Blog

  • Günel ƏLİYEVA.Yeni şeirlər

    ge2

    Pəncərəmi döyən yağış

    Pəncərəmi döyən, yağış!
    Qəlbimə köç damla- damla,
    Günahlarım boranlı qış,
    Sən də tökmə mənə qarğış.
    Giley dolu bir ürəyəm,
    Qara donlu bir ”mələyəm”,
    Bir gün ölüb gedəcəyəm,
    Dərdimi yu, apar ,yağış!
    Saf deyiləm sənin kimi
    Boğur mənim daxilimi
    Nolar qaytar keçmişimi
    Kövrəlmişəm səntək ,yağış!
    Əzab böyük ,ömür kiçik.
    Şüşə kimi cilik- cilik,
    Hər gün kədər bitiririk
    Nisgili sil apar ,yağış!

    BU AYRILIQ DEYİL Kİ

    Qəlbimin üsyanıdır,
    Sənsizliyin yasıdır,
    Həsrətin havasıdır,
    Bu ayrılıq deyil ki.
    İntizarla savaşan ,
    Qəm çəkməyə alışan,
    Yanıb- yanıb tutuşan,
    Bir qadın naləsidir,
    Bu ayrılıq deyil ki.
    Hər küncdə min xatirə,
    Yadlaşdıq birdən birə,
    Gücüm qalmadı səbrə,
    Bu ayrılıq deyil ki.

    ÖZÜNÜ MƏNDƏN APAR

    Apar şirin sözünü,
    Mənə baxan gözünü,
    Xaatirənin yüzünü,
    Minini məndən apar.
    Əllərinin ətrini,
    Sevginin həsrətini,
    Sənsizliyin dərdini,
    Qəsdini məndən apar.
    Apar ,sevdiyim, apar!
    Bilməm günahım nədir?
    Qəm kədər məni tapar.
    Apar gülən üzünü,
    Apar yanlış- düzünü,
    Apar nə olar ,apar!
    Sənə aid hər şeyi.
    Sənlə yanan işığı,
    Qəlbimin yaraşığı,
    Ya qayıt gəl ömrümə,
    Ya da get birdəfəlik
    Özünü məndən apar.

  • Uğurlu inkişafın davamı üçün Mehriban Əliyevaya səs verək!

    ugurlu-inkisafin-davami-ucun-mehriban-eliyevaya-ses-verek-bYB-1

    “Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir”.

    Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

    1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

    2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

    Mehriban Əliyeva 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaradıb və 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

    Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. On bir illik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

    2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

    2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

    2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

    2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

    2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

    O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” –deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

    Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

    Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2015 – ci il Parlament seçkilərində də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüşdür.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi

  • Depressiyadan qurtulmaq yolları

    fxh

    Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq.

    Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq. Nəfəs aldığımız havadan tutmuş, üzərində yeridiyimiz torpaq, günəş, içdiyimiz su, yediyimiz yeməklər, fərqli rəng və qoxuda bitkilər, müxtəlif canlılara qədər hər şey insan üçün xidmət edir. Əlbəttə ki, bu saydıqlarım Allahın bizim üçün yaratdığı nemətlərin çox az qismidir. Nəinki təbiətdə, nəinki öz vücudumuzda, bir hüceyrəmizdə belə bizim üçün yaradılan nemətləri saymaq istəsək və bunları yazsaq bir kənara, yəqin ki, bunun üçün çox uzun zaman lazımdır. Ancaq bir çox insan var ki, sahib olduğu o qədər neməti görməzlikdən gəlir, dünyada “sıxıntı” kimi görünən bəzi problemləri gözündə böyüdür və uzun zaman da bu problemlərin içindən çıxa bilmir. Bu məqalədə dövrün ən böyük problemlərindən biri olan “depressiya” və onun çıxış yolları haqqında yazmaq istəyirəm.

    Bir neçə gün bundan qabaq sosial şəbəkədə gənc bir oğlanın statusunu gördüm. Bu status çox pessimist ruhda yazılmışdı, həyatın çox boş və acımasız olduğunu, tək çıxış yolunun ölüm olduğunu qeyd etmişdi, yanına da qaranlıq rəsim yerləşdirmişdi. Xeyli insan da bəyənmiş və bu fikrə rəy yazmışdı. Çox təccübləndim, gənc bir oğlanın belə fikirlər paylaşmasından və bir çox gənc insanın da bunu dəstəkləməsindən. Bir daha başa düşdüm ki, belə pessimist ruh halı istər oğlanlar, istərsə də qızlar arasında çox geniş yayılıb və bu da çox normal qarşılanır.

    Yuxarıda da verdiyim misal kimi, müasir dövrümüzdə depressiya çox adi hal kimi qarşılanır, sanki hər insan mütləq bunu yaşayır və yaşamalıdır. Məsələn, bir insan işə gedir, işdə bir az çətinliyi düşdü, o zaman depressiya halı başlamalıdır; isti havadan sərin havalara keçdik, depressiyaya düşmək üçün uyğun şərait yaranıb; sevgilindən, yaxud da işdən ayrıldın, kimsə sənə pis söz dedi və s … Yəni, bir çox insan depressiyaya düşmək üçün sanki uyğun şərait axtarır. Əslində, bu ruh halı həm fiziki, həm də mənəvi ciddi problemlərə səbəb ola bilər, ancaq bəzi insan belə halları normal qarşılayır, hətta xarakterinin ayrılmaz parçası kimi görür. Sanki bu hislər olmasa, həyatın “dadı-duzu” qalmayacaq. Bunu baxdığımız televiziya kinolarında, yaxud da dinlədiyimiz mahnılarda da görə bilərik. Bir çox kinolarda ağlamaq, dalaşmaq, küsüb-barışmaq, bir sözlə “romantik” münasibətlər o kinoların ayrılmaz hissəsidir və bu cür kino, klip, yaxud da əsərlər çox rəğbətlə qarşılanır.

    Halbuki insanın fitrəti kədər deyil, sevinc və hüzur üzərində yaradılmışdır. Bu dünyanın yaradılmaq məqsədi imtahan olmaqdır. Əlbəttə, dünyada hər kəs imtahan olunur. Bu, Allahın dəyişməz qanunudur. Ancaq müsəlman özünə yaraşdırmaz depressiyaya düşməyi. Niyə də depressiyaya düşsün ki?! Allah bir ayədə belə bildirir:

    Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

    Ayədə də bildirildiyi kimi, bizi yaradan Allah imtahan etmək üçün həyatımızda fərqli hadisələr yaradır. Ancaq hər şeyin Allahın idarəsi altında olduğunu bilən mömin əsla hüznə qapılmaz, ağlamaz, kədərlənməz. Allaha güvənər, Allahın hər hadisəni xeyirlə yaratdığını bilər. Ən əsası isə bizim əsl yurdumuz axirətdir – imtahanların olmadığı, gözəlliklər və sevgi yurdu. Bir müsəlman var gücü ilə cənnət üçün çalışar, yaşadığı hadisələr həm əxlaqının gözəlləşməsinə, həm cənnətə layiq olmasına, ən əsası, Allahın rizasını qazanmasına vəsilə olar.

    Digər tərəfdən, müsəlman ağıllı olar, əgər bir problem varsa, həmin problemi düşünər, ağılla həll etməyə çalışar və çıxış yolları tapar. Müsəlman güclü iradəyə sahibdir, hadisələrdən mənfi yöndə təsirlənməz, nümunəvi əxlaq sərgiləyər. Hislərinə qapılmaq, duyğularının əsiri olmaq müsəlmana yaraşmaz.

    Nəticə etibarı ilə, depressiya halları cəmiyyətdə normal qarşılanan hal olsa da, bu, Quran əxlaqına əsla uymayan və Allahın bəyənmədiyi əxlaqdır. Allah bizim şən, sevincli, hüzurlu olmağımızı istəyir. Bu həm də cənnət əhlinin xüsusiyyətidir. Özünü Allahın yaratdığını bilən, sonsuz şəfqət, mərhəmət və ədalət sahibi olan Allahı tanıyan, gözəl əxaqı qarşılığında cənnətlə mükafatlandırılacağını bilən, hər şeyi Allahın xeyirlə yaratdığına əmin olan insan depressiyaya düşməz. Allahı şövqlə sevər; nə bu dünyadan bezər, nə də də ki bu dünyaya bağlanar. Yaşadığı hər anının Allahın onun üçün yaratdığı nemət olduğunu bilər, Allahın rizasını qazanmaq üçün cəhd edər və şükür edər. Sıxıntıdan qurtulmağın yolu da budur: Allahı zikr etmək və yalnız Onun üçün yaşamaq.

    … Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

    Firuzə Həsənzadə

  • Mais Təmkini doğum günü münasibətilə təbrik edirik! (15 oktyabr 1968-ci il)

    10646868_273655359498567_6620189188081019440_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qəlmə sahibini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Özün bilərsən

    Bu nə kədər, nə göz yaşı?
    Hönkürürsən addımbaşı.
    Nahaq məndən küsmə belə,
    Ətəyindən tök bu daşı!

    Boğ içində qəzəbini,
    Hirsini tökmə üstümə.
    Azmı məni qamçılayan,
    Sən də durmusan qəsdimə?

    Sənsiz həyat mənasızdır,
    Sən varsansa, mən də varam.
    Günah mənim özümdədir,
    Sənə görə günahkaram…

    Qoşulsan da özgəsinə,
    Yenə gözüm səndə qalar.
    Səninlə zilə qalxaram,
    Sənsiz səsim bəmdə qalar.

    Gəl, barışaq, əvvəlkitək,
    Hey danışaq, gülək yenə.
    Dərdimizi, nəşəmizi
    Bir-biriynən bölək yenə.

    Söylə mənə ,,son” sözünü,
    Aşiqinə nə dilərsən?
    Mən sevirəm, sənsə məni
    Sevməsən, özün bilərsən!!!

  • Şafa KAMİLLİ.” Bu qəmli həyatda yaşamaq çətin”

    11143676_1644625995794436_3719905173301804536_n

    Bu qəmli həyatda yaşamaq cətin ,
    Coxları həsədlə,qibtəylə baxar ,
    Nələr yaşiyam ,ey uca tanim .
    Bir sənə agahi ,bir sən bilirsən ,
    Bəxdimdə narzi ,hey gözü yaşlı ,
    Yaşadim ,ölümlər ,zülm içində .
    Qəlbim sancilan o oxlar qalib ,
    Ölüncə sağlmaz ,qanlari axar ,
    Bitib tüknməyən ağri ,acidan ,
    Qəlbimdə qəlb deyil ,bir ovuc kül var ,
    Ağrilar ,acilar ,göz yaşlar var..
    Bitmyən dərdi -ser ,
    Daş olmuş, qubar var ,
    Böyük bir daş var …
    Ağrdi ,bu daşla yaşamaq ağir ….
    10.10.2015 ..

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XIX hissəsi

    sefaqetxanimsekil

    Camal bir aya kimi Fidanın hərəkətlərini izlədi, qəti qərar verdi ki, Fidanla ailə quracaq. Fidan Təhminədən fərqli olaraq insanlardan qaçırdı, heç kimlə qaynayıb-qarışmırdı.
    Fidan işdən gələn kimi ya aldığı kitabları oxuyardı, ya da televizora baxardı. Səfəri unutmaq üçün düşünürdü ki, evlənsə yaxşı olar. Övladına, ərinə başı qarışar, keçmişi yaddaşından birdəfəlik silər. Gecələri gec yatardı, gündüzlər Təhminədən fərqli olaraq günorta olmamış yuxudan oyanardı.
    Bu səhər tez oyanmışdı yuxudan. Çörək almaq üçün evdən çıxdı. Binadan çıxanda qarşısında Camalı gördü, təəccübləndi. Camal gülərüzlə Fidana yaxınlaşdı.
    – Sabahın xeyir.
    Fidan təəccübünü Camaldan gizlədə bilmədi.
    – Sabahınız xeyir.
    – Deyəsən təəccübləndin?!
    – Gözləmirdim.
    – Vaxtın var, bir az söhbət edək?
    – Var.
    – Tanıdığım yaxşı bir yer var. Həm çay içərik, həm də danışarıq.
    – Gərək məni on-on beş dəqiqə gözləyəsiniz. Paltarımı dəyişməliyəm.
    – Narahat olma. Maşında gözləyərəm səni.

    Fidan heç nə demədi, binaya girdi, qapıdan içəri girən kimi yataq otağına qaçdı, Təhminəni sirkələdi.
    – Təhminə oyan, tez ol oyan.
    Təhminə deyinə-deyinə gözlərini açdı.
    – Nə olub səhərin gözü açılmamış oyadırsan məni?
    – Camal burdadı.
    – Hardadı?
    – Həyətdə məni gözləyir. Deyir mənimlə ciddi söhbəti var.
    Təhminə gözlərini barmağıyla ovuşdurdu.
    – Niyə getmədin?
    – Gedəcəm. Məni gözləyir. Ev paltarında getməyəcəkdim ki?
    – Ağıllı ol, haqqında həqiqətləri danışma.
    – Onu gizlədə bilmərəm. İnsandı, məni başa düşər.
    – Ay qız, Azərbaycan kişisidir.Başqa ölkəylə səhv salma.
    – Nə isə… Vəziyyətə baxacam. Aşağıda məni gözləyir.

    Fidan paltarını dəyişir.
    Təhminə – İnanıram ki, bu il ailə quracaqsan. Yaxşı olar vallah, axırıncı dəfə nə vaxt toya getmişəm, yadımdan çıxıb.
    – Xeyirlisi, görək.

    Fidan çantasını götürüb evdən çıxdı. Camal onu görən kimi maşının qabaq qapısını açdı, gülümsəyərək – buyurun – dedi. Fidan gülümsəyib maşında əyləşdi.

