Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”HÜZN ADASI”

Bilmirəm tale məni
niyə tez-tez vurur dişinə?
Düşmüşəm sms yağmuruna;
nə daldalana bilirəm,
nə düşünə…
Qəlbində sevgi
ocağı yanmırsa,
başından çıxan
bu tüstü nədi?
Mən bir hüzn adasıyam,
ancaq bilmirəm ki,
Xoşbəxtlik gəmilərinin
yanıma üzməkdə
qəsdi nədi?

07.12.2014