
Hər kəs, gələndə hicran,
bir cür yola salınıb,
Bircə yol alınar can;
Mənimki çox alınıb,
Artıb qanda şəkərim,
Canım olub nökərim,
Geri dönən təkərim
Çoxdan yola salınıb,
Çağladı ömrüm- günüm,
Gah döydüm, gah döyüldüm,
Arzularda düyünüm
“Son zəngimlə” çalınıb,
Nurdan düşməz gözlərim,
Külə dönməz közlərim,
İçimdə sevgilərin
Çox tonqalı qalanıb…
16,06,2026.
Bir cavab yazın