Elnur Uğur ABDİYEV.”Taleyimlə qoyun qalım baş-başa

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı.

Taleyimlə qoyun qalım baş-başa,
Duman-duman ,ey kölgələr çəkilin.
Pərdə endi, qurtardı e tamaşa,
Quşu uçdu Əkilgilə Bəkilin.

Sonun gördüm ilk çağında sevdamın,
Düyün düşdüm qəlb bağında sevdamın.
Bir qız öldü qucağında sevdamın,
Böyümədi,çıxarmadı kəkilin.

Qismət deyən nəsə azır alında,
Döyhadöydü kim nə yazır alında?
Şəkil vardı çoxdan hazır alında,
Ağ-qaraydı gözləri bu şəkilin.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir