
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi
CAN AZƏRBAYCAN
Qarabağ alındı, gözümüz aydın,
Qələbən mübarək, can Azərbaycan!
Bütün şəhidlərin ruhu şad oldu,
Qələbən mübarək, can Azərbaycan!
Var olsun ordumuz, əsgərlərimiz,
General, polkovnik – zabitlərimiz.
Biz sizə borcluyuq şəhidlərimiz,
Qələbən mübarək, can Azərbaycan!
Ulu öndərimiz, ruhun şad olsun,
Daha gözlərimiz sevincdən dolsun.
Düşmənin çöhrəsi kədərdən solsun,
Qələbən mübarək, can Azərbaycan!
Qızıl hərflərlə tarix yazıldı,
Otuz ildən sonra torpaq alındı.
Bizim gücümüzü hamı tanıdı,
Qələbən mübarək, can Azərbaycan!
Şəhidlərin dilindən…
Qəlbimin səsin eşitdim,
Vətən darda idi, getdim.
Yurda canı qurban etdim,
Şəhidəm, anam, ağlama.
Xocalı namusum idi,
Erməni kabusum idi.
Şəhidlik bir arzum idi,
Şəhidəm, anam, ağlama.
Qanımız getmədi hədər,
Bitsin artıq qüssə, kədər.
Qazandıq Şuşada zəfər,
Şəhidəm, anam, ağlama.
Qisasımı aldım ana…
Mən yenə gəlsəm dövrana,
Can verrəm Azərbaycana,
Şəhidəm, anam, ağlama.
Bir cavab yazın