    Lamiyə Səfər gedəndən sonra ancaq bir həftə Cəmiləgildə yaşaya bildi. Sonra heç kimə demədən, Kərimlə Cəmilə evdə olmayanda pal-paltarlarını yığışdırıb evinə
    köçdü.
    Xadimə Cəmiləyə Lamiyənin getdiyini deyəndə az qala havalanacaqdı. Telefonu götürüb oğlunun evinə zəng etdi. Lamiyə telefona gec cavab verdi.
    – Allo.
    Cəmilə salamsız-kəlamsız suallarını verdi:
    – Bu nə hərəkətdi edirsən? Özbaşına olmusan?
    – Bəli, özbaşıma olmuşam. Üzümə xoş baxmırsınız, hərəniz bir cür qaş-qabaqlısınız.
    – Qurban olasan anana, yoxsa səni bir gündə gəlin etməzdim. Zorlama özünü sırıdın oğluma.
    – Gəlin ocağa çəkər. Baldızımın yolunu getdim.
    – Yaxşı Lamiyə, səni Səfərdən boşatdırmaq boynumun borcu olsun.
    – Səfər məni boşasa sənin də ailən dağılacaq. Keçmişini nə tez unutdun? Fidanı, Mahmudu, qızın Aybənizə ər axtarırdın. Yadına sal.Neynirsən elə, Kərimlə səni Səfər gələnəcən görməyim.
    Lamiyə Cəmilənin üzünə adboy verdi. Bu an qapı döyüldü. Lamiyə deyinə-deyinə qapını açdı, qarşısında Tahiri gördü.
    – Sənə dedim axı, bura gəlmə.
    Tahir saymazyana içəri girir.
    – Narahat olma, heç kim görmədi. Birdə ki niyə qorxursan? Ərin əsgərlikdədir, qaynanan-qayatan səninlə maraqlanmır.
    – Niyə maraqlanmırlar? Qaynanam bəyaq zəng vurmuşdu. Xahiş edirəm, birdə bura gəlmə.
    – Yaxşı gəlmərəm, hazırlaş,səni bir yerə aparacam.
    – Hara?
    – Gedəndə biləcəksən.
    – Gedək onda. Mən hazıram. Birinci sən çıx evdən, sonra mən. Qonşuların görməyini istəmirəm.
    Tahir evdən çıxdı.

    Camal Fidanı şəhərdəki restoranlardan birinə gətirdi. Camal yemək sifariş verdi. Fidan başını aşağı salmışdı. Səfər yadına düşdü. Camal da həyəcanlıydı. Söhbətə başlamaqla Fidanı xəyallarından ayırdı.
    – Bilmirəm sözə necə başlayım. İnanmıram Təhminə sənə nəysə deməsin. İki aya yaxındır, sənə fikir verirəm. Səndən xoşum gəlir. Əgər sevdiyin yoxdursa, fikrim ciddidir. Yəqin gec-tez sən də ailə-uşaq sahibi olacaqsan. Mənə qarşı fikirlərin maraqlıdır.
    – Nə deyəcəyimi bilmirəm. Təhminə mənə bəzi şeylər dedi. Əgər doğrudan evlənmək istəyirsinizsə, nə deyə bilərəm.
    – Mən özüm də yetim oğlanam. Nə anam var, nə atam. Sən də razısansa, xeyir işi çox uzatmayaq. Nişanlanaq , sonra toy tədarükünə başlayarıq.

    Fidan udqundu, deməyə söz tapmırdı, diqqətlə Camalı dinləyirdi.
    Camal: – Bircə şeyi dəqiq bilmək istəyirəm. Xahiş edirəm mənə düzgün cavab ver. Tam səmimi. Onsuzda cavab nə olsa qəbulumdur.
    Fidan sualı əvvəlcədən bildiyi üçün başını utandığından aşağı saldı.

    Lamiyə Tahirin maşınında ağlayır.
    – Mən bu uşağı dünyaya gətirmək istəmirəm. Bəlkə heç səndən deyil?
    – Məni maraqlandırmır. Doğacaqsan. Məndən olsa o əclafdan boşanacaqsan, olmasa da atarsan üstünə, yenə boşanarsan.
    – Sən məndən nə istəyirsən axı? Başqasının arvadı nəyinə lazımdır?

    Tahir güzgüdən Lamiyəyə baxır.
    – Xəyanət edəndə fikirləşmək lazım idi. Sən necə qadınsan axı? Özün də deyirsən ki, Səfər səni sevmir. Nə məcburdu ömür boyu onun arvadı olasan. O uşaq dünyaya gələcək Lamiyə. Əgər başına bir şey gəlsə, özünü dünyanın ən bədbəxt qadını bil. Birdən bilmərsən Almaniyaya, ananın yanına gedərsən. Orda da səni taparam. Səni əlimdən heç kim ala bilməz.
    – Xəstəsən.
    Tahir qışqırır, Lamiyə qorxur.
    – Hə xəstəyəm. Məni bu həddə sən çatdırmısan.

    Lamiyə ancaq ağlayırdı. Tahirdən heç cür canını qurtara bilmirdi.

    Cəmilə Kərimə Lamiyənin getdiyini deyəndə Kərim əsəbindən dodaqlarını yeyə-yeyə pəncərədən baxırdı.
    – İpi yığılası qadın deyil. Özünə layiq gördüyün gəlin budurda. Hamımızı cəngələ saldın.
    – İndi günahkar mən oldum? Axı, hardan biləydim belə çönəcəyini?
    – Gül kimi qız sevirdi, imkan vermədin.
    – Bəsdir görüm, gül kimi qız özdə. Xəyanət etməzdi evlənərdilər.
    Kərim Cəmiləyə yaxınlaşdı, gözlərinin içinə baxdı.
    – Keçmişini unutma, ortada sübutlar yoxdursa… Nə isə… İndi məni təkcə oğlumun taleyi maraqlandırır.

    Cəmilə artıq nə isə deyib özünü pis vəziyyətə salmaq isəmirdi. Kresloda oturudu ki, düşünə bilsin.
    – Lamiyəni izlətdirmək lazımdır.
    – Başlama yenə? Nədi? O da oğluna xəyanət edir?
    – Onda niyə tək yaşamaq istəyir?
    – Başın xarabdır sənin. Deməyə sözüm yoxdur.
    – Sən eşit məni. Rafiqə de etibarlı adam tapsın.
    Kərim susurdu, deyəsən Cəmilənin dedikləri onun da ağlına batırdı.

    Fidan qapıdan içəri girən kimi Təhminə başının üstünü kəsdirdi.
    – Sən gedəndən həyəcandan yata bilmirəm. Camal nə dedi sənə?

    Fidan yatağına uzandı.
    – Nə deyəcək? Evlənmək istəyir.
    – Əla, belədə bilirdim. Sən nə dedin?
    – Nə hə dedim, nə yox. Deyir xeyir işi çox uzatmaq olmaz. Bura bax, o doğrudan yetimdir?
    – Sənə dedi yetimdir?
    – Hə. Valideynlərini avtomobil qəzasında itirib.
    Təhminə pis oldu.
    – Vay-vay… Nə bilim, çoxdan çıxmışam biz tərəfdən. Allah rəhmət eləsin. Evlənəndən sonra harda yaşayacaqsız?
    – Deyir evi var. İkimiz yaşayarıq, işləmərsən, başın ailənə, uşaqlarına qarışır.
    – Bahooo. Uşaqların sayını da dedi?
    – Zarafat eləmə, söz gəlişi dedi.
    Təhminə yastığı Fidanın başının altından götürüb üzünə yüngülcə atdı, güldü…
    Fidan yastığı bir kənara atdı
    Fidan – Məndən bakirə olub-olmadığımı soruşdu.
    Təhminə – İnşallah hə demisən.
    Fidan – Məcbur qaldım hə dedim. Amma vicdanım incidir məni.
    Təhminə – İndiki zamanda nə vicdan? Düz eləmisən. Bir yolunu fikirləşərik.

    Lamiyə otağında var-gəl edirdi. Ev telefonuna zəng gəldi, otağından çıxıb birinci mərtəbəyə düşdü. Dəstəyi götürüb cavab verdi. Zəng edən anası Aynur idi.
    Aynur – Necəsən?
    – Yaxşıyam. Bu vaxt nə əcəb zəng vurmusan?
    – Cəmilə zəng eləmişdi. Səndən giley-güzar edirdi.
    – Onun gileysiz günü olub ki?
    – Onlarla niyə yaşamadın? Səfər hərbi xidmətə niyə getdi axı?
    Lamiyə kinayə ilə dedi:
    – Vətən borcudur. Ana, sənə söz deməliyəm. Qızının taleyi sənin əlindədir.
    – Nə olub?
    – Mən hamiləyəm.
    Aynur sevindi.
    – Nə yaxşı, Cəmiləgil bilir?
    – İstəmirəm bilsinlər. Uşaq Səfərdən deyil.
    – Necə?…

    Axşam Fidanla Təhminə işə gəlir. Camal Fidanı kabinetinə çağırır. Fidan qapıdan içəri girəndə ayağa qalxır.
    – Səndən sonra səbr edə bilmədim.
    Fidan maraqla Camala baxır. Camal cibindən qutu çıxardır. Qutunun qapağını aralayır, içindəki tək qaşlı üzüyü Fidana göstərir.
    – Bunu sənin üçün almışam. Nişan etmərik, toy edərik.
    – Olar.
    Camal üzüyü Fidanın barmağına taxmaq istəyəndə bir addım geri çəkildi. Camal pərt oldu.
    Fidan – Bəyaqdan düşünürəm, əvvəlcə bir şey deməliyəm. Mən düşündüyünüz kimi deyiləm.
    – Necə yəni düşündüyüm kimi deyilsən? Yoxsa…
    – Əvvəllər nişanlı olmuşam. Təmiz insan deyiləm.
    Camalın qolu boşaldı, yanına düşdü.
    – Sənə dedim axı, əvvəlcədən mənə hər şeyi danış.
    – Təəssüf edirəm.
    Camal hirsləndi, üzüyü qutu qarışıq atdı yerə.
    – Cəhənnəmə təəssüf elə. İndi mən nə edim? Məni pis vəziyyətdə qoymusan.
    Fidan qapıya söykəndi.
    – Düzünü dedim, bağışlayın məni.
    Camal Fidanın qolundan tutub sıxdı.
    – Sənin ucbatından indi zibilə düşəcəm. Xəbərin var neyləmisən?

    Fidan Camalın dediklərindən heç nə anlamırdı. Var gücüylə Camalı itələyib kabinetdən çıxdı. Restoranın qapısının ağzına çatanda Camal yenidən qolundan tutdu, şillə vurdu.
    – Hara gedirsən?
    – Əl çək məndən. Kömək edin, xahiş edirəm kömək edin.
    – Restorandakı bir-neçə müştəri Fidanı Camalın əlindən aldılar. Təhminə də Camalın qarşısına keçdi,səsini qaldırdı.
    – Bu nə deməkdi? Sən kimsən qızı vurursan?
    – İkinizin də başına oyun açacam.
    – Niyə? Dərəbəylikdir?
    Təhminə Fidanın qolundan tutdu, restorana girdilər. İkisi də çantalarını götürüb restorandan çıxdılar. Camal Fidanın üstünə hücum çəkmək istəyəndə kişilər imkan vermədi. Təhminə taksilərdən birinin qapısını açdı, Fidanla birlikdə oturdular. Taksi restorandan uzaqlaşdı.

    Fidan göz yaşlarını saxlaya bilmirdi. Təhminə də Fidanı sakitləşdirəcək halda deyildi. Düşünürdü ki, ağlasa rahatlıq tapar.
    Taksi evin qarşısında saxladı. Təhminə pulu ödədi, ikisi də binaya girdilər.
    Evə girib qapıları bağladılar. Fidan titrəyirdi.
    Təhminə – Qəti qorxma, bura gəlsə polisə zəng edərik.
    Qapı döyüldü, İkisi də dik atıldı. Qapı yenidən döyüldü. Təhminə qapıya yaxınlaşdı.
    – Kimdir?
    Qapının o biri tərəfindən kişi səsi gəldi.
    – Mənəm Təhminə, Rəşad.
    Təhminə qapını açdı. Qarşısında Rəşadı, yanında yaşı təxminən altmışa yaxın olar, bir kişi gördü.
    Rəşad – Bizi içəri buraxmayacaqsan?
    Təhminə yol verdi ki, Rəşad da, yanındakı kişi də içəri keçsin. Qapını örtüb açarla bağladı.
    Təhminə – Sən burda nə əcəb?
    Rəşad – Fidan da, sən də təhlükədəsiz. Tanış olun, Eldar bəy sizə kömək etməyə gəlib.
    Təhminəylə Fidan təəccüblə bir-birilərinə baxdılar. Rəşad danışmağına davam edir.
    – Camal niyə özündən çıxmışdı?
    Fidan başını aşağı saldı. Təhminə diqqətlə Fidana baxıb Rəşadın qulağına nə isə dedi.
    Rəşad – Aydındır….Fidan Camalı pis vəziyyətdə qoyub. Onu ağıllı-başlı zibil salıb.
    Fidan – Mən ona nə pislik etmişəm axı?
    Eldar – Onu müştərisinin qarşısında pis vəziyyətdə qoydunuz. Camalın müştərisinə bakirə qız lazım idi.
    Təhminə – Necə?

    Fidan əliylə başını tutub stulda oturdu….

    Ardı var…

  • Arzu RÜSTƏMSOY.”Uzaqda”

    Yeyin olmur,sətirləri səhərin,
    Ötüb-keçsən dizə çıxır,zəhərin.
    Addım-addım izlədiyim şəhərin,
    Baxışları,qaldı məndən uzaqda!

    Bucağında dolub-daşdı,sandığım,
    Xatirəmlə başhabaşdı,dandığım.
    Dalanında büsbütün islandığım,
    Yağışları,qaldı məndən uzaqda!

    Xoş baxışı,giley idi,ah idi,
    Hər gecəsi naümid sabah idi.
    Etmədiyim,hər arzu günah idi,
    Naxışları,qaldı məndən uzaqda!

    İndi yenə pərdələnib sarı sim,
    Zalım fələk başa düşməz ki,him-cim.
    Enişini dizin-dizin gəlmişdim,
    Yoxuşları,qaldı məndən uzaqda!

    Düyün vurdum,sapa yatmaz naxışın,
    O çağına tamarzıdır,bu qışın.
    Gözlərimdə odlu-közlü baxışın,
    Axışları,qaldı məndən uzaqda!

  • Rafiq ODAY.”Neyləyim”

    M.Araza

    Məmməd Araz, yenə könlüm xəzandı,
    Hicran niyə bir bu qədər uzandı?
    Yalan oldu bağça-bağın yaz andı,
    Bağlar məni tanımadı, neyləyim?!

    Kim veribdi Araza bu bəstəni,
    Gecə-gündüz ürəyimdə səslənir.
    Qınamıram vicdanları xəstəni,
    Sağlar məni tanımadı, neyləyim?!

    Bu qəm hardan ömrümüzə əkilmiş,
    Hicran, nisgil qoşun-qoşun tökülmüş,
    Sinəm üstə çalın-çarpaz çəkilmiş
    Dağlar məni tanımadı, neyləyim?!

    O nədir ki, varlıqları heç edən,
    Min gümanı bircə anda puç edən,
    Can evimdən karvan-karvan köç edən
    Ahlar məni tanımadı, neyləyim?!

    İstəyimiz cilovlanıb qanunda,
    Qeyrətimiz oyalanır qınında,
    Xınalanan dizlərimin qanından
    Dağlar məni tanımadı, neyləyim?!

  • Mayisə ƏSƏDULLAQIZI.”Əliyar Əliyev”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Əliyar Əliyev 1957 -ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra,Saransk Dövlət Universitetionu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrlinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
    Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992 -ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
    Əliyarın son döyüşü 1992 -ci il oktyabrın 3-dəLaçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Allah rəhmət eləsin!

