Xalq şairi Vahid ƏZİZ.”TƏKCƏ İNSAN DEYİL-DAĞLAR DA ÖLÜR…”

Tükənmir, azalmır gücü Dünyanın-
Qara, qırmızıdı, yaşıldı, göydü,
İnsanlar üyüdən bu dəyirmanın
Alt daşı Torpaqdı, üst daşı Göydü,

Asüdə ulduzla uzaq havada,
Nə bəla tanıyar, nədə bir qada,
Hara yayınsa da, hara qaçsa da
Əbədi, ayrılmaz yoldaşı göydü,

Bulud suya dönür, yağır, tökülür,
Ələnən qaynayır, donur, bükülür,
Təkcə insan deyil- dağlar da ölür,
Keçinən dağların Başdaşı Göydü…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir