Görkəmli Azərbaycan yazıçısı Fərman Kərimzadənin yeni kitabı işıq üzü görüb

“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-naşir Fərman Kərimzadənin “Qoca qartalın ölümü” adlı yeni kitabı 192 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.
Görkəmli Azərbaycan yazıçısı Fərman Kərimzadə “Qoca qartalın ölümü” romanını 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.
Qeyd edək ki, kitaba romandan əlavə, müəllifin ədibin povest və hekayələri daxil də edilmişdir.
Tanınmış yazıçı Fərman Kərimzadə Azərbaycan ədəbiyyatı tarixində “Çaldıran döyüşü” (tarixi roman), “Qarlı aşırım” (tarixi roman), “Təbriz namusu” (tarixi roman) əsərlərinin müəllifi kimi tanınır.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.