  • Mayisə ƏSƏDULLAQIZI.”Səhərimiz xeyrə açılsın!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Səmalardan enir ruhum, ilhamım,
    Coşmasam, gecələr çıxmaz hilalım.
    Təkcə xoş əməllər, fikrim, xəyalım,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Zülmətdən günəşin gələn vaxtıdır,
    Dünyanın sevilib gülən vaxtıdır,
    Süsənlər bağların bar-baharıdır,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Boz küləklər saçlarımı yolubdu,
    İncə ruhum yanar məşəl olubdu,
    Hərdən sinəm şeir, sözlə dolubdu,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Xeyirxahlıq ruhun öz bəhrəsidir,
    Sevən könüllərin söz töhfəsidir,
    Hüriyyət saflığın pak nəfəsifdir,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

  • İlkin ABBAS.”Yaşadım”

    tt

    Nə qədər olsa da üzsüz dünyada,
    Gəldi yaşamağa üzüm, yaşadım.
    Heç vaxt əyilmədim yaxına, yada,
    Tapdim ürəyimde dözüm, yaşadım.

    Həyat çox qəddardır, yaşamaq ağır,
    Yenə ömr elədim mən fağır-fağır,
    Özümə açsam da yeni bir cığır,
    Silindi yollardan izim, yaşadım.

    Əl tutdum kim oldu çətində, darda,
    Adımla ucaldım olsam da harda,
    İnsanı dəyişən dövlətdə, varda,
    Hec zaman olmadı gözüm, yaşadım.

    Dünyanın dərdiylə alışdım, yandım,
    Yalana, gerçəyə hər vaxt inandım,
    Tüstüyə çevrilib göydə dolandım,
    Qaldı torpaq üstə közüm, yaşadım.

    Fələk qəm-qüssəyə çox atdı məni,
    Qələmim var olsun, ucaltdı məni,
    İlkinəm, şeirlər yaşatdı məni,
    Dillərdən düşmədi sözüm, yaşadım.

  • Şəfa VƏLİYEVA.”Gəlişini gözləyirəm…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gəlişini gözləyirəm…
    Qəfil tufan çağlamasın…
    Zamanı çözələyirəm…
    Güman-yumaq dolaşmasın…

    Yolları gözümlə çəkib
    Keçən günə bağlayıram…
    Ürəyimə ümid əkib
    Qara günə saxlayıram…

    Tale yaxşı bağban deyil,
    Saçında dən toxumu var…
    Gedişin xətrimə dəyib,
    Gələn günün yoxdumu, yar?

  • Güllü Yoloğlunun yeni kitabı işıq üzü görüb

    gy

    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Güllü Yoloğlunun Aərbaycan elminə töhfə etdiyi “Qaqauzlar”, “Qaqauz folkloru”, “Dədə Qorqud yaşı”, Türklerin aile merasimleri”, “İlk məktub”, “Mövsüm mərasimləri”, “Son həvəs” kimi dəyərli kitabları sırasına daha bir yeni əsəri əlavə olundu. “Qanun” nəşriyyatında yenicə işıq üzü görən “Rusiya yaşayacaqmı?” adlı kitab ilk olaraq adı ilə oxucunu cəlb edirsə, elə birinci vərəqin oxunuşundan başlayaraq orijinal mövzu və problematikası, tədqiqatda qoyulan məsələlərə müasir elmi-nəzəri yanaşma tərzi ilə maraq doğurur.
    “Rusiya yaşayacaqmı? kitabı çağdaş dünyamızın natarazlığı, narahatlıqları, onun siyasi ab-havasının “tutqunluğu” ilə bağlı ziyalı düşüncələrinin bəhrəsi kimi ərsəyə gəlib. Əsərdə Rusiyanın bir imperiya kimi yaşayıb-yaşamamasından narahat olan şovinisn tarixçi, dinşünas Georgi Fedotovun eyniadlı məqaləsinə istinadən elmi təhlillər aparılır. G.Fedotovun məqaləsinin günümüz üçün aktual məqamlarını diqqətlə araşdıran Güllü Yoloğlu məsələyə öz baxış bucağını ifadə edir. O, problemin daha məntiqli izahı üçün uzaq tarixə ekskursiya edir, slavyanların etnik, dini və siyasi keçmişini yada salır. Bununla da müəyyən xalqların bu gün Rusiyaya olan nifrətinin tarixi köklərini araşdırıb üzə çıxarır. Tədqiqatçı həmçinin sovet dövründə üstüörtülü qalan bir çox məqamlara aydınlıq gətirir.
    Kitabın “İmperiyanı qaytarmaq istəyi”, “Reç Pospolitaya”,”Milli məsələ”, “Calaq xalq – “sovet xalqı”, “Georgi Fedotovun siyasi öncəgörmələri”, “Georgi Fedotovun öncəgörmələrinin davamı”, “Kırım – mənim doğma yurdum”, “Georgi Fedotovun öncəgörmələrinin sonu” adlı başlıqları öz məzmun və mündəricəsində mürəkkəb sosilal-siyasi hadisələrin dürüst mahiyyətini ehtiva edir.
    Güllü Yologlunun məsələlərə alim-tədqiqatçı münasibəti, eləcə də Rusiyanın digər dövlətlərlə münasibətlərinin görünən və görünməyən tərəfləri haqqında şərhləri kifayət qədər məntiqli görünür. Müəllif əsaslı mühakimələri ilə oxucunu öz həqiqətinə inandıra bilir. Kitaba böyük dəyər qazandıran da ilk növbədə, bu xüsusiyyətdir. Bir məqalənin doğurduğu problem, yaratdığı polemik siyuasiya Güllü Yoloğlunu məsələnin daha dərin qatlarına varmağa sövq etmiş, nəticədə bu günün siyasi durumunun, intriqa və ziddiyyətlərin kökündə tarixi yaddaşa hopan kinin zəmin rolu aşkarlanmışdır. Tədqiqatçı haqlı olaraq göstərir ki, “bu gün dünyada baş verən əksər münaqişələrin kökündə vaxtilə baş vermiş hadisələrlə bağlı yaddaşın bəslədiyi kin durur. Və o, vulkan kimi püskürmək üçün bəhanə axtarır, fürsət, şərait gözləyir…”
    “Rusiya yaşayacaqmı?” kitrabı Sibirdən Balkanlaradək Türk Dünyasına səfərlər edən, çoxsaylı tədqiqatlar aparan, təkcə Türkün ulu keçmişinə deyil, dünya tarixinə, çağdaş dövrün mövcud mürəkkəb siyasi mənzərəsinə özünəməxsus münasibəti olan məhsuldar bir alimin əsəridir. Bu əəsərin elmi və ədəbi ictimaiyyətimiz, eləcə də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına, yeni polemika və elmi diskussiyalara yol açacağına əminik.
    P.S. Əsər haqqında verdiyimiz bu kiçik məlumat Güllü Yoloğlunun “Rusiya yaşayacaqmı?” kitabının elmi mündəricəsi ilə oxucunu tanış etmək məqsədi daşıyır. Kitaba dair daha geniş və konkret sözü isə bir qədər sonra oxuyacaqsınız.

    Təranə Turan Rəhimli,
    Filologiya üzrə fəlsəfə doktoru, dosent,
    Prezident təqaüdçüsü

  • Sumqayıt Kimya sənayesi – 70

    fm

    “Sovetlər dönəmində müttəfiq respublikalar da daxil olmaqla
    dünyanın 100-dən çox şəhərinə məhsul göndərən Sumqayıtın kimya müəssisələrinin yaratdığı problemlər də az deyildi…”

    «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri, «Tərəqqi» medallı, respublikanın Əməkdar mühəndisi, kimya elmləri üzrə fəlsəfə doktoru
    Firudin Mustafayevlə müsahibə

    – Firudin müəllim, Siz uzun illər Kimya Sənaye Birliyinin baş direktoru, «Azərikimya» Dövlət Şirkətinin vitse-prezidenti, SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Baş mühəndis – İcraçı direktorun birinci müavini vəzifəsində çalışmısınız. Hazırda da «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edirsiniz. Kimya sənayesində həm böyük təcrübəniz var, həm də taleyini bu sahəyə bağlamış insan kimi maraqlı və şərəfli həyat yolu keçmisiniz. Söhbətimizə kimya sənayesinin yaranma və inkişaf tarixindən başlayaqmı?
    – Əgər Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixindən danışmalı olsaq, onda gərək XIX əsrin ortalarına gedib çıxaq. Çünki o dövrdə Bakının neft rayonları ərazisində artıq kükürd turşusu və kaustik soda istehsal edən bir neçə kiçik sex fəaliyyət göstərirdi. Bu kimyəvi məhsullardan yanacaq və sürtgü yağlarının təmizlənməsində istifadə olunurdu. Həmin məhsulların istehsal həcmi yerli tələbatı ödəməklə yanaşı, Azərbaycandan kənara ixrac etməyə də imkan verirdi. Bakı soda zavodları istehsal gücünə və fəhlələrinin sayına görə ən iri müəssisələrdən sayılırdı. Sonralar bu müəssisələrdə azot və xlorid turşuları, kənd təsərrüfatı üçün dəmir və mis kuporosu, toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu. Həmin dövrdə Bakıda yeni müəssisələrin – xam neftdən benzol və toluol istehsal edən pirogen zavodların tikintisinə başlanıldı. 1917-ci ildə Nobel qardaşlarının ilk pirogen zavodu işə salınmışdı. Onun istehsal gücü 60 min pud benzol və 30 min pud toluol idi. Tüstüsüz barıt hazırlayan hərbi zavodlar toluolun əsas istehlakçıları kimi ona xüsusi maraq göstərirdilər. Beləliklə, aromatik karbohidrogen istehsal edən Bakı pirogen zavodları Azərbaycanda neft-kimya sənayesinin təməlini qoymuş oldu. (daha&helliip;)

  • Ləman Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (14 Oktyabr 1986-cı il)

    lp

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, gənc xanım yazarıdını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Dünya sevgisizlik xəstəliyinə tutulub sanki…

    ue

    Hər gün yolda, nəqliyyatda, iş yerində, mediada rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz boş, kədərli, təkəbbürlü və davakar üz ifadələrinin arxasında sevgisizlik ruhu hakimdir.

    Sevgisizlik ilk öncə insanın qəlbində tək qalmaq istəyi, narahatlıqla özünü biruzə verir, sonra da stress, depressiya, eqoistlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, təcavüzkarlığa qədər gedib çıxan xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bir qismi insanlara yuxarıdan aşağı baxan, heç kimi bəyənməyən, heç kimi sevə bilməyən, hər kəsə guya ağıl verən insanlardır.

    Bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşılığı təqdir etdiyinə, xoş söz söylədiyinə şahid olmaq mümkün deyil. Ruhları təkəbbürdən və qürurdan sanki daşa dönüb.

    Bu cür insanlar müdirindən, qonşusundan, hətta nəqliyyatda qarşılaşdığı heç tanımadığı insanlardan belə nifrət edir. Demək olar ki, sevdikləri bir insan belə yoxdur.

    Sosial media da bu insanların qəzəb dolu şərhləri, paylaşımları ilə özlərini açıq şəkildə biruzə verdiyi yerlərdəndir. Klaviatura başına keçən sevgisiz insan sərt üslubu ilə hər kəsi incitməyə çalışır. Bircə kəlmə şəfqətə, mərhəmətə, yaxşılığa dair bir şey yazmaz, durmadan insanları tikanlı sözlərlə tənqid edər. Tənqid etdiyi hər hansı məsələdə həll yolunu ondan soruşsaq, demaqoqluğa başlayar.

    Sevgisizlik insanın üzündə də əks olunur. Belə bir insanın bədəni də bu sevgisizliyə, kinə, qəzəbə, qısqanclığa tab gətirə bilmir və sürətlə çökür.

    Halbuki Allah dünyanı sevgi üçün yaratmışdır. İnsana sevgini qazandıracaq yeganə güc isə yalnız «iman»dır. İman özü ilə Allah sevgisini gətirir. Allah sevgisi insanda çox gözəl və müsbət təsir yaradır. O zaman insan Allahın məmnunluğunu qazana bilmək üçün gözəl əxlaq göstərir, heç bir mənfəət güdmədən, səmimi niyyətlə yalnızca Allah rizası üçün sevir, Allah rizası üçün şəfqət, mərhəmət göstərir, Allah rizası üçün dost olur. İnsanları Allahın yaratdığını, Onun təzahürü olduğunu bilir, Allaha olan məhəbbətini, sevgisini təcəllilərinə də göstərir.

    Quran əxlaqına əsaslanan belə bir sevgi, gözəl əxlaq, şəfqət, mərhəmət cəmiyyətə hakim olduğu zaman insanlar sanki xeyirlərdə, gözəlliklərdə yarışacaq hala gələcəklər.

    Unutmayaq ki, sevgi İslamın və Quranın ruhunda əsas yeri tutur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz qəlblərin seçilib bir-birindən ayrılmasıdır. Dünya təlim yeridir əslində. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl eşqin, məhəbbətin və şəfqətin təlimini aldığımız yer.

    Buna görə hər insan sevgisizlikdən Allaha sığınmalıdır.

    Ülviyyə Əlizadə

  • “Türk birliyi regionda güc mərkəzinə çevrilməlidir”

    1400

    Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadığını görürük.

    “Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadığını görürük. Buna görə də mədəniyyəti, tarixi, mənəvi dəyərləri çox yaxın olan qardaş ölkələr müəyyən ad altında birliklər qurmalıdır. Lakin bu birliklər yalnız protokoldan ibarət olmamalı, həqiqi mənada güc mənbəyinə çevrilməlidir. Azərbaycan uzun illərdir erməni terroru və işğalı, qardaş Türkiyə isə marksist PKK terror təşkilatı ilə mübarizə aparır.

