri alışdır, yandır, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ay işığı ver”

Post Views: 98 Könlümü dindirə bilməyən gecə, Həsrəti qəlbimdən silməyən gecə, Bircə ulduzuyla gülməyən gecə, Təşnəyəm, bir içim ay işığı ver. Yuxum zülmətinə qarışıb, itib, Bəxtimin ulduzu sayrışıb, itib, Bağrımın başında intizar bitib, Təşnəyəm, bir içim ay işığı ver. Pozulub fikrimin düzümü, neynim, Qəlbimi yandıran sözümü neynim, Yoxdur ürəyimin dözümü, neynim, Təşnəyəm, bir içim ay …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Qulpu qalmış çanta” (Hekayə)

Post Views: 105 Qışın oğlan çağı idi. Bakıya ilk dəfə illərdən bəri yağmayan qar yağmış, şəhər ağ libasını geyinmişdi… O gün nə vaxtdan həsrətlə (ehtiyacım olduğu üçün) yolunu gözlədiyim təqaüdümü almışdım. Dərsdən həmişəki vaxtdan bir az gec çıxdıq və tələbə yoldaşlarımla bərabər metroya gəldik. Metroda o qədər adam var idi ki, üç qatarı yola salandan …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şeirlər” silsiləsindən

Post Views: 112 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist BİRİMİZƏ ÇATMAYIR Nənə nağıl danışır, Göydən üç alma düşür. Nəvələrin günləri, Bax beləcə ötüşür. Almaların üstündə, Dalaşırdı nəvələr. Axı …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Halva deməklə”

Post Views: 95 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Zaval yox şərəfə, namus, qeyrətə, Hər insan əməklə çatar şöhrətə. Oxucum, qapılma təccüb, heyrətə, Kişi baş saxlamaz müftə yeməklə- Ağız şirin olmaz, halva deməklə. Insanın ömrünün bəzəyi, zəri, Qabarlı əllərdir, həm alnın təri. Atalar sözü var, dillər azbəri:- “Daşdan da pul çıxar” …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Sonu vardır”

Post Views: 100 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sığmırdı boyuna hirsi, hikkəsi, Qulaq batırırdı hökümlü səsi. Görmürdü özünə, layiq heç kəsi, Bilmirdi mənəmlik, lovğalıq ardır- Həyatda hər şeyin bir sonu vardır. Çapıb lovğa-lovğa, təkəbbür atın, Haqqın tapdaları, qohumun, yadın. Faş edib aləmə, bəd, qırıq zatın, Sanırdı zorbadır, həm bəxtiyardır- Qanmırdı …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

Post Views: 88 Dəyişən bir sənsən,bir də ki zaman, Yer də həmən yerdir,göy də həmən göy. Sənin bu dünyayla işin olmasın, Yetər,deyindiyin arxasınca hey! Bir damla göz yaşın sonda ölən köz, Dilinlə gor eşmə ürəyim də sən. Dünən sevincimə şərik olan,qız, Bu gün kədərinlə ürəyimdəsən. Əllərim bulaşır göz yaşlarına, Alın yazısıdır-göz yaşı deyil. Qucub dizlərini …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Dalğın baxışına baxa bilmirəm”

Post Views: 90 Dalğın baxışına baxa bilmirəm, Sənin ki, gözlərin dan işığıydı. Dünən gözlərində dinən sözlərin, Sevən ürəyinin danışığıydı. Daha düz oxumur özündə sözün, Sözündə məhəbbət dağım-dağımmış. Nifrətin gözündə peşiman qüssə, Dilinin riyası röya dağımmış. Sən demə susarmış gözündə sözün, Gözümün dünyası sözümün canı. Çətin kimsə sevə mənim tək səni, Salma qəribliyə sözümü, canım. Çılğın …

Azərbaycan ədəbiyyatı

İsmayıllıda Respublika günü qeyd olunub

Post Views: 87 mayın 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində 28 may respublika gününə həsr olunmuş tən-tənəli bayram tədbiri baş tutub. Rayon məhkəməsinin hakimi Azad Əliyev Respublika Günü ilə əlaqədar-gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məruzə edib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov çıxış edərək …

Azərbaycan ədəbiyyatı

İsmayıllıda Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti keçirilib

Post Views: 105 mayın 31-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təşkil olunub. Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramına əsasən, xalq çalğı alətləri orkestrinin şagirləri rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli və Avropa rəqsləri, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi”

Post Views: 87 Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi, Büdrədik bir balaca, əzildik, bəla dizə gəldi. Bülbül bayqular ilə qol-qola gəzməz bu çəməndə, Əfsus ki, gül tikan ilə hər yerdə üz-üzə gəldi. Biz ağlar ikən kam alıb kef çəkdi ürəkdən, Biz gülüncə nakəslərin canına vic-vicə gəldi. Bir də baxdım ki, üzü yaman səpib, hər …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Özünü məndən ağıllı bilən insan, yeri var!”

