
Alov oynatmır qurunu-
Qar, yağışdan xarab olub,
Sellər aparıb nurunu-
Gözlər yaşdan xarab olub,
İç-içə “xeyir-şərimiz”,
Dərdıərimiz, kədərimiz,
Gülüm, xeyli işlərimiz
Hansı başdan xarab olub?
Yaz güllərin vurdu dolu,
Bükülmür Fələyin qolu,
Açılmır yaylaqlar yolu-
Ötən qışdan xarab olub,
Çörəyim çıxmaqda daşdan,
Keçməkdəyəm bərkdən-boşdan,
Səda gəlmir; ömrüm-günüm
Qəlbi daşdan xarab
olub..
Bir cavab yazın