    İllər ötməsinə baxmayaraq, dünyadakı bəzi güc mərkəzlərinin qarşı tərəfə verdiyi dəstəkdən dolayı, problemlər təkbaşına həll edilə bilinmir. Lakin biz Azərbaycan və Türkiyə olaraq güclərimizi birləşdirsək və digər türk dövlətlərinin də iştirakı ilə güclü ordusu olan bir birlik qursaq, bölgədə müstəqil siyasət yürüdücü güc mərkəzinə çevrilə bilərik. Bu cür birlik Allahın izni ilə, illərdir dünyadakı güc mərkəzləri tərəfindən dəstəkləndiyi üçün tək başına həll edə bilmədiyimiz bir çox problemin həllinə səbəb olacaq.” GMİİB Sədri Ramiq Vəliyev Türkiyədəki son hadisələrlə bağlı açıqlamasında belə deyib

  • Təhlükəsizlik problemi divarlarla həll edilə bilməz..

    sao

    Yaşadığımız dövrdə yalnız silahlıları deyil, dinc əhalini də hədəf alan müharibə zonalarından gələn xəbərlər, fotoşəkillər və vəhşilik görüntüləri vicdanı olan hər kəsin ürəyini parçalayır. Milyonlarla məzlum insan Suriyada, Cənubi Sudanda, Nigeriyada, Ukraynanın Donbass bölgəsində, Şimali Malidə, Liviyada, Yəməndə, Orta Afrika Respublikasında və daha bir çox ölkədəki qanlı müharibələrdə həyatlarını davam etdirməyə çalışarkən, milyonlarla insan da Rohincada, Şərqi Türküstanda, Fələstində, Əfqanıstanda, Kəşmirdə, Moroda məruz qaldıqları zülm qarşısında həyatda qalmaq uğrunda mübarizə aparırlar. Beynəlxalq sülh və təhlükəsizliyi ən çox təhdid edən məsələlərin başında gələn terror isə hər il minlərlə məsum qanını tökməyə davam edir.
    Belə bir şəraitdə bütün dünyanın əl-ələ verib sülh üçün səy göstərməsi lazım olduğu halda, daha çox silahlanmağa çalışması təəccüblüdür. Bunun ən böyük səbəbi isə fərdi, ictimai və cəmiyyətlər səviyyəsində baş verən mənəvi böhran, insanlar arasında artan nifrət, sevgisizlik, mənfəətpərəstlik və bütün dünyanı bürüyən inamsızlıqdır. Aclığı gündəlik həyatın bir parçası olaraq yaşayan Afrikanın belə bütün imkanlarını silah sənayesinə yönəltməsi bu vəziyyəti ortaya qoyan bariz nümunədir.
    Təhlükəsizlik hazırda yalnız müəyyən ölkələrin deyil, bütün dünyanın ortaq problemidir. Ölkələr terrordan, müharibələrdən, cinayətkar təşkilatlardan özlərini qorumaq üçün milyardlarla dollar xərcləyərək geniş miqyaslı tədbirlər alırlar. Təəssüf ki, bəzi ölkələrin təhlükəsizlik üçün aldığı tədbirlər başqa ölkələr üçün inamsızlıq hissi yarada bilir. Müharibələri, münaqişələri, ölüm qorxusunu, avtoritar rejimlərin təzyiqini, iqtisadi çətinlikləri, yoxsulluğu və yaşadıqları inamsızlığı arxada qoyub təhlükəsiz və rahat yaşamaq üçün yola çıxan milyonlarla miqrantın bir çox ölkə tərəfindən təhlükəsizlik problemi olaraq qəbul edilməsi buna misaldır.
    Sərhədlərə hörülən divarlar da bu gün bir çox ölkənin tətbiq etdiyi təhlükəsizlik tədbirlərindən biridir. Miqrantların əsas hədəfi olan Avropanın bir çox ölkəsi təhlükəsizlik məqsədi ilə sərhədlərinə divar hörüb. 2015-ci ilin sonunda Avropaya gələn miqrant sayının 1 milyonu keçəcəyi nəzərdə tutulur. Bir çox miqrant Türkiyə üzərindən Yunanıstana keçib, oradan da Avropaya getməyə çalışır. Sayları getdikcə artan miqrantların ehtiyaclarını ödəməkdə çətinlik çəkən Yunanıstan Meriçdəki quru sərhədinə tikanlı məftil çəkmə qərarı aldı. Bolqarıstan da Türkiyə üzərindən həyata keçirilən miqrasiyanın öz torpaqlarına sirayət etməməsi üçün 160 kilometrlik tikanlı məftil çəkdi. Şimali Afrikadan İtaliyanın cənub sahillərinə qaçqın axını isə fasiləsiz olaraq davam edir.
    Ötən günlərdə qatarlarla Almaniyaya keçməyə çalışan miqrantlara qarşı Macarıstan və Xorvatiyanın göstərdiyi reaksiya bütün dünyada tənqid edildi. Macarıstan, Serbiya ərazisindən gələn miqrantların girişini qarşısını almaq üçün sərhədə divar hördü. Macarıstan indi də həmin divardan Xorvatiya ilə sərhədinə hörəcəyini bildirib. Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan gələn minlərlə miqrant əvvəlcə Aralıq dənizini keçərək Yunanıstana, sonra isə Serbiya ərazisindən Macarıstana çatır. BMT rəsmiləri bu vəziyyətdə əsl həll yolunun humanitar yardım olacağını, Suriya və İraqda şərait yaxşılaşmadıqca, Avropaya axının davam edəcəyini bildirirlər. BMT-nin miqrantların hüquqları üzrə xüsusi məruzəçisi Fransua Krepo məsələyə dair bunları bildirib: “Divarlar hörərək, göz yaşardıcı qazdan istifadə edərək və ya zorakılığa əl ataraq, həbs edərək, sığınacaq, qida, su kimi təbii ehtiyacları əldə etmələrinə mane olaraq, nifrət saçaraq, miqrantların Avropaya gəlməsini dayandırmaq mümkün deyil”. [1]
    Miqrant axını ilə mübarizədən əlavə, terrordan qorunmaq üçün sərhədlərinə divar hörən ölkələrin sayı da olduqca çoxdur. Səudiyyə Ərəbistanı şimaldakı Turaif ilə Hafar əl Batın şəhərləri arasında təxminən min kilometr uzunluğunda divar hörəcəyini açıqladı. Həmçinin cənub qonşusu Yəmənlə olan sərhədlərini də əl-Qaidəyə qarşı qorumaq üçün nəhəng divarlar hörəcək. Keniya, Şəbab terror təşkilatı üzvlərinin ölkəyə keçidinin qarşısını almaq üçün Somali sərhədinə divar hörməyə başladı. Türkmənistan da Talibana qarşı ölkəsini qorumaq məqsədilə Əfqanıstan ilə sərhəd xəttinə divar hörəcəyini bildirib. 745 kilometrlik divarın tikintisinə artıq başlanılıb.
    Rusiya ilə 2014-cü ildə baş verən böhranın səbəb olduğu toqquşmalarda minlərlə insanın həyatını itirdiyi Ukrayna isə ölkə təhlükəsizliyini təmin etmək məqsədi ilə sərhədlərini divarla hörmək qərarı alan digər bir ölkədir. Sərhəd təhlükəsizliyi çərçivəsində Rusiya sərhədinə 2 min kilometrlik divar tikintisi planlaşdıran Ukrayna 100 milyon avroluq xərci Avropa İttifaqının köməyi ilə ödəməyi hədəfləyir. Divarın dəmir məftil, mina və elektrikli sahələrdən ibarət olacağı bildirilir.
    İsrail də təhlükəsizlik baxımından İordan çayının qərb sahili ilə Fələstin torpaqları arasında divar və nəzarət məntəqələri yaratmışdı. Hər 200 metrdə bir müşahidə qülləsi olan divar elektrikli tikanlı məftillərlə, dərin və dörd metr enliyində xəndəklərlə əhatə olunub. Divarın yaxınlığında heç kimin olmaması üçün isə uzaqdan idarə olunan silahlar mövcuddur.
    Daha bir çox nümunəsinə rast gəlinən, şəhərləri, ölkələri, bir-biri ilə qardaş cəmiyyətləri, qohumları ayıran divarların tarixi əslində çox qədim dövrlərə gedib çıxır. Roma İmperiyasının II əsrdə hördüyü nəhəng qala divarlar, Çinin şimal-qərbi boyunca uzanan və dünyanın ən uzun müdafiə divarı olan Çin Səddi, yaxın keçmişdə Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya qaçmalarının qarşısını almaq üçün inşa edilən Berlin Divarı tarixin ən məşhur divarlarındandır. Təəssüf ki, məsələləri demokratiya və insan hüquqları çərçivəsində sülhyönümlü və ağıllı təhlükəsizlik siyasəti yürüdərək dostcasına həll etmək mümkün olduğu halda, divar hörərək təhlükəsizliyə nail olmağa çalışmaq keçmişdə də uğurla nəticələnməmişdir.
    Unudulmamalıdır ki, yer üzündə əmin-amanlıq və təhlükəsizliyin ən əsas şərti sevgi, məhəbbət, dostluq və qardaşlıqdır. Dostluq olmadan, birlik və bərabərlik ruhu, qarşılıqlı sevgi, hörmət, həmrəylik olmadan əlbəttə ki, sülh olmaz. İnsanlar sevgi, mərhəmət, dözümlülük kimi hissləri itirir və bunun nəticəsində də qardaş kimi danışıb razılaşmaq əvəzinə divarlarla bir-birindən qopub uzaqlaşmaq istəyirlər. Sevginin hakim olduğu bir dünyada isə irqləri, dilləri, dinləri, mədəniyyətləri fərqli olsa da sevgi ilə qucaqlaşmaq mümkündür. Həyatlarını xilas etmək üçün yurdundan ayrılmaq məcburiyyətində qalan qaçqınlara məskunlaşacaqları təhlükəsiz yerlə təmin etmək, çatışmazlıqları varsa, onları maarifləndirmək, təzyiq, şiddət və zorakılıq altındakı xalqlara, ehtiyac içindəki məzlumlara, ac və susuzlara yardım etmək heç də çətin deyil.
    Şübhəsiz bu sahədə dünya liderlərinə vacib iş düşür. Bütün dünya liderləri birləşdirici, sülhyönümlü sevgi üslubuna üstünlük verməli, şəfqət, mərhəmət, birlik, bərabərlik, sülh və qardaşlıq anlayışlarını önə çıxarmalıdırlar. Bu sevgi dili ilə dünyanın hər yerində baş verən miqrant böhranları, müharibələr və münaqişlər, terrora və zorakılğa əsaslanan qlobal təhlükəsizlik təhdidləri və hər cür qarşıdırma bir-bir aradan qalxacaq. Dolayısilə sərhədləri divarlarla ayırmaqla, daha çox silahlanmaqla, bölgələrə daha çox əsgər yerləşdirməklə, qısası, problemlərin ancaq təhlükəszilik tədbirləri ilə həll edilə bilməyəcəyi, bütün problemlərin mənbəyinin ancaq sevgi, şəfqət və maarifləndirici siyasətlə həll edilə biləcəyi başa düşülməlidir. Ümid edirik ki, bu əsr sevgisizliyin, gərginlik və münaqişə ruhunun sona çatdığı bir əsr olacaq. Qorxuların, sevgisizliyin, güvənsizliyin yerini həsrətini çəkdiyimiz sülh, əmin-amanlıq, dostluq, qardaşlıq və güvən mühiti tutacaq.

    Adnan Oktar

  • Gülnarə İSRAFİLQIZI.”Bir sinə tapmadım başımı qoyum…”

    gxi

    Bir sinə tapmadım başımı qoyum,
    Ağlayım bulaqlar ağlayan kimi
    Doyunca göz yaşı içdi ürəyim.
    Yollar addımımı saxlayan kimi.

    İzimi göz yaşım yudu apardı,
    Bu bəxtsiz bu payız yağışa düşdü.
    Qönçə arzularım, göyərməz oldu.
    Elə bil dibçəkdə, qarğışa düşdü.

    Bəlkə də göz yaşın duzu qurutdu.
    Bəlkə də yox etdi arzumun qəmi.
    Hərdəfə yeni bir ümid ovutdu.
    Aldı ah əlindən, ağrıdan məni.

  • Şəfa VƏLİYEVA.”Üstünə sağlıq, ölürəm…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gəlmədiyin günlərdən
    Daha bir bazar günü…
    Kədəri ürək üzən
    Kimsəsiz həftə sonu…

    Həvəsim də qalmayıb
    Pıçıldayam “gəl”-deyə…
    Payızda gülmü qalır
    Yollarına düzməyə?!

    Ovuc-ovuc dərd içməkdi
    Yoxluğuna tək çarə…
    Sənsizliyim xəstəlikdi…
    “Üstünə sağlıq, ölürəm…”

  • Müsəlmanların axan qanı necə duracaq?

    uex

    İslam birlik, bərabərlik, sevgi və qardaşlıq dinidir. Allah Quranda “… Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73) deyə bildirərək dünyada fitnənin sona çatması üçün iman gətirənlərin bir-birlərilə dost olmalarını, ittifaq qurmalarını, birlik və bərabərlik içində olmalarını bildirmişdir. Bu əmrə tabe olmaq bütün müsəlmanların borcudur. İslam dünyası müsəlmanların bir olmasını istəməlidir. Birlik istəməyən –Allah qorusun- ayrılıq istəyir dəməkdir və ayrılığın illərdən bəri şahid olduğumuz kimi, İslam dünyasına heç bir faydası yoxdur. Müsəlmanların gücü, qüvvəti və mənfəəti birlik olmaqdadır. Bundan başqa, möminlərin birlik olması Qurana görə fərzdir. Ayələrdə Allah bu şəkildə bildirir:

    Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali İmran surəsi, 103)

    Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi, 10)

    Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

    Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
    Ayələrdən açıq şəkildə göründüyü kimi, müsəlmanların bir olması, sevgi ilə bir-birlərinə bağlanması, münaqişə etməməsi, bir-birlərinin dostu olması, hər şəraitdə bir-birini qoruyub müdafiə etməsi, birlikdə inkara qarşı elmi mübarizə aparması fərzdir.
    O halda bunun əksini etmək, yəni birləşdirən deyil, parçalayan olmaq, müsəlman qardaşlarına sevgi və şəfqətlə yanaşmamaq, əfvedici, qoruyucu olmamaq, inkara qarşı aparılan elmi mübarizədə bir-birinə dəstək olmamaq haramdır.
    İslam Birliyinin olmaması, müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlıq, müsəlmanların öz aralarındakı münaqişələr, İslam dünyasından vahid səs çıxmaması məzlum müsəlman xalqları da müdafiəsiz qoyur. Misirdə, Suriyada, Fələstində, Kəşmirdə, Şərqi Türkistanda, Patanidə, Moroda və daha bir çox yerdə qadınlar, uşaqlar və qocalar zülmdən xilas olmağı gözləyir. Bu məzlum insanların məsuliyyəti hər kəsdən öncə İslam dünyasının üzərindədir. Müsəlmanlar Peyğəmbərimizin (səv) “Müsəlman, müsəlmana zülm etməz və onu təhlükədə qoymaz” sözünü heç vaxt unutmamalıdır.
    İslam dünyası ayrılıqları və fərqlilikləri bir kənara qoymalıdır. Bütün müsəlmanların “qardaş” olduğu gerçəyini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdırlar. İman gətirənlərin bir-birlərilə qardaşlığı Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükür etməli və Allahın “dağılıb-ayrılmayın” əmrini unutmamalıdırlar.
    Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın… (Ali İmran surəsi, 103)

    Ülviyyə Əlizadə

  • Avropanın miqrant böhranına qəti həll yolu nədir? Yalnız bir az sevgi

    rh

    28 avqustda dünya, vicdanları sızladan insanlıq faciəsi ilə qarşılaşdı. Bu tayı-bərabəri olmayan hadisə Avropanı bir müddətdir ki, məşğul edən miqrant böhranının demək olar ki, dönüş nöqtəsi idi. 59 kişi, 8 qadın və aralarında 1 yaşlı kiçik qız uşağının da olduğu 4 uşaq, cəmi 71 suriyalı miqrant Avstriya magistral yolu üzərində tərk edilmiş yük maşınının içində ölü tapıldı.

