Author: Delphi7

  • Tanınmış yazıçı İnayətullah Kanbunun yeni kitabı gün üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən İran ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı İnayətullah Kanbunun “Vəfalı və vəfasız qadınlar haqqında kitab və ya bilik ehramı” adlı yeni kitabı 404 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Əsəri rus dilindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Nizami Məhərrəmovdur.

    Müəllifin digər əsərləri kimi, bu əsərini də həm fars, həm də hind mədəniyyət abidələrinə aid etmək mümkündür. Əslində, bu kitab hekayələr, rəvayətlər və nağılları özündə cəmləşdirən topludur.

    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Türk şeiri günü” keçiriləcək – Məmməd İsmayılla

    Aprel ayının 8–də çağdaş türk poetik düşüncəsinin ən parlaq nümayəndələrindən biri olan, Azərbaycanın böyük şairi Məmməd İsmayılın iştirakı ilə “Türk şeiri günü” keçiriləcək.

    Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə baş tutacaq tədbirdə tanınmış qələm adamları, yazarlar və xarici qonaqlar da iştirak edəcək.

    Tədbir saat 15-də Yunus Əmrə İnstitutunda (ünvan: Rəşid Behbudov küçəsi.142. Xarici Dillər Universitetinin yanı) keçiriləcək.

    Giriş azaddır. Arzulayan hər kəs iştirak edə bilər.

    Mənbə: http://kultur.az

  • Əllər göyə uzanıb vurulan duaları göydə saxlamaq üçün… – Emin PİRİ – yeni şeirlər

    “Sənsizm”

    N.H-nı tanıdıqdan sonra

    Səni sevmək

    zülm bir iş,

    burda doğulmaq kimi.

    Alın yazısını

    sondan əvvəlinə

    oxumaq kimi…

    Səni sevmək

    müsəlman orucunda iftara gələn

    çoxillik şərab kimidi…

    bu qədər vazkeçilməz

    bu qədər günah…

    Bir az da

    qabırğasını çimdikləyib

    oynadığım əzrailin

    kölgəsində sürünməkdi.

    Tellərinin havasına

    barmaqlarımın oynaması,

    əllərimin hörüklərinlə

    əl-ələ tutub yallı getməsidi

    səni sevmək…

    Saçlarımın qarasını

    sığalında itirib,

    nağıldakı qurbağanın

    dodağından öpməkdi –

    bəlkə, sənə çevrildi.

    Öpüşlərimi qızılgül ləçəkləri kimi

    boynundan asmaq,

    çiynimdə mələklər yerinə

    saçlarının rəqs etməsidir

    sənə tapınmaq.

    əllərim darıxmasın deyə

    Tanrı yaratdı səni.

    Qapımızın cəftəsinə çevrilib əllərim

    bəlkə, döyəcəksən qapımı.

    Heç nə istəmirəm,

    Hər sabah zəngli saata çevrilsin

    yatağımda “oyan” deyən öpüşün.

    Yetişməmiş göyəmlər

    hədiyyəm olar boynuna

    aldığım hər öpüşün əvəzində.

    dillərimizin yerini dəyişərik

    ağzımızda “fransızca”.

    İndi Adəmlər

    yoldan çıxır bir yox, “cüt alma”ya.

    Ya özün gəl,

    ya da qaytar qabırğamı.

    Orda

    həbsxana divarları ucalır,

    bir ağac boylanır həyətindən.

    hər mövsüm gözətçi budayır

    divarlardan

    azadlığa çıxan budaqlarını.

    Azadlığı

    məftillərdən kənara çıxan

    kölgəsi dadır bu ağacın.

    Sənə uzanan əllərimdi o budaqlar…

    Getdiyin bütün yollar kölgəmdi mənim.

    Heç bir quruluş ovutmur məni

    nə kapitalizm, nə də kommunizm

    indi hər yer “Sənsizm”di.

    Tanrılar məbədi qadın

    Öpüşümlə dərərəm barmaqlarını bir-bir,

    çobanyastığı ləçəkləri kimi sayaram

    sevir, sevir

    və…

    Sevir.

    Unutmaq

    yeri yaddan çıxan basdırdığın

    mina kimidir.

    bir gün üzər ayaqlarını həyatdan

    gözləmədiyin anda.

    Küsər,

    Baxışları –

    Şimal buzlu okeanın sahilə vurduğu

    sərt, dondurucu ləpələr kimi.

    Yeddi yox,

    bütün notların sayı cəmi birdi.

    təbəssümündən qopmadı hər bəstə.

    Gözlərin

    dənizlərin şahı,

    görsə

    Poseydon utanardı məqamından.

    Ürəyim yerindən çıxıb

    düşər ovuclarına.

    Sən Tanrı Kukulkan

    mənsə yağış duası.

    Qəlbim əllərində döyünər

    rahib taxçasındakı ürək kimi.

    İndi anlayırsan ki,

    yollar qovuşmaq yox, ayırmaqçündü.

    Bütün yolları dağıtmaq lazım,

    körpüləri uçurtmaq…

    Xatırladınmı,

    ata-anası savaşarkən

    oyuncağının gözlərini tutan

    qızcığaz

    bu gün “xilaskar” kimi

    “Can qurtarırdı” abort masasında.

    Burda anlayırsan ki,

    Sevmək – solunda qəlbin döyüntüsü yox,

    hər sabah oyandığında

    sağında

    bir ürəyin yatdığını görməkdir.

    Qurmaq istərsən

    o uşaq kimi dünyanı.

    Divardan endirib ata rəsmini

    silib qoltuq ağaclarını onun şəklindən,

    ayaq çəkirdi atasına

    Mərmilərin acığına.

    Bilirsənmi, necə dəhşətlidir

    ilk kərədən qınanmaq.

    Başının üstünü kəsdirən qızın:

    “Niyə ayağa qalxmır,

    bu mədəniyyətsiz” baxışı.

    Deyə bilməzsən

    ayaqlarının iki il öncə

    mina üstündə centlmenlik etdiyini…

    Protez ayağın utanar özündən

    qayıda sənə:

    “Xahiş edirəm, daha mənsiz get”

    Məktəbdə kökə bölüşdürən uşaqları

    burda mərmilər bölüşdürür

    öz aralarında, sevgili.

    Bəlkə də, dönərəm,

    hər duamı tellərinə deyərəm

    bütün arzularımı ovcuna pıçıldayaram

    dodaqlarında alaram dəstəmazı,

    Tanrılar məbədi qadın.

    13-cü gecə etüdləri

    Xınalı əllərin, xanım əllərin,

    Gündüzlər qızının qara telini,

    Gecələr yuxumu qarışdıracaq.

    Sabir Yusifoğlu

    Evimə oğru girdi,

    kimsə görmədi.

    Qəlbimə sən girdin,

    hamı gördü,

    gördü, Leyla…

    Mən qapımı döyən əzrailə

    Otur çay iç, dincini al –

    deyən adamam,

    sənimi sevməyəcəm?!

    Bilyard şarıtək düzüb planetləri

    nə qədər ki, Tanrı

    vurmayıbdı kilini,

    əlini ver əlimə,

    çıxaq taleyin süfrəsindən

    qalxaq Allahdan yuxarı.

    Daha mövsümüdü gəlişinin,

    Qapımdan əl izlərini dərirəm.

    Hansımız tez çatacaq sənə

    yollar ayaqlarımla qaçır, yarışır.

    Qulaqların dodaqlarımdan oğurlayar

    hələ deyilməmiş sözləri

    saçların əsir düşər darağıma.

    Dodaqların təzə açmış yaz çiçəyi

    mənsə bal arısı…

    Ayaqlar getmək üçün yox,

    Qayıtmaqçündü, Leyla.

    Düşünmə qəlbə gedən yolları,

    O yol bəlkə, elə özünsən.

    Səni qısqanan göyərçinlər

    həyətinizdən

    ayaq izlərimi dənləyir.

    Bezər cüt çarpayılıq təklikdən

    Hayqırar:

    “Daha göyə baxanda ulduzları yox,

    səni görmək istəyirəm”.

    Sənin Adəmin mənəm,

    inanmırsan bax…

    Qabırğamdakı yerinə…

    Daha sənlə yaşamaq yox,

    səni yaşamaq istəyirəm.

    Düşmən ölkələr arasındakı

    səngərə çevrilər

    aramızdakı adamlar.

    Atlantik və Aralıq kimi

    qarışmağa qoymazlar.

    Yalnız bir var

    iki birin kölgəsidi.

    nifrət qəlbindəki boşluq,

    sillə sığalın aqressiyasıdı.

    Dünyanın ən qulaqbatırıcı səsidir

    sevdiyin adamın sükutu.

    Barmağındakı üzük də soğan kimi

    dil açar gözlərində

    xatirələr boğaza dirənmiş ülgücə çevrilər.

    Nə fərqi var, Bakı

    Ya da ki, Ərdəbil

    indi sinəm bütöv Azərbaycandı,

    Rahat qoy başını.

    Vətəninə…

    Diqqətsiz

    Bir az sərxoşluqdan,

    bir az da söhbətin şirinliyindən

    qırıldı şərab badəsi

    yıxılıb əlimdən.

    Baxıb

    Köks ötürdü

    xidmətçi xanım:

    “cənab leytenant,

    bu da qadın ürəyi deyil ki,

    diqqətsizlikdən qırasız!”

    Puşkinlə Yesenin arasında

    Kəsilən günləri üst-üstə gəlsək,

    Ömrümün neçənci ili eləyir?!

    Ağappaq qovaqlar hayandan çıxdı,

    Adamı heç nədən dəli eləyir.

    “Saxla” işarəsin verir polislər,

    Yenə düz keçməyib küçəni külək?!

    Cibindən saralmış yarpaqlar çıxır,

    Çəkir qorxusundan içini külək.

    İçinə çəkilib, yığılıb sular

    Daha hava udmaq da havayı deyil.

    Deşilib gedibdi dənizin dibi,

    Üzün dimdikləyən qağayı deyil!

    Hələ də arzular dumana düşüb

    Yenə də ümidlər bir yol axtarır.

    Bu tənha adamlar, bu tək adamlar

    Qoluna girməyə bir qol axtarır.

    Yolları palçığa batmış o kəndin

    Baca tüstüsünə isinir bulud.

    Təndirdə küt gedib bir kündə sevgi,-

    Bir azdan başlayar işini bulud.

    Ağappaq qovaqlar hayandan çıxdı,

    Adamı heç nədən dəli eləyir.

