“Istanbul sevdası” romanı bədii romantika janrında yazılmışdır. Romanda məqsəd bir cəmiyyət olaraq tərbiyələndirə bilmədiyimiz mənəviyyatsız adamlara qarşı ictimai qınaq məsələsini gündəmə gətirmək, ortaya qoymaqdır.
Biz çox vaxt üzüyumşaqlıq edir, bu haqda danışmağa çəkinir, belələrinə göz yumuruq. Onlar da imkan düşəndə qardaş ölkəyə gedir, bizi pis cəhətdən təqdim edirlər. Halbuki bizim insanlar istedadlı, ağıllı və ləyaqətlidirlər.
Bu romanda iki rəfiqə qarşı-qarşıya qoyulur. Tərəflərdən biri psixoloji problem olan paxıllıqdan əziyyət çəkir. Buna görə də daim öz rəqibinə iş prosesində badalaq vurmağa çalışır. Lakin qəlbinin acısını söndürə bilmədiyindən ona şəxsi həyatda da pislik etmək qərarına gəlir. Tezliklə əlinə belə bir fürsət düşür. Ona öz hiyləsilə qalib gələrək onun nişanlısı ilə ailə qurur.
Lakin həyat hər şeyi öz yerinə qoyduqdan sonra qalibin əslində məğlub tərəf olduğunu aşkara çıxarır. Eynilə, “əsil gülən son güləndir” deyimindəki kimi!