Blog

  • Cəmiyyət Dövlətinə sahib çıxmalıdır

    ramiqbey

    Cəmiyyətin rifahı üçün – Güclü dövlət

    Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
    Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya atdıqları xəyali “mədəni təkamül” ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını, “kommunal” həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki, heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək mümkündür.
    Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan, yaradılışının tələbi olaraq “doğru” və “yanlış” anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir. (daha&helliip;)

  • Remzi ZENGİN.”Doğum Günün Kutlu Olsun”

    10498648_1088017144548624_2375876398071380324_o

    Dilerim yüce mevlâdan
    Gözlerin yaş,
    Tekerin taş,
    Memleketin savaş görmesin.

    Cebinde bitmesin para
    Başın düşmesin hiç dara
    Dırdırı çok bir kaynana
    Başından eksik olmasın.

    Altında bir arap atı
    Gezesin hep memleketi,
    Malının bet bereketi
    Azalmasın, daim artsın.

    Duaların kabul olsun
    Mutluluğun bâki kalsın,
    Beklediğin yolcu gelsin
    Gözlerin yolda kalmasın

    Dilerim hiç çekme tasa
    Düşmeyesin derin yasa;
    Bir kel ile bir de köse
    Düğününde davul çalsın.

    Rüyaların gerçek olsun
    Dilerim hep yüzün gülsün,
    Seni sevmeyenler ölsün
    Yüz yirmi yıl yaşayasın.

    Remzi’den sana nasihat
    Adımını dikkatli at,
    Her şeye eyleme inat,
    DOĞUM GÜNÜN KUTLU OLSUN

  • Hasan AKAR.”Yamansın Be Sami!”

    14015_394218784074882_3196374277671349122_n

    Çözemezler seni yamansın be Sami,
    Sanıyorsun ki senden gayrisi ali,
    Sensiz n’olur Anadolu Lisesi hali,
    Müdürlük az olasın bir şehre vali.

    Şifreleri kaptın,puanları bastın,
    Bilemezler sandın,şimdi faka bastın,
    Aralık’tan sonra Cemaati astın,
    Bitiyorsun nedir kendine bu kastın.

    Öyle güçlüsün ki sendika vız gelir,
    Yalakalık, yağdanlık sana az gelir,
    Sen şahinsin artık Tokat sana kaz gelir,
    Bu devran böyle gitmez bilesen Sami,
    Rabbim büyük bize de bir gün yaz gelir.

  • Ahmet DİVRİKLİOĞLU TUFAN.”Tufan var”

    ad

    Bedenim birdir amma
    İçinde iki can var
    Birisi Hak’tan yana
    Birinde sis duman var

    Kulağımın birinde
    Ezanlar iniltide
    Dinlerim diğerinde
    Kemaneler çalan var

    Sağ gözüm Elif,Mim de
    Sol gözüm dolu,demde
    İkisi de benim de
    Beynimde bir çiyan var

    Ağzım içinde dilim
    Düşmanım san ki benim
    Söylemez istediğim
    Her sözünde yalan var

    Bir ayağım dar durur
    Biri isyankar olur
    Aklım fikrim dağılır
    Bedenim de talan var

    Kalbimin yarısında
    Muhabbet vardır dosta
    Kalan diğer tarafta
    Aklım çelen şeytan var

    Gönlüm vahdet isterken
    Güzellik düşlüyorken
    Haz alır kekrilerden
    Niyetimi bozan var

    Elim semaya açık
    Titrerim benzim uçuk
    Gören der deli,kaçık
    Bilmez içten yanan var

    Ehlibeyt’in yoluna
    Kurbanım ben soyuna
    Deyin Teberra bana
    Beni başka sayan var

    Özümde inanç hası
    Çeker vuslat sancısı
    Bilir başka yok şansı
    Elde rehber Kur’an var

    Yüreğim Hakka bağlı
    O biraz sağlam bari
    İçinde zari,zari
    Af dileyen aman var

    Adımım Hak’ka yürür
    Bedenim biter,erir
    Kim bilir,kim ne görür
    Hala aslım soran var

    TUFAN yönün kıblede
    Şükürler var dilinde
    Güya yaşadın sen de
    Yaşıyorsun sanan var

  • Nemətlərdən istədiyin şəkildə zövq almağın tək yolu imandır

    rh

    İnsanların əsl xoşbəxtliyi əldə etmələrinin tək yolu Allah’a iman gətirmələridir. Bu həqiqət Quranda belə bildirilir: ”Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28). Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allah’ın rəhməti qavrandığı və iman əxlaqı yaşandığı halda qurtulmaq olar. Dünya həyatından ancaq bu şəkildə zövq alıb, gözəlliklərin dəyərini qavramaq olar. Allah’ın “Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır” (Nəhl surəsi, 30) və “Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi” (Ali İmran surəsi, 148) ayələrində bildirdiyi kimi, Allah gözəl bir həyatı ancaq iman gətirənlərə yaşadır. İnkar edənlər üçün isə, Allah bir ayədə “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq” (Taha surəsi, 124) bildirdiyi kimi mütləq sıxıntılı bir həyat vardır. Bu insanlar iman gətirmək xaricində heç bir şəkildə sıxıntılı həyatdan xilas ola bilməz, heç bir yolla əsl xoşbəxtliyi əldə edə bilməzlər. Maddi cəhətdən çox böyük imkanlara sahib olsalar belə, bunlardan lazımı kimi zövq ala bilmir, bu nemətlərin sevincini tam olaraq yaşamırlar. Çünki gözəlliklərin bir insana zövq verə bilməsi üçün insanın bu gözəllikləri təqdir edə biləcək anlayışa sahib olması gərəkdir. Məsələn, insan bir qərənfilin yarpaqlarındakı qüsursuz düzülüşü, iyini, toxumasındakı yumşaqlığı fərq edə bilməli, daha da vacibi, bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq yaradıldığını anlamalıdır. Bunu həqiqi mənada anlaya biləcək insanlar sadəcə iman sahibləridir. Çünki Allah’a iman gətirən şəxslər dünyadakı hər nemətin Rəbbimiz’in böyük bir lütfü olduğunun şüurundadırlar və hər gözəllikdə Allah’ın sonsuz yaratma gücünü düşünürlər. Bu, onların Uca Allah’a olan sevgilərini və bağlılıqlarını daha da artırır. Bütün bu həqiqətləri görən və səmimi olaraq “Allah’ın ipinə möhkəm sarılaraq” Rəbbimiz’ə təslim olan bir insan artıq “qopmayan bir ipə yapışdığını” və Allah’ın diləməsi xaricində heç bir şəkildə zərər görməyəcəyini, dünyada və axirətdə bütün nemətlərdən ən böyük zövqü alaraq,ən gözəl həyatı yaşayacağını bilməlidir. Quranda bu xəbər belə bildirilir:

    Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O,Bağışlayandır, Rəhmlidir. (Yunus surəsi, 107)

  • “Yer kürəsinin harayı”

    Nə zamansa təbiətin canlı olduğunu, öz içinizdə yaşadığını hiss etdinizmi? Hiss etdinizmi təbiətin özünəməxsus tarazlığa malik bir sistem olduğunu? Bəlkə bir az düşünək: Təbiət Anadır deyirik, bəs biz bu Ananı qoruya bilirikmi?
    Hələ dahi Nizami doqquz əsr öncə yazırdı:”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.” Görəsən, nədən belə yazırdı dahi söz xiridarı? O dövrdə hidrogenin nə özü, nə də izotopları kəşf edilməmişdi ki…?!Bəs Nizami hardan bilirdi ki, 7000 su molekulunun birində ağır su zəhərinin-su olduğunu? Zaman-zaman bizləri yaradan Tanrı öz yaratdıqlarını ayıltmaq üçün yer planetinə müəyyən əlamətlər göndərir. Bəlkə bu səbəbdən Şeyx Nizami o misraları yazmaqla bu olanlara işarə edirdi. Əsrlər keçib elm, texnika inkişaf etdikcə, çox içiləndə mərəzə çevrilən həmin ağır su kəşf olunduqdan sonra yer kürəsinin faciələri başladı və bu günə kimi də davam etməkdədir. Bir-birinin ardınca nüvə reaktorları yaradıldı. Nüvə bombaları, atom sınaqları Xorasima, Naqasaki kimi şəhərlərin üzərində sınaqdan keçirildi. Bəs bu faciələri duyar-duymaz təbiətin canlı olduğunu və onun da sənin bir parçan olduğunu, yer kürəsinin fəryadını, bizləri öz harayı ilə ayıltmaq istədiyini duydunuzmu ey ALLAHIN sevə-sevə yaratdığı insan deyilən məxluqlar…?! (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Bir lal tanıyıram”

    photo

    Bir lalın xəyalı danışmaqdırsa
    Düşüncəsi inqilab,üsyan və kindir.
    O susmuş vücudu tanımaq üçün
    Get ona yaxınlaş və onu dindir.

    Necə açıqlayır düşüncəsini
    Gör nələr danışır dilsiz,ağızsız .
    Havaya yazını əlləri ilə
    Gör necə yazır o qələm kağızsız.

    Danışdır onunda istəkləri var
    Danışan insana yoxdur etibar.
    Mən indi anladım danışmayan da
    Əl ilə qol ilə insanı satar.

    Bir kəramət vardır bu işdə inan
    Nizamlı yaradıb yaradan vallah
    Bir insan dilindən dügündədirsə
    Belə olmasını istəmiş Allah.

  • Elnur RƏSULOĞLU.”Anam”

    et

    Həyatda borcluyam anama təkcə.
    Anamın borcunu qaytarım necə?
    Ömründə doyunca yatmayıb gecə
    Ümidini mənə bağlayar anam.

    O, məni böyüdüb, yetirib başa,
    Arzusu dünyada dəyməsin daşa.
    Yolumda qocalıb dolubdur yaşa,
    Dərdini qəlbində saxlayar anam.

    Saçları ağarır keçdikcə illər,
    Anamın varlığı mənimçün yetər.
    Yaxşı oğul olsam, anama əgər
    Dözməyib sevincdən ağlayar anam.

  • Nisə Qədirovanın yeni kitabı işıq üzü görüb

    ilinisigi

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, istedadlı qələm sahibi, tanınmış şairə-publisist Nisə Qədirovanın 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 448 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrii,”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, istedadlı qələm sahibi, tanınmış şair-publisist Rafiq Odaydır.
    Kitab müəllifin sayca oxucularla doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Xürrəm Qafanlının yeni kitabı işıq üzü görüb

    yasamaqinanmaqdir

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xürrəm Qafanlının “Yaşamaq yanmaqdı…” adlı yeni kitabı 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 352 səhifə səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözünün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrii,”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, istedadlı qələm sahibi, tanınmış şair-publisist Rafiq Odaydır.
    Kitab müəllifin sayca oxucularla ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rauf Qərib Alagözün yeni kitabı işıq üzü görüb

    61079c56a3c9

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “edib.az” saytının qurucusu və rəhbəri, gənc yazar Rauf Qərib Alagözün “Silə” adlı ilk şeirlər kitabı Bakı şəhərində “Müttərcim” nəşriyyatı tərəfindən 156 səhfə həcmində “Aybkitab” layihəsi çərçivəsində işıq üzü görüb.Kitabın redaktoru və korrektoru “edib.az” saytının baş redaktoru, gənc xanım yazar Şəhriyyə Qəzənfərqızıdır.Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının müdiri Qəşəm Nəcəfzadədir.
    Kitab müəllifin sayca oxucularla ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, “Qərib dünya” adlı ilk şeirlər kitabı 2012-ci ildə işıq üzü görmüşdü.18 sentyabrda IV Bakı Beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafiq ODAY.Yeni şeirlər

    Rafiq Oday foto

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i

    KEÇIR

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib. (daha&helliip;)

  • Ramiz QARAYAZI.”Ümid…” (Hekayə)

    ramiz-qarayazi

    Bir neçə həftədən bəri sürən yolçuluq hər kəsi əldən salmışdı. İnsanları ən çox yoran ucu-bucağı görünməyən səhranın həmahəngliyi, dəvələrin sanki qayğısı yoxmuş kimi ləng hərəkəti və günəşin insafsızcasına od ələməsi idi.
    Bütün bunlar azmış kimi bu səfərə qolubağlı, bir əsir olaraq başlaması Babəki tamam əldən salmış, onun yolunda hər şeyindən vaz keçdiyi doğma torpaq, ana Vətən və əsir xalqı ilə bağlı olan bütün ümidləri puç olmuşdu. Onu ayaqda saxlayan iki şey vardı: birincisi düşmənlərin qarşısında ölümü mərdanə, əsl türk oğlu türk kimi salamlamaq.., ikincisi isə qəlbinin dərinliyində inanırdı ki nə vaxtsa, bəlkə də yüzillər sonra, ya da bəlkə elə bir neçə ildə onun işini yenidən başlayacaqlar! Yox. O zaman Babəkin buraxdığı bir çox səhvlər təkrarlanmayacaq, düşməni və düşmənin gücünü düzgün qiymətləndirəcəklər. Bax onda Babəkin başladığı Azadlıq Savaşı mütləq qalib gələcək!
    Bu fikirlərlə başı qarışan Babək karvanda başlayan ümumi canlanmanı sezməmişdi. Canlanma üfüqdə çatacaqları mənzilin görünməsi ilə baglı idi. Hər bir kəs nəhəng ərəb xilafətinin bu əzəmətli paytaxtına tez yetişməyə çalışırdı. Sirləri bətnində gömən Samirə şəhərində kimini ailəsi, kimini alacağı xələt, kimini isə ölüm səbirsizliklə gözləyirdi.
    Samirə islam aləminin gənc şəhərlərindən biri idi. Lakin gənc olmasına baxmayaraq salındığı gündən sürətlə böyümüş, Xilafətin siyasət, elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhərin mərkəzi hissəsində hakimiyyəti şərqdən qərbə doğru uzanan əzəmətli və qüdrətli islam xəlifəsinin iqamətgahı yerləşirdi. Gözəl memarlıq üslubunda tikilmiş saray uzaqdan göz oxşayırdı. Sarayı, dünyanın dörd bir yanından xəlifə tərəfindən dəvət edilmiş memarlar inşa etmişdilər. Saray nə qədər gözəl olsa da çoxdan idi ki, nə xəlifə, nə də digər saray əhli bu gözəllikdən lazımınca istifadə edə bilmirdilər, səbəb 20 ildən bəri Xilafətin şimal vilayətlərini bürüyən, xilafəti kökündən sarsıdan azadlıq hərəkatı idi. Lakin bir neçə həftə əvvəl bağrı çatlamaq dərəcəsində olan atla paytaxta çatan, bütün üzü günəşin istisindən çat-çat olan çapar xəlifənin qulağına şanlı sərkərdə Afşin Heydər ibn Kavusun göndərdiyi xəbəri pıçıldayanda bu saray sanki toy-bayram evinə çevrilmişdi. Elə o vaxtdan hər gün sarayda məclislər təşkil edilir, müxtəlif musiqilər ifa edilir, rəqqasələr rəqs edir, bir sözlə heç bir saray sakininin eyş-işrətdən başı açılmırdı. Indi də karvanın yaxınlaşdığını eşidən hər kəs, həm saray əhli, həm də elə bütünlüklə şəhər əhli iş-gücü ataraq, sarayın qarşısındakı böyük meydana toplaşırdılar. Hamı kimi, xəlifə özü də xilafəti bu vaxta qədər qorxu içində saxlayan, xilafətin təməlini sarsıdan şəxsi görməyə tələsirdi.
    Şəhərə daxil olan karvan aram-aram şəhər mərkəzinə doğru irəliləyirdi. Meydana yaxınlaşdıqca insanların sıxlığı artır, hərəkət etmək çətinləşirdi. Nəhayət ki, karvan meydanın saray qarşısında olan hissəsinə çatır. Sarvanların əmri ilə tələsmədən dəvələr dizlərini yerə qoydular… Hamının nəzəri qolları qançır olmuş, paltarının altından bədənində bir neçə yara olduğu görünən, əsir və qolubağlı olmasına baxmayaraq başını dik tutmuş, ətrafındakıların gözünə baxmaqdan çəkinməyən Babək adlı azadlıq mücahidində idi. Meydandakıların hər biri yanındakı ilə pıçıldaşaraq əsir Babəki və ona qalib gələn şanlı Afşinə işarə edirdilər. Sürətli addımlarla saraydan çıxan xəlifəni görən meydan əhlinin sanki üzərizə su töküldü. Xəlifə yan-yana duran iki böyük türk oğluna yaxınlaşdı. Afşinə yaxınlaşan xəlifə əlini onun çiyninə qoydu, qəzəb, maraq və heyrət dolu nəzərlərlə Babəki süzdü və əvvəlkindən də sürətli addımlarla bir qədər aralıda onun üçün qoyulmuş taxta yaxınlaşdı. Oturaraq ətrafına baxdı, hər kəsi bir-bir nəzərdən keçirərək Babəkin üstündə dayandı. Gözlərindəki hiyləgər təbəssümlə qışqırdı:
    ─ Hanı Mirzə Qəribi? Çağırın gəlsin.
    Xəlifədən sağda və solda olan saray əhli narahat formada pıçıldaşmağa başladılar və irəli keçməyə çalışan Mirzəyə yol verdilər. İrəli keçən bəstəboy ağsaqqal şəxs ilk öncə Babəkə yaxınlaşdı, diqqətlə onu başdan-ayağa süzdü, sonra dönərək xəlifəyə tərəf getdi və başı ilə yüngül təzim etdi. Onun hərəkətlərinə diqqət kəsilən xəlifə Mirzə Qəribinin yaşarmış gözlərinə işarə edərək soruşdu:
    ─ Mirzə, nə məsələdir? Gözlərin dolub ki…
    ─ Qocalıqdandır xəlifə sağ olsun, bütün vaxtımı yarımqaranlıq otaqda keçirirəm, açıq havaya çıxanda isə gözlərim nəmlənir. Deyə Mirzə Qəribi cavab verdi. Mirzənin sözlərindən xəlifənin dodaqlarına təbəssüm qondu. Keçən 20 il ərzində Babəkin apardığı müharibəni bütün incəliklərinə qədər qeyd edən Mirzə Qəribi həmişə Babəkin şəxsiyyətinə və onun apardığı milli azadlıq müharibəsinə rəğbətlə yanaşmışdı. Ancaq buna baxmayaraq xəlifə Mirzəni özünün də bilmədiyi səbəbə görə çox istəyirdi. Nəzərlərini yenidən Babəkə çevirən xəlifənin dodaqlarındakı təbəssüm dondu. Taxtdan dik qalxaraq çığırdı:
    ─Mirzə, 20 il ərzində yazdıqlarının tamamını qeyd et! Sabah gün doğanda bu iblis edam ediləcək. Əvvəlcə sağ qolu dirsəkdən üç barmaq aşağı, sonra sol qolu biləkdən bir qarış yuxarı, sağ ayağı dizdən beş barmaq aşağı, sol ayağı topuqdan bir qarış yuxarı kəsiləcək, axırda isə bu mənfur başı vurulacaq! Bununla da sənin kitabın qurtaracaq Mirzə!
    Bunları dedikdən sonra xəlifə heç kimə baxmadan gəldiyi sürətlədə saraya qayıtdı. Xəlifənin saraya getməsi sanki meydandakıları canlandırdı, hər kəs yenidən yaxınlıqdakı yoldaşı ilə pıçıldaşmağa başladı. Afşin sarayın pillələri ilə yuxarı qalxaraq Mirzə Qəribiyə çatdı və ehtiramla ona təzim etdi. Daha sonra əyanlardan birinə yaxınlaşdı. Babəkə işarə edərək ona nə isə söylədi. Həmin şəxs gözdən itdi və az müddət keçmiş iki gənc əsgərlə Babəkə yaxınlaşdı, əsgərlər Babəkin qolundan yapışaraq əmrində olduqları əyanın arxasınca addımladılar. Bu əyan zindanbaşı, əsgərlər isə zindanın tabeliyindəki qulamlar idilər.
    Zindan sarayın zirzəmisində yerləşirdi. Zirzəmiyə daxil olduqda zindanın rütubətli va sərin havası Babəkin həftələrdən bəri səhranın qızmar günəşi altında yanıb közə dönmüş dərisini oxşadı. Zindan çoxlu sayda koğuşlardan ibarət idi və bunların bir çoxundan inilti-şikayət səsi gəlirdi. Burada ah nələnin fəryadı yalnız zavallıların qəlbində dinlənirdi. Onlar sanki ölümlə həmsöhbət olmuşdular burda keçən həyatları ərzində. İndi isə… İndi bütün iniltilər azadlığın sonuna yönəlmişdir. Bu azadlıq sabah zülmətlə sona varacaqdı…
    Əsgərlər əsiri zindanbaşının işarə etdiyi koğuşa saldılar, koğuşun qapısı önündə duran zindanbaşı qolubağlı qəhrəmanı başdan ayağa süzdü, dərindən ah çəkib əmrə müntəzir əsgərlərə Babəkin qollarını açmağı əmr edərək koğuşdan çıxdı. Əmrdən bir qədər çaşmış əsgərlər yarı qorxu, yarı ehtiyatla Babəkin qollarını açdılar. Yenidən koğuşa qayıdan zindanbaşı özü ilə gətirdiyi suyu Babəkə uzatdı. Təklifdən Babəkin bədəninin bütün əzaları hərəkətə gəldi, amma özünü o yerə qoymadan başı ilə imtina etdi. Babəkin beynində yaranmış olan fikri başa düşən zindanbaşı su gətirdiyi qabı dodaqlarına yaxınlaşdıraraq bir qədər içdi və suyu yenidən Babəkə uzadaraq Babəkə çox doğma türk dilində dedi:
    ─ Atam oğlu, əmin ol, ölümü layiqincə qarşılayacaqsan. Daha sonra əsgərlərə tərəf çevrilərək onlara azad olduqlarını bildirdi. Babək sudan bir qədər içərək qabı zindanbaşıya qaytardı və ona təşəkkür etdi. Zindanbaşı qabı Babəkdən alaraq bir daha ona diqqətlə baxdı.
    ─ Adım Qarabudaqdır. Burada doğulmuşam, amma atam Xarəzm tərəfdən gətirilmiş qulam olub, sənin bildiyin, sənin kimi türk oğlu türkəm! Adına layiq ol, adımıza layiq öl! Əlvida qardaşım. Deyərək adının Qarabudaq olduğu bilinən zindanbaşı dərindən ah çəkdi, Babəki düşüncələri ilə baş-başa qoyaraq oranı tərk etdi…
    Səhər dan yeri hələ yenicə sökülməyə başlayanda Babəki edam kürsüsünə gətirdilər. Hamının düşmən deyə tanıdığı bu xalq qəhrəmanı həmişəkindən daha qətiyyətli, daha vüqarlı, daha güclü görünürdü. Babəkin qollarına və damarına güc və əzəmət verən, ölümü kişi qeyrəti və əsl türk oğlu türk kimi salamlamağa ruhlandıran xalqının, torpağının, Ana Vətəninin xoş sabahına, işıqlı gələcəyinə olan sarsılmaz ÜMİDİ idi!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil. (daha&helliip;)

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    DƏNİZLƏ SÖHBƏT

    Sıx məni köksünə, mavi dənizim,
    Uçsun uzaqlara lal xəyallarım.
    Sənin yaddaşında bir gənclik izim,
    Mənim yaddaşımda kor arzularım.

    Sıx məni köksünə, mənim dənizim –
    Oxşasın könlümü mavi dalğalar.
    Soruşma nədəndir solub bənizin,
    Soruş ki, bəs hanı səndəki ilqar?

    Şıltaq küləklərin çox sığal çəkib –
    İndi qəm darayan bəyaz saçıma.
    Nəmli baxışıma dumanlar çöküb,
    Daha ürəyimin qapısın açma.

    Çılğın ləpələrin özünü öyür,
    Qucaraq sahili güvənir necə.
    Mənim ləpələrim içimi döyür,
    Ümid çırağımsa – qaranlıq gecə.

    Zillənir gözlərim yenə uzağa,
    Uzaqlar dumana bürünür niyə?
    Bəlkə həsrətimdir, dözmür sazağa –
    Qarışıb dumana çəkilir göyə?! (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Və susarsan…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Unutqanlıq bütün insanların problemidir, deyilmi? Məncə, hə… Elə, səncə də, hə! Çünki, bilirəm, indi durub sənə zəng etsəm ki, “Ay İntiqam, Bakıda “Əl oyunları stadionu” hardadı?”-ən azı 10 dəq telefonda susub xəyalən Bakını gəzəcəksən…
    Bilirəm, artıq anlamısan niyə məhz o binanı soruşuram…sefaintiqam
    Bilirsən… Hərdən adam ən acı xatirələri də təkrar yaşamaq istəyir… Təkrar sevməyi arzuladığı kimi ayrılığı da yaşamaq, yaşamaq istəyir… Yadında, bir dəfə sənə nə demişdim? HƏR İNSAN MÖHTƏŞƏM AYRILIĞI ÖMRÜNDƏ TƏK BİR DƏFƏ YAŞAYIR… Bundan sonra sadəcə sükut başlayır… Sənin dediyin kimi… Əzizin oxuduğu kimi… “Və susarsan…”

    Bəzən qopub getmək istərsən bu şəhərdən,
    Güvəndiyin əlləri soyuq görəndə…
    Və sadəcə “əfsus”-deyərsən dünənlərə…
    Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.
    Qəhər boğar, çırpınarsan qəfəsində…
    Bax, beləcə, bir ad sınar, çiliklənər nəfəsində…
    Və susarsan…
    Hər hərfindən bir əlamət boylandıqca dünənlərə,
    Şüşə kimi çilikləri kəsər sənin əllərini,
    Xəbərin olmaz.
    Sahiblənər hər hissəni, bircə-bircə toplayarsan…
    Qoymazsan ki, yerdə qala…
    Qəfildən lap gözlərin qaralar, az qalsın ki, yıxılasan…
    Gözlərin əllərinə sataşar,
    Doğram-doğramdı əllərin…
    Söykənərək bir divara “ah” çəkərsən dərindən,
    “deyəsən, çox qan itirdim, deyəsən, çox yorulmuşam”…
    -Nə yaxşı ki, söykənməyə bu divar var!
    Və susarsan… (daha&helliip;)

  • Şəfa EYVAZ.”Səndən sonra…”

    1423756700_sefa-xanim

    Çox şey bilmirəm
    bu dünyada.
    Öldüyümü bilirəm məsələn
    Səndən sonra…
    Bu gün ayaqüstə qırxım çıxacaq,
    Sabah torpaq örtəcək üstümü.
    Unudacağam özümü.
    Soyuq olur axı torpağın üzü…
    Birigün günəş doğacaq,
    Bütün buz ruhları isidən günəş…
    Və mən öldüyümü unudub
    Yeni günə başlayacağam,
    səndən sonra…

  • İlhamə SULTAN.Yeni şeirlər

    is

    Görüşməyəydik…

    Bizi birləşdirən sevgi öyündü,
    Birdən məhəbbətin havası döndü,
    Bir zaman alışan eşqimiz söndü,
    Belə görüşdənsə görüşməyəydik.

    Sənin həsrətindən dünyam daraldı,
    Arzular, ümidlər yarıda qaldi,
    Fələk məni səndən qoparıb aldı,
    Belə görüşdənsə görüşməyəydik.

    İndi hər şey mənə artıq yalandı,
    Ömrümə başqa bir ömür calandı,
    Pozduq verdiyimiz peymanı, andı,
    Belə görüşdənsə görüşməyəydik.

    30.09.2014 (daha&helliip;)

  • Zeynəb DƏRBƏNDLİ.”Qarabağım küsüb bizdən”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Bulaqların susub axmır
    Günəşin küsübdür çıxmır.
    Xarı bülbül bizə baxmır
    Qarabağım küsüb bizdən.

    Yolu daşlı kəsəklidir
    Dağı qarlı küləklidir.
    Özü insan ürəklidir
    Qarabğım küsüb bizdən.

    Neçə ildir yol gözləyir
    Yadlar onu əzizləyir.
    Yolu həsrətdən sızlayır
    Qarabağım küsüb bizdən.

    Divarları qan qoxlayır
    Dərdi adamı oxlayır.
    Durub igid soraqlayır
    Qarabağım küsüb bizdən.

    Zeynəbəm, canım göynəyir
    Dərdim öz içimi yeyir.
    Yurdum ədalət istəyir.
    Qarabağım küsüb bizdən.

  • Günel ƏJDƏRQIZI.”Məhv olmuş arzular” (Hekayə)

    gunelxanim-225x300

    Toy günü yaxınlaşırdı. Fədayənin sevincinin həddi – hüdudu yox idi. Ağ gəlinlik donunu geyinib vüsalına qovuşacaqdı. Ömrünün sonuna kimi sevdiyi adamın həyat yoldaşı olacaqdı. Fədayə Yalçının uşaqlıq sevgisi idi. Ali məktəbə eyni ildə daxil olmuş, birinci kursu qurtarandan sonra ailə daxilində kiçik yığıncaq edərək üzük taxmışdılar. Qərara gəlmişdilər ki, ali məktəbi qurtarandan sonra toy etsinlər. Vətən qarşısında borcunu verməkdən ötrü Yalçın əsgərliyə getmiş, toyun vaxtı bir az da uzanmışdı. Fədayə hər gecə tanrı dərgahına əl açaraq Yalçını qoruması üçün allaha yalvarmışdı. Axı müharibə gedirdi. Elə bir gün olmurdu ki, televiziyada kiminsə həlak olması haqqında xəbər verilməsin. Qonşu kəndlərdən düşmənlərin atdığı güllələrin səsləri açıq-aydın eşidilirdi. Yalçın hərbi xidməti başa vurub sağ-salamat evlərinə qayıtmışdı. Toyun vaxtı yaxınlaşdıqca Fədayənın həyacanı da artırdı. Hər gecə xəyallar qurur, arzularla yatırdı. İki gün öncə gəlinlik paltarını da seçib bəyənmişdi. Ağ gəlinlik paltarında özünü şahzadə kimi hiss edirdi. Paltarın yaraşıb-yaraşmadığını yoxlamaq üçün əyninə geyinəndə qəfil Yalçın oraya gəlmiş, onu gəlinlik paltarında görmüşdü. Fədayə uşaqlığdan eşitmişdi ki, bəyin toydan əvvəl gəlini toy paltarında görməsi pis əlamətdir. Guya bədbəxtlik gətirir. Fədayə bütün bunlara inanmasa da, ürəyində qorxu hissləri vardı.
    (daha&helliip;)

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    187b19a53b61

    Qara saçlarında qar olacağam

    Bir zaman gələcək peşimançıliq,
    Sənin ürəyini qübar edəcək.
    Onda məni gəzib-arayacaqsan,
    Yollar ayagını qabar edəcək.

    Mən isə gileyli gilavar olub,
    Siğal çəkəcəyəm telinə sənin.
    Bu günlər vədəsiz ötən qatar tək,
    Çətin ki qayida əlinə sənin. (daha&helliip;)

  • Düşünməyə dəyər və ya bilirsinizmi?

    11041661_10205003020335559_6794674678892182115_n

    4 tip insan var:
    1. Kişi və qadın adına ləkə gətirən “yanıqlar”-salam verən kimi özlərini dərhal sırımaq istəyən sadəlövh ovçulardır, dərhal birbaşa mətləbə keçirlər və moment yapışqanı kimi yapışırlar (60%);
    2. Ağıllı və dostluğunu qazananlar və zamanla yananlar – öncə salam verir, sonra dost olur, guya dost adıyla zamanla ünsiyyətdə olurlar, sonra guya bağlanırlar, guya xoşlanırlar səndən və sonra zamanla yanırlar və minnətlə ayrılırlar (20%);
    3. Geylər və lesbilər – kişi və qadınlardan (1-ci və 2-ci kateqoriyaya aid olanların qurbanına çevrilənlər) üz döndərənlər, elə öz cinsindən olanlara meyl edirlər və dostluğunda möhkəmdirlər və təhlükəli deyillər (10%);
    4. Nəsli kəsilməkdə olan əsl kişi və əsl qadınlar – sözün əsl mənasında dost və insandırlar və heç bir məqsəd güdmürlər və əxlaqsız niyyətləri olmur, əsl bacı və qardaşların, ya da ən səmimi və yaxın dostların olurlar, ətrafımda ancaq bu cür dostları saxlamaq qərarına gəlmişəm (10%).

    4 psixoloji insan temperament tipi var, Azərbaycanda o tip insanlar:
    Sanqvinik-hər kəsdən özünü üstün sayır, guya hamıdan çox bilir və boş-boş danışmaqdan savayı, əlindən birşey gəlmir, xülyasında hamını idarə etməkdir.
    Xolerik-Hamını səhv və borclu çıxardır, tez-tez və hər mövzuda dava edir, mübahisə edir, qan çıxmayan yeri o qədər qaşıyır ki, qan çıxardır.Daha çox mentalitet və “mənəvi dəyərləri” guya qoruyub saxlamaq istəyir
    Fleqmatik-Hər şeydən və hər kəsdən şübhələnir, özü qərar verə bilmir, özü ilk addımı atmır, gözləyir ki, kimsə önə gedib, addım atsın, önə gedəni müşahidə edir, güdür, təhlil edir, səhv axtarır, nöqsan tutur, sonda bir nəticə əldə etmir, səmərəsiz işlə məşğuldur, həm də özü bir şey etmir deyə, vaxtını düzgün idarə etmir deyə, maddi və mənəvi qazanc əldə etmir və əldə edənləri də şərləyir.
    Melanxolik-O qədər pessimist və ruh düşgünlüyü içində yaşayan insan olur ki, səbəb oldu-olmadı, inciməli, intihara əl atmalıdır, çox zəif və iradəsiz insandır. İdarə edilmək və səhvlərə görə məsuliyyəti özgələrinin boynuna atmaq istəyir.

    Şərq və qərb – üz üzə:

    Şərq (Məşriq)-günçıxan, yəni günəşin çıxdığı, başlanğıc olan yerdir… Mədəniyyət, ədəbiyyat, incəsənət, tarixi keçmişimiz, insaniyyət, mənəvi dəyərlər şərqdən başlamışdır, günəş çıxdığı məkandan, şərq olan yerdə həmişə fəlsəfə, beyin açıqlığı, məntiq və s. olmuşdur, yaradıcılıq olan yerdə yaratmaq var, gözəllik, sevgi, səmimilik, təbiilik vardır. Nə işə başlasa, şərq əhli işıq saçar, maarifləndirər, gözəlləşdirər, zənginləşdirər.

    Qərb (Məğrib, Qürub) – günbatan deməkdir, qaranlıq çökən yerdir… Şərqdən qərbə günəş gedən kimi digər amillər, obyekt və subyektlər də, şərqdə nə varsa, qərbə keçmişdir… Qərb dağıdır, qərb də batır hər şey, qərbli hara gedirsə, oranı məhv edir, qaranlığa qərq edir, iqtisadi böhranlar da qərbdən başlamışdır çox vaxt…

    Qanuni zəruriyyət

    Nigah müqaviləsi icbari olandan sonra məncə Dostluq müqaviləsini də icbari şəkildə tərtib və tətbiq edilməsini qanuniləşdirmək zəruridir, əks halda, iki və ya daha artıq tərəflər dostluq edirlər, müqaviləsiz olduğundan ürək istəyəni edirlər, Qılınc müsəlmanıq, müqavilə olsa, hər bir tərəf öz məsuliyyətini anlayar və müqavilə şərtlərini pozmaz ki, inzibati qaydada cəzalandırılmasın…

    Günel Fərhadqızı Emin

  • “Azərbaycanlı olmaq nə deməkdir?” III hissə

    11041661_10205003020335559_6794674678892182115_n

    • Korporativ emaildən, iş telefonundan saatlarla şəxsi söhbətləri etmək üçün, qeybət əlaqə vasitəsi kimi istifadə etməkdir;
    • OTKAT-ın hər gün mükəmməlləşmiş və qeyri-adi, mürəkkəb mexanimzləri üzərində düşünmək, axtarmaq və tapmaqdır;
    • Şəbəkə marketinqi və digər maliyyə dələduzları, maliyyə piramidalarına yalan vədlər müqabilində iri məbləğlərdə pul qoymaq və sonra aldadıldığını anlamaq və pulunu geri qaytarmağı istəməkdir;
    • Evdəki qız müəyyən yaşa çatdıqda, ailə qurmayanda, ailədə müəyyən problemlər olduqda, molla yanına gedib dua yazdırmaq, o duanı özünlə daşımaq, insan aıdını daşıyan pirlərə gedib, insanları Allaha bərabər tutmaq, ölmüş insanlara dua etmək və arzularının gerçəkləşməsini istəmək, falçılara inanmaq və onlara külli miqdarda pul vermək, müsbət nəticəsinin olacağı ümidiylə aldadılmaqdır.
    • Yüksək səviyyədə beynəlxalq tədbirlərdə qanunla qadağan edilmiş ikili vətəndaşlıq və off-shore zonaları təbliğ və reklam etməkdir, ölkə qanunvericiliyinə zidd getmək və vergidən yayınmanı stimullaşdırmaqdır;
    • Tez-tez ictimai panikaya qapılıb, milli iqtisadiyyata zərər vurmaq, devalvasiya və inflyasiyanın yaranmasına və inkişafına, digər xoşagəlməz iqtisadi risklərin formalaşmasına şərait yaratmaqdır;
    • Məşhur olmaq və gündəmdə qalmaq üçün gündəlik özünü qara pr etmək, xoşagəlməz şaiyə və xəbərlərin yayılmasını təmin etmək və sonra onun təkzib edilməsini tələb etmək və qarşı tərəfi məhkəməyə verməklə, kosmik məbləğdə mənəvi və maddi təzminat tələb etməkdir;
    • Yerli, yersiz hamıya məsləhət vermək, digərlərinin həyatına, arzu və seçimlərinə müdaxilə etmək, onlara hörmət etməməkdir.
    • Xarici səyahət və ya məzuniyyətini xaricdə keçirtmək (14 günlük istirahət üçün) bankdan istehlak və ya səyahət kreditini götürüb, ilin 11 ayını o krediti hər ay ödəməkdir.
    • Uşaq telekanallarının olmaması və uşaq verilişlərinin olmaması və uşaqlar üçün yerli, maarifləndirici cizgi filmlərinin olmaması səbəbini göstərərək, uşaqlarımıza digər ziyanlı verilişlərə, seriallara baxmasına, komputer oyunlarına meyl etməsini dəstəkləməkdir.

    Günel Fərhadqızı Emin

  • Şafa KAMİLLİ.”Ömrümün payiz fəslidi…”

    2fdc85b9a955

    Arzularım düşür gözümdən,
    Hər gün solub düşən yarpaqlar təki,
    Xəzan olmuş bu ömrümün
    Saralmis solmus arzuları
    Ömrümün payiz fəslidi
    Gedib ömrümdən, bitir baharım
    Qarşımda soyuğum, sazağım
    Qarlı qışım
    Donmuş ,solmuş, buz bağlamış
    Arzularım…
    Ömrümün payız fəslidi
    Saralıb, solmuş,
    Yerə düşmüş
    Torpağa qarışmış yarpaqlar kimi…
    Vida vaxtı, vida zamanı,
    Ömrümdən bitən,
    Tükənən arzularım…
    Köçəri quşlar tək uçub getdi…
    Ömrüm…
    Yalnız, yarpaqsız, tək tənha ağac kimidi…
    Bitib artıq ,
    Qarşısında soyuq sazaq…
    Dözəcəkmi ömrüm qışa?!
    Bu payızda bitəcəkmi?!
    Bilmək olmaz…
    Allah bilir.
    O Allah yaxın gedər
    Ömrümün payız fəslidi…

    02.09.2015

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VII hissəsi

    sc

    Səfərin ona baxmaqdan danışmayacağını görən Fidan səssizliyi özü pozdu:
    – Necəsən Səfər?
    – Səni tapdım yaxşı. Burda işləyirsən?
    – Demək olar. Daha doğrusu, anamın yerinə gəlmişəm. Üstünə sağlıq, bir az xəstələnibdir.
    Əlövsət mətbəxə girdi.
    – Deyəsən bir-birinizi tanıyırsız?
    Səfər Fidandan əvvəl cavab Verdi:
    – Biz bir yerdə böyümüşük. İşdən nə vaxt çıxırsan?
    Fidan – Axşam çıxacam.

    Əlövsət Səfərin Fidana olan baxışlarından ona qarşı biganə olmadığını hiss etdi:
    – Bugün çox iş yoxdur Fidan. Günorta gedərsən. İndi bizə iki fincan kofe hazırlayarsan.
    Səfər Əlövsətlə mətbəxdən çıxdi, fikri Fidanın yanında qalmışdı. Tez-tez geri boylanırdı, Fidan da qapı arxasından ona baxırdı. Səfər Əlövsətə açıb hər şeyi – Fidanın illərcə sevdiyi qız olduğunu, evlənmək istədiyini söylədi. Əlövsət təəccüblənmişdi;
    – Anan razı deyil deyirsən. Bəs atan? İcra başçısının oğlu adi bir xadimənin qızıyla evləndi deyəcəklər.
    – Mənim xoşbəxtliyim adi bir xadimə qızının əlindədirsə, deyilənlər boş və mənasızdır. Pul qarın doyuzdurur, sevgi yaratmır.
    (daha&helliip;)

  • Yalçın YÜCEL.”BİR GURURDUR ÇANAKKALE”

    175054_178868168822977_4360000_o

    Tarih
    Bir kez daha açtı kapısını
    Sayfalara doluverdi Mehmetçik
    Büyüdü, çok daha yüreği
    Öyle bir kahramanlıktı ki bu
    Anadolu
    Boşalıverdi sanki
    Birdenbire Çanakkale’ye
    Nasıl bir inançtı ki
    Göğüslerini siper ettiler
    Hem de hiç korku duymadan
    Yağmur olup yağsa da mermiler
    Belki açtılar, susuz da
    Yırtık postallar üşütse de
    Vatan sevgisi ısıttı içlerini
    El ele koştular, ölümün üstüne üstüne
    Topraksa acıyla inledi tüm bunlara
    Yüceltti sesini
    Duymadı vahşet
    Duymadı kin
    Madene dönüştü
    O güzelim yeşil birden
    Ve akıp gitti
    Kan kırmızı
    Öldüler
    Hem de binlercesi
    Geleceğe
    Özgür bir yaşam bırakarak.

  • Harika UFUK.”Allah’tan başka yar yok”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    İnançsız sevginin, aşkın adı yok,
    Allah’tan başka yar bulamazsın ki…
    İmansız hayatın hiçbir tadı yok,
    Allah’tan başka yar bulamazsın ki…

    Etrafa alıcı gözlerle bakın,
    Dünyada kimin var Allah’tan yakın,
    Arama bir başka sevgili sakın,
    Allah’tan başka yar bulamazsın ki…

    İstersen epeyce yaklaş Maçin’e,
    Dilersen uzaklaş hatta git Çin’e,
    Tavsiyem önce bak kendi içine,
    Allah’tan başka yar bulamazsın ki…

    Geçici sevdayı aşk sanmayasın,
    Dünya nimetine hiç kanmayasın.
    Dünyevi zevkleri çok anmayasın,
    Allah’tan başka yar bulamazsın ki…

    Bir gün değil, her gün aşkın günüdür,
    Harika sohbetin, meşkin günüdür,
    Cennette kurulan köşkün günüdür,
    Allah’tan başka yar bulamazsın ki…

    Adana.14.02.2014 Saat: 09.45

  • İlkin ABBAS.”Qoruya bilmədik bu məhəbbəti”

    tt

    Günah nə səndədir, nə də ki məndə,
    Yazan belə yazıb demək qisməti.
    Yaşada bilmədik ruhu bədəndə,
    Qoruya bilmədik bu məhəbbəti.

    Bu eşq dastan olub dillərə düşdü,
    Adım Məcnunsayaq çöllərə düşdü,
    Saf eşqim çaylara, sellərə düşdü,
    Qoruya bilmədik bu məhəbbəti.

    Səninlə bu yolu bir keçsək belə,
    Sevinci, kədəri bir ölçsək belə,
    Onu qorumağa and içsək belə,
    Qoruya bilmədik bu məhəbbəti.

    Yalanlar geyindi həqiqət donu,
    Nə ilki bilindi, nə də ki sonu,
    “Əlvida” sözünə sığdırdıq onu,
    Qoruya bilmədik bu məhəbbəti.

    Düşdü tellərimə dən ağlamaqdan,
    Oldum yağışlara tən ağlamaqdan,
    Tutdu gözlərimi çən ağlamaqdan,
    Qoruya bilmədik bu məhəbbəti.

    Yaşadım içimdə mən yana-yana,
    O ötən günləri hey ana-ana,
    Müqəddəs bir sevgi yetişdi sona,
    Qoruya bilmədik bu məhəbbəti,
    Qoruya bilmədik bu məhəbbəti…!

  • Mirzə TƏRXAN.”Mənə şikəst demə dostum!”

    photo

    Mənə şikəst demə, dostum!
    Nə olsun ki,yoxdu əlim
    Əlim yoxdu imanım var,
    Əqidəm var vicdanım var.

    Mənə şikəst demə dostum!
    Gözsüzdə görə bilirəm,
    Mənim gözdən günahlarım,
    Yoxdu,bunuda bilirəm.

    Mənə şikəst demə dostum!
    Kar deyiləm,eşidirəm!
    Amma qeybət eşitmirəm,
    Artıq söhbət eşidmirəm.

    Mənə şikəst demə dostum!
    Dilim var ağzımda amma,
    Soldakı mələkdən qorxur,
    Yalan söyləməkdən qorxur.

    Mən şikəst deyiləm dostum!
    Ayib deyil, Qusurluyam,
    Rəbbim bilir, hüzurluyam.
    Məndə Allahın quluyam.
    Mənə şikəst demə dostum.!

  • Doğrudanmı səhiyyə birinci dərəcəli məsələdir(?!)

    1409288447_1394111443_1378745_1401638060069638_1083618525_n-264x300

    “Səhiyyə bizim üçün əziz, qiymətli sahədir”
    (Heydər Əliyev)

    “İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir”
    (İlham Əliyev)

    Vəziyyətlə əlaqəli yolum uşaq poliklinkasına düşdüyündən Ulu öndər Heydər Əliyevin və bu gün dövləti idarə edən Prezdent İlham Əliyevin səhiyyə haqqında dediyi yuxarıdakı fikirləri lövhədən oxudum. Görəsən səhiyyə haqqında söylənmiş xoşməramlı fikirlər bu günümüzlə uzlaşırmı? Sözsüz ki, bu fikirlərin müəllifləri Azərbaycanın birinci şəxsiyyətləri sayılır. O şəxsiyyət ki, zamanında öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanı kənar qüvvələrin dağıtmaq istəyindən xilas edən” Azərbaycanın müstəqilliyi əbədidir!- şuarı ilə çıxış edən Heydər Əliyevə təhfil verilmişdir. Prezdent olduğu müddətcə Azərbaycanı yenidən qurub- yaradan Heydər Əliyev özündən sonra dəyərli fikirlərini bu gün dövləti idarə edən Prezdent İlham Əliyevə və xalqına miras qoymuşdur. Lövhədə səhiyyə haqqında yazılmış şuarda qeyd edildiyi kimi ölkə Prezdenti İlham Əliyev atasının fikirlərini daha da qabardaraq, dahiyanə şəkildə səhiyyə haqqında fikirlərin dəyişmədiyini önə çəkmişdir. Bəs bu gün Azərbaycan səhiyyəsi söylənən arqumentlər əsasında özünü doğrulda bilirmi??? Əlbəttə qeyd edə bilərəm ki, müstəqil hesab edilən dövlət öz siyasəti ilə başqa dövlətlərdən seçilməsi üçün onun təhsili, səhiyyəsi mədəniyyəti, mətbuatı azad olmalıdır. (dırnaq arası yox) Başqa sahələr bir kənara səhiyyədə nələrin baş verdiyinə diqqət edək. Görəsən, Azərbaycan səhiyyəsi cəmiyyətin sağlamlığı üçün nələr edir? Bu sualın cavabını vermək üçün Azərbaycanda ixtisaslı kadrlar zəruridir. Əfsuslar olsun ki, Azərbaycan təhsil sahəsində irəli getmədiyindən zaman-zaman bu göstəricilərə nail ola bilmirik. Bu gün birmənalı şəkildə deyərdim ki, öz peşəsini sevən yeni savadlı kadrlar yox dərəcəsindədir. Təəssüf ki, yaxın vaxtlarda hansı qanuna əsasən yaş məhdudiyyəti qoyularaq həkimləri və müəllimləri birbaşa təqaüdə göndərilməsi də xalq tərəfindən birmənalı qarşılanmadı. Bu gün cəmiyyətin səriştəli kadrlara çox ehtiyacı var. Çünki yeni gələn kadrlar praktik cəhətdən çox zəifdirlər. Əksəriyyətini də rüşvət, xəstəni vardan-yoxdan çıxarmaq düşündürür. Bəzən heç həkimləri də qınamaq olmur. Onlar hansı məvacibi alır ki, gözlərini xəstələrin cibindən yığsın? Bu gün demək olar ki, həkimləri və müəllimləri xalq dolandırır. Məvacib deyilən bir zat onların cibinə normal məbləğ şəklində girmiş olsaydı əlbəttə xəstələr bu gün əziyyət çəkməzdilər. Kimdir MÜQƏSSİR??? Bu salın cavabı isə birmənalıdır. (daha&helliip;)

  • Solmaz Əliqızı Şeirləri

    11948100_917578168326934_820319561_n

    VAXTSIZ ƏCƏL

    Vaxtsız əcəl,

    gəl tez döymə qapımı,

    İlahi rəbbimdən qüvvət almışam.

    Sərt qışa döndərmə xoş baharımı,

    Yaşamaq eşqiylə alovlanmışam.

     

    Onsuz da qısadır ömür payımız,

    Qocanı,cavanı seçməyir əcəl.

    Torpaqda daş məzar son bir payımız,

    Bizi addım-addım izləyir əcəl.

     

    Həyatın qaydası,qanunu budur,

    Bir gün getməlidir,yaranan hər kəs.

    Mənimsə tanrıya sualım budur,

    Vaxtsız əcəl niyə tələskəndi bəs?

    04.03.2013

     

    Tanrım uzun etsin onun ömrünü

    Ana ən müqəddəs, ən ülvi varlıq,

    Həmişə o ada biz borclu qaldıq.

    Hər bir övladına o verər saflıq,

    Ana öyüdündən biz ibrət aldıq.

     

    Anamız yoxdursa, biz də olmarıq,

    Sanki qəlblərimiz qoparar fəryad.

    Kükrəyən sel kimi aşıb, daşarıq,

    Qanadsız bir quşa bənzəyər həyat.

     

    Ana övladına hər cür yaraşıq,

    Hər bir ana görsün övlad toyunu.

    Analar adına dastan yaz, aşıq,

    Qoy bütün analar dinləsin onu.

     

    Ana kainatın bər-bəzəyidir,

    Analar eşqinə yanaq, alışaq.

    Yazan könüllərin şah əsəridir,

    Ona nəğmə deyək, ona söz qoşaq.

     

    Anadan yazmaqla qurtarmaz, bilək,

    Gəlin uca tutaq ana sözünü.

    Onun varlığına sevinək, gülək,

    Tanrım uzun etsin onun ömrünü.

     

    YAZIĞIM GƏLİR

    İlin hər bir fəsli,gərdişi gözəl,

    Həm payızı gözəl,həm yazı gözəl.

    Bu gözəl dünyada alışıb sönən,

    Nakam məhəbbətə yazığım gəlir.

     

    Dünyaya gəlmişik sevinmək üçün,

    Həm sevilmək üçün,həm sevmək üçün.

    Həyatda,sənətdə iz qoymaq üçün,

    İzi olmayana yazığım gəlir.

     

    Fani dünyamızın sonu ölümlü,

    İnsan kainata gəldi-gedimli.

    Məxluq tanıyıram mələk biçimli,

    Şeytan sifətlərə yazığım gəlir.

     

    Sevməyi öyrəndik Leyli-Məcnundan,

    Biz çıxdıq həyatın çox sınağından.

    Bir iyrənc qadının səhvi ucundan,

    Atılmış körpəyə yazığım gəlir.

     

    Cahanda əyrilik həddini aşıb,

    Yaxşılar azalıb,pislər çoxalıb.

    Ömür yollarında düz yolu çaşıb,

    Əyri yol gedənə yazığım gəlir.

     

    Solmaz Elqızıyam,coşub cağlayan,

    Namusla,qeyrətlə qoşa yoğrulan.

    Bu fani dünyada əbədi solan,

    İNSANAM,İNSANA YAZIĞIM GƏLİR!!!

    20.06.2007

  • Müsavat.com saytının Adnan Oktarla bağlı saxtakarlığı (FOTO)

    musavatsaxta_ensonxeber

    3 sentyabr, 2015-ci il tarixində musavat.com və bu sayta istinadən başqa bir neçə xəbər saytında cənab Adnan Oktar haqqında iftira dolu bir yazı yayımlandı

    3 sentyabr, 2015-ci il tarixində musavat.com və bu sayta istinadən başqa bir neçə xəbər saytında cənab Adnan Oktar haqqında iftira dolu bir yazı yayımlandı. Sayt yazır ki, guya onun ünvanına vaxtilə Adnan Oktarın Azərbaycandakı qabaqcıl tələbəsi olmuş BDU tələbəsi Murad Kamal tərəfindən məktub daxil olub. Məktubda Adnan Oktar və onu sevənlər haqqında bir çox çirkin iftira mövcuddur. Amma müsavat.com saytında bu yazını yayımlayanlar unudurlar ki, yalan ayaq tutar, amma yeriməz. Əslində, nə belə bir BDU tələbəsi, nə də belə bir azərbaycanlı şəxs yoxdur. Bu qondarma Murad Kamal, əslində, Pola Kamal adlı İraq-Süleymaniyyə Amerikan Universitetinin Beynəlxalq Araşdırmalar və Siyasət məzunudur. Musavat.com saytı sadəcə onun şəklindən istifadə edib. Hətta Murad Kamal adından saxta profil də açmaq unudulmayıb. Buyurun baxın,müsavat.com saytının BDU məzunu olduğunu iddia etdiyi Murad Kamal, əslində, kimdir?

    Həqiqi Pola Kamal:

    http://auisstudent.blogspot.com/2010/09/financial-aid-system-needs-radical.html

    Həqiqi Pola Kamalın facebook profili:

    https://www.facebook.com/pola.kamal.73

  • Ülkü Taşlıova.”YETİM KÜTÜPHANE”

    k

    Yetim kütüphane olabilir mi derseniz? Olur derim. Ben o yetimi gördüm.
    Hocam bu başlığı verdiğinde yıllardır içimde saklanan bir yeri daha doğrusu kütüphaneyi anlatmak istedim. Yetim kütüphane ismi gönlüme hüzün serpse de tam yerini buldu diye düşünüyorum.
    Bulgaristan seyahatinde gözyaşlarımın akmasına sebep olan yer geldi aklıma. Gördüğüm anda kaybettiklerimizin acısı bir kez daha can evimi yakmıştı. Beş yüz kırk beş yıl bizim olan, her taşında toprağında nehrinde iz bıraktığımız o yerler sessiz mahzun ve kederliydi.
    Bizi Vidin’de karşılayan Müftü Necati Ali Bey gideceğimiz yere doğru yürürken etraf hakkında da bilgi veriyordu.
    Yer yer sıvaları dökülmüş, alçak bahçe duvarı içindeki camiye doğru yürüdüğümüzde hem heyecanlanmış hem de duygulanmıştım. Uzaktan gördüğüm tek şerefeli beyaz minarenin yanındaydım. Sağında, solunda, karşısında süslü, yüksek, bakımlı kiliseler vardı. O gösterişin arasında sade ve suskun duran caminin birkaç taş basamaklı merdiveninden yukarı çıktık. Çift kanatlı, el işlemeli büyük yeşil kapıya vardık. İçeriye girmeden önce etrafa şöyle bir göz gezdirdim. Caminin sağında bir kaç mezar ve duvara yaslanmış uzun mezar taşları vardı. Sordum. Taşları başka yerlerden bulup getirmişler, eski Türkçe yazılıymış. Eski yazı okuyan olmadığından ne yazdığını bilmiyorlarmış. Seyahat gurubumuzdaki eski yazı bilen iki büyüğümüz taşlardaki yazıyı okudu. Caminin imamı da söylenenleri not aldı.
    Caminin içini gezdikten sonra Müftü Efendi birde kütüphanemiz var dedi. Sol tarafta olan kütüphane birkaç adım ilerideydi. Biri büyük, biri küçük iki kubbeden oluşan kütüphaneye, küçük kubbe altındaki iki sütun arasındaki kapıdan giriliyordu. Kesme taştan yapılan kütüphane akıp giden onca zamana yenik düşmemişti.
    Kare şeklinde olan yapı birkaç metre kareden ibaretti. Üç tarafında demirli büyük penceresi vardı. Kubbenin kemerli tavanı Osmanlı motifleri işli, sütun aralıklarında ise dört halifenin adı ve dini motifler vardı. Tahta döşemeli zemine eski bir kilim yayılmıştı.
    Adı Osman PAZVANTOĞLU Camii kütüphanesiydi. Karşı köşesinde tahta masa ve yanlarda oturmak için dar sedirler vardı. Kapının sağında ve solunda yerden yukarıya doğru birkaç raftan ibaret olan kitaplık tahtadan rast gele çakılmıştı. Kitaplığın rafından bir kaçında kahverengi bezli ciltleri eskimiş ve yer yer yırtılmış kitaplar vardı. Oturduğum yerden epeyce seyrettim onları. Her biri anasını babasını yitirmiş yetim çocuklar gibiydi. O an aklımdan öyle çok şey geçti ki. Müftü ve Hoca Efendilerin anlattıklarını dinlerken, bir zamanlar o kitapları yazanları, okumak için dokunan elleri düşündüm. Yerimden kalktım izin isteyerek kitaplardan bir kaçını raftan alıp açtım. Eski Türkçe ile yazılmış kitaplardı.
    Bir birine tutunan sararmış sayfalar belki de yıllardır açılmamıştı. Nasıl açılsın ki? Bulgaristan da eski Türkçeyi okuyan mı kaldı ki? Dedim kendi kendime.
    Kütüphanenin boş kalan raflarına çay bardakları, şekerlik, tornavida gibi şeyler konulmuştu. Hüzünlendiğimi saklayamamıştım. “Bir zamanlar burada çok kitap varmış. Camide medrese eğitimi de verilirmiş. Dersten çıkanlar gelip kütüphaneden istifade edermiş. Sonra ne o kitaplardan eser kalmış ne de okuyanlardan. Dönemin yöneticileri yok etmişler hepsini. Bu gördüklerinizi de birkaç yıl önce yaşlı insanlar evlerinden getirip dizdiler. İçlerinde ne yazdığını kimse bilmiyor. Bizde yadigâr diye saklıyoruz.” Diyerek içini çekmişti Necati Ali Bey.
    Yüreğim acımıştı. Aklıma öksüzlük geldi. Sadece insan değilmiş yetim kalan. Yetim kalan kütüphane sessiz, masum, boynu büküktü. Bağrında sakladığı birkaç cilt kitapla kala kalmıştı oracıkta. Ve ona hizmet veren birkaç gönül erbabının gayretiyle ayakta durmaya gayret ediyordu.
    “Nasip olur bir daha yolum buraya düşerse. Hediye kitap getirerek ata yadigârı raflara dizeceğim.” dedim.
    Gün geldi oralara gitmek yeniden nasip oldu. Bütün sevdiklerime amacımı söyledim. Birer kitap alarak iç kapağına duygularını yazıp imzalamalarını rica ettim.
    Bende evimdeki kitaplarıma göz gezdirdim. Hiç biri bir diğerinden üstün değildi. İnci tanesiydi her biri. Benim kıymetlilerimdi. Sırdaşlarım, dostlarım, biraz düşüncelerim birazda düşlerimdi her biri. Fikirlerimdi kimisi. Kimisinde aklımın tenviriydi. Bende onların sahibiydim. Sahipsiz bırakmadım hiçbirini. Şimdi tek tek yerlerinden indirip bir yetimi sevindirecektim. Pür dikkat kapaklarını açarak her birine gönlümden geçenleri yazdım. Her okuyana bin selam olsun dedim. Adımı soyadımı yazarak altlarına tarih ve imza attım. Yanımda duran karton kutuya alabildiğince doldurdum.
    Hani Hz. Mevlana der ya; “Altın ne oluyor, can ne oluyor, inci, mercan da nedir? Bir sevgiye harcanmadıktan, bir sevgiliye feda edilmedikten sonra…”
    ***
    Yolculuk bitmiş, uzun zaman sonra yeniden yetimin yanına varmıştım. Bu sefer sevindirecektim onu. O da sanki kollarını açmış beni bekliyordu. Dolu birkaç karton kutuyu arkadaşların yardımıyla kütüphanenin boş rafları önüne koyduk.
    Dolan her raf sanki gülümsüyordu bana. Bende mutluluktan uçuyordum. Sanki yetimin saçlarını okşuyordum. Sanki öksüze bayram kıyafeti almış sevindirmiştim. Arkadaşlarımın kitaplarını dizerken yazdıklarına bakmayı da ihmal etmedim. Her biri yüreklerini sayfa aralarını sıkıştırmıştı sanki.
    Az da olsa yetim sevinmişti.