    Kəsilən günləri üst-üstə gəlsək,

    Ömrümün neçənci ili eləyir?!

    Üzü çopur səhralar

    Burda nə dərd-sər bitir,

    nə din-kitab davası.

    Göydə quştək vurulur

    müsəlmanın duası.

    Göydən dualar düşür

    ətəyi, üzü qanlı.

    Analar ağzı dualı,

    analar diz çökübdü,

    analar dizi qanlı.

    Uşaqlar bələyə yox,

    qana bələnir burda.

    Timsahların göz yaşı,

    başdakının iştahı

    seyfə sığmır banklarda.

    Anaların ağzından

    qanlı dualar qopur.

    Üzün yırtır səhralar,

    səhralar çopur-çopur.

    Əllər göyə uzanıb

    vurulan duaları

    göydə saxlamaq üçün.

    …Yer kürəsi əlində

    qanlı duayla uçur.

    Mənbə: http://edebiyyatqazeti.az

  • “Ata Toy Edəcək ŞƏHİD Oğluna”

    Ata toy edəcək şəhid oğluna,
    Vətən yağılardan qurtulan günü.
    Ata toy edəcək şəhid oğluna,
    Davalar, qırğınlar qurtaran günü.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Toyda kövrələcək ürəyi daş da…
    Oğlunun şəklini bəy əvəzinə,
    Ata oturdacaq yuxarı başda.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Yalan olmayacaq belə yalantək.
    Xonçanın içindən nişan üzüyü,
    Qıvrılıb baxacaq sarı ilan tək.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Düşəcək bir qızın köz qismətinə.
    Əllərdə alışan bəzəkli şamlar,
    Göz yaşı tökəcək öz qismətinə.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Sağlıq deyənləri boğacaqqəhər.
    Bəyin bacıları otağını yox,
    Tənha məzarını bəzəyəcəklər.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Ruhu öz toyuna enəcək bəyin.
    Qardaşı həyətdə körpə palıda,
    Anası heykələ dönəcək bəyin…
    .
    Ata toy edəcək şəhid oğluna,
    Fərqi olmayacaq bu toydan yasın.
    Ata toy edəcək… bir də belə toy,
    Heç kəsə, heç kəsə qismət olmasın!
    .
    Kamal İsgəndər
    ***

    Heç kəsə, heç kəsə arzulamadığımız belə bir toyu fələk toy üzü görməyən çox oğullarımıza qismət elədi, çox nişanlı qızların gözü, çox anaların oğul haraylayan sözü yolda qaldı. Çox ataların oğul deyəndə dilləri ağızlarında qarsıdı, belləri büküldü… çox bacılara qardaş toyu yox, qardaş vayı qismət oldu…
    Uca boyu, enli kürəyi, iri, ala gözləri, mehribanlığı ilə çoxlarının ürəyini ovlayan Faiq də belə bir toyun “bəyi” oldu.
    Ələkbərov Faiq Museyib oğlu 1968-ci il iyun ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra (1986-88-ci illər) Rusiya Federasiyasının Primorskiy Kray adlanan bölgəsinə həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidməti zamanı serjant (çavuş) rütbəsinəcən ucalan Faiq, təhsilini artırmaq üçün Hərbi Komissarlıq tərəfindən Odessa şəhərinə – Zabitlər İnstitutuna göndərilir. Lakin o, Vətəndən kənarda yaşamaq istəmədiyinə görə geri dönür…
    Kəndinə, elinə, torpağına bağlı bir gənc idi. Vətən, torpaq ona hər şeydən əziz idi. Torpaqlarımızda müharibə başlayandan onun gülər üzünə qara buludlar çökmüşdü. 20 Yanvar hadisəsindən sonra bir yerdə qərar tuta bilmirdi. Ermənilərin azğınlığı ilə barışa bilməyən Faiqin qəzəbi 20 noyabr 1991-ci ildən sonra daha da coşmağa başladı. Alı Mustafayevə, İsmət Qayıbova, Tofiq İsmayılova və bir çox başbilən, ziyalı oğullarımıza olan xəyanət Faiqin döyüşə atılmasına daha da təkan verdi. Həmin gecəni səhərə dirigözlü açan Faiq səhər tezdən atasına bircə kəlmə “gedirəm” – dedi. Onun qəti qərarın- dan sonra ata heç nə deyə bilmədi. Şəmkir rayon Hərbi Ko- missarlığına gedib, könüllü olaraq cəbhəyə getmək istədiyini bildirdi və nəhayət, arzusuna çatdı. Şəmkir Ərazi Batalyonunu yaradan ilk könüllü əsgərlərdən biri oldu.

    Faiq komandanlıq tərəfindən ilk təşəkkürə Zəyəm Hərbi Aeroportunda layiq görüldü. Belə ki, rus əsgərlərinin bizim hərbi sursatı özləri ilə aparmaq istəyi zamanı bizimkilər tərə findən aeroporta ciddi nəzarət qoyuldu. Nəzarətçilərlə yana- şı orada keşik çəkən Faiq sayıqlığı və işinə məsuliyyətli olmasına görə hamıdan seçilirdi. Sonra Faiqgilin dəstəsi döyüşə yollanır. Döyüşdüyü bir ilə yaxın müddətdə ən qaynar nöqtələrdə olub. Ağdamda, Tərtərdə, Goranboyda gedən döyüşlər də ən qabaqcıl döyüşçü olur. Qazaxda, Tovuzda sərhəd kəndlərini düşməndən qoruyur. Ancaq onun əsas qulluq yeri Gədəbəy rayonu olur. Batalyonda onu təcrübəli sürücü-mexanik kimi tanıyırlar. Piyadanın Döyüş Maşınını idarə etməklə yanaşı, ən çətin tapşırıqlara gedir. Başkənd, Şınıx kəndlərində öz qəhrəmanlığı ilə tanınan Faiq polk komandirinin müavini Dilqəm Əliyevlə birgə düşmənin beş müxtəlif mövqeyini darmadağın edir. Ən çətin kəşfiyyata gedər, hər dəfə də üzüağ dönərdi. Başkəndin təmizlənməsi əməliyyatında qəlpə yarası alan Faiq cəmi bir gün xəstəxanada yatdıqdan sonra yenidən döyüşə yollanır.
    Onun son döyüşü Gədəbəydə Kaftar dağında olur.

    Döyüş yoldaşı Bəhruz Hüseynovun söylədikləri:
    ”Avqustun 29-u 1992-cü ildə Kaftar dağına növbəti əməliyyata getdik. İsalı kəndinə qədər PDM-dən düşmədik. Onu da deyim ki, Faiq sürdüyü maşında özümüzü çox arxayın hiss edirdik. Çünki, o, çox mahir sürücü idi. Dağın ətəyində maşını saxladı. Bir çiynində mənim avtomatım, o biri çiynində öz avtomatını götürmüşdü. Mən isə PDM-dəki pulemyotu dağa çıxardırdım. Bizim uşaqlar düşmənin Daşqala yüksəkliyindəki mövqelərini atəşə tutdu. Düz bir gün yarım atəş altında irəlilədik. Ertəsi gün səhər saat dörddə Daşqala yüksəkliyinə hücuma keçməli idik. Yüz iyirmi nəfər idik. Mənlə Faiq daha təcrübəli olduğumuzdan irəlidə gedirdik. Batalyon (tabur) komandiri Nəbi Əhmədov da bizimlə idi. Düşmənlə üzbəüz dayanmışdıq. Hücum başlandı… həmin hücum zamanı Faiq həlak oldu… Faiq kimi oğullar ehtirama, qəhrəman adı daşı- mağa layiqdirlər.”
    Bəli, həmin gün tarixə bir igidin də adı yazıldı – Faiq Ələk bərovun.
    Faiqin ölüm xəbəri seyfəlilərlə yanaşı, bütün şəmkirliləri sarsıtdı. Eşidənlər Faiqin son evinə – Seyfəli Şəhidlər xiyabanına axın-axın gəldilər. Əli silahlı, gözü yaşlı döyüş yoldaşla- rı, komandirləri Faiqlə son kərə görüşmək üçün Seyfəliyə axışdılar. Dilqəm Əliyev dəfn mərasimindəki çıxışını göz ya şları altında belə bitirdi: “Sən anadan qəhrəman doğulmuş- dun, öləndə də qəhrəman kimi öldün, Faiq!”
    Faiqin ölümü hamının ürəyinə dərd, gözlərinə yaş gətirsə də, elə-obaya bir qürur, vüqar da gətirdi. Çünki, belə şərəfli ölüm hər kəsə qismət olmur. Faiq ŞƏHİDLİK ZİRVƏSİ ilə yanaşı, KİŞİLİK ZİRVƏsini də fəth etdi. indi Şəmkir rayo- nunun Seyfəli kəndindəki keçmiş V.İ.Lenin adına orta mək- təb öz məzununun – Faiq Ələkbərovun adını daşıyır.
    Atası Ələkbərov Museyib Məhəmmədəli oğlu 1934-cü ildə Seyfəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən so- nra yeddi il Bakı Neft Buruqlarında fəhlə işləyib. 1957-59-cu illərində Çinarlı kənd şərab zavodunda işlədikdən sonra 1959-cu ildən üzübəri düz 25 il Gəncə şəhər Gil-torpaq İsteh- salat birliyində briqadir vəzifəsində çalışıb. Əmək Veteranı olmaqla yanaşı, çoxlu orden və medallara layiq görülüb. Ha- zırda təqaüdçüdür: “Səkkiz övlad böyütmüşəm. Onların ali təhsilli olmaları ilə yanaşı, sənət sahibləri də olmaları üçün əlimdən gələni etmişəm. Faiq sonbeşiyimiz idi. Hələ də… hə- lə də onun yoxluğuna inanmaq istəmirəm. Hələ də onun toy- unun arzusu ilə yaşayıram. Gələcəyə çox inanan insan idi. Bəlkə də onun elə qırılmaz inamıdır ki, məni bu gün də yaşa- dır. Qardaşı Ələddinin övladına Faiq balamın adını qoymuşam. Arzum budur ki, kiçik Faiq əmisinin adına layiq oğul olsun”.

