Yenə payız gəldi qonaqlar kimi…
Soldu məhəbbətim yarpaqlar kimi…
Ürək pıçıldayır dodaqlar kimi…
Külək, niyə belə əsirsən, külək?
Niyə ümidimi kəsirsən, külək?

Sevgilim görüşə çağırmış məni,
Mən necə unudum olub-keçəni?
O deyir astaca: “Sevmirəm səni…”
Sən niyə sözünü kəsirsən, külək?
Külək, niyə belə əsirsən, külək?

O, ürək ağrıtdı, ürək incitdi,
Bir eşqin sevimli nəğməsi bitdi.
Sanki məhəbbətim xəyaldı, getdi…
Külək niyə belə əsirsən, külək?
Sən də mi sevgini gəzirsən, külək?…

Mənbə: Klassik Ədəbiyyat İnciləri