    (Avrasya Yazarlar Birliği Edebiyat Akademisi Deneme Atölyesi 2014)

  • Dövlətimiz güclü siyasi iradəyə malikdir

    ramiq

    Dövlətimiz güclü siyasi iradəyə malikdir

    Baş verə biləcək iqtisadi böhranın yaşanmamağı üçün dövlətimizin borc götürməyinə dair bəzi mülahizələr yanlışdır. Neftin qiymətindəki ucuzlaşma və manatın devalvasiyası ilə yanaşı, iqtisadiyyatımızda böhranın baş verməməyi üçün həll yolları haqqında media və sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif təklif və mülahizələr söylənir.

    Bunların içərisində ölkəmiz üçün əsla xeyirli olmadığını düşündüyüm beynəlxalq valyuta fondlarından və banklarından borc götürülməsi təklifidir. Dövlətimiz illərdir torpaqlarımızın işğal altında olmasına baxmayaraq, istər ABŞ və Avropa Birliyi ölkələri, istərsə də üzərimizdə təsirini artırıb yenidən hegemoniya qurmaq istəyən qonşularımız tərəfindən ölkəmizə qarşı edilən təzyiqlərə baxmayaraq ölkə maraqlarından heç bir güzəştə getməyib. Bu cəsur siyasi duruş təqdirə layiqdir.

    Dünyada baş verən hadisələrə baxdığımızda siyasi iradə göstərən bir çox ölkənin iqtisadi yöndən zəiflədilib borca sürüklənməsi ilə asılı vəziyyətə salındığını görürük. Ona görə də borc təklifini Azərbaycanın xeyrinə olacaq imiş kimi göstərənlər bundan çəkinməlidir. Azərbaycan xalqı inanclıdır, vətənpərvərdir; heç bir zaman öz rahatlığı üçün ölkəmizin borc üzündən asılı vəziyyətə düşməyini istəməz. Bütün bunlar müvəqqəti çətinlikdir.

    Dövlətimizin heç bir mənada digər dövlətlərdən asılı vəziyyətə düşməməyi üçün, lazım gələrsə, daha qənaətcil davranmaq lazımdır. Əgər iqtisadi çətinlik yaşanarsa belə, öz daxili potensialımız hesabına bu çətinliyin öhdəsindən gələcək millətə və dövlətə sahibik.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev

  • Hikmət MƏLİKZADƏ.”Artıq təksən…” (Məqalə)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Sədaqət, vəfa deyilən şey insanın könül yaşantılarıdır. Əfsus, Adəm-Həvva, Leyli-Məcnun, Əsli-Kərəm sevgisinin həyat normaları bu vacib gerçəklərə səmt tuta bilmədi və bu qeyri-zəruri hal əvvəldən başladığı formada bu gün də təəssüf ki, öz xarakterini eyni tərzdə göstərir.
    Sevmək hələ sədaqətli olmaq məğzi kəsb etmir. Düzdür, insanın ümdə vəzifəsi ətrafını qorumaqdır, lakin kimisə hifz edə bilmək Tanrı bacarığıdır deyə insana sadəcə, bu səmtə göz dikə bilmək qalır. Bu zaman da – səndən ötrü canımı verərəm – dediyin adama canını verə bilmirsən. O, gedir, sən də ya yalqızlığın qoynunda çabalayır, ya da heç nə olmamış kimi yeni səmtlərə boylanırsan.
    Əzizimiz, qələm dostumuz, qardaş dediyimiz Giya Paçxataşvili də sədaqətli ömür-gün yoldaşı Lamaraya sadiq insandı. O da həyatın vəfa zirvəsinə qalxa bilmək üçün dəridən-qabıqdan çıxırdı və bu, Lamaraya əminlik verirdi. Ancaq sən saydığını bir cür sayırsan, fələk də başqa cür – səndən daha dəqiq sayır. Giyanın sakitlik gətirən fikirləri başı batmış fələyin dağıdıcı-sarsıdıcı zərbələri qarşısında aciz qaldı. Qəfil qopan tufan Lamaranı qəm yeməkdən ağappaq ağarmış Giyadan araladı. Dostlar, tanışlar təsəlli verdi, sızladı, bu dəhşətin acısı heç kimi sarmadı; nə oldusa Giyaya oldu…
    Lamaranın yoxluğu ağ dünyalı Giyanın şair qəlbinə qara xətlər çəkib. Ağ-qara şeirlər doğur Giyanın titrək qələmi. Bu şeirlər də bugünlərdə «MBM» mətbəəsində işıq üzü görmüş «Son – əvvələ gedən yol» başlıqlı bir kitabda cəm olub. Bu kitab bütövlükdə Giyanın Lamaranın müqəddəs ruhuna əbədi ehtiramıdır. Təbiidir ki, kitabda ürək ağrıdan, qəlb sızladan fikirlər yer alıb. Nə qədər daşürək olsan belə, bu fikirlərə baxış sıradan kimi kövrəlirsən. Elə Giya da bu fikirlərin cəm olduğu şeirləri kövrələ-kövrələ yazıb.
    Həyat yoldaşı hələ «xərçəng»in caynaqlarında çırpınarkən Giya ümidsizlikdən asılı qalmışdı. (daha&helliip;)

  • Hikmət MƏLİKZADƏ.”Pirqulu sərgüzəştləri”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Yollar, hələ ilan olmamış ilan balaları kimi qıvrılmaqda,
    Maşınımız da südəmər quzu kimi aram-aram mələməkdə.
    Biz də, təbiətə məftun şəhərli uşaqlartək
    gözümüzün qarşısına keçəni baxışlarımızla yıxırıq.
    Həvəskar alpinisttək Pirqulu meşələrinə çıxırıq.
    Gendən ruhumuza sığal verir Rəsədxana divarları.
    Ucları buluda dəyən ağaclar da, yamyaşıl örtüyü ilə
    ruhumuza şuxluq sıçradır heyran-heyran.
    Xeyli hündürdən qıy vuran qartal kimi görünür Şamaxı –
    Mənim, şair balaları didərgin şəhərim.
    Bir az da ruhu pərişan, gərgin şəhərim…
    Üzülə-üzülə göz atıram çuxası yaşıl meşələrə.
    Dərinə düşdükcə, təbiətin mənası bir az da artır.
    Hansı qüvvəsə gözlərimi bu gözəlliyə dartır.
    Arabir vəhşi əngəllərə də dəyir gözüm.
    Bələdçim deyir ki, eh, bilirsiz burda – bu cənnətməkanda
    neçə bakirə ağacın taleyini cızdılar?!
    Doğrudan, burda ağaclar elə bil bakirə qızdılar –
    adam görən kimi duvaqlarını çəkirlər.
    Bələdçi, ətrafa eyhamla deyir ki,
    abırlı, həyalıdı Pirqulu meşələri.
    Ancaq pula möhtəkirlər göz verir, işıq vermir
    bu yanaqları al, ayaqları xınalı təbiət gözəlinə;
    sanki uçurub, dağıtmaqdı peşələri.
    Allahın işinə bax, burda ağaclar Günəşi görməkçün bəhsdə.
    Ağacdibi oyuqlarda ard-arda düzülən alabəzək göbələklər
    Göpgöyçək qızlartək naz atır kövrək ruhumuza.
    Burda, dumanın vaxtsız-vədəsiz
    ətrafı ağa bükməsi ayrı bir səhnə;
    adama elə gəlir ki, hansısa tamaşanın
    obrazlarıdı içindəki qaraltılar.
    Yayda payız qayğıları başlayır Pirqulunun.
    Yetib bu yurdun yaylıq örtən çağı.
    Bir az yuxarıda qaraçuxa buludlar ruhunu «daşlayır» onun.
    İslanır nə var; yollar, yamaclar, toxlar aclar…
    Bir azdan gün, dəcəl uşaqtək yaxasını açır ətrafın.
    İlıq şüalar islaq adamları buxarlandırır.
    Nəm tutmuş torpaq da buxar verir.
    Təkcə, yarpaqları yağışdan sırğalanmış yekə-yekə ağaclar
    payız nəğməsi oxuyur yorğun-yorğun.
    Əllərində sini o yan-bu yana qaçan ağköynək xidmətçilər
    ayaqları ilə yerə yüz ilmə vurur.
    Toxlar meşələrin ruhunu kabab kimi qoxuyur,
    Aclar onun-bunun ağzına baxa-baxa namaza durur.
    Bu məzmunsuz görüntüyə diş qıcayır
    meşə həkimi – ağacdələn;
    dimdiyinin yoruğunu ala-ala bu vəhşətə acıyır.
    Vicdanı acımır burdakı tox adamların;
    qudurğan qəhqəhələri, şit gülüşləri ilə Tanrını bezdirirlər.
    Harın biri də, dişlərini ağarda-ağarda
    göbək atdırır bir şax yüzlüyə hansı acınsa qızına.
    Təbiət bu mistik ovqatı çözməyə məcbur.
    Təəssüf… dözməyə məcbur.
    …Məni burda ilk dəfə valeh edir şəhərli bir qızın
    yaş torpağa sevgi etirafı.
    İliyimiə işləyən soyuğun ağ sevda çiçəklərinə
    ötənilki cücülər hakimdi…
    Kipiklərim qatı dumanın şehində o ki var, çimir.
    Bir anlıq elə bilirəm bura inam ocağıdı – pirdi.
    …Üşüdüyümü görən bələdçimin
    çiynimə atdığı pencəkdən də tüstü iyi gəlirdi.
    İşə bax, burda adamın duyğuları boş durmur;
    Kövrək hisslər yelləncək asır baxışlarından.
    Ata sevgisinə ac uşaq kimi gözlərinə hopdurmaq istəyirsən
    səni məst edən sısqa gözəllikləri.
    Hündür-hündür ağaclar günəşlə aranda səddi.
    Burda yadına düşmur, deyəsən:
    – Ruhuma kömək ol, ya hansısa ağanın cəddi!
    Burda hər ağacın altı bir görüş yeridi;
    kim bilir, neçə qızın-oğlanın sevgisinə şahiddi bu ağaclar.
    Adamlar, yağışda başlarına tuturlar bu ağacları, çətir əvəzi.
    Sonra da dilucu ehtiram göstərirlər, xətir əvəzi.
    …Oxucum, sanma ki, meşələr bəxtəvərlik rəmzidir.

  • Saqif Qaratorpaq: HÜSEYN ARİF ƏDƏBİ MƏCLİSİ

    saqif-muellim-300x200

    HÜSEYN ARİF ƏDƏBİ MƏCLİSİ

    (HESEYN ARİF ƏDƏBİ BİRLİYİ)

    H.Arif Ədəbi birliyi 1997- ci ilin sentyabr ayından Ağstafa şəhərində fəaliyyətə başlamışdır.Ədəbi birlik Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri,şair Barat Vüsalın,Ağstafa Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun, “Ağstafa” qəzetinin məsul katibi jurnalist Firdovsi Heydərlinin təşəbbüsü ilə yaradılmışdır.İlk toplantısı 17 sentyabr 1997-ci ildə keçrilmişdir.El şairi Eyvaz Qələmçəli Ədəbi Birliyin ilk sədri seçilmişdir.Birlik öz işinə şair Telman Kürsoyun “Bizi başqa xalqla dəyişdiriblər” kitabının təqdimatı(müzakirəsi) ilə başla- mışdır.Təşkilati işlər və digər məsələlər sədrin müavini kimi Saqif Qaratorpağa həvələ olunmuşdur. 2004-cü ildə el şairi Eyvaz Qələmçəli vəfat etdikdən sonra Birliyə Saqif Qaratorpaq rəhbərlik etməyə başlamışdır. 2000-ci ildə Birlik üzvlərinin şeirləri toplanmış ilk almanax – “Şairlər Qapıda növbə gözləyir” işıq üzü görmüşdür.2001-ci ildə “Ağstafanın poeziya çələngi”,2004-cü ildə “Dərin kökün pöhrələri”,2006-cı ildə “Hər çeşmədən bir damla”,2009-cu ildə “Oğuz tayfam-Ağstafam” almanaxları çap olunmuşdur. Ədəbi Məclis özündə 30-dan artıq üzvü birləşdirir.Bu günə kimi Ədəbi Məclis üzvlərinin müxtəlif illərdə 100-dən çox şəxsi(müəllif) kitabı çap olunmuşdur. Bu gün artıq imzası ölkədə tanınan Üzeyir Məhərrəmli(mərhum), Şahinə Könül,Cığatel İsaqızı,Rüfət Axundlu,Sevinc Yunuslu ilk kövrək addımlarını Hüsüyn Arif Ədəbi Birliyində atmışlar. Üzeyir Məhərrəmli(2000-ci il),Şahinə Könül(2009-cu il),Rüfət Axundlu (2015-ci il),Sevinc Yunuslu(2013-ci il),Əli Cəfəroğlu(2014-cü il) Prezident təqaüdünə layiq görülmüşlər. 2015-ci ildə yazıçı-jurnalist Firdovsi Heydərlinin və naşir-rəssam Sü- Leyman Mustafaoğlunun zəhməti sayəsində “Kitab Evi” İctimai Birliyinin dəstəyi ilə “UniPrint-S” nəşriyatında Birlik üzvlərinin və Ağstafada yaşayıb-yaradan şair və yazıçıların(130-dan artıq müəllifin) seçmə əsər- ləri toplanmış “Oğuz Tayfam-Ağstafam” poeziya antalogoyası çapdan çıxmışdır.