    Anası Ələkbərova Dursun Mirzalı qızı:
    Bizi çox mehribanlıqla qarşılayan Dursun ana məqsədimizi bildikdən sonra çətinliklə də olsa özünü ələ aldı. Doğma balası Faiq anasının gözlərini yolda qoyduğu gündən bəri ürəyi dağlı gözləri yaşlı olub. Amma dərdini heç kəsə bildir- məyib. Başqalarından xoş təbəssümünü əskik etməyib. Elə bizə də ilk sözü bu oldu ki, balalarım, əvvəl oturun, bir tikə çörək yeyin, sonra söhbət edərik.
    Doğrudan da, biz bütün şəhid ailələrində olduğu kimi, həmin ailədə də bir doğmalıq hiss etdik. Bizə elə gəldi ki, Dur- sun ananı çoxdan, lap çoxdan tanıyırıq.
    “Bütün analar kimi mənim də ən böyük arzum balamın toyunu görmək idi. Neçə dəfə dedim, ay bala, evlən, qoy biz də rahat nəfəs alaq. Dedi, yox ay ana, qoy hələ dava qurtar- sın sonra. Axı erməni azğınlarının cavabını vermək lazımdır. Hələ ki gəlninin adını ürəyində saxla.
    Döyüşdə olanda bir neçə dəfə yanına getdim. Lakin özünü görə bilmədim. Hər dəfə sorağı bir döyüş bölgəsindən gəlirdi. Döyüş yoldaşı Paşa, həm də Faiqin yaxın dostu idi. Onun ölümündən sonra gəldi ki, xala, oğlum olub, istəyirəm adını Faiq qoyam, icazə verərsənmi? Dedim ay bala, böyük oğlan olsun, torpağı sanı yaşasın. İndi həmin uşaq böyük oğlandır. Nəvəm Faiq də artıq böyüyüb. Eynən də əmisinə oxşayır. Əmisinin adına yazılan bütün şeirləri əzbər bilir. Böyüyəndə mən də əsgər olacam deyir”.
    Müseyib atanın, Dursun ananın sinəsinə fələk Faiqdən sonra daha bir dözülməz dağ vurdu. Qardaş yoxluğuna dözməyən Elmira da cavan ikən bu dünyayla vidalaşdı…
    Elmira 5 mart 1962-ci ildə Seyfəlidə anadan olmuşdu. Ali təhsilli idi. Biz Elmiranın özünün dəsti-xətti ilə yazılan şeir dəftərçəsini vərəqlədik. Oradakı şeirlərin bütövlükdə şəhidlərimizə, yaralı torpaqlarımıza, qaçqın və köçkünlərimizə həsr olunduğunun şahidi olduq. Vətənimizin başına gələn bütün faciələrin ağrı-acısına dözən Elmira qardaş ağrısına dözmədi. 1993-cü il yanvar ayının 20-də doğma qardaşına əbədi bacı olmaq üçün ata-anasının gözünü yaşlı qoydu. Bəli, məhz 20 Yanvar günü. Şəhidlərin hər birinin dərdini öz dərdi bilən Elmira Şəhidlər gününü də özününküləşdirdi.

    Əmisi Ələkbərov Ələkbər Məhəmmədəli oğlu. Faiq Ələkbərov adına Seyfəli kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini:

    “Faiq sakit təbiətli olmaqla yanaşı, həm də tərbiyəsi ilə nümunəvi şagirdlərdən biri idi. Onun vətənpərvərliyi hələ uşaq yaşlarından özünü göstərirdi. Mən Elmira Ələkbərovanı da şəhidlərimizin siyahısına salmaq istəyirəm. Çünki Elmira da Vətən yolunda canını qurban verdi. Vətənin sinəsinə vurulan hər bir ox sanki onun ürəyindən ke çirdi. Məktəbimizdə şəhidlərimiz üçün güşə var. Həmin güşə də onların şərəfli ömür yollarından söhbət açılır. Hər il müə lim və şagird kollektivi bütün kənd əhli ilə yanaşı şəhidlər xiyabanını ziyarət edir. Faiqin vaxtsız ölümü bizi kövrəltsə də, içimizdə bir qürur hissi də doğurdu. Nə yaxşı ki, Vətənimizin Faiq kimi oğulları, Müseyib ata kimi ataları, Dursun ana kimi anaları var. İki övladın sinələrinə vurduğu dərdin altında nə qədər əzilsələr də, o əzginliyi büruzə verməyən, öz dərdləri ilə başqalarının ürəyini yükləməkdən çəkinən ata-ana”.
    Allahdan Faiq və Elmiraya rəhmət diləyir, onların Vətən səmasında gəzən ruhlarının rahat olacaqları günü görməyimi zi arzulayırıq. Söhbətimizi isə Məzahir Alıyevin Faiq Ələkbərova həsr etdiyi “Şəhid qardaşım” şeiri ilə tamamlayırıq:

    Sən şöhrət tacısan Azərbaycanın,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    Qisas qılıncısan Azərbaycanın,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Qorudun vətəni əziz canınla,
    Boyadın daşları qızıl qanınla,
    Sındırdın düşməni öz inamınla,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    İsgəndər, Pünhanla dayandın qoşa,
    Baxmadın şaxtaya, borana, qışa,
    Düşmənlər əlindən çəkdilər haşa,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Başkənddə düşmənə çox çəkdin dağı,
    Əyildi qarşında o quduz yağı,
    Səninlə fəxr etdi Şınıx torpağı,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Qoruya-qoruya əziz Vətəni,
    Dağıtdın dumanı, əritdin çəni,
    Bu gün şəhid kimi anırıq səni,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Ən uca zirvəsən, ən uca dağsan,
    Öldün söyləmirəm, həmişə sağsan,
    Daim ürəklərdə yaşayacaqsan,
    Qəhrəman qardaşım, şəhid qardaşım.

    İradə Aytel, Gəncə 2003

    Mənbə: http://kultur.az

  • İradə AYTEL.”BİLİRSƏNMİ?!”

    “Səni sevdim qar üstündə yem axtaran quş kimi“
    Ramiz Rövşən

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.

    Bilirsənmi, O, gizlinim, o sirrim,
    O sirri tutmaqdan qala olmuşam.
    Elə gözdən düşüb, təklənmişəm ki,
    Lalası sovrulan tala olmuşam.

    Bilirsənmi, Ona necə həsrətəm,
    Yad eldə evini özləyən kimi.
    Oğulları döyüş aparan gündən,
    Gəlinlər yolları gözləyən kimi.

    Bilirsənmi, onsuz necə yanıram,
    O gecə Xocalım yandığı kimi.
    Adını çəkəndə qançır geyinən,
    Diş altındakı dilim yandığı kimi.

    Bilirsənmi, bağban necə qovrulur,
    Gülü bağda suya həsrət qalanda.
    Bilirsənmi, insan necə qıvrılır,
    Tellərinə yad nəfəsi dolanda.

    Bilirsənmi, Ondan necə qopmuşam,
    O gecə balamdan qopduğum kimi.
    Bilirsənmi, Ona necə hopmuşam,
    Laylam torpaqlara hopduğu kimi.

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.
    Bilirsənmi, Onu necə sevirəm…

    Mənbə: http://kultur.az

  • Şair-filosof Ömər Xəyyamın “Rübailər” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyamın “Rübailər” adlı yeni şeirlər kitabı 164 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitabda yer alan müxtəlif mövzulu şeirləri fars dilindən Azərbaycan türkcəsinə Məmmədağa Sultanov, Əkrəm Cəfər, Cabbar Bağçaban, Hüseyn Bəhruz uyğunlaşdırıblar.

    Qeyd edək ki, bundan öncə 2017-ci ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Görkəmli adamların həyatı” seriyasından dünya ədəbiyyatı tarixində daha çox rübiləri ilə tanınan, Şərqin böyük şairi və mütəfəkkiri, filosof Ömər Xəyyamın həyat və zəngin yaradıcılığına hərs olunmuş “Ömər Xəyyam” adlı kitabı işıq üzü görmüşdü.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri iki dildə gün üzü görüb

    Azərbaycan ədəbiyyatı tarixində özündən sonra ilk dəfə olaraq, ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, tanınmış yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” (pyes) əsəri “Mammadli.az” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 140 səhifə həcmində, 50 tirajla işıq üzü görüb. Əsər iki dildə (Azərbaycan və alman) oxuculara təqdim olunur. Transliterasiya və tərtibat Rafiq Məmmədliyə məxsusdur.

    Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Klassiklərim” seriyasından görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil olduğu “Seçilmiş əsərləri” (2017-ci il) 600 səhifə həcmində nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı gün üzü görüb

    “Kitab Klubu” tərəfindən Şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi, böyük öndər, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist Məhəmmən Əmin Rəsulzadənin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Azərbaycan şairi Nizami” kitabı 450 səhifə həcmində, 100 tirajla gün işıq görüb.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Koroğlu” eposunun yeni nəşri gün üzü görüb

    “Kitab Klubu” tərəfindən “Şifahi xalq ədəbiyyatının ən parlaq nümunəsi” seriyasından yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri- qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik kimi ən ali hissləri özündə məcləşdirən “Koroğlu” eposu 600 səhifə həcmində gün üzü görüb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2005-ci ildə “Lider” Nəşriyyatı tərəfindən “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından “Azərbaycan dastanları” beşcildliyinin dördüncü cildində “Koroğlu” dastanı kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Klassik Azərbaycan şairi İmadəddin Nəsiminin “Həqq məndədir” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    “Kitab Klubu” tərəfindən “Klassiklərim” seriyasından Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin “Həqq məndədir” (Seçilmiş əsərləri) adlı yeni şeirlər kitabı 378 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2004-cü ildə “Lider” Nəşriyyatı tərəfindən “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından “Seçilçiş əsərləri”nin ikicildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Tatarıstanın Xalq şairi Razil Vəliyevin “Payız yağmurları” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” silsiləsindən “Xan” Nəşriyyatı tərəfindən Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyevin “Payız yağmurları” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Layihə rəhbəri və baş redaktoru Azərbaycanda ATATÜRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, DGTYB Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalıdır.

    Tatarıstanın Xalq şairi Razil Vəliyevin şeirlərini rus və tatarcadan dilimizə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış şair-publisist Həyat Şəmi çevirib. Məsləhətçiləri Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə Milli Məclisin deputatları Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Müşfiqli günlərim” (xatirə kitabı) kitabı işıq üzü görüb

    “Kitab Klubu” tərəfindən “Memuar ədəbiyyatı” seriyasından çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli günlərim” (xatirə kitabı) 152 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitabın müəllifi istedadlı Azərbaycan şairi Mikayıl Müşfiqin ömür-gün yoldaşı Dilbər Axundzadədir. Redaktoru filologiya elmləri doktoru Qulu Xəlilovdur.