    Evini, işini, qohumlarını, qonşularını, xəyallarını və ümidlərini geridə qoyub yola çıxan 71 nəfər… Bütün çəkdikləri əzab-əziyyət toyuq daşımaq üçün istifadə edilən kondisionerli yük maşınında can verməklə nəticələndi. Dünyadakı hər insan kimi təhlükəsiz şəraitdə və şərəfli yaşamağa layiq olan o anaları, babaları, daha yenicə yeriməyə başlayan uşaqları düşünmək insanın qəlbini sızladır. Təəssüf ki, Yaxın Şərqdə baş verən müharibələr nəticəsində ölkələrin darmadağın edilməsi bu çarəsiz insanlara bu cür təhlükəli səfərdən başqa bir seçim qoymayıb.

    Bu dəhşətli hadisədən sonra avropalı liderlərin məsələyə diqqət yetirməsi ilə böhran yeni çıxmaza girdi. Vyana konfransında danışan Almanya kansleri Angela Merkel bu kədərli xəbərlə dərindən sarsıldığını bildirərək belə şərh verdi: “Bu hadisə Avropadakı miqrant probleminə həmrəylik ruhu içində bir an öncə həll yolu axtarmalı olduğumuzu xatırladır”.

    Belə ki, indiyə qədər bəzi Avropa hökumətlərinin miqrant problemini ələ alma üsulu heç də gözəl olmayan mənzərə yaratdı. Bəzi hökumətlər ölkələrinə miqrant qəbul etməyi rədd edərkən, digərləri Avropa İttifaqının böhranı həll etmək üçün ortaya qoyduğu təklifləri əvvəldən qəbul etmədi.

    Digər tərəfdən bəzi hökumətlərin etdikləri, sözün əsl mənasında insanlıqdan kənar idi. Macar polisi maneələri aşaraq Avropa İttifaqı ölkələrinə girməyə çalışan miqrantları göz yaşardıcı bombalarla nəzarət altına almağa çalışdı. Yunanıstanın Kos adasında polis miqrantlara yanğın söndürmə alətləri ilə hücum etdi. 2500-ə yaxın miqrant 24 saat boyunca yemək və su verilmədən – və ya çox az verilərək – bir stadionun içində bağlı saxlanıldı.

    Çevik polis alayları stadionda miqrant sənədlərini almaq üçün gözləyən uşaqlı qadınlara və yaşlı insanlara qarşı səs bombasından istifadə etdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yunan hökumətinin miqrantlara qarşı davranışlarını “tamamilə utanc verici” olaraq qiymətləndirdi. Bundan başqa beynəlxalq humanitar yardım təşkilatı olan Sərhədsiz Həkimlər Təşkilatı [Médecins Sans Frontières] miqrantların böyük əksəriyyətinin əsas gigiyena ehtiyaclarının qarşılanmadığını və polis tərəfindən istismara məruz qaldıqlarını təsdiqlədi.

    Hökumətlərin hərəkətlərini tənqid edənlər təkcə humanitar təşkilatlar olmadı. Fransa xarici işlər naziri Loran Fabius Şərqi Avropa dövlətlərinin siyasətinə qarşı səsini qaldırdı və xüsusilə Macarıstanı «skandal» sayıla biləcək miqrant siyasətinə görə ağır şəkildə tənqid etdi. Loren həmçinin Macarıstanın miqrantların pasportsuz Şengen zonasına girməsinin qarşısını almaq üçün Serbiya sərhəddinə dəmir məftil çəkməsi ilə Avropa İttifaqı dəyərlərinə zidd davrandığını dedi.

    Müharibənin ağır zərbə vurduğu ölkələrindən qaçmaq məcburiyyətində qalan bu çarəsiz insanların gözlədikləri tək şey bu ölkələr tərəfindən yaxşı qarşlanmaq idi. Lakin həmin ölkələrin polis məmurları və sərhəd keşikçiləri tərəfindən istismar və pis rəftara məruz qaldılar.

    Avropa ölkələri qaçqın böhranı məsələsində mühüm bir həqiqəti unutmamalıdırlar:

    Bu dünya heç kim üçün etibarlı liman deyil. Kim olursa-olsun, ya da dünyanın harasında yaşayırsa-yaşasın, hər insan gözlənilməz bir anda çətin vəziyyətlə qarşı-qarşıya qala bilər. Hər hansı bir fəlakət və ya gözlənilməz bir qəza insan həyatını bir anda alt-üst edə bilər. Belə bir çətin vəziyyətlə qarşı-qarşıya qaldıqda yardım əli uzatması gözlənilən insan birdən-birə özü köməyə möhtac vəziyyətdə qala bilər. Bu səbəbdən bu gün Avropanın üzləşdiyi miqrant probleminin öhdəsindən gəlməsində kansler Merkelin bəhs etdiyi “həmrəylik ruhu” kilid dəyərlərdəndir.

    Maddi gücdən çox insanları və millətləri kömək etməyə sövq edəcək güc sevgi, şəfqət və həmrəylikdir. Sevgi əngəl tanımır.

    Dünyadakı digər insanlara qarşı bəslədiyimiz azacıq sevgi bütün böhranların üstəsindən gəlməyə kifayət edəcək.

  • “Son 5 ildə əmək haqları 3 dəfə artıb” – MÜSAHİBƏ

    1444371357_israil-m

    «Azərikimya» İB-nin SOCAR-ın tərkibində daha sürətlə inkişaf edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar bu gün özünü doğrult­maq­dadır”

    “Azərikimya” İstehsalat Birliyinin İqtisadiyyat və uçot İdarəsinin rəisi İsrail Əfəndiyevlə müsahibə

    – İsrail müəllim, 2010-cu ilin aprelindən “Azərikimya” SOCAR-in struktruna daxil edilib. Bu da 5 ildən artıq bir müddət deməkdir. 2009-cu illə müqayisədə «Azərikimya» İB-nin iqtisadi vəziyyəti ilə bağlı düşüncələrinizi bizimlə bölüşməyinizi istərdik.

    – «Azərikimya» İstehsalat Birliyinin SOCAR-ın tərkibində daha sürətlə inkişaf edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar bu gün, demək olar ki, özünü doğrult­maq­dadır. Ötən 5 il ərzində SOCAR-ın bilavasitə texniki və maliyyə yardımı sayə­sində «Azərikimya»nın texniki bazasının güc­ləndirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş, müasir standartlara müvafiq olma­yan texnoloji qurğu və avadanlıqların yenidən qurulması, məh­sul istehsalının artı­mına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alın­masına yönəldilmiş əsaslı təmir və modernləşmə işləri, kimyaçıların əməyinin layiqincə qiy­mət­ləndiri­lə­rək, maaş­larının artırılması, iş və məişət şəraitinin yaxşılaş­dırıl­ması «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımın­dan yeni bir canlanmaya və yüksəlişə səbəb ol­muş­dur. (daha&helliip;)

  • Esmira Rəhimlinin yeni kitabı işıq üzü görüb

    “Istanbul sevdası” romanı bədii romantika janrında yazılmışdır. Romanda məqsəd bir cəmiyyət olaraq tərbiyələndirə bilmədiyimiz mənəviyyatsız adamlara qarşı ictimai qınaq məsələsini gündəmə gətirmək, ortaya qoymaqdır.
    Biz çox vaxt üzüyumşaqlıq edir, bu haqda danışmağa çəkinir, belələrinə göz yumuruq. Onlar da imkan düşəndə qardaş ölkəyə gedir, bizi pis cəhətdən təqdim edirlər. Halbuki bizim insanlar istedadlı, ağıllı və ləyaqətlidirlər.
    Bu romanda iki rəfiqə qarşı-qarşıya qoyulur. Tərəflərdən biri psixoloji problem olan paxıllıqdan əziyyət çəkir. Buna görə də daim öz rəqibinə iş prosesində badalaq vurmağa çalışır. Lakin qəlbinin acısını söndürə bilmədiyindən ona şəxsi həyatda da pislik etmək qərarına gəlir. Tezliklə əlinə belə bir fürsət düşür. Ona öz hiyləsilə qalib gələrək onun nişanlısı ilə ailə qurur.
    Lakin həyat hər şeyi öz yerinə qoyduqdan sonra qalibin əslində məğlub tərəf olduğunu aşkara çıxarır. Eynilə, “əsil gülən son güləndir” deyimindəki kimi!

  • Gülnarə İSRAFİLQIZI.”Alış könlüm!”

    gxi

    Alış könlüm, inci-inci,
    Misralara calan sən!
    Göy üzündə günəşə dön,
    Buluda dön, dolan sən.
    Qoy özümü günəşinin,
    Çıxışında axtarım.
    Qoy özümü şimşəyinin,
    Çaxışında axtarım.
    Möcüzəli baxış ver!
    Baxım Ulu Tanrının,
    Baxışında axtarım.
    Ötənlərə qayıdıb,
    Üzü dönük bəxtimin
    Qarğışında axtarım.
    Dolandıqca göyləri,
    Öz içimə dönüm mən.
    Ya əbədi alışım,
    Ya əbədi sönüm mən.

  • Şəfa VƏLİ.”RUZBEH MƏMMƏDİN NAĞILI”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    I
    Bilirəm uzaqdadı… Lap uzaqda… Onu da bilirəm ki, döyülən pəncərənin o üzündə həmişə onun olmasını arzulayacağam. Həmişə də bir başqası olacaq.

    ***
    Bir oğlan var. Adı Ruzbeh. Şeirlərinin sonunda həmişə bu adı oxuyuram: Ruzbeh Məmməd. O oğlan öz kiçik ovuclarında ümid böyüdüb. Hər gün bir az böyüdükcə ümidləri, dilinə sehrli kəlmələr gəlib. Allahın əta etdiyi bu sehrlə zaman-zaman 39 qapı açıb: Mərifət qapısı… Elm qapısı… İnam qapısı… İman qapısı… Sevgi qapısı… və sair… və ilaxır…
    Atasının 57 yaşına yazdığı şeirdə “sözün böyüklüyünü, özünün “bir kəlmə söz” önündəki heyrətini” yazıb Ruzbeh Məmməd…

    Sənin hər sözündə, evimizdəki
    Kitablarını yığdığın otaqdan da böyük bir hikmət vardı…
    Balaca-balaca atdığım addımlar zamanı,
    Sənin boyumdan uca, çəkimdən yekə,
    Dediyin kəlmələrdən yapışıb yeriyirdim… (daha&helliip;)

  • Ülviyyə VAHİD.”Gül görüm”

    10308061_1487703808112940_8055053123496195175_n

    Mücadilə meydanıdır bu həyat,
    İnsan taleləri bağlı bir kitab,
    Keçdiyin yollarsa,bəzən bir “Sirat”,
    O anları yaşayanda gül, görüm..

    Həyat gah ağladar,gah da güldürər,
    Gözlər kədər,üz təbəssüm gəzdirər,
    Nanəciblər bu dünyadan bezdirər,
    Qəlbin ağlayanda calış gül, görüm..

    Əzmin yenilməyən uca bir zirvə,
    Dosta hədiyyədir,düşmənə zərbə,
    Həyat əzəl gündən qaçılmaz səhnə,
    Tale sənə kəm baxanda gül,görum..
    Hünərin var ağladanda gül,görüm

    P.S.”Həyat səni güldürəndə gülmüsən,
    Hünərin var,ağladanda gül görüm..(c)
    Ruhu şad olsun..!

  • Zeynəb DƏRBƏNDLİ.”Ürək demir”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Deyirlər ürək danışır,
    Bizi duymağa çalışır.
    Bu həyat ilə barışır,
    Öz-özünə təkan verir.

    Gah öz-özünə öyünür,
    Gah susur, gah da yoyurur.
    Hələ durmadan döyünür,
    Döyünür heç səbr eləmir.

    Biz ağlasaq, ağlayır o.
    Hərdən könül dağlayır o.
    Qapısını bağlayır o.
    Qapısından asır dəmir.

    Zeynəb, onu çox incitmə.
    Qoy vurmasın sarı simə.
    Dilinə gələni demə.
    Dil deyəni ürək demir.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    11149420_814346961975030_7057312539619506005_n

    HƏR GÜN ÜRƏYİMİ DAĞLARA AÇDIM

    Ahımla ölçülür bu vaxt,qərinə,
    Toxunma,işləyər yaram dərinə!
    Məni dayaq vuran əqrəb yerinə,-
    Saatı tərsinə qurub apardı.

    Qol qoyub taleyin bu qərarına,
    Şəkil də çəkdirdik quzey qarına.
    Qorxdu özgəsinin gələr karına,
    Zalım,ümidimi qırıb apardı.

    Bu qərib sevdayla sənə möhtacdım,
    Ayaq izlərimin dalınca qaçdım.
    Hər gün ürəyimi dağlara açdım,
    Gözümün nurunu qürub apardı. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Nə edim?”

    11143676_1644625995794436_3719905173301804536_n

    Nə deyim bu bəxdimə ,bu talehimə .
    Bir səni , isdənd bu cətin yolda .
    Sən gəldin ,boş olan bu boş qəlbimə ,
    Yalanla ,dolanla ,möcüzələrlə ,
    Aylar kecdi ,sənlə olan o gündən ,
    Nələr etdin ,niyə belə qətdarsan ?
    Yalan dedim ?
    Yalan oldum ?
    Yalanam ?
    Sən tanidin ,sənə dedim düzünü ,
    Sənin oldum ,qəlbm sənin əsirin ,
    Aylar kecdi ,nə dəyiş ?
    Bilmirəm …
    Mənim üçün dəyşən hek bir şey yox .
    Səndə deyə bilmərəm ,
    Mənim ücün fərqi yox ,
    Bitmiyib ,bitməyəcək bilirəm ,
    Bu qəlbimə sözm kecmir ,
    Nə edim ?
    Sən qaçirsan ,sən itirsən ,sən yoxsan…
    Nə edim ?
    Heç dəyişən bir şey yoxdu o,gündən ,
    Qəlbim sənsiz ,sənsizliklə ovunur ,
    Xəyalınla ,birlikdədi ,
    Nə edim ?
    Heç sevmədi bu qəlbim hec kesi.
    Sevdiydə sən oldun ,
    Nə edim ?
    Mənlə yoxsan ,sən sevmirsən .
    Nə edim ?
    Qəlbim sənin əsirndi ,
    Nə edim ?
    Nə edim ?

    07.10.2015..