     

  • Elnur RƏSULOĞLU.”Qoca aşiqin ölümü”

    et

    Qoca aşiqin ölümü”

    Qar yağıb bircə-bircə

    Göylərdən səpələnib.

    Qar yağıb dünən gecə

    Hər yanda təpələnib.

    Soyuqdur.

    Qışdır artıq.

    Beləcə açdı səhər.

    Baxırlar yazıq-yazıq

    Uzaqdan boz sərçələr.

    Məzarlıq qapısından

    İçəri keçib qoca.

    Qəbirlər arasından

    İrəli gedib qoca.

    Bir qəbrə gəlib yaxın

    Başladı hey öpməyə.

    Başladı xısın-xısın

    Uşaqtək hönkürməyə.

    Qocanın qəm-qüssəsi

    Çevrilib yaşa döndü.

    Göz yaşı – nəm qüssəsi

    Üzündə daşa döndü.

    Bərk qucub başdaşını

    Diz üstə çökdü qoca.

    Xeyli vaxt baxışını

    Bir şəklə dikdi qoca.

    Qocanın buz nəfəsi

    Andırır Arktikanı.

    Ney kimi qəmgin səsi

    Bədəndən çəkir canı.

    “Deyirdim xoşbəxt oldum

    Sevilib-sevən günü.

    Ömürlük bədbəxt oldum

    Sən ölüb-gedən günü“.

    “Arzular parça-parça” –

    Qışqırdı dönə-dönə.

    “Getmişəm qaça-qaça

    Tənhalar ölkəsinə“.

    “Qurumuş ot kimi mən

    Qupquru qurumuşam.

    Dondurub qəlbimi mən

    Sevgisiz yaşamışam“.

    Qocanın qucaq-qucaq

    Köksündən ağrı qopdu.

    Dözməyib partlayaraq

    Yerindən bağrı qopdu.

    Damarda dondu qanı,

    “Gəlirəm” – deyib güldü.

    Bədəndən çıxdı canı,

    “Gəlirəm” – deyib öldü.

    Qar yağıb bircə-bircə

    Göylərdən səpələnib.

    Qar yağıb dünən gecə

    Hər yanda təpələnib.

    Soyuqdur.

    Qışdır artıq.

    Beləcə açdı səhər.

    Baxırlar yazıq- yazıq

    Uzaqdan boz sərçələr.

  • Gündəlik İnformasiya Agentliyində iki yeni bölmə istifadəyə verilib

    ni

    2 Sentyabr 2015-ci il tarixində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, şairə, jurnalist Nəcibə İlkinin məsləhəti ilə Gündəlik İnformasiya Agentliyində “Ali Ziya dərgisi” və “Ədəbi birliklər” bölmələri istifadəyə verilib.
    3 sentyabr 2015-ci il tarixindən etibarən, “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının yeni işıq üzü görəcək sayı haqqında məlumat öz əksini tapacaq.”Ədəbi birliklər” bölməsində isə “Hüseyn Arif” Ədəbi Birliyi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubu, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi” haqqında olan bilgilər dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılacaq.Əsas məqsəd ədəbiyyat, poeziyasevərləri ədəbi birliklər haqqında məlumatla təmin etməkdən ibarətdir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nəcibə İLKİN.”Çox baxacaqsan”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Küsmüşəm barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm gülüm min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm – özümü

    Gecələr bürünüb hicran donuna
    Vüsal yuxumuza lay-lay çalacam.
    Yenə yuxularda qaçıb yanına.
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh… məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan.
    Mən gedən yollara çox baxacaqsan.

  • Saqif QARATORPAQ.”Bir yaşıl yarpaqdım”

    saqif muellim

    Bir yaşıl yarpaqdım,
    yoruldum
    yoluna baxmaqdan,
    saralıb
    düşdüm budaqdan,
    Küləklər qovar
    o yana,bu yana.
    Yağış isladar
    üşüyərəm
    qışın sazağında.
    Çırpılıb
    divardan divara,
    dolaşaram
    sərgərdan,avara…
    Eh…sən,
    bəlkə də
    heç bunun
    fərqində deyilsən.
    Hər gün
    üstümdən
    keçib gedirsən…

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VI hissəsi

    sc

    Səfər Çiçəkgilin getdiyini biləndə əsəbdən özünə yer tapa bilmirdi. Qonaq otağında əlindəki stəkanı çırpdı yerə. Stəkan çilik-çilik oldu:
    – Axı niyə? O ana-bala sizə neyləmişdi? Yetim qız idi, ay ana. Nə vermişdiz ala bilmədiniz?
    Cəmilə oğlunun üstünə qışqırmasa da səsinin tonunu qaldırdı:

    – Həddini bil, qarşında yad qadın yoxdu. Ananla bacın var. Pozğuna görə coşmusan? Bəlkə bizi döyəsən?

    Səfər üzünü bacısına tutur:
    – Sən necə qızsan? Biz Fidanla bir yerdə böyümüşdük. Sənə nə pisliyi keçmişdi?

    Aybəniz: – Pisliyi o idi ki, adımızı batırırdı. Qapının ağzınacan oğlan gəlmişdi.

    Səfər stulu əliylə aşırdı: – Yalandı, ömrümdə inanmaram. Şər atırsız. Mən onları tapacam. Tapanda isə ana, sənə and içirəm, Fidan menim arvadım olacaq. Bugün harda olsa axtarıb tapacam.
    (daha&helliip;)

  • Qalib ŞƏFAHƏT.”Xəyanət boyda”

    11903330_912599932158091_787684036_n

    Xəyanət boyda
    əl verirəm sənə,
    qaytarıb çırpsan da
    üzümə.
    Xəyanət boyda
    göz verirəm sənə,
    baxa bilsən gözümə.
    Xəyanət boyda
    söz verirəm sənə,
    Qata bilsən sözünə.
    Xəyanət boyda
    ürək verirəm sənə,
    yer tapa bilərsənmi özünə?
    Daha buradan o yana
    heç kəs yoxdu-
    Getmə heç yerə.
    Xəyanəti
    sapla qəlbinə,
    Tikiş qoyarsan
    ömrünə.
    Xəyanət boyda.

  • Aliyə ƏSƏDOVA.”Sərhədçi qardaş”

    Səhərin gözüylə oyanan
    əli alnında boylanan
    sərhədçi qardaş.
    Kim var kim yox oralarda,
    o bağlı yollarda
    kimsə yıxıldı elə bil
    sərhəddən xeyli uzaq.
    Şəhərlidi ya kəndçi
    uzaqlardan gəlib-
    adını deyir vətəndaş!
    Sən yerdəki qara bax,
    yazın bu son ayında
    bu sərhəd yollarında
    ləpir qoyan ayaqlar,
    biri gedir ,biri gəlir …
    Bu yolları izləyən
    şimal sənə çox yaxın,
    əlini çək gözündən
    elə bil üz -gözündən
    tanıyan olub səni .
    Bu sərhəddə soyuq var,-
    gözlərindən qaçmasın
    bayaq səni səsləyən
    səni görən vətəndaş!

  • Nadir ZİYADLI.Şeirlər

    Qadınım mənim

    Qonşuların
    pıçıltıları .
    dostların təsəlliləri
    tanışların soyuq baxışları altında
    bacım ..qardaşım
    düm ağ parçaya bürünmüş
    tabutumun önündə
    göz yaşı axıdacaqlar..
    Göz yaşı axıdacaqlar
    tabutum
    həyətdən çıxana qədər…
    Sonra
    hər biri baş alıb gedəcək
    öz işlərinə..
    öz içlərinə…

    öz içlərində axtaracaqlar məni.. (daha&helliip;)

  • Gündəlik İnformasiya Agentliyi

    kumbet

    2013-cü ilin avqust ayının 28-də Bakı şəhərində, “AYDINOGLU CONSULTİNG GROUP” tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Gündəlik İnformasiya Agentliyi Azərbaycan Xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin 7 dekabr 1999-cu il tarixli “Azərbaycan Respublikası Kütləvi informasiya vasitələri haqqında qanun”a uyğun, fəaliyyətini davam etdirir.Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəzarət olunan İnformasiya Agentliklərindən biri kimi, Çağdaş Azərbaycan ədəbi mühitində yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin tanıdılması istiqamətində məqsədyönlü tədbirlər planı hazırlayıb həyata keçirir, eyni zamanda dünyada, o cümlədən Azərbaycanda baş verən ən son olayları ictimaiyyət nümayəndələrinin və oxucu auditoriyasının nəzərinə çatdırmaqdan məmnunluq hissi duyur.
    Bizi seçib, Bizimlə qaldığınız üçün sonsuz təşəkkürlər!

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Sumqayıtın kimya sənayesinin inkişafında xüsusi xidmətləri olmuş insanlar- TANITIM

    ro

    Bu il respublikamızdan kənarda da kimyaçılar şəhəri kimi tanınınan Sumqayıtın şəhər statusu almasının 66 ili tamam olur. 66 yaşlı bu şəhərin həyatının hansı dövrünə baxsan sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyatının əsl inkişafının, yüksəlişinin şahidi olur, bu şəhəri qurub-yaradanları xatırladıqca məmnunluq duyğusu ilə bərabər, kövrək hisslər keçirirsən. Bu şəhərin təbiəti, varlığı belədir. Burada həyat həmişə qaynayıb. Sumqayıt və sumqayıtlılar illərin qoynunda yaşa dolub, şəhərin tarixinə parlaq səhifələr yazıblar. Doğma Azərbaycanımızın bir parçası olan Sumqayıtın dünəni, bu günü və sabahı onun sakinlərinin ömür salnaməsidir. Bu salnaməni öyrənmək, təbliğ etmək və bu şərəfli tarixi yaradanlarla qürur duymaq hər birimizin müqəddəs borcudur. Çünki insan əməyinin nəyə qadir olduğunu Sumqayıtın timsalında bütün aydınlığı ilə görmək mümkündür. (daha&helliip;)

  • Əziz Musa.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Daş

    Bu dünyanın işinə bax,
    Baxan görmür gələn daşı,
    Göydən gələn, elə gəlir,
    Qorumaq olmayır başı.

    Hər bir kəsin qismətinə,
    Göydən gələn bir daş düşür.
    Hər daşa da bu dünyada,
    Neyləyəsən bir baş düşür (daha&helliip;)

  • Nəcibə İlkin gundelik.info və edebiyyat-az.com saytlarının Baş məsləhətçisi seçilib

    ni

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 1 Sentyabr 2015-ci il tarixli qərarı ilə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, “Bir ömür uduzdum”, “Qəlbimdə dil açan dünya“, “İllərin o tayı gözləyir məni”, “Son görüş, son zəng, son təbəssüm” kitablarının müəllifi, kütləvi informasiya vasitələrinin nümayəndəsi, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin (Babakişiyeva Nəcibə Bahadur qızı) Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi seçilib.Təbriklər!