    Kitabda müəllif özünün Mikayıl Müşfiq haqqında xatirələrini bölüşür. Eyni zamanda, əsərin özündə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır…

    Qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən şair Mikayıl Müşfiqin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağıllarının toplandığı “Mən sirin ləhcəli bir bülbüləm…” kitabı (384 səhifə, 100 tiraj) ədəbiyyasevərlərin, poeziya həvəskarlarının ixtiyarına verilmişdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Vyaçeslav Ananyev – “Dualar və əllər” (tək şeir)

    Kultur.az Rusiyanın tanınmış şairi, Vyaçeslav Ananyevin “Dualar və əllər” şeirini təqdim edirik:

    Könlüm nəğmə deyir bu əmin yolda
    Uçür görüşünə ənginliklərin .
    Əlvida, əzizim, əlvida sənə
    Bağışla suçunu mən günahkarın.

    Dualar və əllər, əllər və dua,
    Çətindi bu yolda əfvi Tanrının.
    Bu sevda tarimar qübbə, bəddua
    Sonucu Tanrının, məğzi Tanrının.

    Bəlkə də yenidən görüşəcəyik,
    Yorğunluq əlində çaş-baş qalanda.
    Yenidən sustalmış, təbib əllərin
    Qonacaq çiynimə mələk donunda.

    Günəşin zərrəsi məlhəm olacaq,
    Qaranlıq odamda ağrılarıma.
    Ruhumuz bir olub, vəslə yetəndə
    Dönəcəm o uzaq, şən baharıma!

    Çevirim İradə Aytelindir

  • Dədə Şəmşiri saz, Kəlbəcəri söz ağladı…

    Sumqayıt Mərkəzi Kitabxanalar Sisteminin İncəsənət şöbəsində 31 mart – Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı

    Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq uğrunda apardığı mübarizə keşməkeşli, ağır və Ermənistanın ölkəmizdə törətdiyi qanlı, dəhşətli fəlakətlərlə, faciələrlə yad-daşımıza əbədi həkk olunmuşdur.

    Dünən Sumqayıt Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxanalar Sisteminin İncəsənət şöbəsində 31 mart – Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı.

    Tədbirin aparıcısı, Sumqayıt MKS-nin İncəsənət şöbəsinin əməkdaşı Sevda Məhəmmədova ümumi məlumat üçün bildirdi ki, Ermənistan sovet rejiminin ermənipərəst rəhbərlərinin himayəsi altında ərazi iddialarını irəli sürərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Kəlbəcər rayonu da daxil olmaqla, ona bitişik 7 rayonu işğal edərək xalqımıza qarşı ədalətsiz müharibəyə başladı:

    “…Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itkin düşüb, 877 şəhər, kənd qarət edilib, dağıdılıb. Məhz Ümumilli lider Heydər Əliyevin başladığı və ölkə prezidenti İlham Əliyevin davam etdirdiyi məqsədyönlü fəaliyyət proqramı nəticəsində nəhayət ki, Avropa Şurası, BMT-nın Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyünü öz qətnamələrində qeyd edib. Ölkə prezidenti cənab İlham Əliyev 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqımıza müraciətində demişdir: “Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq…”

    Tədbirdə iştirak və çıxış edən kəlbəcərli qələm adamlarından, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu xatırlatdı ki, Dağlıq Qarabağdan kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonu 1993-cü il mart ayının sonu, aprelin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, kəlbəcərlilər min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır: “Əslində, Kəlbəcər hələ 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri Xocalı soyqırımının davamı kimi, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə divan tutandan bu gözdən uzaq, könüldən iraq diyarı mühasirəyə salaraq, aradan götürüb Ermənistanla Dağlıq Qarabağı birləşdirmək üçün məkrli planının bir hissəsini reallaşdırmışdı. Erməni qəddarlığının həddi-hüdudu yox idi. 33 nəfər diri-diri qətlə yetirilmişdi. Onların arasında olan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdı. 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarət almış, ölümcül yaralanmışdı və s”.

    AJB Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday, Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı, kəlbəcərli şairlərdən Yusif Hüseynlə Namiq Dəlidağlı, şairlərdən Elbrus Qayalı, Müşfiq Zülfüqar, Ədalət İzzətoğlu, Etibar Səfərli, Qaratel Azəri, Rəhilə Veysəlli, Tahirə xanım, Ələsgər Həsənli, Asif Asiman, tarixçi-tədqiqatçı Taleh Şahməmmədov və digərləri qeyd etdilər ki, bütün bu dəhşətlər barədə 26 ildir kəlbəcərlilər danışır, deyir, mətbuatda yazır. Amma düşmən öz bildiyindədir. İkiüzlü siyasəti ilə bəşəriyyəti çaş-baş qoyan hegemon dövlətlər hələ də susur, yaxud işğalçı ilə təcavüzə məruz qalanları ya bilərəkdən ayırd etmək istəmir, ya da Ermənisatana havadarlığını gizləmir. Demək, dünyada dini tolerantlıq yoxdur! Kəlbəcərlilər isə yurd həsrəti ilə qəribməzar olur, qırılır, o cənnət-məkanda doğulub oranı sevənlərin sayı azalır, yeni nəsil isə ölənləri əmanətə xəyanətdə suçlamaqdadır…

    AYB Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday öz çıxışında xatırladıldı ki, Ermənista-nın münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşki-latı olan “Human Rights Watch/Helsinki” “Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunmuşdur. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbə-cər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respukblikasının dövlət sərhədindən keçirilmişdir ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapmışdır.

    Tədbirin ədəbi-bədii hissəsində Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi İlahə Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi İlkin Abbasovun da çıxışları yaddaqalan oldu. Sumqayıt şəhər 29 saylı məktəbin şagirdi Fəridə Camallı Kəlbəcər haqqında oxuyub-öyrəndiklərini tədbir iştirakçılarına çatdırarkən bu işdə ona yaxından kömək edən MKS-nin incəsənət şöbəsinin rəhbərliyinə – şöbə müdiri Aidə Qələndərovaya, baş multimedia mütəxəssisi Sevda Məhəmmədovaya, multimedia mütəxəssisləri Məlahət İskəndərovaya və Cəmilə Əliyevaya, eləcə də burada mədəni-mənəvi xidmət göstərənlərə təşəkkürünü də unutmadı.

    Taixçi, araşdırmaçı-jurnalist Tahirə Zeynalova, şəhər Ağsaqqallar Şurasının üzvü Səidə Vəliyeva, MKS-nin fəal oxucularından təqaüddə olan alman dili müəllimi Vilayət Qasımov, həmçinin Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsinin tələbələri də tədbirin yüksək səviyyədə hazırlanmasından və belə “dəyirmi masalar”ın burada müntəzəm təşkil olunduğundan razılıqla söz açıb, bədii qiraətlə, telli sazın həzin müşayiətilə Kəlbəcərə həsr edilən şeirləri səsləndirdilər.

    Məhəmməd NƏRİMANOĞLU

  • İsmayıl Şıxlının 100 illiyi ilə əlaqədar tədbirlər planı təsdiqlənib

    Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncamla görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunacaq.

    XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab edilir. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

    Dövlət başçısının yazıçının 100 illiyi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq edilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.

    May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləşəcək.

    Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap olunması və təqdimatı, “Xalq yazıçısı İsmayıl Şıxlı – 100” mövzusunda kitab sərgisinin təşkili nəzərdə tutulur.

    Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.

    Mədəniyyət Nazirliyi, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Xalq yazıçısı İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsi planlaşdırılır.

    Bakı Xoreoqrafiya Akademiyasında “Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili, Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.

    Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında yazıçının anım gecələri keçiriləcək, AYB-in mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.

    Mənbə: http://www.azertag.az

  • Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

    Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaratmışdır. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri vardır. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına layiqli töhfələr vermiş görkəmli sənətkar Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 aprel 2019-cu il.

    Mənbə: https://president.az

  • Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı geniş tədbirlər planı hazırlanıb

    Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ayrıca ədəbi məktəb formalaşdırıb. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.

    Ana dilinin saflığı uğrunda mübarizə aparan Mirzə Cəlil qiymətli nəsr əsərləri, parlaq publisistikası ilə də ədəbi-mədəni və mətbu mühitdə şöhrət qazanıb. Böyük ədibin dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı milli oyanışa, yeniləşmə hərəkatına yol açıb, azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərib.

    Bu il demokrat ədibin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi, həmçinin ölkəmizin mədəniyyət müəssisələrində yubileylə bağlı müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.

    Yubiley ilində mədəniyyət mərkəzləri, klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən yazıçının əsərlərindən ibarət tamaşaların hazırlanması planlaşdırılır.

    Tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi də yer alıb.

    Bakı Xoreoqrafiya Akademiyasında “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans və “Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı” mövzusunda dəyirmi masa keçiriləcək.

    Təhsil Nazirliyinin müəssisələrində yubileylə əlaqədar müxtəlif mövzularda elmi konfrans və fotolardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Molla Nəsrəddin” jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri” mövzusunda respublika konfransı, Fəlsəfə İnstitutunda “Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda respublika konfransı, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.

    Bundan əlavə, Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədibin həyat və yaradıcılığına və “Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər planlaşdırılır.

    Tədbirlər planına əsasən, yubiley ilində nəşr layihələri də olacaq. “Molla Nəsrəddin” Ensiklopediyası”nın, “Ustad Mirzə Cəlil Məmmədquluzadə” monoqrafiyasının, “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstəricinin nəşri nəzərdə tutulur.

    Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında və Mirzə Cəlilin Bakıdakı ev-muzeyində anım gecələrinin keçirilməsi və s. tədbirlər də sənəddə yer alıb.

    Mənbə: http://www.azertag.az

  • Rafiq ODAY.”Allah bəndələri”

    Mən gedirəm, siz salamat
    qalın, Allah bəndələri.
    Siz silahlı, mən əlləri
    yalın, Allah bəndələri.

    Verin qətlimə fərmanı,
    Yalıncıq edin nər manı.
    Allahın verdiyi canı
    alın, Allah bəndələri.

    Cəsədimi dardan asın,
    Tutun bu yetimin yasın.
    Gönü qalın, qabırğası
    qalın Allah bəndələri.

  • Rafiq ODAY.”Hər canı olan sevgili-canandımı, canım?” (Cinaslı qəzəl)

    Hər canı olan sevgili-canandımı, canım?
    Hər can dediyin canını can andımı, canım?