  • Etibar VƏLİYEV.Yeni şeirlər

    m

    SEV ALLAHI

    Gün gələcək görəcəksən, qiyamətdə, qiyamətdir.
    Namaz qılmaq, səcdə etmək, Allaha bir itaətdir.

    Gəlin gedək biz Kəbəyə, ki Allahdan əhv diləyək.
    Kəbə evi uca məqam, çün Allaha ziyarətdir.

    Tanrı bizi xəlq eyləyib,.təbib nədir, loğman nədir.
    Dərdimizə çarə varsa, İlahidən şəhadətdir.

    Hər kim sevsin əhli beyti, odur mənim göz bəbəyim.
    Xəyanəti bağışlamaz, çün Allahdan əmanətdir. (daha&helliip;)

  • Günel ƏLİYEVA.”Gecikmisən qəlbimə”

    ge2

    Xəyal kimi başladın,
    Arzu kimi böyüdün,
    Ümid kimi yaşatdın,
    Yaşadarkən öldürdün.
    Bəs niyə illər sonra
    Məsum bir uşaq təki
    Gəlib qapımı döydün?
    Dəyişməyəcəyimi düşündün?
    Mən heç dəyişmədim ki.
    Gözlərim ,əllərim, ürəyim,
    Bütün vücudum eyni.
    Mən heç dəyişmədim ki.
    ”Böyüdüm” sadəcə.
    Fikrim ,düşüncəm də böyüdü mənlə.
    Sənsə dəyişdin ,kiçildin gözümdə.
    Adiləşdin yavaş- yavaş.
    Yox oldun.
    Baxışlarım sənə qaçmır əvvəlkitək.
    Səndən qaçır baxışlarım.
    Gecikmisən qəlbimə
    Bütün yollar bağlanıb.
    Mən heç dəyişmədim ki.
    Ürəyim də dəyişmədi,
    Döyüntüləri artdı sadəcə
    Haray çəkdi sızladı,
    Yenə adını andı
    Fəqət ,indi adın da
    Varlığın qədər yaddır
    Səsin yetməz səsimə,
    Gecikmisən qəlbimə.

  • Şəfa VƏLİYEVA.”Sonuncu uğur ayrılıq…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bizim bəzəyimiz kədər,
    Sonuncu uğur ayrılıq…
    Sancısı sevgimiz qədər…
    Səssizlik doğur ayrılıq…

    Qayıt… Keçək ö küçədən,
    Əl-ələ, çiyin-çiyinə…
    Qoy qovuşsun o hönkürən,
    Baxışlar biri-birinə…

    Sənin bəxtinə küsənlər
    Ayrılıqdan əlac umar…
    Dərdim gözümdə süslənər,
    Laylalanar xumar-xumar…

    Gözlərimiz hay-harayda,
    Ayrılıq dərdin əlacı…
    Demədimmi sevgim boyda,
    Bitməz, kəsilməz bu sancı!

  • Gündüz SEVİNDİK.”Baş daşı…”

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Tale üzə gülmür ömrün qışında,
    Həyat balıq kimi əldən sürüşür.
    İnsan şəkilləri qəbir daşında,
    Nədənsə həmişə qəribə düşür…

    Üstə doğum ili, ölüm ili var,
    Bir bəndlik şeir də gor nəğməsidir.
    Məni qınamayın, başdaşı sanki,
    Ölənin “şəxsiyyət vəsiqəsidir”…

    Min illik sualın cavabı varmı?
    Ruhum candan çıxdı, ağlım da başdan.
    Görəsən bir zərrə savabı varmı,
    Ölənin başına bu boyda daşdan?

    O kimin yaşıdı, çatsın yaşına,
    Yönünün yöndəmi, təhəri yoxdu.
    Allahlıq edirsən “sinə daşına”,
    Allahın heç səndən xəbəri yoxdu…

    … Sanma özüm boyda dağam, qüruram,
    Sənin daş qürurun ruhumu əzir.
    Vallah, ayaq üstə güclə dururam,
    Mənim başdaşılıq halım nə gəzir?…

  • Rafiq ODAY.”Axtarmayın məni”

    rafiqoday

    Mən dənizdə üzən ada,
    Ada üzməz – düz – amma da…
    Baş açılmaz müəmmada,
    Sirdə axtarmayın məni.

    Dərdi-səri təb anmışam,
    Dərdə tabı – təbanmışam,
    Mən xeyirə tapınmışam,
    Şərdə axtarmayın məni.

    Heç əlliyə yetmişəm ki?! –
    Tükənmişəm, bitmişəm ki…
    Elə küsüb getmişəm ki,
    Bir də axtarmayın məni.

    Qan deyiləm, çanağıayam,
    Qan deyirəm, qan – ağıyam,
    Daha göylər qonağıyam,
    Yerdə axtarmayın məni.

  • Rafiq ODAY.”Kim sevər ki”

    rafiqoday

    Mən haqqa aşiq biriyəm,
    Haqqım yox susam, kiriyəm,
    Açılmaz tanrı sirriyəm,
    Məni özgə kim sevər ki…

    Xəzan aldı ilk baharı,
    Puç eylədi arzuları,
    Saçımdakı dümağ qarı,
    Dəni özgə kim sevər ki…

    Yelə verdik son gümanı,
    Baş çəkir qəlbə damanı.
    Ruhlara çökən dumanı,
    Çəni özgə kim sevər ki…

    Bir «yox» var, bir də «bəli» var,
    Çiynimdə bir dost əli var.
    Yer üzündə bir dəli var –
    Səni özgə kim sevər ki…

  • Təranə Turan RƏHİMLİ.”Anarın “Ağ liman” povesi Azərbaycan ədəbi tənqidində”

    12106784_459497914235371_8946394688133766901_n

    Filologiya üzrə fəlsəfə doktoru, dosent,
    Prezident təqaüdçüsü

    Təbiilik, təvazökarlıq, səmimiyyət, mənəvi kamillik, milli-əxlaqi dəyərlər axtarışı, gerçəkliyin insan və zaman, fərd və mühit problemləri fonunda dərki və bütünların qeyri-adi hadisələr, qəhrəmanlıq iddiasında olan surətlərlə heç bir əlaqəsi olmaması “altmışıncılar” ədəbi nəslinin digər nümayəndələri kimi Anar nəsri üçün də xarakterik cəhətlərdəndir. 60-cı illərdə ədəbi ictimaiyyətin böyük maraqla qarşıladığı, tənqidin ən fəal münasibət bildirdiyi belə nəsr əsərlərindən biri Anarın “Ağ liman” povesti olmuşdur.
    Ədəbi tənqid “Ağ liman” povestinin çağdaş ədəbiyyatımıza gətirdiyi yeniliyi, müasirliyi ilk növbədə dövrün mövcud ədəbi stereotiplərini qırması, sovet bədii təhlili çərçivəsinə sığmaması ilə izah edirdi. Yazıçının əxlaqi düşüncələrini, mənəvi dəyərlər barədə qənaətlərini, zaman, sosial mühit və gerçəklik haqqında sənətkar konsepsiyasını əks etdirən povestə dair milli ədəbi tənqidimizin maraqlı mülahizə və qənaətləri mövcuddur.
    Görkəmli tənqidçi Məmməd Arif əsərlə ilk tanışlıqdan sonra Anarın “yaradıcılıq qələbələri hələ qabaqdadır” deyə ədəbiyyatımıza ümidverən bir sənətkarın gəldiyini vurğulayır, “Ağ liman”ı “yeniyetmə təfəkkürünün məhsulu” (Q.Talıbov) hesab edən tənqidçilərə rəğmən gənc yazıçının istedadına böyük inamını ifadə edirdi. Tənqidçi “Ağ liman”ı nəsrimizin yeni bir uğuru kimi yüksək dəyərləndirir, əsərdə xüsusi nəzərə çarpan psixologizmi qeyd edir, povestin nəsrimizə bir yenilik, təravət gətirdiyini vurğulayırdı: “Bu təravət milli keyfiyyətlərə malik olmaqla bərabər, bədii ədəbiyyatın ümumi inkişafı, taleyi ilə bağlıdır. Anarın mövzusu da yenidir, amma dediyimiz təravət təkcə mövzuya, yazıçının təsvir etdiyi aləmə, hadicə və insanlara aid deyildir. Anarın hekayələrində fövqəladə hadisələrə, igidlik, şücaət, qəhrəmanlıq göstərmək iddiasında olan adamlara rast gəlmirik.”
    Ədəbi tənqidin əsərin müasirliyi haqqında fakir və mülahizələrinə, onun bədii qəhrəman konsepsiyasına diqqət yetirdikdə “Ağ liman”ın timsalında bütövlükdə dövrün nəsrinin tənqidin özünü, onun bədii əsərə yanaşma meyarlarını da dəyişdiyini, yenilədiyini görürük. Milli bədii nəsrimizin “sıçrayış”la inkişafı tənqidin məzmununu da yenilədi, hətta nəzəri fakir bu mərhələdə bəzən geridə qaldı, bədii firkin hərəkəti ilə “ayaqlaşa bilmədi”. Buna görə də “Ağ liman”a münasibətdə tənqidin əsərdəki mənzərəni yaradan səbəbləri, burada baş verən hadisələri, situasiyaları şərtləndirən amilləri dəqiq təyin etməkdə acizliyi açıq-aşkar görünürdü. Tənqidin əsəri ilk vaxtlar birmənalı qarşılamaması, gənc yazıçıya onun qəhrəman konsepsiyası ilə bağlı ünvanlanan kəskin tənqidi fikirlər də buradan doğurdu. (daha&helliip;)

  • Təranə ŞƏMS.”Müəllim adına yaraşmayan həqarət”

    ts

    Müstəqil (belə demək mümkünsə) Azərbaycan günü-gündən inkişaf edir və gözəlləşir. Sanki məmləkətimiz yenidən qurulur və hər bir vətəndaş öz məmləkəti ilə qürur hissi keçirə bilər. Lakin əmmalar da istisna deyil. Azərbaycan tərəqqi etdikcə, bəzi sahələrdə geriləməni görməzlikdən gələ bilmərik. Gördüymüz çatmazlıqlar isə bugünki təhsil sistemində daha qabarıq nəzərə çarpır. Təhsildə islahatlar, məsələn, kurrikulum sisteminin tədbiq edilməsi şagirdləri çətinə salır desək yanılmarıq. Əgər bu sahədə bilikli kadrlar olarsa, bu sistemin təhsildə özünəməxsus özəllikləri var.Təhsildə islahatın qabaran cəhətlərindən biri də budur ki, təqaüd yaşı çatan qocaman müəllimlər işdən azad edilir. Axı qocaman müəllimlərin fəaliyyəti dayandırılırsa, gərək yetişən yeni kadrların bilik səviyyəsi öz bilik və elmini şagirdlərə aşılaması üçün yetərli olsun. Təəssüflər olsun ki, yeni kadrların elmi və biliyi zəif olduğundan kurrikulum dediyimiz sistemin öhdəsindən gələ bilmir. Lakin stajlı müəllimlər başlanğıc olaraq sovet təhsil sistemindən istifadə edərək müəyyən qədər yeni təhsil sisteminin çətinliklərini aradan qaldırırlar. Əgər müəllimlər yeni sistemdən əziyyət çəkirsə, bəs şagirdlər və valideynlər neyləsin? İstənilən halda valideyinlər övladladının təhsildən geri qalmaması üçün fərdi təhsilə üstünlük verdiyinin şahidi oluruq. Qeyd edim ki bəzi valideynlərin qazancı zəif olduğundan fərdi müəllim tuta bilmirlər. Siniflərdə isə dərs proqramı çətin mənimsənildiyi üçün uşaqların əksəriyyəti verilən tapşırıqları qavramaqda çətinlik çəkirlər. Beləliklə, təhsildə bəzi şagirdlər digər şagirdlərdən geri qalır. Görünənləri nəzərə alaraq belə sual yaranır: ” Belə davam edərsə, Azərbaycan təhsilinin aqibəti necə olacaq?” Bəlkə də uzun illər lazımdır ki, yetişən yeni kadrların bilik səviyyəsi yeni sistemə uyğunlaşsın. Sizcə itirilən illər Azərbaycana nələri verib, nələri alacaq? Əsaslı məsələ isə budur ki, niyə Pedoğoji İnstitutun məzunları hətta dövlət hər tərəfli sosial baxımdan himayə etdiyi halda bölgələrdə ixtisası üzrə əmək fəaliyyətini davam etdirməkdən imtina edirlər? Nədən öz ixtisasları üzrə müəllim adını daşıyan kadrlar məhz şəhərdə fəaliyyət göstərməyə üstünlük verirlər? Görünür kənd və rayonlarda doğulub, boya-başa çatan gənclər həyat şəraiti çətin olduğundan, kiçik yaşlarından şəhər həyatını yaşamağa can atır və bu arzuyla da öz gələcəklərini qururlar. (daha&helliip;)

  • Baxım sağa, baxım sola, bəlkə taparam kimisə kənarda… (kişilərin sola getməsi, “xəyanəti”)

    gw

    Poliqamlıq – kişilər bir az realist, bir az romantik, gözəlliyə vurğun, xəyalpərəst, daha çox isə poliqam olurlar. Kişilərinizi itirmək istəmirsinizsə, onları olduqları kimi qəbul edin, dəyişməyə çalışmayın, əksinə onun poliqam olması və digər cəhətlərindən özünüz üçün istifadə edin, hər gün bir obrazda olun, təəccübləndirir, maraqlandırın özünüzlə, hər dəfə bir başqa insan, bir başqa qadın olun, fərqli, özəl, unudulmaz və arzuolunan… Unutmayın, ən sakit və rahat kişi belə ehtiraslıdır. Siz oyatmasanız bu ehtiras və marağı, siz yandırmasanız onun içindəki odu-alovu, o kənarda axtaracaq sizdə axtarıb tapa bilmədiklərini… Söhbət təkcə intim həyatdan getmir, həm də adi insani münasibətlərdən gedir… Hər dəfə onun üçün maraqlı, ancaq yorucu olmayan bir kitab olun ki, sizi oxusun, oxumaq istəsin, əli başqa kitabları oxumaq üçün uzanmasın “kitabxanalara, kitab mağazalarına”, açıq satışa çıxarılan “kitablara” və “kitab sərgilərinə”… Unutmayın, insan da kitab kimidir, başlanğıcdan maraqlı olan kitabı axıradək oxumaq istəyəcək oxucun, maraqlı gəlməsən səni qoyacaq evdəki və ya işdəki kitab rəfinə, toz basacaq səni… Sən isə köhnəldikcə, oxunmadıqca, hirslənəcəksən el-aləmə, hamını günahkar biləcəksən, əslində günahkar kişin deyil, sən özünsən… (daha&helliip;)

  • Sevgi və Sayqıyla anıyoruz!

