Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”DƏYİŞMƏYİB DÜNYA MƏNİ”

Mən dünyanı dərk eləyən
Uşaq qəlbli bir qocayam.
Təriflərdən çox ucayam,
Təltiflərdən çox ucayam…

Nə versən gözü doymayan
Çox çətin ki, duya məni…
Dünya malında gözüm yox,
Dəyişməyib dünya məni…

Qəlbimdə sevgi kükrəyir,
Yoxdu həyatda bənzərim!
Həmişə üstümdə olub,
Ulu Tanrının nəzəri!

Ömrüm boyu dost olmuşam
Çəmənlə, güllə, çiçəklə!
Allah məni təltif edib
Duyan, sevən, bir ürəklə!
O adamlar bədbəxtdi ki,
Gözündə sevgi sayrışmır…
Allahın sevdiyi kəsə
Bəndə təltifi yaraşmır…