    Təkcə mən olam, dövrədə minbir gözəl – əsla
    Pozmaz ki, mənim canıma can andımı, canım.

    Sanki gözümü açmaq ilə yummağım eyni,
    Ömür bumu? – Vardan yoxacan andımı, canım?

    Ərk etmə gidi dünyaya, sonda uduzarsan,
    Ondan sənə olmaz əlac – anandımı, canım?

    Bir busən ilə təşnə canımdan od axışdı,
    Ləblər sumu, nəməkmi aca, nandımı, canım?

    Sənsiz Odayın bir anı da ömrə yazılmaz,
    Nə fərqi ona – tez, ya gec – an andımı, canım?

  • İradə AYTEL–Üçtərəfli dünya

    (Ramiz Rövşənin “belə-belə işlər” hekayəsini oxuyandan sonra…)

    İllər əvvəl, günümüzün ədəbiyyat, poeziya sultanı, xalqımızın milli sərvəti, gənclərin sevgi etirafının açarı, küsülülərin umu-küsü sözçüsü, bədii fəlsəfənin söykənəcəyi Ramiz Rövşən zirvəsindəki nəsr çəməninə boylanmış, o çəməndə payıma düşən çiçəklərdən çələng toxumuşdum – “Ramiz Rövşən nəsri” adlı kiçik monoqrafiya yazmışdım. Və bu gün Ramiz Rövşən nəsrinin ən az oxunan (ona görə az oxunandır ki, əksəriyyət Ramiz Rövşən poeziyasının sehrindən qopa bilmir) örnəyi “Belə-belə işlər” adlı hekayəni bir daha oxudum. Hekayəni yenidən oxuyandan, yenidən dərk edəndən sonra, illər əvvəlki anlayış səviyyəmin dayazlığına təəssüf etdim.

    “Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. Müəllif nəsrində də hissləri sözlərə köçürərkən, hissin adını çəkmədən, epitetlərlə peyzaj, yaxud bədii portret yaradır, bir sözlə, onun bədii təyini də özünəməxsusdur (dərddən danışır dərd adı çəkmir, sevgidən danışır sevgi adı çəkmir, ağrıdan danışır ağrı adı çəkmir). Buna örnək olaraq “Belə-belə işlər” adlı hekayəyə diqqət edək. Əsər müharibə illərindən danışır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə, Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə.

    Öncə əsərdə müharibəyə oğul yolasalma mərasiminə diqqət edək: “Əfrayılın anası Əfrayılın boynunu qucaqlayıb ağlayırdı.

    İsmayılın anası İsmayılın boynunu qucaqlayıb ağlayırdı.

    İsrəfilin boyunu gün yandırırdı”.

    Burada oxucuya məlum olur ki, İsrəfilin kimsəsi yoxdu, İsrəfil anasızdı, yetimdi, onun boyunu qucaqlayanı olmayacaq, onun boyunu gün yandırır, gün qucaqlayırdı…

    “Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. Əsərin bu yerində oxucu Həsən kişiyə qoşulub məktub gözləyir, həm də kəhər atdan. Bax, elə bu nasir qələminin gücünün bariz nümunəsidir.

    Əsərin ekspozisiyası nə qədər ağrılı həsrətli başlasa da, razvyazkada oxucunun içindən dərin bir ah doğur. Həsən kişinin öldüyü günün səhəri məlum olur ki, kəhər at döyüşə getməyibmiş… “O vaxt atları kənddən çıxarıb aparanda kəhər at yolda əlimizdən buraxılıb qaçdı. Ha qovduq, tuta bilmədik. Axırda dörd tərəfdən araya alıb başladıq qamçılamağa. Zalım oğlu vayenkomun qamçısı kəhərin bir gözünü tökdü. Kor atın davada nə işi vardı. Kəndə də qaytara bilməzdim. Həsən kişi kəhəri o gündə görsəydi gözümü tökərdi. Odur ki, kəhəri yolüstü bir kəndin məktəbinə satdıq. O biri il yolum ordan düşəndə öyrəndim ki, kəhər bütün qışı məktəbə odun daşıyıb. Uşaqları yaza çıxarıb, özü yaza çıxmayıb”. Sədr Şərif söyləyir olanları…”

    Bu yazılanlar mənim illər öncə düşündüklərim idi. Bəli, yuxarıda da deyildiyi kimi, əsərin qəhrəmanı Həsən kişinin atından başqa kimsəsi yox idi və atını döyüşə yola salandan sonra ayrılığa dözməyib, dünyasını dəyişdi. Lakin indi anlayıram ki, misra-misra, bənd-bənd, şeir-şeir cümlələrlə Ramiz Rövşən insandan, atdan, müharibədən söz açmırmış, insan taleyinin üçbucaq üzərindəki fəlsəfəsini səliqəli şəkildə yumaqlayıb, ipin ucunu tutsanız, çözümü asan olacaq, deyirmiş…

    “Həsən kişi nə deyirdi?

    Deyirdi ki, bu külleyi-aləm ibarətdi xırda-xırda dünyalardan.

    Yəni hər adamın öz balaca dünyası var.

    Özü də bu dünyalar üçtərəfli-üçtərəflidi.

    Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at.

    Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa.

    Elə ki ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən və ölüm səni haxlayanacan ləzzət alacaqsan.

    Yox elə ki ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qalacaqsan pay-piyada öz balaca dünyanda, öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyib öləcəksən.

    Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam.”

    Üçbucağın bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at. Burada kəhər at insan taleyidir ki, ölümlə olumun (insanın) daim arasındadır. Oturub taleyini Tanrıdan gözləyənlərə bir işarədir. Tanrı səni yaradıb və qənşərinə də taleyini qoyub və ölümə gedən yolu da özün elə çizməlisən ki, taleyinə ölümdən əvvəl yetişəsən. Doğru yolla, düzgün, halallıqla irəliləyib kəhər ata (taleyinə) çatsan, daha sənə zaval yoxdu, ölümə tərəf (yaxud, ölüm sənə tərəf) başı uca, at belində, çapacaqsan, “çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən və ölüm səni haxlayanacan ləzzət alacaqsan”. Yox, əgər Tanrı yolundan çıxsan, əyri yollarla, irəliləsən, taleyini yaşamadan, gələcək talelərə – əfrayıllara, ismayıllara, isrəfillərə yol göstərmədən, onların da üçbucaqdakı taleyinə can atmaqda yardımçı olmadan irəliləsən, “öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyib öləcəksən” və səndən sonraya heç nə qalmayacaq.

    “Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam”. Burada biz Həsən kişinin tənha olsa belə, halal, doğru düzgün ömür sürdüyünün şahidi oluruq. Müəllif uzun-uzun bədii portretə ehtiyac görməyib, oxucuya Həsən kişini bircə cümləylə tanıdıb. “Ancaq Həsən kişinin kəhər atında çoxlarının gözü vardı”. Cavanlar Həsən kişinin kəhər atını (taleyini) həsən kişidən almağa çalışırdılar. Buradan isə yeni bir fikir doğur, deməli, hər bir insanın taleyinin buxovu öz əlində olmalıdır, özgələrə yem olmamalı, sadəcə örnək olmalıdır. “Həsən kişi özü də başa düşürdü ki, kəhər at onun babı deyil. Kəhər at yernən-göynən əlləşirdi”. Bütün bunlara rəğmən, kəhər atı Həsən kişi qorumağı bacardı. O günə qədər ki, insan taleyini əlində oyuncaq edən, istəsə qırıb-dağıdan, istəsə əzib, ayaqlar altına sərən, istəsə də qana susayanları külli-aləm sahibi edən müharibəylə üzləşənə qədər…

    Həsən kişinin də kəhər atının buxovunu müharibə əlinə keçirdi, istədiyi tərəfə çapdı, sürdü, əzdi, əzdirdi və sonunda oluma (Həsən kişiyə) təslim etdi ki, getsin ölümə sarı. “Həsən kişi kəhər atın belində, öz ölümünün tərkində bu dünyadan çapıb getdi”.

    Ramiz Rövşən yaradıcılığı ən çox oxunan, tədqiq olunan, haqqında ən çox yazılan olsa da, oxuyan bir daha oxumaq istəyir, tədqiqatçı yeni-yeni fikirlər kəşf edir. Mübaliğəli olmasaydı, Ramiz Rövşən yaradıcılığını əsrlər boyu tədqiq edilən, lakin yenə də sonuna varılmayan, çözümünü gözləyən, hər çözümündən yeni bir başlanğıc boylanan klassik əsərlərlə müqayisə edərdim…

    …Və yenə də deyirəm, Ramiz Rövşən nəsrində lazımsız ritorika yoxdur. O, lakonik şəkildə fikrini ifadə edir. Lakin o, orfoqrafik və orfoepik pozuntulara da qorxmadan yol verir. Onun təhkiyəçi dili ədəbi dilə söykənmir, sırf bədii dilin üstündə köklənir…

    Ramiz Rövşən böyük şair, həm də böyük nasirdir!

  • Şair İbrahim İlyaslının şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Necəsən?” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisinin 51. sayısında dərc olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərinə göndərilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 51. sayısı yayında

    2019 yılının ilk KÜMBET’in 51. sayısı ile sizlerleyiz. T.C.Kültür ve Turizm Bakanlığı’nın süreli yayınları arasına bu yıl da abone olunan derginiz, Bakanlığımızın ve siz değerli okuyucularımızın desteğiyle başarılı bir şekilde yayın hayatına devam etmektedir. Ancak ülkemizdeki özellikle kâğıt sektöründeki beklenmeyen fiyat artışları yayın hayatını olumsuz yönde etkilemiştir. Maalesef yayın hayatında olan bazı ve gazetelerin 2018 yılında birer birer kapanması bu yansımaların neticesidir. Bu sebeple tedbiren biz de 2019 yılına has olmak üzere 2 sayı ile karşınızda olabileceğiz. Oluşan şartlara göre 2020 yılından itibaren yeniden dört sayı çıkabilmeyi düşünüyoruz.

    Derginin yönetiminde 2019 yılında bazı değişiklikler gerçekleşti. Buna göre derginin sahibi Tokat Şairler ve Yazarlar Derneği adına başkanlık görevini sürdüren Hasan Akar, Yazı İşleri Müdürü Mahmut Hasgül, Genel Yayın Yönetmeni Sündüs Aslan Akça, Kumrugül Türkmen Akın da Yayın Kurulu üyesi oldu. Dolayısıyla derginin idari icra kısmının ağırlığını bu arkadaşlarımızla yürüteceğiz.