    12112244_707887922688878_5264732258361276273_n

    Niftəliyev Asif Abdulla oğlu 1991-ci il yanvar ayının 16-da Quba rayonunda anadan olub.1997-ci ildə Quba rayon Ramazan Əliyev adına Barlı kənd orta məktəbinin birinci sinfinə daxil olub.2008-ci ildə həmin orta məktəbi bitirib.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Tələbəlik illərində isə şeirləri “Sumqayıt Universiteti” qəzetində dərc olunub.7 oktyabr 2015-ci ildə vəfat edib.

    SƏNİ SEVDİYİMƏ UTANIRAM MƏN

    Bir vaxt əllərimi tuturdun möhkəm,
    Qoymazdın əlimi əlindən çəkəm.
    Sən yoxsan yanımda tənhayam, təkəm,
    Artıq yoxluğuna inanıram mən,
    Səni sevdiyimə utanıram mən.

    Bir vaxt başqasını görməzdin ancaq,
    İndi gör anzlərindən olmuşam uzaq,
    Bir vaxt ürəyimə gəlmişdin qonaq,
    Od vutub getmisən hey yanıram mən,
    Səni sevdiyimə utanıram mən.

    Ürəyinə bir anlıq həkk elə ki, sən,
    Səni sevdiyimə olmayaq tən,
    Hər zaman qarşımda rəsmini çəkən,
    Bu iki gözümü danlayıram mən,
    Səni sevdiyimə utanıram mən. (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XVIII hissəsi

    12115887_875175612579476_5476251642611631834_n

    Tahir Lamiyəni kənara itələyir. Lamiyənin kürəyi divara möhkəm dəydiyi üçün ağrıyır, yerə oturur. Tahir əsəblə onun saçlarından tutur.
    – Sənə demişdimmi mənə xəyanət eləmə? Harda olsan səni tapacam demişdim, ya yox?
    Lamiyə yalvarmağa başladı.
    – Yalvarıram incitmə məni. Sən bildiyin kimi deyil vallah
    – Elə bildin tapa bilməyəcəm? Hardadır ərin? O əclaf hardadır?
    Tahir pilləkanları qalxır , bir-bir otaqlara baxır. Sonra aşağı düşür, Lamiyənin yaxasından tutur ayağa qadırır
    – Hardadır o?
    – Evdə yoxdu, qurban olum get,sonra danışarıq.
    – Sonra?
    Tahir lamiyənin üzünə şillə vurdu.
    – Ərindən səni boşatdırım, ağlın başına gəlsin. Şəkilləri də göstərəcəm.
    – Bəs şəkillərimiz yox idi?
    – Ona görə asanlıqla kürəyimdən vurdun? Sənin kimi xəyanətkara bu da azdır. Mənə yalan danışmağına bax. İndi ərin gəlsin, hər şeyi danışacam.
    Lamiyə Tahirin qarşısında diz çökdü.
    – Yalvarıram yazığın gəlsin mənə. Sabah görüşərik, sənə hər şeyi danışacam. Hər şey bildiyin kimi deyil. Yoldaşımla qohumuq. Məni toydan əvvəl zorlamışdı. Məcbur idim evlənməyə. Düzünü desəydim məni qəbul edəcəkdin?
    Tahir Lamiyənin dediklərini dinlədikdən sonra bir müddət sakit dayandı, qəfildən səsli güldü.
    – Sən nə artist qadınsan belə? Az, səni zorlamaq olar? Hə?
    – Nə istəsən edərəm, bircə yoldaşıma heç nə demə. Yalvarıram. Mənə qarşı zərrəcədə olsa sevgin yoxdur?
    Lamiyə hönkürtü ilə ağladı. Tahirin ona yazığı gəldi.
    – Yaxşı, sabah tezdən evimə gələcəksən. Mənə yalan danışsan, gəlməsən, səni, məni yaradana and olsun axırına özüm çıxacam. Nə desəm edəcəksən.
    – And içirəm, gələcəm.
    (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Məni hardan duyasan?!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Bilirsənmi ürəyim,
    Nələr çəkir həsrətdən?!
    Ay diləyim, gərəyim,
    Yadlar nə bilər gendən?
    Ürəyini oxudum,
    Özümdən ixtiyarsız,
    Gözlərinə toxundum,
    Gözümdən ixtiyarsız.
    …Səni mənə gətirən,
    O yollara dil açdım,
    Məni sənə yetirən,
    Allahıma əl açdım!
    Bu dünyanın hər işi,
    Gah kədərdi, düyündü.
    Ürəyimin telləri,
    Eh…Yaman ərköyündü.
    İndi gecə yarıdı,
    Yəqin ki, yuxudasan,
    Bənzəyirsən səmada,
    Mürgü vuran aya sən,
    …Məni hardan duyasan?!

  • Şafa KAMİLLİ.”Yağış yağır aramsız”

    11143676_1644625995794436_3719905173301804536_n

    Yağiş yağir aramsiz ,
    İldimda caxir ardiz ,aramsiz ,
    Qorxuludu ,mən qorxuram ,
    Bu dəhşətli şimşəkdən ,
    Taniş qəlir ,nədən belə bu şimşək ?
    Sanki qəlbimdəki ,fəryadim ,ahu naləmdi ,
    Hec bir xeyri yoxd ,bu fəryadin ,
    Bu ahu nalənin ,
    Payizdi ,yağişlar ,ildrimlar ,soyuqlar fəslidi ,
    Ömrümün payiz fəslidi ,
    Qəlbim ,bu fəsilə eynidi …
    Ömrümün payiz fəslidi …
    Ömrümün payiz fəslidi …

  • Abdulla MƏMMƏD.”Çətin ki bu su durula”

    187b19a53b61

    Ömür yolu yoxuşa qul,
    Alqışı az, baxışı bol.
    Çat verərmiş naxışlı yol,
    Gözə soxula-soxula.

    Ətəyimdə öz əlimdi,
    Ocağımda köz əlimdi…
    Hanı dərdsiz gözəl indi,
    Dönə şəkərə, noğula?!

    Sel gəlib, bulanıb suyum,
    Yasıma calanıb toyum.
    Göz yaşların necə yuyum?..
    Çətin ki bu su durula.

    Dərdi yumaz göz yağışı,
    Yurdu tutsa qurd qarğışı…
    Xeyir-bərəkət yığışıb
    Az qalır göyə sovrula.

    Qarışır – bu yurd qarışır,
    Sürüsünə qurd daraşır.
    Candan cana dərd daraşır,
    Canda qovrula-qovrula.

    Yad əllərdə daş olan-yurd,
    Dərdimizdə baş olan-yurd.
    Oymaq-oymaq boşalan yurd,
    Qan ağlar şəhid oğula.

    Dərdimiz dolub ərsəyə,
    Kişisən-döz bu qussəyə!
    Bölündük neçə hissəyə,
    Bezdik soyula-soyula.

    Azərbaycan. Quba.
    26.08.1998.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    BU GÜN

    bu gün bir dilənçi mənə əl açdı,
    cibimdə verməyə pulum olmadı,
    vicdanım sızladı,qəlbim dil açdı,
    dinib, danışmağa halım olmadı.

    zurna çalanların dövranı gəlib,
    birinə acıdı, birinə xoşdu.
    alçaqlıq, yaltaqlıq zamanı gəlib,
    alimin, şairin cibləri boşdu.

    manıslar alimə, şairə gülür,
    haqqın bünövrəsi laxlayıb çoxdan.
    oğru doğruları günahkar bilir,
    haqqın ala bilmir ac indi toxdan. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Üzündəki tüpruyu silib“

    gxi

    üzündəki tüpruyu silib
    yoluna davam etməkdə varmış bu həyatda.
    qəribəliklərə gülümsəyən varaqlar
    ağ qalacaq sətirlər kimi.
    bir üzündə sevgi
    bir üzündə qəm yırğalanırmış
    ürəyin döyüntüsündə.
    əzizim məni incidən özüməm özüm
    kimsə bunu anlamaz.
    baş tacımı günahlarımdan hazırlamışam
    sadəliyimdə.
    qoy mənə qalan zindanım olsun!
    sizin təbəssümünüzdə
    günəşin rəngini,
    sabahın ürək döyüntülərini görüm.

  • Fidan ABBASOVA.”Görən hərkəsmi çəkir bu ağrılı sevdanı?!”

    11059751_850834221660642_5256582436088862092_n

    Bir diləyin içində min arzumdun gözümdə
    sabahları danışan xos sözümdün dilimdə
    isdəmirdin qəlbinin atəşini əlinlə
    qırıb dağıdıb yenə viran qoyma dünyamı
    görən hərkəsmi çəkir bu ağrılı sevdanı???…

    Daşdır sənin ürəyin, ruhun acdır toparla
    sən özünü nə sandın verdiyin bu qərarla
    insan bir gün sağalar yaraları zamanla
    qırıb dağıdıb yenə viran qoyma dünyamı
    görən hərkəsmi çəkir bu ağrılı sevdanı???…

    Varlığını uzaqdan seyr edincə düşündüm
    nə yaxşı ki getmisən gedişinə sevindim
    görən o sözlərinə inananda mən idim……?
    qırıb dağıdıb yenə viran qoyma dünyamı
    görən hərkəsmi çəkir bu ağrılı sevdanı???…

    Fidan nə sən sevmisən nə də ki yanılmısan
    bir gerçəyin budurki hərşeyə aldanmısan
    indi bir az düşünki bax nələr qazanmısan…
    qırıb dağıdıb yenə viran qoyma dünyamı
    görən hərkəsmi çəkir bu ağrılı sevdanı???…

  • “Zərrələr” Qardaş Türkiyə Cümhuriyyətində

    zt

    Bu gün çoxdan yolunu gözlədiyim, qələminə və qəlbinə dəyər verdiyim çox sadə görünüşlü qavim qardaşım, ” Başkənd Platform” nun Genəl Başkanı Mustafa Kurt bəy və məşhur jurnalist, yazıçı Zülfü Canpolad bəylə görüşümüz baş tutdu. Atalarımızın misallarında hər zaman bir hikmət olduğuna inanıram ” Sadəlik gözəllikdir” misalını da bu dəyərli insana və belə dəyərlərə şamil etdiklərini düşünürəm. Dünyanı gəzib dolanan türk dünyasında sevgi, barış, insanlıq, birlik carçısı olan, Mustafa Kurt bəy, mənim hər kəliməmi diqqət və hörmətlə dinləyib dünyanı mənim baxışımdan səbirlə, təmkinlə seyr etdi. İnsanlıq və humanistliyin ən uca zirvəsini gördüm baxışlarında və sayğılarında. Demək ki, dünyanın hansı bucağında olmağından asılı olmayaraq, ruhuna uyğun bəlkə də bir parçası olan insalarla mütləq görüşəcəksən. Onları zaman-zaman yaxından tanıyıb sevəcəksən. Onda insanlıq əsarət altından xilas olacaq. Onda qəlblər birləşib, könüllər çiçəkləyəcək. Elə eyni gözəlliklərdən bir pay da Zülfü bəyə düşürdü. İki saatlıq görüş müddətində dünyada və dünyamızda baş verən ən dəyərli mövzuları müzakirə etdik. Ruhumuzun barmaqları ilə tarixin ən zərif səhifəsinə imza atdıq. Bəlkə də əsirlərdən bəri ruhumuzun çəkdiyi həsrəti dağıtdıq. İnsanlıq halını yaşamaq və yaşatmaq müdrik insanların payına düşər deyirlər. Biz də müdrikləşdik, sadələşib rəsmiyyətdən qoparaq özümüzü tanıdıq. İnsanlarımızı sevdik.Və insan olduğmuzun fərqinə vararaq, üzərimizə düşən misyamızı yerinə yetirəcəyimizi planlaşdırdıq. Axı insan yer üzünə sadəcə yeyib-içib, yatıb eyni günü təkrarlamaq üçün gəlmədi. Söhbətimizin ən dəyərli yerində bir neçə ay əvvəl işıq üzü görən “Zərrələr” mizi Mustafa bəy, qardaşıma və onun təmsil etdiyi “Başkənd Platform” na hədiyyə etdim. Mustafa bəydə həmin “Platform” un fəaliyyət kitabını hədiyyə etdi. Bax beləcə ruhumuz təzələndi. Qəlbimiz birləşdi. İnşallah ki, yolumuz haçalanmadı. Yolun sonunda bəlkə də, min ümidin çırağı var… Milyonlarla insanların qurtuluşu. Dünyanın xarabalıqlarından keçmək çətin olsa da, abad olan könüllər yolumuzu gözləyir. Xoş gəldiniz qavim qardaşım. Xoş gəldiniz ömrümə. Allahın nuru və salamı olsun üzərinizə.

    Sevgi və sayğılarımla Gülnarə İsrafilqızı.

  • Düşünmək qorxusu və fəsadları

    savalankardesimiz

    Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər.

    Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər. Sosial şəbəkələrin artdığı bu yeni dövrdə artıq heç yerə getmədən belə, dünyanın istənilən bölgəsindəki mühitlə, insanların yaşayışı, maraqları, ehtiyacları, düşüncələri, məqsədləri, həyat tərzləri və s. haqqında məlumat əldə etmək mümkündür. Təbii ki, bu sosiallığın bir çox mənfi-müsbət tərəfləri müzkirə oluna bilər. Lakin bu məqalədə qeyd etmək istədiyim məqamlar məsələnin başqa tərəfləridir. Qlobal sosial mühitin verdiyi geniş araşdırma prizması vasitəsi ilə biz nəzarətli mediaya alternativ olan, bəzən daha real, bəzən daha fərqli informasiyalar əldə edə bilirik. Dünyanın fərqli-fərqli ölkələrinin əhalisi arasında aparılan geniş miqyaslı sosial araşdırmalardan və şəxsi müşahidələrimdəngəldiyim qənaətləri sizlərə də təqdim etmək istəyirəm.

    Bu yazıda insanların nə qədər qisminin özlərinin, dünyanın, ətraf mühitin varlıq səbəbini düşündüyünü, araşdırdığını və məqsədli yaşadığını öyrənmək üçünillərdir apardığım müşahidələrdən gəldiyim nəticə barədə yazmışam. Bunun üçün həm ətrafımda, həm də qısa müddət yaşadığım bəzi ölkələrdə müşahidə etdiklərimdən, dünyanın hər yerini gəzib – görmüş təcrübəli insanlarla söhbətlərdən, bu sahədə aparılmış elmi araşdırmalardan, sosial təcrübələrdən, həmdəinternet vasitəsi ilə sosial mühitdə dünyanın fərqli yerlərindəki hər təbəqədən fərqli insanlarla şəxsən apardığım söhbətlər zamanı əldə etdiyim ümumi nəticələrdən müşahidə etdiyim vəziyyəti sizlərə təqdim etmək istədim. (daha&helliip;)

  • İmtahan yeri: Dünya

    uex

    Dünyada heç bir şey mükəmməl deyil. Belə olmasını gözləmək də çox yanlışdır. Tam olan, qüsursuz olan axirətdəki həyatdır. Hər yazımda mütləq dilə gətirdiyim kimi, dünya imtahan yeridir. Bunu yaddan çıxarmamalıyıq.

