“Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayevlə müsahibə
– Xalıq müəllim, kadr hazırlığı işi dedikdə, ümumiyyətlə, nələr nəzərdə tutulur?
– Kadr hazırlığı işi özlüyündə çox geniş anlayışdır və bir neçə mərhələni əhatə edir. Bura ehtiyac duyulan sahələr üzrə kadrların sifarişinin verilməsi, kadr ehtiyatının yaradılması, təlimlərin keçirilməsi, təhlillərin aparılması ilə bərabər, işçilərin ixtisasartırma, ixtisasdəyişmə və yeni ixtisasa yiyələnmə kurslarında iştirakının təşkili, bilik səviyyələrinin yoxlanılması, əməyin ödənilməsi dərəcəsinin artırılması, eyni zamanda karyera yüksəlişi üçün attestasiyaların keçirilməsi, digər şirkətlərlə – əsasən də istehsal xüsusiyyətlərinə görə yaxınlıq və uyğunluq təşkil edən şirkətlərlə təcrübə mübadiləsinin təşkili, işçilərin vəzifə standartlarının hazırlanması və s. daxildir.
– Son illər Karyeranın idarə edilməsi sistemindən geniş bəhs edilir. Ümumiyyətlə, bu məfhum özündə nəyi ehtiva edir?
– Son dövrlər SOCAR-da vəzifə təlimatlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə bağlı müasir tələblər və beynəlxalq təcrübəyə uyğun olan yeni standartların hazırlanması istiqamətində mühüm işlər görülüb. Bunlardan biri də 2013-cü ildə SOCAR-ın Ekologiya İdarəsi və İnformasiya Texnologiyaları və Rabitə İdarəsində “Karyeranın idarə edilməsi sistemi”nin pilot layihə kimi tətbiq olunmasıdır. (daha&helliip;)