İstedadlı xanım yazar İltimas İsmayılın “… Və yazıldı şeirlər” adlı ilk şeirlər kitabı 2017-ci ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Araz” nəşriyyatı tərəfindən 188 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.Məsləhətçi İraq-Türkmən ədəbiyyatının başkanı,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının İraq İslam Respublikası üzrə təmsilcisi, şair-araşdırmacı Esat Erbildir.
Kitaba müəllifin son zamanlar Azərbaycan və Anadolu türkcəsində qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca birinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”