    Bu sayımızda yine yurt içinden ve dışından birbirinden değerli akademisyen, araştırmacı ve yazarımız yazı, makale ve araştırmalarını sizlerin istifadenize sundular. Kapak konusu olarak aramızdan 99 yıl önce ayrılan Türk Hikâyeciliğinin ünlü ismi Ömer Seyfettin’i Prof. Dr. İnci Enginün ve Araştırmacı-Yazar Merve Öngen’in yazılarıyla işlemeye gayret ettik.

    Yazılar dünyamızda; Prof. Dr. Tamilla Abbashanlı, Prof. Dr. Ertuğrul Yaman, Prof. Dr. Alpaslan Demir, Yard. Doç. Dr. Lütfi Sezen, Yard. Doç. Dr Doğan Kaya, Öğretim Görevlisi Sona Çerkez, Öğretim Görevlisi Halistin Kukul, Öğretim Görevlisi Talat Ülker, Araştırmacı – yazarlar M. Necati Güneş, Sinan Terzi, Bahattin Günerli, Pınar Ülgen, Hasan Boynukara, Bekir Yeğnidemir, Şerare Kıvrak Yağcıoğlu, Sündüs Aslan Akça, Ayşe Ünüvar, Harika Ufuk, Hasan Akar, Selvigül Kandoğmuş ve Şerife Sipahi yer aldılar.

    Şiir bahçemizde ise; Noorudden Samedoğlu, Hava Avcı Köseoğlu, Alpaslan Demirbilek, Feyz Kariha, Hasan Fahri Tan, Kumrugül Türkmen Akın, Rasim Yılmaz, Hünkâr Dağlı, A. Turan Erdoğan, Saffet Çakar, Yavuz Doğan, Bedrettin Keleştimur, Şenay Suluk, Şefik Tiryaki, Nurkan Gökdemir, Erdal Erçin, Ali Kemal Mutlu, Ramazan Tekinel, Merve Nur Maden, İbrahim İlyaslı yüreklerinden taşan en güzel duygularını sizler için paylaştılar.

    Bu dönemde, Kümbet Dergisi Ailesinden Hasan Akar : “Cumhuriyet Döneminde Tokat Valileri”, Sündüs Aslan Akça: “Güvercin Çığlığı”, Nihat Aymak: “Gülleri Kırmasalar” adlı eserlerini Ankara ve Tokat’ta düzenlenen imza günlerinde okuyucularıyla buluşturdular. Bu sayımızda özenle hazırladığımız “Etkinlikler” ve “Bize Gelen Kitaplar” dosyalarının ilginizi çekeceğini ümit ediyoruz.

    Dergimizin 52. sayısında buluşmak dileğiyle…

    Hasan AKAR
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, İbrahim İLYASLInı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə,bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

    İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

    Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında “Çağdaş Azərbaycan poeziyası” seriyasından nəşr edilib.

    Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

    2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb.

    Şeirləri 2009-ci ildə Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antalogiyasına daxil edilib.

    Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru vəzifəsində çalışır.

    Kitabları

    “Hamı bir körpüdən keçir”, 1998-ci ildə “Ağrıdağ” nəşriyyatı
    “Mən bir söz bilirəm”, 2004-cü ildə “Adiloğlu” nəşriyyatı
    “Yuxuma söykənmiş adam”, Bakı, “Avrasiya Press”, 2011., 64 səh. Tiraj 1000. ISBN 978-9952-442-35-9

    SALAM-ƏLEYKÜM

    Ustad Molla Cumaya
    Salam sahibi haqqdı,
    Haqqa Salam-Əleyküm!
    Ədlü-Adil əyləşən
    Taxta Salam-Əleyküm!
    Küllü-aləm bir ola,
    Bir anı əylədəmməz,
    Vaxt bir Allah görküdü,
    Vaxta Salam-Əleyküm!

    Ötəridi hər nə var –
    Dərddi, məzədi, meydi,
    Onu bir bilən bilir-
    Nə yamandı, nə yeydi.
    Göz görür, ağıl kəsir,
    Baxt-yığval ayrı şeydi,
    Həm olan, həm olmayan
    Baxta Salam-Əleyküm!

    Yaz, İbrahim İlyaslı,
    Söylə sözün ilkini,
    Nə zamandı sinəndə
    Bir həqiqət silkini.
    Ustad, bir əməl yıxır
    Könüllərin mülkünü –
    Saxta Əleyküm-Salam,
    Saxta Salam-Əleyküm!

    İNDİ

    Çəkdim qəmini də, nəşəsini də,
    Tükətdim, dünyada bekaram indi.
    Nə qəlbim ağrıyır, nə könlüm gülür,
    Heç nəynən uyuşmur heç haram indi.

    Yamanı, yaxşısı qalsın özünə,
    Hərə qandığını təpsin gözünə.
    Bir də inanmaram adam sözünə,-
    Öz ali-Ağama nökərəm indi.

    Dərviş olamadım, dərvişmisalam,
    Ayıbıma koram, ağlıma lalam.
    Hörülüb hasarım, qurulub qalam,-
    Adım İbrahimə şikaram indi.

    NƏ BİLMİŞDİN…

    Nə baxarsan ağ varağa umudla –
    Görmürsənmi, ilham səndən qaçaqdı?
    Əlin saza, könlün sözə yatmırsa
    Şair qardaş, demək, ruhun naçaqdı.

    Demək, qəlbin qələminlə düz deyil,
    Deyəcəyin sağəməlli söz deyil…
    Görmürsənmi, göylər «hələ döz»- deyir,
    Qanmırsanmı, qara damın alçaqdı?!

    Niyyətini qat gözüyün yaşına,
    Sürt üzünü torpağına, daşına.
    Bir də dolan, beş də hərlən başına,
    Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!

    BİLİRƏM

    Bilən dostlar bilir, mən də
    Bir para şeylər bilirəm.
    Nə tufan eləyir sazlar,
    Nə oxur neylər, bilirəm.

    Daşlara dirənir yolum,
    Tətikdədi sağım, solum.
    Sormayın, fədanız olum,-
    Daş dizə neylər, bilirəm.

    Ömürdən çəkdiyim ahdı,
    Nəfim nəfsimə padşahdı.
    Bilib dinməmək günahdı,
    Bilirəm, bəylər, bilirəm!

  • Şair Nərgiz Nasirin “Mimoza çiçəkləri” kitabının təqdimat mərasimi keçiriləcək

    10 mart 2019-cu il tarixində saat 14:00-da Ramada Hotel & Suites Bakuda şair Nərgiz Nasirin “Mimoza çiçəkləri” adlı ilk şeirlər kitabının təqdimatı keçiriləcək.

    Bütün şeirsevər dostlar dəvətlidir!

  • Şair-publisist Faiq Balabəylinin 55 illik yubiley tədbiri və yaradıcılıq gecəsi keçiriləcək

    16 mart 2019-cu il tarixində saat 16:00-da Rəşid Behbudov adına Mahnı Teatrında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm” media mükafatı laureatı, şair-publisist Faiq Balabəylinin 55 illik yubiley tədbiri, yaradıcılıq gecəsi və “Yağışdan sonra” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
    İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şəfəq XƏZƏR.”Qadın böyük qüvvədir”

    Ta bineyi-qədimdən, bəşər övladı özünü dərk etdiyi zamandan ANA qayğıkeş, müqəddəs varlıq kimi hörmətə anılmışdır. Ana insan həyatında Günəş timsalındadır, onun nuru bəşəriyyəti işıqlandırır. Qadın – ana sayəsində insan səadətə qovuşur. Ana elə bir müqəddəs varlıqdır ki, vətəni də onun adı ilə “Ana vətən” deyə çağırırıq.
    Kimliyindən – kiçikliyindən, böyüklüyündən, daşıdığı vəzifədən asılı olmayaraq hamının anaya ehtiyacı var. Ana qayğısını, ana laylasını, ananın yuxusuz gecələrini heç nə ilə əvəz etmək olmaz.
    Hələ kiçik yaşlarımızda, məktəbə ilk qədəm qoyduğumuzda müəllimlərimiz bizə “ana” sözünü, qadın kəlməsini öyrədib. Bizə qadın tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, jurnalistlər, mədəniyyət, incəsənət, elm xadimləri – Tomiris, Nigar, Həcər, Natavan, Məshəti, Zəridə Əliyeva, İzzət Orucova, Şəfiqə Axundova, Püstəxanım Əzizbəyova, Nigar Rəfibəyli, Heyran xanım, Aşıq Pəri, Salatın Əsgərova və onlarca, yüzlərcə digər igid, dəyanətli, mətanətli, sədaqətli, ər qeyrətli xanımlarımız haqqında məlumat veriblər.
    Dünən də Azərbaycan cəmiyyətini qadınlarsız təsəvvür etmək mümkün deyildi, bu gün də mümkün deyil, sabah da mümkün olmayacaq. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Qadın anadır, qadın tərbiyəçidir. Bu gün ölkəmizin inkişafında mühüm rol oynayan istedadlı və vətənpərvər gəncliyin yetişməsi məhz qadınların gərgin əməyinin, onların Vətənə, ailəyə bağlılığının və sadiqliyinin nəticəsidir. Müstəqil, azad, dinamik inkişafda olan Azərbaycanımızın qazandığı bütün uğurlarda, əldə etdiyi bütün nailiyyətlərdə qadınların xidməti və rolu əvəzsizdir.
    Qadınlar zərif, bahar təravətli olduqları qədər də qətiyyətli, cəsarətli və qətiyyətlidirlər. Onlar bütün dönəmlərdə cəmiyyətimizin mənəvi dayaqları olmuşlar.
    Qadının savadsızlığı cəmiyyətin savadsızlığıdır. Qadın ziyalı olduqda, dünyaya gətirdiyi övlad da sağlam və gələcəyin ziyalısı olur. Hər bir qadın ömür-gün yoldaşına həm də sirdaş, ağır və çətin günlərində həmdəm, dayaq olmuşdur. Bəli, Azərbaycan qadınları həqiqətən də ismət və qeyrət təcəssümüdürlər.
    Mənim çalışdığım Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə də sözün həqiqi mənasında peşəsini ürəkdən sevən, gələcəyimizin etibarlı əllərdə olması üçün var qüvvələrii ilə çalışan müəllimələrimiz yetərincədir. Bu müəllimələrin sayəsində hazırda məktəbimiz şəhərin ən sayılıb-çeçilən məktəbləri sırasındadır. Bu nailiyyətlərdə məktəbin direktoru Rübabə Əsgərovanın, metodbirləşmə rəhbəri Nəmidə Mirzəyevanın müstəsna xidmətləri vardır.
    8 mart – Beynəlxalq Qadınlar günü və Azərbaycan xalqının, o cümlədən bütün türk dünyasının ən əziz bayramı olan Novruz bayramı münasibətilə məktəbimizdə çalışan xanım pedaqoqların timsalında bütün qadınlarımızı səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi və gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi istiqamətindəki gərgin və yorulmaz fəaliyyətlərində uğurlar arzulayıram.
    Sonda bu şeirimi də əziz qadınlarımıza ünvanlayıram.