Post Views: 135 Özünü məndən ağıllı bilən insan, yeri var! Dəf atıb, tar götürüb, kamança tutsan yeri var. Bu dünya yaranandan zülm edib insan insana, Üz çevir cahillərdən, aqilə uysan yeri var. Bahalı hədiyyələr istəmirəm borclu qalım, Bir vəhşi çiçək dərib könlümü alsan yeri var. Deyirsən gah budur bu, gah odur bu, hansıdır bəs? Aparıb …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Tanıya-tanıya mən adamları”

Post Views: 92 (Hikməti sözündə axtar- kitab) Dərdimin üstündə təzə dərd bitir, Kədər ürəyimi oxlayıb didir. Ümidim azalır, inamım itir, Tanıya-tanıya mən adamları. Həzz aldım çoxunun şirin sözündən, Qəlbini duymadan öpdüm üzündən. İnciyib küsürəm özüm-özümdən, Tanıya-tanıya mən adamları. Doğru bildiyimi yalan görürəm, Arzu-istəyimi talan görürəm. Şirin dil altında ilan görürəm, Tanıya-tanıya mən adamları. Könlümü göynədən …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Qayıt dedi”

Post Views: 91 Sevdiyim gözəldən ayrılan* zaman, Boylandı arxamca göz, ,,qayıt” dedi. Baxdı məlul-məlul, halı pərişan, Yanaq ,,qayıt” dedi, üz ,,qayıt” dedi. Söylədi: ,,könlümün sənsən hakimi, Qəlbim səninlədir ölənə kimi. Sən gedib-qayıdıb gələnə kimi, Bədənim olacaq buz, qayıt”-dedi. Gördüm bənövşə tək boynunu bükür, Yanır için-için, qanlı yaş tökür. Ağlaya-ağlaya o, hönkür-hönkür, Sızladı, inlədi qız, qayıt, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gecə nəğməsi”

Post Views: 99 Bu gecə ağ qaldı qarşımda varaq, Ulduzlu göylərdə xəyalım azdı. Duyğumu, hissimi cilovlayaraq, Gecə nəğməzini könlümə yazdı. Bəyaz buludları sağıb ovcuna, Körpə çiçəklərə içirdi torpaq. Bütün insanları yığıb ovcuna, Sanki köynəyindən keçirdi torpaq. Elə bil, bu gecə doğuldu dünya, Alın yazısına düşdü heyrətim. Min sirli-sehirli nağıldır dünya, Dinləmək qorxulu, anlamaq çətin. Yağdı …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Rafiq Odayın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

Post Views: 91 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odayın “Sən ulu öndərisən bu xalqın, bu millətin” və …

Azərbaycan ədəbiyyatı

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçirilir

Post Views: 85 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin yaradıcılıq nümunələrinin respublikanın hüdudlarından kənarda da tanınması yönündə təsdiq edilmiş tədbirlər planının hazırlanıb.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Bu da nağılın biri…”

Post Views: 132 Dalğaların olaydım, ya da sənin sahilin… Mənlə birgə güləydi günəşli gündüzlərin, Mənlə birgə gələydi ulduzlu gecələrin… Yaxud, mavi səmada bir qağayı olaydım, Küləklərlə dostlaşıb suların üzərində süzəydim qanadımla… Həsrətimiz uzaqda, ruhumuz yaxın ola… Ya da susuz qalanda ölməyə məhkum olan, qızıl balıq olaydım…, düşməyəydım heç tora… Deyəydim, üç arzunun üçün də sən …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Ruhumun əkizi”

Post Views: 139 Hər kəs ayrı-ayrı sevir dənizi, Sevir dalğaları, sevir sahili. Kiminin ruhuna düşməyir izi, Kiminin ruhunun əkizi, bəlli… Hamı dalğalara vurula bilmir, Küləklə rəqs edən qağayı olmur. Dəniz də hamıyla görüşə gəlmir, Gecələr ruhunun qonağı olmur… Sevirəm dənizi, sevirəm…, mənim, Gözümdə ən əziz dost da dənizdir. Ay Allah, üzülməz ümiddən əlim, Sevgim sular …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Günahsız günah”

Post Views: 82 Dəniz məni sevsə, gecəyə məhkum Ruhumun xilası hələ mümkündür. Yolumuzu kəsən qaranlıqların İşığa çıxması hələ mümkündür… Dəniz məni sevsə, yaz axşamları Gülər üzümüzə ay da, günəş də… Könlümüz diləyən al səhərləri Ümidlə gözlərik toran gecədə… Dəniz məni sevsə, səhər o başdan, Düşər bəxtimizə işıqlı sabah. Ay Allah, keç bizim günahımızdan, Bizim bu …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Dəniz sevgisi”

Post Views: 100 Mən dənizi sevim, mavi dalğalar Alsın ağuşuna sevən qəlbimi! Gülsün gözlərində nurlu sabahlar, Dolsun həyatıma axşama kimi… Mən dənizi sevim, bir axşam çağı, Gəlim bu sahilə, yenə görüşək. Külək yaxın etsin bizə uzağı, Gecə yetişməmiş qovuşaq gərək… Mən dənizi sevim, gecə düşəndə, Hava soyuyanda üşüməyim heç… Ay Allah, gecənin hökmü başqadır, Dənizli …