“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Üzeyir Hacıbəylinin “Felyetonlar * Hekayələr“ adlı yeni kitabı 434 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
Kitaba müəllifin müxtəlif illərdə dövri mətbuatda işıq üzü görən ("Həyat", "Mütərcim", "İrşad", "İqbal", "Yeni İqbal", "Azərbaycan" və s.) yer alan felyetonları, məqalələri, məktubları, hekayələri daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Seçilmiş əsərləri”nin iki cildliyi 2005-ci ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.