Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar olmuşdur. “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkirli məqsədlərini həyata keçirməyə çalışırdılar.

1918-ci ilin mart-aprel aylarında da belə olmuşdur. Şaumyanın, Arakelyanın, Saaksyanın, Əmiryanın və digərlərinin dirijorluğu ilə 1918-ci il martın 30-31-də tarixə 31 Mart soyqırımı kimi daxil olan qırğınlar törətmişlər.

İlk həyacanlı xəbərlər mart ayının əvvəllərində Şamaxı şəhərindən gəlməyə başlamışdır. Yaxşı silahlanmış ermənilər şəhərdə və kəndlərdə əsl qətlamlar düzəldir, insanlığa yaraşmayan vəhşiliklər törədirdilər, Şahidlərin yazdıqlarına görə ermənilər evlərə soxulur,talançılıq edir, uşağa, qocaya, qadına aman vermir, hamını güllədən keçirirdilər. Həmin günlərdə təxminən 7 min azərbaycanlının həyatına son qoyulmuşdur.

Ermənilər Şamaxıda başladıqları qətlamı mart ayının son günlərində Bakıda və Bakıətrafı kəndlərdə eyni amansızlıqla davam etdirmişlər. Daşnaklar Bakıdakı “Metropol” mexmanxanasının yaxınlığında, “ermənikənd”, “Qanlı təpə” deyilən yaşayış sahələrində azərbaycanlıları güllə yağışına tutur, günahsız insanları yerindəcə qətlə yetirirdilər.

Həmin qanlı mart günlərində Bakıətrafı kəndlərdə də şiddətli döyüşlər baş vermişdir. Bülbülə kəndi ətrafında gedən döyüşlərdə zirehli texnikadan istifadə edən ermənilər xeyli soydaşımızı qətlə yetirmişlər. Hadisələr martın 31-də kulminasiya nöqtəsinə çatmışdır. Qeyri-bərabər döyüşlərdə 10 mindən artıq soydaşımızın həyatına son qoyulmuşdur.

1918-ci ilin mart-aprel aylarında ermənilər Qubada, Gəncədə, Lənkəranda və digər bölgələrdə də eyni qəddarlıqla qətlamlar törətmişlər.Bu hadisələrdə təxminən 50 min soydaşımız öldürülmüş, itkin salınmışdır. 31 Mart soyqırımı xalqımızın böyük faciyəsidir. Bu faciə də bizim qan yaddaşımıza yazılıb.