Hacı Zərifə NOVRUZOVA.Məqalə

1239035_204563266386581_211379483_n

Avropa Azərbaycan Məktəbində yeni dərs ili başladı

16 Sentyabr 2013 – cü il

Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində yeni dərs ilinin başlandığı ilk gündür. Bütün tələbələr, şagirdlər kimi, valideynlərin də sevincinin həddi – hüdudu yoxdur.
Çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının və xanımı Mehriban Əliyevanın böyük səyi, təşəbbüsü nəticəsində fidan körpələrimizə göstərdikləri qayğı heç bir ölçü vahidi ilə ölçülə bilməz.
Bunu Azərbaycanın bütün rayonlarında, ən ucqar kəndlərində tikilib istifadəyə verilən məktəb binalarının, idman komplekslərinin gəncliyə verdiyi böyük qiymət kimi yazmamaq qeyri – mümkündür.

16 Sentyabr 2013 – cü il.

Mən də bir valideyn kimi övladım Elşad Əzimzadənin yüksək balla qəbul olunduğu Avropa Azərbaycan məktəbinin qarşısında dayanmışam.
Uşaqların ingilis, rus, azərbaycan dillərində hazırladığı bədii proqrama ;
rəqslərə, çox maraqlı səhnələrə baxdıqca insan daxilən bu aləmdən ayrıla bilmir, körpə fidanların çıxışı adamı valeh edir. Məktəbin direktoru, çox sadə, olduqca mehriban, mehriban olduğu qədər də simasından nur yağan Amalya xanım Sezgin öz səmimi, dolğun və sevgi dolu çıxışında valideynlərə, məktəbin bütün şagirdlərinə ən böyük uğurlar, gələcək təhsildə yeni – yeni nailiyyətlər arzuladı.

Bu gün 17. IX. 2013 – cü ildir.

Yeni dərs ilinin 2 – ci günüdür. Yenidən məktəbdəyəm.
Avropa Azərbaycan məktəbində.
Üçüncü sinif məktəbin 2 – ci mərtəbəsindədir. Özüm qələm əhli olsam da, bir valideyn marağı ilə övladım Elşad Əzimzadənin dərsindəyəm.
Müəlliməsi, həm də sinif rəhbəri
2012 – ci ilin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi;
“Qabaqcıl təhsil işçisi”;
“Metodik vəsait müəllifi”;
25 il iş təcrübəsi olan Talıbova Pərvanə Niyazi qızı ilə söhbət edirəm. Çox səmimiyyətlə, uşaq dünyasının psixologiyasını dərindən bilən, elə ilk gündən onların sevgisini qazanan, həyatının ən şirin anlarını bu məsum körpələrə həsr edən, bu xanımla Azərbaycanın çox savadlı ziyalısı ilə, Pərvanə müəllimə ilə görüşüm sona yetir.
Sonda körpələri şama, Pərvanə müəlliməni isə, adı kimi bir pərvanəyə bənzədirəm…
Əzizim, Pərvanə müəllimə, arzu edirəm ki, şam kimi yanmağa başlayan bu fidanların başına fırlana – fırlana, gələcəyin alimlərin, həkimlərin, müəllimlərin, ən gözəl peşə sahiblərin yetişdirəsiniz.
İndi isə 1 – ci mərtəbədə aşağıda yerləşən yeməkxanadayam. Səliqə – səhman, çox yüksək səviyyədə təşkil olunmuş təmizlik, işçilərin geyimləri, yeməklərin çox çeşidli olması, uşaqlara qayğı və mehribanlıq insanı valeh edir. Yeməklərin çox yüksək səviyyədə olması, bu qədər uşağa valideyn kimi göstərilən nəvaziş, böyük hörmət və izzətə layiqdir.
Bütün bu gördüklərim üçün Nağıyev Aslana, Quliyeva Sunayə xanıma və bunların simasında bütün mətbəxt işçilərinə öz böyük minnətdarlığımı bildirirəm.

Hacı Zərifə Novruzova,
“Respublika gəncləri” qəzetinin xüsusi müxbiri
Bakı şəhəri, 18.09.2013