Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərqi Slavyan Xalqları üzrə xüsusi müxbir”i, istedadlı qələm sahibi, bəstəkar-jurnalist Elmir Mədətoğlu “Dövri mətbuatda cəsarətli qələm sahibi olduğuna görə” “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Cəsarətli qələm” mükafatına layiq görülüb.
Qeyd edək ki, bundan öncə şeirləri “Zərrələr” antologiyasında dərc olunmaqla, ilk dəfə olaraq, respublika səviyyəsində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti