12801369_526915247490372_6703647826671670112_n(1)

Durmadan işləyir divarda saat,
Gözümün önündə dövr edir zaman.
Yeni gün doğulur qarşımda rahat,
Çətin isinirəm o günələ yaman.

Sanki keçmişimdə ilişib qalıb,
Hər zaman,zamanı tuta bilmirəm.
Pəncərəm önündən,xəyala dalıb,
Şirin arzulara çata bilmirəm.

Birbəbir,qəlbimdə sönən ümid tək,
Hər kəsin evində sönür işıqlar.
Rəngli yuxularım,bir alabəzək
Quş kimi ömrümə salır naxışlar.

Bir mənəm gecələr sizi düşünən,
Ey məni özümdən alan arzular.
Qarışır xəyalım bir yumaq kimi,
Görən yazdıqlarım necə yozulzr.

Saata baxıram,susmayır bir an,
Dərdini danışır mənə gecələr.
Yazıram nisgilli şeirlərimi…
O da,oyaq qalır mənlə gecələr.