BİR DƏLİ CEYRAN GƏZİRƏM

Çoxlarının dolaşıbdı kələfi,
Yavaş-yavaş xəlbirlənib ələfi,
Etiraf eyləyən günahı,səhvi,
Həmsöhbət olmağa insan gəzirəm
Bir dəli ceyran gəzirəm.

Gül açıb hər tərəf, dərə,təpə,çöl,
Məni vurğun edib Göygöl,Qazangöl,
Atalar demişkən Vətənində öl,
Olmuşam o yerə heyran gəzirəm
Bir dəli ceyran gəzirəm.

Naz edə,naz sata,nazını çəkəm,
Onsuz boğazımdan keçməyir tikəm,
Daşları əridəm,dağları sökəm,
İmkan yaradalar meydan gəzirəm
Bir dəli ceyran gəzirəm.
Ağız nazik,dodaq nazik,dildə bal,
Ala gözlü,lalə yanaq,üzdə xal,
Onun üçün çox salaram qalmaqal,
Mənə qəlbin verən canan gəzirəm
Bir dəli ceyran gəzirəm.

PƏNCƏRƏMƏ GÜL ÇƏKİLİB
Pəncərəmə gül çəkilib.
Hanı onun rəssamı?
Necə çəkib,
incə çəkib,
gecə çəkib.
Görünməyir gözlərimə.
Ləçəkləri yerindədir,
Çiçəkləri yerindədir.
Hər bir çiçək gəl-gəl deyir
qoxla məni.
Nə olar ki,bircə dəfə
yoxla məni.
Yaxınlaşıb ona,mən dinməzcə
Qorxa –qorxa
Qorxum budur o soluxa.
Bu qorxunu üstələyib,
Yavaş-yavaş əl çəkirəm.
Sanki məndən utanırmış,
Ləçəkləri bir-bir düşür.
Sən demə ki,bu çiçəklər
saxta imiş,
Onu çəkən o rəssam
ŞAXTA im
YAĞIŞ YAĞIR

Yağış yağır
leysan təki,
Bəzə olur
asta yağır,
Bəzən narın
yağır seyrək.
Su yığışıb,sel yaranır
onda neynək.

Yağış yağır şıdırğı
Yuyur dağı ,yuyur daşı.
Çəməni ,çiçəyi yuyur,
Yalanı, gerçəyi yuyur,
Çirkini ,göyçəyi yuyur.

Yağış yağır,
Şimşək çaxır.
Buludların arasından
İldırımlar şaqqıldayır.
Sanki yer ,göy
Qarışıbdır bir-birinə
Toxunaraq taqqıldayır.

Yağış yağır,
nur ələnir.
Bütöv təbiət
cana gəlir.
Yağış yağır,
Yağış yağır.

KİŞİ DEYİLSƏ

Bu gün arvadına qul olan kişi,
Yəqin ki,sabah da noxda vuracaq,
Minib çapırdallar bu baş o başa,
Xıx desə xıxlanıb mıxda duracaq.

Arvad sola,uşaq sağa çəkirsə,
Gör bunun evində halı necədi.
Ayaq başa, baş ayağa keçirsə,
Bədəndə göyərmiş “xalı “neçədi.

Əgər o saqqalı veribsə ələ,
Sorular hər saat qanı qurtarar.
Belə yaşamaqdan kəndir yaxşıdır,
Salsa boğazına canı qurtarar

Bir kişi evində kişi deyilsə,
Qazan yalamaqdı həmişə payı.
Hər şalvar geyənə kişi deyilsə,
Azalar dünyada qadının sayı.