Cəbhə xəttində sonuncu döyüş əməliyyatları yeni nəslin, atəşkəsdən sonra doğulan gənclərin özünü göstərməsi, Azərbaycan gəncliyində vətənpərvərlik hissinin hansı səviyyədə olmasının nümayişi ilə də yadda qaldı.Düşmən də gördü ki, bu xalqın torpaq sevgisi, Qarabağ sevdası uzatdıqları zamanla ölən deyil.Əksinə hər ötən gün Azərbaycan gəncinin qəlbində torpaq eşqini daha da artırır.Öz xeyrinə ötdüyünü düşündüyü illərin bu eşqi necə böyütdüyündən xəbərsizdir.
Qarabağ uğrunda gedən döyüşlərdə itirdiyimiz hər gəncin bir kitabı, həyat hekayəsi, qəhrəmanlıq dastanı var.Yaşı 18-19 olan əsgərindən tutmuş, yetkin yaşlı təcrübəli zabitlərimizə qədər hər birinin həyatı öyrənilməyə, örnək olmağa layiqdir.Belə şəhidlərimizdən biri də Müşfiq Arif oğlu Orucovdur.
Biz də “ Gənc Heydərçilər Klubu “ kollektivi olaraq, 8 Mart günü olan boş vaxtımızı öz işimizi görərək, necə dəyərləndirəcəyimizi, mənalı keçirə biləcəyimizi düşündük. Və qərara aldıq ki, 1-4 aprel tarixlərində şəhid olmuş Müşfiq Orucovun ailəsini ziyarətə gedək.Tək oğlan övladını torpqlarımız uğrunda şəhid verən ananın bayramını biz təbrik edərək vətəndaşlıq və insani borcumuzu yerinə yetirək…
Bir gün əvvəl şəhidimizin atasi Arif bəyə zəng vurub onlara getmək istədiyimizi bildirdik.Arif əmi elə məqsədimizi bildirən kimi bizə dediyi ” Nə vaxt istəyirsinizsə, buyurun gəlin. Xoş gəlirsiz.Qapımız həmişə üzünüzə açıqdır “ sözlərindən bildik ki, səmimi bir ailənin qonağı olacağıq…
Səhər görüşüb getdik. Arif əmi israrla yolun yarısına qədər məhz bizi qarşılamaq üçün gəlmişdi.
…Dar və təmirsiz dəhlizdən keçib yarıqaranlıq otağa daxil olduq.İki nəfərlik stol və bir divandan ibarət olan otaqda Müşfiqin anası və nənəsi səmimi və gülərüz şəkildə bizi qarşıladılar. Qapının arxasındakı balaca masanın üstündə isə yemək, çay hazırlanır.Divara Müşfiqin müxtəlif illərdə çəkdirdiyi şəkillər vurulub.
“ Öz evimizdə gəlib-gedənləri qarşılamağa şərait yoxdur. Bu otaqda nənəsi yaşayır. Yenə də bizim otağımıza baxanda bura genişdir ”, – deyərək gözüyaşlı şəhid anası Aygün Orucova oturmağa yer göstərdi… Əsas önəmli olan cibin deyil də, ruhun varlı olması deyilmi zatən.

Müşfiqin hansı ailədən tərbiyə aldığı aydın bizə aydın idi.Onlarla söhbətimiz o qədər gözəl oldu ki.Özümüzə söz vermişdik ki, bu əziz gündə ailəyə sevinc hissi yaşadaq, ağlamayaq.Ancaq Aygün ana, Arif əmi Müşfiq haqqında danışanda, onların gözündəki fəxr və kədər hissi bizi çox duyğulandırdı.
Aygün ana Müşfiqin ona aldığı ilk 8 Mart hədiyyəsinin xatirəsini danışdı.
“Müşfiq 6-cı sinifdə oxuyurdu.Mart ayının 7-si zarafatla dedim ki, Müşfiq sabah 8 Martdır.Mənə nə alacaqsan? Ana mən hələ şagirdəm.Məktəbə gedirəm.Pul qazanmıram axı.Sənə necə hədiyyə alım? Dedimki, oğlum adam özü pul qazanmayanda, balaca olanda anaya hədiyyəni atasından pul alıb alar.Nə hədiyyə.Ailəm elə həyatdakı ən böyük hədiyyəmdir mənim.Özüm elə deyirdim ki, gələcəkdə hər şeyin məsuliyyətini anlasın.Həmin il keçdi.Növbəti il (yəni Müşfiq 7-ci sinifdə oxuyanda) 8 Mart günü işdən evə gələndə gördüm mənə sürpriz edib. Gündəlik verdiyimiz cib xərcliklərini yığıb mənə hədiyyə olaraq, qızıl gül və üzük alıb.O gülün qurusunu və üzüyü hələ də oğlumun ilk 8 Mart hədiyyəsi kimi xatirə olaraq saxlayıram.

Arif əmi ilə həmsöhbət olduğumuz zaman bildirdi ki, “ Bizim üçün çox ağır faciədir.Çünki, ailəni yeganə oğlan övladı idi.Bizim bütün ümidlərimiz ona idi.Bütün çətinliklərə baxmayaraq, mən fikirləşirdim ki arxamda bir dağ var.Rahatlıqla söykənə biləcəyim bir dağ…Müşfiq həmişə deyirdi ki, hərbi xidmətə gedim gəlim, hər şey yaxşı olacaq, işləyib ev alacağam, qoymayacağam daha yataqxanada qalasınız. Elə düşünürdüm ki, Müşfiq əsgərlikdən gələcək, bütün məclislərə o gedəcək, hamı onu mənə görə tanıyacaq. Deyəcəklər ki, Arif müəllimin oğlu Müşfiqdir.Amma təmamilə əksi oldu. İndi hamı məni ona görə tanıyır.
Tam fərqli idi bu ailə ilə söhbət etmək, bir şəhidin yaşadiği evdə oturmaq, valideynləri ilə həmsöhbət olmaq, onun oxuduğu kitablara toxunmaq, yaşadığı çətinliklərə ramən mənalı bir ömür yaşamasını görmək izah edilməz bir hissdir. Sanki, evin hər yanında Müşfiq var,özünü də baxması qismət olmayan diplomu, məzun albomu…
“Gənc Heydərçiıər Klubu “ kollektivi olaraq, bizə çox xoş oldu ki, belə bir səmimi, gülərüz, bir sözlə möhtəşəm bir ailəni tanıdıq.Bir neçə saatlıq da olsa, Aygün ananın üzündə təbəssüm yarada bildiksə, nə xoşdur bizə.
Sonda bizlə sağollaşanda Müşfiqin nənəsi kövrək səslə dedi ” Müşfiqi görən gözlərinizə mən qurban olum ” Bir anlıq susduq.Deməyə söz tapa bilmirdik çünki. Tək deyə bildiyimiz bu oldu : “ Can nənə.Qarşınızda acizik “
Şəhid valideynlərini, onların ailəsini, şəhidlərimizi heç vaxt unutmamalıyıq. Onlara baş çəkməli, ehtiyaclarıyla maraqlanmalıyıq.Çünki, bu bizim vətən və ən əsası da vicdanımız qarşısında yerinə yetirməli olduğumuz borcumuzdur…!!!
birdə məqalənin sonunda bunu yaza bilərsiz zəhmət olmasa
Anacan,sən Allah az ağla. Məni bağışla vətənə dəyişdim səni
Özün öyrətmişdin vətən sevgisin
Yuxuna gələndə danlama məni

Nübar Mustafayeva,
Gənc Heydərçilər Klubu Mətbuat və İctimai Əlaqələr departamentinin direktoru