1234743_204562886386619_1700612287_n

Mənim Prezidentim, mənim qardaşım

Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib, tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir.
S. Makarenko

Bəli, Heydər ata, Zərifə ana, sizin dünyamıza, Azərbaycan adlı bir məmləkətə bəxş etdiyiniz bu ilahi varlıq da, eynən belədir. Həm gözəl vətəndaş, həm gözəl xadim, həm də ata yolunun mübariz davamçısı, bəşər tarixinə yeni səhifələr yazan, sadə, igid, mütləq qəlb gözəlliyi və qeyri – adi insani hisslərlə dolu olan bu oğula, bu varlığa…
O, Balzakın bir kəlamını çatdırmaq istəyirəm:
“Ata həmişə öz atalıq səadətindən feyz almalıdır”!
Canım qardaşım, əziz Prezidentim, bax elə ulu öndərimiz, Heydər atamız da, ruhən öz atalıq səadətindən feyz alır.
Çünki, siz onun istəklərindən də irəli getmisiniz!
Onun ruhu bu gedişatından razı və gecə – gündüz sizə duaçıdır, ona görə ki, Azərbaycan məmləkəti və Azərbaycan xalqı onun vuran ürəyi, düşünən beyni və gözləri idi.
Ərəblər deyir: “Atasına hörmət edən adamın ömrü uzun olar”.
Siz də atanıza hörmət əlaməti olaraq əlinizə alovlu məşəl alıb, böyük Azərbaycanı nura, işığa qərq edirsiniz!
Çox uzaq bir diyara, desəm ki, Savalan dağının ətəklərinə çox yaxın olan bir rayona, Yardımlı rayonuna, dağların başında qərib intizarlı, uzun bir yolu, gözdən uzaq, könüldən iraq diyara gəlmisiniz və gəlişinizlə o diyara nur və bərəkət gətirmisiniz.
Azərbaycan tarixində ilk dəfədir ki, o yollara asfalt çəkdirəndə siz, o qərib yollar, o möcüzəli, əzablı yolları yuxarı qalxan da siz!
Mən o yolları düz 35 ildir ki, ildə bir dəfə də olsa, qalxıram, amma təsəvvürümə belə gətirə bilməzdim ki, mənim Prezidentim, mənim qardaşım o narahat yolları, uzun yolları maşın karvanı ilə haçansa qalxacaq?
Atanız kimi bütün çıxışınız bədahətən, diliniz, danışığınız sərbəst və səlist, xarici ölkələrdə, lap elə ABŞ – da ingilis dilində çıxışınız vaxtı televiziya ekranından əl çəkmirəm.
Deyirəm, Tanrı sizi qorusun! Əziz Prezidentim, Əziz qardaşım!
Hər yerdə, hər məclisdə boyunuz hamıdan uca olsun, canınız sağlam olsun, Azəri xalqının əbədiyaşar Prezidenti olasınız.
Çünki, siz bütün türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, dünya şöhrətli siyasətçi, fenomenal şəxsiyyət olan Heydər Əliyevin oğlusunuz! Damarlarınızda ümummilli lider və xalqımızın müdrik rəhbərinin qanı axır.
P. A. Holbax yazırdı:
“Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə verilmişdir”.
Tanrı bu gözəl xüsusiyyətlərin və keyfiyyətlərin hamısını yalnız sizə vermişdir.
Çünki, sizin soykökünüz – babanız, atanız – ananız, dayınız, əminiz – bir sözlə, bütün sülalə, bütün nəsliniz, alim, akademik və dünya siyasətindən başı çıxan, daxili aləmləri xeyirxahlıqla dolu olan günəşdirlər.
Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.
Nizami

Lakin hakimiyyət daxilində baş verən bəzi oliqarx məmurların çəkişmələri və həmişə olduğu kimi, seçki qabağı başlanan hərc – mərclik, narahatçılıq, söz – söhbət, sadə xalq kütləsini çaşdırmaq, sabitləşən abu – havanı pozmaq, hər kəsin öz funksiyasını yerinə yetirə bilməməsi və bəzi qurumların şəxsi söz – söhbətlərinin qəzetlərdə çap olunması, lazımsız yazıları, mənasız, məntiqsiz, yerində və vaxtında işlədilməməsi, insanların əsəbləri ilə oynayan böyük qalmaqal və dava – dalaşdan başqa bir şey deyil.
Pifaqor demişkən:
“Sənin haqqında nə düşünürlər, düşünsünlər. Ədalətli hesab etdiyin işi gör”.
Mənim Prezidentim, mənim qardaşım oliqarx məmurların çəkişmələri qoy sizi darıxdırmasın, çünki siz “ədalət” deyilən, ədalətli hesab olunan işlərlə, xalqın rifah halının yüksəlməsi üçün lazım olan bütün əməllərlə məşğulsunuz!
Siz xalqın ürəyi ilə yaşayan insan, xalqın ürəyinə çox yaxın bir rəhbərsiniz!
K. Marks yazırdı:
“Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə nəcib adamlar olmuşlar”.
İndiki dövrdə K. Marksın bu tövsiyyəsini yerinə yetirməyə bilmərik.
Bütün böyük vəzifəli insanlardan tutmuş, kiçik vəzifəli insanlara qədər, hamı, ümumi məqsəd üçün gündən – günə gözəlləşən, böyüyən, işığa, nura qərq olan, dövlətimiz, şöhrətimiz, canımız olan böyük Azərbaycanımız üçün çalışmalıyıq, qurmalıyıq, yaratmalıyıq!!!

Hacı Zərifə Novruzova
“Respublika gəncləri” qəzetinin xüsusi müxbiri
Şirvan şəhəri