1157574_203638903145684_242380115_n

Əhali öz sağlamlığı naminə ekoloyi cəhətdən təmiz , keyfiyyətli məhsullardan istifadəyə – “ Azərsüd”-ə üstünlük verəcək

Süd məişətdə ən çox işlətdiyimiz nemətlərdən biridir. Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir.
Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.
Bu yaxınlarda “Azərsun Holdinq” şirkətinin təşkilatçılığı ilə bir qrup jurnalist və gənc həkim kontingentindən ibarət heyət Kürdəmir Süd Kompleksində oldular. Baxış zamanı qonaqlar burada hər işin yüksək səviyyədə olduğunu, ən müasir avadanlıqlarla təmin olunub və keyfiyyətli südün istehsalı üçün ən yüksək texnologiyaların quraşdırıldığını gördülər.
Kürdəmir Süd Kompleksinin digər süd müəssisələrindən tam fərqli olduğunu gördülər. Yəni bu zavodun ən böyük fərqi ondadır ki, burada heyvanların bəslənməsi tam təbii şəraitdə həyata keçirilir. Sadəcə fermada heyvanların qida ilə bəslənərək süd emal olunmasına deyil, onların otlaqlara çıxarılmasına da şərait yaradılır. Daha dəqiq desək ferma əkin sahəsinin yaxınlığında yerləşdiyindən fermada şərait yaradılır ki, heyvan özü sərbəst şəkildə otlağa getsin, gəzsin, otlasın. Buna görə də ondan əldə olunan süd kifayət qədər keyfiyyətli və digərlərindən daha üstün olur.
“Azərsun Holdinq” şirkətinin əməkdaşı Afiq Səfərov bildirdi ki, Bildiyimiz kimi “Azərsun – Holdinq” ə məxsus Kürdəmir Süd Kompleksinin istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etməkdir.
Kürdəmir Azərbaycanın Mərkəzi Aran rayonudur. Süd sağılandan bir neçə saat sonra, istehsalatdan çıxan kimi artıq Azərbaycanın bütün satış nöqtələrində qısa müddətdə istehlakçılarımıza təqdim olunur. Kompleksin qurulması zamanı yerli mütəxəssislərin əməyindən istifadə olunub. Yüksək səviyyədə qurulan süd istehsalı xətti Azərbaycanda yeganə bu kompleksdədir. Günlük süd istehsalının əsas başlıca şərtlərindən biri günlük istehsal olunması ilə yanaşı, operativ şəkildə satışının təşkil olunmasıdır.
Bu da “Azərsun Holdinq” in malik olduğu çox güclü ticarət – dağıtım, satış potensialının hesabına mümkün olur.
Bizim yerli mütəxəssislərimizin təcrübəsi heç də Avropa, Amerika mütəxəssislərindən geri qalmır, əksinə daha üstündür.
Tədbirdə İnvestisiya bölməsinin layihə mühəndisi Çingiz Abbasov bəzi layihələr haqqında bizi məlumatlandırdı və bildirdi ki,
bəslənən heyvanların iqlimə uyğunlaşması istiqamətində işlər aparılır. Əsasən Almaniyadan, Fransadan və s. ölkələrdən limuzin, şarolin, honştayn cinsli inəklər fermaya gətirilib. Həmin heyvanların məhsuldarlıq göstəriciləri bu gün dünyada yüksək göstəricilərə malikdir. Ətlik, südlük cinslər də vardır. Südlük cinslərimizdən günlük 25 – 35 litr arasında süd əldə etmək imkanımız var. Ətlik cinslərimizdə 1 heyvan 1 ton 200 – 1 ton 300 kq – a qədər ətlik verir. Zavodumuz gələcəkdə qatılaşdırılmış süd ixrac edəcək. Zavodumuz qurulmaq ərəfəsindədir. Bizim zavodumuzda yüksək keyfiyyətli avadanlıqlardan, paslanmaz metallardan istifadə olunur. Kompleks ümumilikdə inkişaf edir.
Gələcəkdə bizim keçi və 3000 heyvan bəsləmə ilə bağlı planlarımız var. Hal – hazırda bu zavodda 200 heyvan bəsləyirik. Eyni zamanda toplama məntəqələrimiz də vardır.
Kompleksdə buzovların ayrıca bəsləmə ferması vardır. Ümumiyyətlə, heyvanlar 3 nəslə bölünür və ayrılıqda bəslənilir. Buzovlar xüsusi vitaminli qida ilə qidalanırlar.
Cənab Prezidentimiz bizim zavodun açılışında olarkən bizi dəstəklədi və təlimat verdi. 4000 ha Padarçöl – Şamaxı ərazisində heyvanların otlması üçün sahə ayrılıb. Kürdəmir süd emalı zavodunda Argentina mütəxəssislərinin heyvandarlıq təcrübəsində təsdiq etdikləri müasir tipli tövlə qurulub. Heyvanlar üçün tam təbii şərait yaradılıb. Damazlıq heyvan təsərrüfatını biz burada yarada bilmişik. Bu isə öz növbəsində çox çətindir. 3 böyük toplama məntəqəmiz var. Azərbaycanın 4 tərəfindən bizə təbii südlər toplanılır. Kürdəmir Süd Kompleksinin məhsuldarlığı günlük 120 ton təşkil edir. Hal – hazırda istehsal etdiyimiz 20 çeşidə yaxın məhsullarımız var. Məsələn: sterizlizə və bakterilizə olunmuş südlərimiz, ayranlarımız və qatıqlarımız var. Ayranın özünün müxtəlif çeşidləri vardır. Təbi nanəli, quru nanəli və sadə ayran. Qatıq növlərimiz – homogen olunmuş qatıq, üzərində qaymaq olan sadə qatıq və kənd qatığı . Qatığın məhsuldarlığı saatda 3 tondur. Maraqlı açıqlamalardan sonra biz zavodla və ferma ilə yaxıdan tanış olub və yeniliklərin əyani şahidi olduq.
Biz inanırıq ki, əhali öz sağlamlığı naminə ekoloyi cəhətdən təmiz , keyfiyyətli məhsullardan istifadəyə – “ Azərsüd”-ə üstünlük verəcək.

Sevinc Novruzova