    Gözümüzün nurudu,
    Pakdı, safdı, durudu.
    Yurdumun qürurudu,
    Azərbaycan qadını!

    Bir nağıldı dünyası,
    Sərvətidi balası.
    Şirindi hər laylası, –
    Azərbaycan qadını!

    Ömrümüzə naxışdı,
    Mərhəmətli baxışdı,
    Ruha yağan yağışadı,
    Azərbaycan qadını!

    Şəhidlər anasıdı,
    İgid, ər anasıdı,
    Məsum su sonasıdı,
    Azərbaycan qadını!

    İradəli, mətindi,
    Qüdrəti qüdrətindi,
    Təmiz, saf niyyətindi,
    Azərbaycan qadını!

    Od üstündə sacdı, bil,
    Dərdlərə əlacdı, bil.
    Başımıza tacdı, bil, –
    Azərbaycan qadını!

    Şəfəq Xəzər,
    şairə, Sumqayıt şəhər 33 saylı tam məktəbin müəlliməsi

  • Şair İbrahim İlyaslının şeiri “Usare” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 21. sayısında dərc olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərinə göndərilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Zərif kölgələr” antologiyası işıq üzü görüb

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Müasir Azərbaycan Xanım Yazarları” seriyasından “Zərif kölgələr” antologiyası işıq üzü görüb. Layihənin rəhbəri və müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, “vehdet.org” saytının təsisçisi və baş redaktoru, şairə, yazıçı, jurnalist, publisist Gülnarə Sadiq və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi3”ün müdavimi şairə-publisist Gülnarə İsrafildir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şairə Gülnarə İsrafilin “İki” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, DGTYB və Azərbaycan Respublikası Mədəniyyət və Tuzirm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi3”ün üzvü, istedadlı xanım yazar, şairə-publisist şairə Gülnarə İsrafilin “İki” adlı yeni şeirlər kitabı Bakı şəhərində “Elm və təhsil” nəşriyyatında 120 səhifə həcmində işıq üzü görüb.

    Kitabın redaktoru Zamiq Mehdisoy, ön söz müəllifi Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, korrektoru Hikmət Orhundur.

    Kitab müəllifin oxucuları ilə ikinci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlərin, poeziya həvəskarlarının rəğbətini qazanacağına ümid edirik.

    Qeyd edək ki, şairə-publisist Gülnarə İsrafilin “Torapq adamlar” adlı şeirləri kitabı işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair Əli Ələminin “Pıçıldaş mənimlə çiçək dilində” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Bakı şəhərində fəaliyyət göstərən “Səda” Nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin, “Məcməüş-şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, texnika elmləri üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Əməkdar mühəndis, şair Əli Ələminin “Pıçıldaş mənimlə çiçək dilində” adlı yeni şeirlər kitabı 404 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, tarix elmləri doktoru, professor Şahin Fazil, bədii tərtibatçılar fizika-riyaziyyat üzrə elmlər namizədi Daməd Əliyev,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-qəzəlxan Xəqani Əminidir.

    Kitab müəllifin oxucuları ilə ikinci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlərin, poeziya həvəskarlarının rəğbətini qazanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair Qəşəm Nəcəfzadənin “Barış” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, “Milli kitab” və “Qızıl kəlmə” mükafatları laureatı Şair Qəşəm Nəcəfzadənin “Barış” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Kitab müəllifin oxucularla sayca 34-cü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

    8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

    Hörmətli xanımlar!

    Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

    Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

    Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

    Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

    Bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 6 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan qadınlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan qadınlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Ömərova Mömünət Məhəmməd qızı

    “Tərəqqi” medalı ilə

    Bağırova Tamella Sulduz qızı
    Eminova Səadət Seyfulla qızı
    Əhmədova Aytən Nadir qızı
    Əhmədova Dilarə Qurban qızı
    Əkbərova Mehrəngiz Ağabala qızı
    Ələsgərova Səadət Məhəmməd qızı
    Əliyeva Xuraman Eynulla qızı
    İsgəndərova Xuraman Firqən qızı
    Qafarova Rəqiyə Savalan qızı
    Qaybalıyeva Fəridə Kamil qızı
    Quliyeva Nuranə Aslan qızı
    Quliyeva Raya Səlim qızı
    Məmmədova Aynur Tofiq qızı
    Məmmədova Fizzə Sadıx qızı
    Məmmədova Humayə Muxtar qızı
    Nurməmmədova Mədinə Əlişah qızı
    Tağı Zadə Təranə Qadir qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 6 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Əməkdar müəllim”

    Namazova Sevda Nadir qızı
    Rüstəmova Məlahət Oruc qızı
    Salmanova Larisa Parfenevna

    “Əməkdar həkim”

    Mirzəyeva Xatirə Əbdülrəhim qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Ələkbərova Nüşabə Nazir qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 6 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 3 160 000 (üç milyon yüz altmış min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 6 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Ə.M.Vəliyevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ə.M.Vəliyevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Məqsəd oğlu Vəliyev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsini on beş gün müddətində təmin etsin;

    1.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

    Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

    Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.

    Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan teatr sənətinin inkişafı naminə təqdirəlayiq fəaliyyətini nəzərə alaraq Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli Qanununun tətbiqi

    “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli Qanununun tətbiqi və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

    3.1. ikinci‒səkkizinci abzaslar, müvafiq olaraq, 2.1‒2.7-ci bəndlər hesab edilsin;

    3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “2.1. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

    3.3. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:

    “2.8. həmin Qanunun 29-cu maddəsində “qurum” dedikdə Azərbaycan Mətbuat Şurası nəzərdə tutulur.”.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”



    “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1479-VQD nömrəli Qanununun tətbiqi və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 avqust tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1479-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    3. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 avqust tarixli 384 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 607; 2008, № 9, maddə 798) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

    3.1. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

    “həmin Qanunun 22-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

    3.2. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

    “həmin Qanunun 22-ci maddəsinin birinci hissəsində “qurum” dedikdə Azərbaycan Mətbuat Şurası nəzərdə tutulur.”;

    3.3. ikinci‒altıncı abzaslar, müvafiq olaraq, 2.1‒2.5-ci bəndlər hesab edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 mart 2019-cu il.

    Mənbə: https://president.az

  • “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

    “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343; 2013, № 5, maddə 483; 2017, № 2, maddə 143) aşağıdakı dəyişikliklər edilsin:

    1. 22-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilsin.

    2. 25-ci maddə ləğv edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

    “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12, I kitab, maddə 2254; 2018, № 1, maddə 16, № 5, maddə 891, № 6, maddə 1166) 29-cu maddəsində “Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələri), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • Xalq şairi Hüseyn Arifin şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi Hüseyn Arifin “Ehtiyacım var” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları”aylıq şeir dərgisinin 48-ci sayında çap olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan şairi Hüseyn Arifin “Seçilmiş əsərləri” 2004-cü ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • DGTYB nəşri: “Yazarların yazmadıqları” kitabı işıq üzü görüb

    2019-cu ildə “Vektor” Nəşrlər Evi tərəfindən Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Yazarların yazmadıqları” adlı yeni kitabı 132 səhifə həcmində işıq üzü görüb. Kitabın redaktorları Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının Başkanı, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, şair, publisist, yazıçı Əkbər Qoşalı, Binəqədi rayon, 28 may qəsəbə orta məktəbinin dil-ədəbiyyat müəllimi Sərdar Şirvan, rəyçiləri filologiya elmləri doktoru, professor dr. Elçin İsgəndərzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səma, tərtibçiləri Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) doktorantı İlham Ələkbəlidir.
    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan toplunun poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, nəşrin növbəti cildlərinin hazırlanması da nəzərdə tutulub. Ümumilikdə, topluda 33 müəllifin rastlaşdığı, başına gələn, yaxud iştirakçısı olduğu maraqlı hadisələr yer alıb.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Nəriman HƏSƏNZADƏ.”Poetik axtarışların fəlsəfi çaları… “

    Moskvada təhsil aldığımız illərdə mərhum Xəlil Rza Ulutürklə sözləşib böyük türk şairi Nazim Hikmətin görüşünə getdik. Yataqxanamız Peredelkino deyilən yerdə, Moskvadan bir az aralıdaydı. Rus yazıçılarının yaradıcılıq, istirahət evləri olan yerdə. Bütün ərazi küknar meşəsiydi.

    Rəhmətlik Xəlil Rza ilə aramızda mübahisə olmuşdu: şeiri necə yazmaq lazımdı? – Mayakovski kimi, pafosla, yoxsa Yesenin kimi sakit. Bəzən də pıçıltı ilə?

    Nazim Hikmətin yaşadığı bağ evi bizim yataqxanamızın demək olar ki, qonşuluğunda idi.

    Bir neçə dəfə onun evində olduğumuz üçün, bizi köhnə tanışları kimi qarşıladı. Ona baxan həkimi və həmışə o evdə gördüyümüz Qalina Qriqoryevna da xoş üz göstərdi.

    Biz oraya – böyük qardaşımızın, ustadımızın yanına getmişdik.

    Divanın üstə söykənmişdi. Günorta üstü olardı.

    Sualımızı verdik.

    Nazim Hikmət bir an susdu. Sonra qalxıb qarşıdakı pəncərənin qarşısında dayandı. Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” şeirinin bir bəndini dedi. Qayıdıb divanda, söykəndiyi yerdə əyləşdi.

    – Şeiri, ananla hansı dildə danışırsansa, o dildə yazmalısan, – dedi: – sakit, astadan.

    Xəlil Rza birinci söz aldı. Fikrini sübut üçün, böyük şairin öz şeirindən misal çəkdi.