    İnsanın qarşısına həmişə imtahanın tələbi olaraq çətinlik və sıxıntılar çıxacaq. Bunlarla depressiya, üsyan və kədərlə deyil, savab silsiləsi ilə qarşılaşdığımızı bilərək hərəkət etməliyik.

    Qarşılaşdığımız çətinliklər o qədər təfərrüatlı qarşımıza çıxacaq ki… Möhtəşəm plan daxilində… İmtahanın vaxtı gəldikdə həmin saniyə yerimizdən durub əmr olunduğumuz işi görəcəyik, əmr olunduğumuz yerdə olacağıq. Burada əmr olunduğumuz deyə nəzərdə tutduğum, hələ insan doğulmadan öncə qədərində müəyyən edilənləri etməsidir. İnsan nə edirsə-etsin, nələrdən çəkinirsə-çəkinsin, nə qədər tədbir alırsa-alsın, yeri və zamanı gəldikdə qədərində özü üçün müəyyən edilən davranışın xaricinə çıxa bilməz. Həmin sözü söyləyər, həmin addımı atar, həmin hərəkəti edər və bütün bunlarla imtahan olunar. İmtahanın sirri də elə burada gizlidir. İnsan öz qədərində olanı edərkən imtahanın tələbi olaraq bunların hamısını özü planlayır və özü edirmiş kimi hiss edir. Halbuki əslində hamısı Allah tərəfindən müəyyən edilmiş qədər üzrə baş verir. Vacib olan bu vaxt gəlib çatdığı zaman insanın davranışıdır. Vicdanının səsinə qulaq asıb təvəkkül edib səbirli olacaq, yoxsa Allah qorusun, üsyankar olub üzüntüyə qərq olacaq?
    (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Biz hansı cəbhədən döyüşürük!?”

    photo

    Əvvəla bilməmiz gərəkdiyi şeylərdən biri də budur ki,bu dünyada iki cəbhə var. Hər bir insan bu iki cəbhədən birində yer alır. Bu cəbhələr Allahın və şeytanın cəbhəsidir.Ta qədim zamandan , yəni, Adəmin(ə.s), İbrahimin(ə.s), Süleymanın(ə.s), Musanıın(ə.s) və digər peyğəmbərlərin(ə.s) zamanından bu yana şeytan Allahın cəbhəsində döyüşən insanların qarşısında olmuşdur. Bu hal hətta Allaın rəsulu Muhammədin(s.a.s) yaşadığı dönəmdə də belə idi və bu gündə belədir. Mövzumun məğzi keçmişin cəbhələrini araşdırmaq deyil, bu gün bu cəbhələrin hansı vəziyyətdə olmasını cəmiyyətimizə çatdırmaqdır. Böyük güc Allahın cəbhəsindən döyüşənlərdədir. Çünki bu cəbhədə iman deyilən bir məvhum var.Amma təssüflər olsun ki, şeytanın cəbhəsinin, özünü Allahın cəbhəsində hesab edən üzvləri vardır.Bu böyük problemdir.Bu günkü həyatımızda, yaşadığımız cəmiyyətdə, hər on ailədən doqquzu özlərini müsəlman hesab etsələr də,tutduqları cəbhəni doğru düzgün seçə bilmirlər. Şeytanın cəbhəsində ola-ola Allahın cəbhəsində olduqlarını zənn edirlər. Buna misal kimi, bir ailə tərkibindəki insanları göstərmək olar. Ata içgi aludəçisi, ana qiybətçi övlad isə islamı seçmiş bir müsəlman. Həmin övlad bir ailənin içərisindəki Allahın cəbhsini tutmuş birisi olsada valideynləri “bizdə müsəlmanıq,Allaha inanırıq” deməklə özlərini Allahın cəbhəsinə xas edərək şüytanın cəbhəsindən çıxış edirlər. Ona görə ki, Allahın cəbhəsini tutmuş kəslər Allahın qadağan etdiklərindən çəkinir, əmr etdiklərinə isə əməl edirlər.Valideynlərdə isə qadağadan çəkinmə və əmrə tabe olmaqəvəzinə kor-koranə cahillik vardır. Övladla valideynlər arasında bəzən bu səbəblərdən anlaşılmamazlıqlar olur. Bəzən məsələ o yerə çatır ki,valideynlər şeytanın cəbhəsindən hücma keçərək övlada bəzi qadağaları belə qoyrlar. Övlad isə Allahın cəbhəsində olduğu üçün valideynlərinə hörmət və nəzakətlə qarşılıq verərək onları öz əxlaqı ilə cəbhələrini müəyyənləşdirməyə çağırır. Bu isə valideyinlərə olduqca ağır gəlir. Axı onlar şeytanın cəbhəsində olmaqlarına baxmayaraq özlərini Allahın cəbhəsində hesab edirlər.Beləcə valideynlər övlad arasında xoşagəlməz problemlər ortaya çıxmağa başlayır.
    Bu günki cəmiyyətimizin bu probleminin əsası cəbhələrin müəyyənləşdirilməsi üçün maarifləndirmə işlərinin aparılmamasıdır. Əgər bu istiqamətdə maarifləndirmə olarsa insanlar hansı cəbhədən döyüşdüklərini asanlıqla anlayarlar.Özümüz müsəlman ola ola cəmiyyətimizdəki müsəlmanlara xor baxmağımızın əsəas səbəblərindən biri məhz elə döyüşdüyümüz cəbhəni düzgün seçə bilməməmizdir.Allah bizi doğru cəbhədən döyüşənlərdən etsin,amin!

  • Nəfsimizə məğlub olmamaq üçün çalışmalıyıq

    1444031057_goz-hakki

    İnsan nəfsi hər cür mənfi hissə açıqdır. Çünki dünya bir sınaq yeridir. Allah dünyadakı imtahana uyğun olaraq nəfsimizi neqativ hisslərə meyilli yaradıb. Əsəbləşmək, küsmək, incimək, qısqanmaq, intiqam alma hissi… Bunların hamısı imtahanın tələbi olaraq ruhumuza hiss etdirilir.

    İmanlı, Allahdan qorxan, Allahı çox sevən insanların üstünlüyü bu hisslərə qarşı göstərilən iradə ilə ortaya çıxır.

    Demək olar ki, hər insana doğulduğu andan etibarən şüursuzca verilən bir təlqin var: ruhunda nə hiss edirsə, ona uyğun reaksiya vermək. Məsələn, bir uşağın ürəyi sıxılırsa, qaşqabaqlı oturmalı olduğunu öyrənir. Əsəbləşdikdə qışqırması, nəzarətsiz hərəkətlər etməsi sözlə olmasa da, davranışla ona öyrədilir. Kədərləndiyində ağlamağın normal olduğu düşüncəsi aşılanır.

    Mənfi də olsa bu reaksiyaların ortaq olması və demək olar ki, hər kəs tərəfindən edilməsi uşaqların yanlış əxlaqa asanlıqla adaptasiya olmasına səbəb olur. Bu kimi insanlar həyatları boyunca da uşaqlıqdan qazandıqları bu mənfi təcrübələrin əziyyətini çəkirlər. (daha&helliip;)

  • “Zərrələr” Naxçıvan Yazıçılar Birliyinə hədiyyə edildi

    z

    Hər şeyin ilki gözəldir. İnsan arzularla yaşayır. Zaman -zaman bu arzularının həyata keçməsi üçün böyük iradə və əzmlə çalışır. Sonda isə o arzuya çatdıqdan sonra özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Bu gözəl işlərdən biri də DGTYB-nin üzvü, gənc yazar, Bakı Slavyan Universitetinin yaradıcılıq fakultəsinin tələbəsi Gülnarə İsrafilqızının təşkilatçılığı ilə nəşr olunan və 49 şairin yer aldığı “ZƏRRƏLƏR” antologiyası oldu. Antologiya Azərbaycan Dövlət kitabxanalarına, Naxçıvan Yazıçılar Birliyinə hədiyyə edildi. Arzu edərdim ki, bu kitab gələcəkdə həm Azərbaycan ədəbiyyatı, həm də gənc yazarlar üçün bir stimul və ədəbiyyatda qazanacaqları uğurların başlanğıcı olsun. Uğurlar!

    İlkin ABBAS,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları
    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı

  • Aytən QULİYEVA.Yeni şeirlər

    11650883_963572620361161_53634984_n

    ONUN QÜDRƏTİDİR

    Zərif tut yarpağın atlas eyləyən,
    Onun qüdrətidir, onun qüdrəti.
    Dəryada balığa üzmək öyrədən,
    Onun qüdrətidir, onun qüdrəti.

    Susuz çöl, çəmənə yağmur göndərən,
    Ay, günəş yoluyla işıq göndərən,
    Kiçik bir toxumu çinar eyləyən,
    Onun qüdrətidir, onun qüdrəti.

    Meyvəyə dad verən, ətirlər verən,
    Nazik bir budaqda üzüm, nar verən,
    Sonsuz nemət verən, bərəkət verən,
    Onun qüdrətidir, onun qüdrəti.

    Alimlər heyrandır onun elminə,
    Bağbanlar məftundur onun sehrinə,
    Düşünməyi verən insan beyninə,
    Onun qüdrətidir, onun qüdrəti. (daha&helliip;)

  • Aytən QULİYEVA .”Əziz müəllimlər!”

    11650883_963572620361161_53634984_n

    Həyatda görüblər çətinlikləri,
    Elmdə üzüblər dərinlikləri,
    Çatdırıblar bizə hər bilikləri,
    Sənəti əzizdir hər bir müəllimə.

    Qarlı qış günündə, yağış yağanda,
    Məktəbə tələsib yorğun vaxtında,
    Yolların ağrısı dabanlarında,
    Bu yollar əzizdir hər bir müəllimə.

    Hər şagird uğuru onun sevinci,
    Əlləri qızıldır, gözləri inci,
    Şərəf lövhəsində adı birinci,
    Şagirdi əzizdir hər bir müəllimə.

    Onlardır həqiqət, bilik mənbəyi,
    Vətəni, torpagi,yurdu sevməyi,
    Onlardan öyrəndik vətən sevməyi,
    Öz xalqı əzizdir hər bir müəllimə.

    Aytən, təbrik edir sizi ürəkdən,
    Xoş günlər dilədim sizə ürəkdən,
    Müqəddəs bu günü yazdım ürəkdən,
    Bu gün çox əzizdir hər bir müəllimə.

  • Şəfa VƏLİYEVA.”Yolçusu sevilməz ki…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər səs gələn tərəfin
    Yolçusu sevilməz ki…
    Payız boyda qəhərin
    Sarısı silinməz ki…

    Saçlarını yolmağa
    Başlayıbdı ağaclar…
    Bu mövsüm Xan bağında
    Oturmağa ürək var?

    Yaxşı ki, yolun düşmür
    Bu aralar Gəncəyə…
    Baxışımdan üşüyüb
    Küsərsən gəlməyinə…

    Gərək mən də tez qaçım…
    Bakı, Qazax… ya səbr!
    Durum qapını açım:
    -bu sənsən, oktyabr?

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XVII hissəsi

    sc

    Kərim axşam oğlunun evinə gəldi. Həqiqətləri oğlundan gizlətdiyi üçün peşman olmuşdu. Əgər Fidanın vəziyyətini bilsəydi, imkan verməzdi oğlu Lamiyə ilə evlənsin. Lamiyə qaynatasını yaxşı qarşıladı, görüşdülər. Səfər qonaq otağında kitab oxuyurdu. Atasının onu soruşduğunu eşidəndə qapının ağzına gəldi.
    Səfər – Axşamın xeyir.
    Kərim – Axşamın xeyir. Səninlə söhbətim var.

    Kərim gəlininə baxdı, sözünə davam elədi.
    – Tək olsaq yaxşı olar.

    Lamiyə pərtliyini bildirməmək üçün gülümsədi:
    – Mən sizə çay süzüm.
    Kərim etiraz elədi.
    – Lazım deyil. Çox qalmayacam onsuzda. Oğlumla söhbət edib gedəcəm.

    Lamiyə bilirdi ki, Səfərlə evləndiyi üçün qaynatasının gözündən düşüb. Onunla əvvəlki kimi görüşmür, soyuqdur.
    Lamiyə – Yaxşı, mən otağıma gedirəm. Gecəniz xeyrə.
    Səfər – Gecən xeyrə.
    Lamiyə ikinci mərtəbəyə qalxdı. Kərim oğluyla qonaq otağına keçdi.
    Səfər – Lamiyəyə qarşı soyuqluğunu bir kənara qoy, ata.
    Kərim – Səndən istifadə etdiyi üçün onu heç vaxt bağışlamayacam. Nə isə… Mövzumuz Lamiyə deyil. Fidan haqqında danışmağa gəlmişəm.
    – Ata, Fidan nə etdisə özünə etdi.Ağlı olsaydı, bugün arvadım olardı.
    – Sən də vaxtında qıza toxunmasaydın, bugün başqasının ailəsi olardı.

    Səfər atasının dediklərinə mat-məətəl qalmışdı.
    – Sən bunu hardan bilirsən? Ümumiyyətlə bu nə söhbətdi edirsən? Aramızdakı pərdəni götürmək istəmirəm. Fidan keçmişdə qaldı. İndi mənim pis-yaxşı ailəm var.
    – Fidan heç vaxt sənə xəyanət etməyib. Hal-hazırda Təhminə ilə birlikdə yaşayır. Fidanı aldadıb o evə aparıblar, şəkilini də çəkiblər.
    – Nədi? Deyirsən indi o şəkil məcbur çəkilib? Fidan o şəkildə gülümsəmişdi.
    – Otur, sənə hər şeyi danışacam. Coşmağın mənası yoxdur.

    Səfərlə atası üz-üzə stol arxasında oturdular. Kərim dərindən nəfəs alıb təmkinlə oğluna hər şeyi izah etməyə başladı.
    (daha&helliip;)

  • Saqif QARATORPAQ.”Nəsə yaz,göndər.”

    saqif muellim

    Zalım,hərdən mənə
    nəsə yaz,göndər.
    ya bircə söz,
    ya ondan az göndər.

    Əllərinin ətri qalan
    bir ağ varaq da bəsimdi.
    Göndər,küləklər gətirən
    bircə soraq da bəsimdi.

    Gülüşünü qoy bir zərfə,
    nolar lap eləcə göndər.
    Uşaqlar yüyürsün bizə,
    “məktubun gəldi”-desinlər…

    Səndən gələn bir ismarıc
    döysün qapımı bir sabah.
    Elə eylə aradabir
    qoy gözəl olsun darıxmaq.