“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, M.F.Axundov adına Dövlət mükafatı laureatı Qılman İlkinin "Bakı və bakılılar" adlı yeni kitabı 440 səhifə həcmində (+24 səh. fotolar )100 tirajla işıq üzü görüb.
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən yazıçımızın bu əsəri Sizi boş buraxmayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı Qılman İlkinin “Seçilmiş əsərləri”nin iki cildliyi 2006-cı ildə “Avrasiya Press” Nəşriyyatı tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.