  • “Sözə qədr- qiymət verən şair”

    11194547_720217531440693_5264594143393862352_o

    Taninmiş jurnalist, ustad şair-publisist çox hörmətli ELDAR İSMAYİL mənim yaradıcılığım haqda yazı yazıb. Ona öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün əsl şəxsiyyətlərdən biri olaraq ona böyük nəhəbbətim var. Var olun ustad..
    SÖZƏ QƏDR- QİYMƏT VERƏN ŞAİR
    Mənim aləmimdə poeziya yəhərli-yüyənli, bərli-bəzəkli, telli-toqqalı, köhlən bir atdır. Üzəngisi, tapqırı, quşqunu yerindəsə yəhər bütövdür. Lakin sinəbəndi, qayışı, cilovu vurulmayıbsa at minik üçün hazır deyil. Həmçinin klassik Azərbaycan poeziyasında da məhz belə bir anlayış yaşamaqdadır. Sözü köhlən ata bənzətsək onun bölgülərini, qafiyələrini, hecalarını, rədiflərini, ölçülərini yaddan çıxarmaq olmaz. Biz ağzımızda poeziya deyiriksə o nəsrlə yazılmış əsərlərdən kəskin şəkildə fərqlənməlidir. Poeziyada bir coşğunluq, musiqi, ahəng və lətafət mövcuddur. Çox vaxt şairlər qoşma, gəraylı, bayatı və s. yazarkən zümzümə altında kağıza köçürürlər. Poeziyada ilhamverici bir güc var ki, o da oxucunu qürura, vüqarlı olmağa, vicdan və şərəfli olmağa səsləyir… Məhz belə bir duyğunu, görüntünü, ölçülü-biçili şeir nümunələrini istedadlı şair Nəcibə İlkinin poeziyasında gördüm. Sözün qədr-qiymətini uca tutan sənətkar cəsarətinin şahidi oldum. Nəcibə xanım İlkinin yaradıcılığı ilə mən uzun müddətdir ki, tanışam. Onun kitabların da dərc olunmuş şeirləri, dövrü mətbuatda çıxan poetik nümunələri məni həmişə bir oxucu, bir həmkar kimi özünə çəkmişdir. (daha&helliip;)

  • Gözəl bir şeyi səhv üsullarla əldə etməyə çalışmamaq…

    rh

    İnsanlar həmişə yaxşı bir şeyə nail olmaq və ya gözəl nemət əldə etmək istəyirlər. Ancaq bu məqsədlərinə və ya istədikləri nemətə qovuşmaq üçün səhv üsullardan istifadə edirlər. İstədikləri şeylər və niyyətləri çox gözəl olduğu halda, istifadə etdikləri üsullar səhv olduğu üçün yanlış rəftar etmiş olurlar.
    Bu mövzuya gündəlik həyatdan bir neçə nümunə verə bilərik. Məsələn, qaldığı yeri təmizləmək istəyən bir insanın niyyəti gözəldir. Ancaq bu niyyətinə çatmaq üçün ətrafındakı insanları narahat edirsə, gördüyü natəmizliyə, dağınıqlığa görə oradakı insanlara qarşı sərt davranırsa, bir tərəfdən təmizlik edərkən, digər tərəfdən də deyinirsə, bu vəziyyət o insanın gözəl məqsədə səhv üsullarla çatmağa çalışdığını göstərir.
    (daha&helliip;)

  • “Sumqayıt şəhərində ekoloji vəziyyət qat-qat yaxşılaşıb”-MÜSAHİBƏ

    mus

    “İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ”

    “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və
    ətraf mühitin qorunması üzrə müavini,
    biologiya elmləri üzrə fəlsəfə doktoru

    Vüqar Kərimovla müsahibə

    Qısa tanışlıq:
    Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdədə isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1995-1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika institutunun aspiranturasında oxuyub, 1998-2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi verilib. 2008-ci ilin aprel ayından ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisinin müavini, departament rəisi vəzifələrində çalışıb. 2010-cu ilin iyul ayından 2012-ci ilin noyabrına kimi Ekologiya İdarəsinin rəis müavini, 2012-ci ilin noyabr ayından bu günə kimi isə “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışır. Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir. Yeni nəşr “Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir. (daha&helliip;)

  • Xuraman CAMALQIZI.”Sənin həsrətinin boyun sevirəm”

    Həsrətin, nisgilin var-dövlət kimi,
    Könül yaraların zənginləşdirib.
    Əlçatmaz, müqəddəs məhəbbət kimi,
    Xəyal dünyasını ənginləşdirilib.

    Şirin xatirələr qəlbimdə qalıb,
    Ara bir özümlə söhbət edirəm.
    Saralmış şəkillər əlimdə qalıb,
    Kədərlə süzürəm, hörmət edirəm.

    Həsrətin sevimli can yoldaşımdır,
    Onsuz mənim halım necə olardı?!
    Ruhuma işləyən qan yaddaşımdır,
    Gündüzüm də sənsiz gecə olardı.

    Sənin hər əzabın mənə şirindi,
    Mənliyin yaranıb xatirələrdən…
    Sənin məhəbbətin elə dərindi,
    Süzülüb keçibdir sürgün illərdən.

    Sənin həsrətindən boyun sevirəm,
    Həsrət də insane həyan olurmuş.
    İllərin, günlərin, ayın sevirəm,
    Sevməsəm, bu dünya zindan olurmuş.

    30. 8 .2015.

  • Yalçın YÜCEL.”SEN NİNNİ SÖYLERKEN ANNE”

    175054_178868168822977_4360000_o

    Sen ninni söylerken
    Sesin tutuyor ellerimden
    Otlar üstünde koşuyoruz birlikte
    Papatyalar daha da çoğalıyor
    Kuşların kanatlarına dokunuyor gözlerim
    Sen ninni söylerken
    Uykumun kapısı çalınıyor yavaşça
    Gözlerim kapanıp kapanıp açılıyor
    Beşiğim gıcırdadıkça da
    Biliyorum ki, üzülüyorsun anne
    Sen ninni söylerken
    Balonlar uçuşuyor her yanımda
    Gökyüzü bir renk cümbüşüne dönüyor birden
    Ve el ediyorlar bana
    Gitsem, üzülür müsün anne?
    Sen ninni söylerken
    Saçlarımı okşuyor nefesin
    O an uyurum diye
    Nasıl da korkuyorum
    Direniyorum, elimden geldiğince
    Uyurken anne, uyurken, o kadar yalnızım ki!
    Yalçın YÜCEL
    Tüm annelere saygılarımla.

  • Harika UFUK.”Aşkın adını koyduk”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Günaydın yazın son gününden sıcak bir günaydın herkese heart duyğusu

    Önceden bu kadar zor değildi
    Ayrılık!
    Adını koyduk aşkın,
    Mesafeler çekilmez oldu!
    Gül yaprağında aşk fısıltıları,
    Savruldu gizemli gecelerce,
    Öksüz maviliğin sedası
    Boşlukta kaldı!
    Adını koyunca aşkın;
    Bülbüller başka ötmeye,
    Güller bambaşka kokmaya başladı!
    Bu sabah
    Bulutlar selam verdi bana
    Bir güvercin
    Haber getirdi senden…
    Çiçeklendim,
    Özlemin diken oldu özümde,
    Birlikte
    Adını koyduk aşkın!

    Adana.18.05.2008

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    KİNƏ ƏLƏNİB…

    Sinəmdə yaralar, ağaran telim.
    Vətəndə köçkündür, elsizdir elim.
    Yanan ürəyimdir, qaysağı təzə,
    Acıyan könüldü, alışan dilim.

    Saçımın hər teli ömür yolumdur,
    Həyat da fanidir, çatan sonumdur.
    Dağların yorğanı, bəyaz tellərim,
    Biçdiyin libasın, həyat donumdur.

    Sazaq da üşüyüb, sinəmə yağıb,
    Əllərim telimdə, əlimə yağıb.
    Üşüyən hər telim, ruhumu öxşa,
    Ruhumdu üşüyən, dilimə yağıb.
    (daha&helliip;)

  • Səttar QARAĞACLI.”Görəsən”

    11779918_101627430190085_4117224101828465388_o

    Ömür əmanətdir insane vallah,
    Nə boran, nə tufan, sellər görəsən.
    Qəmə urcah olub düşəndə dara,
    Köməyə uzanan ellər görəsən.

    Nə günəş tutula, nə yağış yağa,
    Dünya gözlərində dönə yaylağa.
    Qəlbi ovutmağa, könül almağa,
    Bağında çiçəklər, güllər görəsən.

    Gözəllik nə dizi, nə gözü yordu,
    Naxışı, ilməsi işıqdı, nurdu.
    Gəzib qarış-qarış bu ana yurdu,
    Səfalı obalar, ellər görəsən.

    Xoş ola insanın günü, əhvalı,
    Olasan qadından, qızdan həyalı.
    Dağlarda gəzəsən yamacı, yalı,
    Aranda yamyaşıl çöllər görəsən.

  • Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”

    1423756700_sefa-xanim

    Bütün sətirlərim incidi məndən,
    Bir şair qəlbini sındırdığım gün.
    Didildi, dağıldı ruhum içindən,
    Bir şair qəlbini sındırdığım gün.

    Nə dedin bal dilim acıya döndü,
    Getdiyim düz yollar əyildi bütün.
    Dünyanın mən adlı işığı söndü,
    Bir şair qəlbini sındırdığım gün.

    Mən ki istəməzdim qəlbini yorum,
    Bənd oldu dilimə atdığın düyün.
    Yarandı içimdə dibsiz uçurum,
    Bir şair qəlbini sındırdığım gün.

  • Şəfa VƏLİYEVA.“Qumarbaz hisslər və Sələmçi darıxmaq” (Hekayə)

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu gün işdən tez çıxmışdı… Adətən, işi ən tezi axşamın 7-də bitirdi. Bu gün özü-özünə bir neçə saatlıq istirahət verməyi düşünmüşdü. Saat 4 olmamış artıq Gəncə çayının üstündəki körpüdəydi. Əvvəlcə sürətlə evə çatıb bir az uzanmaq, sonra da acgözlüklə yeni aldığı filmi-“Culiyanın gözləri” dəhşət filmini izləmək niyyətindəydi. Körpüyə çatınca çayın şırıltılı səsi onu addımlarını yavaşıtmağa məcbur etdi. Uzun zamandır bu çayda belə şırıltı olmurdu. Dayanıb körpünün məhəccəri üstündə qollarını çarpazladı… Uzun-uzun üzü aşağı baxdı… Dəmir piyada körpüsündən bir dəstə al-əlvan geyimli uşaqlar keçirdi. Deyəsən, bağça uşaqları idi. “Yəqin, yenə müəllim-tərbiyəçilər onları harasa aparır”-deyə düşündü… Fikrinə onu da gətirdi ki, indi o rəngarəngliyin içində onun da qızı olsaydı… Dodaqlarına incə kinayəli bir təbəssüm qondu…
    -Ehhh… Ay Quzey…Quzey… Ömrünü quzeyə çoxdan verdin, bə adam…
    Öz-özüylə danışdığı zaman özünə adıyla müraciət etməyi sevirdi… İşlədiyi texnoloji şirkətdə isə sadəcə “Müəllim” çağırılırdı. Çünki, adından heç vaxt xoşlanmamışdı. Uşaqlıqda düşünürdü ki, bu ad ona yaraşmır… Çünki, bu yaşacan hələ heç yerdə öz adına rast gəlməmişdi. Və heç vaxt da onu qürurla “Quzeyim, güneyim” çağıran anasından ona bu adın niyə, necə qoyulmasını soruşmamışdı… (daha&helliip;)

  • Ülviyyə VAHİD.Yeni şeirlər

    10308061_1487703808112940_8055053123496195175_n

    BİLMƏDİM

    Gözlərim bir anlıq doldu,süzüldü,
    Bu dünyadan əlim yenə üzüldü.
    Sözlərim də sətir-sətir düzüldü,
    Bu dünyayla mən barışa bilmədim..

    Həmrəy oldu mənə yağan yağışlar,
    Çəkdi yanaqlara isti naxışlar.
    Hər keçən gün,bir gün ona bağışlar,
    Bu dünyayla mən barışa bilmədim..

    Dürüstlük,kübarlıq deməkki,boşmuş,
    Təlxəklik,yaltaqlıq coxuna xoşmuş.
    Əyriyə yeri var, düzünə yoxmuş,
    Bu dünyayla mən barışa bilmədim.. (daha&helliip;)