    – Siz bu şeirinızi pafosla, Mayakovskivari yazmısınız – dedi:

    … Şərqdən gəliyorum,

    Şərqin dərilərini bağıra-bağıra gəliyorum.

    Sən yanmasan,

    mən yanmasam,

    biz yanmasaq,

    necə çıxar qaranlıqlar

    aydınlığa?!

    Nazim Hikmət gülümsədi:

    – Canım (o bizə “canım”, “şəkərim”, biz də ona “Nazim can”, “ustad” deyə müraciət edirdik), mən ona görə elə yazmışam ki, o cür pafoslu şeir lazım olanda onun yox, mənim şeirimi oxusunlar, – dedi.

    Ustadın sözlərini mən olduğu kimi misal gətirdim. İndi, burada dediklərimi isə mərhum dostum şair X.R.Ulutürkün sağlığında da yazmışam. Biz o vaxt belə düşünürdük. Ədəbi axtarışlar üçün yaradıcılıq mübahisələri edirdik.

    Vaqif Bəhmənli anasıyla danışdığı dildə yazan şairlərimizdəndi: sadə, aydın, koloritli. Bəzən də pıçıltı ilə. Belə pıçıltılar (qışqırıqlar yox, pıçıltılar!) bəzən daha tez eşidilir.

    Mən, ümumiyyətlə, çoxdan bu möhtərəm şair dostum haqqında yazmaq istəyirdim. Gənclik, tələbəlik illərimdə o, mənim rəhbərlik etdiyim ədəbiyyat dərnəyinin fəal üzvlərindən olub.

    Şadam ki, indi onların bir neçəsi görkəmli qələm sahibi kimi tanınır. Çağdaş şeirimizi, nəsrimizi ləyaqətlə təmsil edirlər.

    Bu yaxınlarda, görüşlərimizin birində şair dostum, Yazıçılar Birliyinin katibi və “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid dedi ki, Vaqifin türk dilində yeni şeirlər kitabı çıxıb. Türkiyəyə yola düşəcəyik.

    Vaqif söhbətinin üstə gəlib çıxdı. Bakıda nəşr olunan yeni “Qansız savaş” kitabını mənə bağışladı. Təbrik etdim.

    Şairin dörd yüz səhifəlik kitabında bir-birilə daxili zəncirvarı bağlılığı olan şeirlərini bioqrafik mənzum roman kimi oxudum.

    Əsər Vaqifin özü haqqındadı – ana bətnindən, barelyefini gördüyü son ana qədər olan acılı-şirinli ömür sürən, düşünən, düşündürən mütəfəkkir bir şairin həyat yolu haqqında.

    Bu kitabın orijinal struktur quruluşu da var. Əsər bütünlüklə beş “Qat”dan ibarətdir. Hər “Qat” bir bənd şeirlə açılır və hər fəslin üstə, sanki bir Ay aydınlığı salır. Bundan əlavə, burada ayrıca Qarabağ haqqında proloqu, epiloqu olan poema da (əsər içində əsər!) var ki, orqanik şəkildə “Qat”ların açılmasında, sanki bir açar rolunu oynayır.

    Şair yazır:

    Söz baba yurdudu, mən də sultanı,
    yurdu Vaqif təki qoruyan hanı?
    Calanır atamın qırmızı qanı,
    anamın ağ südü axır şerimə.

    – kimi misraları ilə oxucunun qəlbinə sehrli yol axtarır. Şeirin, sözün süddən, sümükdən gələn bir halallıq, Tanrı payı olduğunu vurğulayır.

    “Peyğəmbər kimi”, “qeybə çəkilməyi”n, bu yaradıcılıq prosesinin özünü şairin ilahi missiyası kimi qiymətləndirir.

    Sağ olun, dostlarım, sağlıqla qalın,
    mən çıxıb gedirəm…. Məmləkətimə.
    Boğçamda azuqə,
    əynim də qalın –
    bir təhər baxmayın hərəkətimə.
    …hər bir ayrılığın səbəbi olur,
    sizdən ayrılığın səbəbi yoxdur.
    … Qəfil gedişimdən qorxmayın, dostlar,
    mən çıxıb gedirəm, yazı yazmağa.

    “Şeir yazmağa”, “əsər yazmağa”, “kitab yazmağa” deyə bilərdi. Sadəcə olaraq, “yazı yazmağa” deyir. Bu da Vaqif Bəhmənlidi!

    Dostu Rəşad Məcidin dünyaya yeni göz açan oğlu balaca Vaqifin portretini elə cizgilərlə çəkir ki, biz onu görməsək də, təsəvvür edə bilirik.

    İkinci Vaqifdi bu, ürəyi nazik, şüşə,
    Cingiltili gülüşü, çağlar şəlalə kimi.
    Qulağı qoz ləpəsi, cüt baxışı bənövşə,
    Bərk qolları poladdır, kürəyi qaya kimi.

    Bunu da demək lazımdır ki, adətən rəssamlara aid edilən belə detalları, ştrixləri görmək və göstərmək Vaqifin də şeir yaradıcılığı üçün xarakterik haldır.

    Nazim Hikmət bədii obrazın tərifini verəndə deyirdi ki, o detalı gözünlə gör, əlinlə də tut. Bax, budur obraz!

    Şair körpəyə olan istəyini, arzusunu bildirərkən yazır:

    Vaqiflər Vaqif olmaz, Vaqif eşqi olmasa,
    Sevdiyini görüşə Yer pisdi, Göyə çağır.
    Gəlin pasport adını dəyişməyə qoymasa,
    Xəlvətlikdə sən onu “Rəhilə” deyə çağır.

    Rəhilə – Vaqif Bəhmənlinin şeirlərində işlətdiyi, sevdiyi addır. Çağırdığı İlham pərisidir. Balacaya da bunu arzulayır, indidən onunla ərklə danışmağa başlayır.

    Silsilə şeirlər arasında “Qarabağ” adlı qəzəl şairin həm könül ağrısı, həm də könül istəyidir. (Təkcə Vaqifinmi?!) Onun ulu şair babası, XVIII əsrin sonlarında yaşamış böyük məhəbbət və təriqət yolçusu Seyid Həmzə Nübari də qarabağlı kimi bu torpağa “Qarabağ” adlı qəzəl yadigar qoyub getmişdir.

    Qəzəllərin ikisini də yanaşı qoyub oxuyuram. Vaqifi böyük eşqin, həsrətin, böyük təmkin və iztirabın, bu yüksək insani keyfiyyətlərin varisi görürəm.

    “…Aləmi cənnət imiş dari-diyari Qarabağ!”.

    Seyid Həmzə Nigari

    “…Cənnətin ortasına taydı qırağı, Qarabağ!”.

    Vaqif Bəhmənli

    “…Yeridir kim, çəkərəm mən ahu-zarı, Qarabağ!”.

    Seyid Həmzə Nigari

    “…Nəhs gəlib tale zəri, ah kimiyəm bir gəzəri”.

    Vaqif Bəhmənli

    “…Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ”.

    Seyid Həmzə Nigari

    “…Gövhərin məskənisən, dürdü dodağın, Qarabağ”.

    Vaqif Bəhmənli

    Bu misraların çaldığı havalar könül qohumluğu olduğu üçün bir pərdədə köklənmiş səslər də bir sinədən gəlir. Bəlkə də, Seyid Həmzə Nigari çağırışının əks-sədasıdır?! Bizim günlərdə “Qarabağı unutmayın!” – çağırışı kimi səslənir.

    Əvvəldə demişdim ki, “Qansız savaş” əsərinin baş qəhrəmanı, oradakı məişət və həyatın rəngi, boyası – hamisi şairin özüdür. Bir Vaqifdə cəmləşən – Vaqiflərdi. Təkcə şair yox, müxtəlif iş-güc sahibi, həyat tərzi olan Vaqiflər. Əsərin axırında o, ədəbi axtarışları zamanı nəhayət, gəlib divara vurulmuş öz barelyefini görür. Və bunu belə mənalandırır:

    Hörülsün divara şöhrət kölgəsi,
    Barelyef neyniyir dərdin yaşıdı?
    Mənim barelyefim Şuşa qalası,
    Şəhid oğulların sinə daşıdı!

    Bu misralar qürur hissilə səslənir.

    Vaqif mənə deyirdi ki, bu kitabı dörd ilə yazıb.
    Sənə uğurlar, daha bir yeni dörd il, Vaqif!

    Bakı 04.02.2019

    Mənbə: http://edebiyyatqazeti.az

  • Yunus Oğuz – Akademik Nizami Cəfərovun 60 illiyinə

    O, səssiz yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə “özününkü” kimi görünür bu adam. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu adam.

    Minillərin yükünü, biliyini, dərdini çəkir bu adam. Ona görə səssiz yeriyir. Qorxur ki, çəkdiyi bu yük dağılıb tökülər, məhv olar, töküləni kimsə qaldırmaz, heyif olar. Ona görə ehtiyatla yeriyir, səssiz yeriyir. Anlayır ki, bu millət, bu xalq, bu tayfa, bu qəbilə ona bir əmanət qoyub; Qan yaddaşı əmanəti. Bu yaddaşı hər kəsə əmanət qoymurlar. Bu yaddaşı seçilmişlərə əmanət verirlər.

    Onun səssizliyinin içində müdriklik var, məsuliyyət var. Bu üzdən səssiz yeriyir, səssiz danışır.

    Onun səssiz addımlarının səsini eşidirəm. Səssizlik səs yaradır, mühit yaradır, məktəb yaradır.

    İlahi! Bu səssizliyin içində nələr yoxdur? Min illərin tarixi, dili, şifahi və yazılı ədəbiyyatı. Səssiz danışır. İçindən tarixi dostları axışıb gəlir. Bu günün dostları yox eee… Bu bilikləri ona ötürən dostlar axışıb gəlir. Deyirlər, öyrədirlər, ötürürlər. Tarixi pıçıldayırlar, dilimizin mükəmməlliyini və gözəlliyini ötürürlər ona. Ətrafdakı dostlardan da ehtiyatlı olmağı məsləhət görürlər. Yükünü heç kimə verməsini istəmirlər. Başını müdrükcəsinə yelləyərək səssiz yeriməyində davam edir.

    Ağır olan ətrafı onu başa düşmür. İstədikləri dövrün yaşam istədikləridir. Birinin ailə vəziyyəti ağırdır, biri elmdə, digəri bədii ədəbiyyatda qısırdır. Ətrafının hay-küyü onu səssiz yeriməyə vadar edir. O, bu dünyanın dərdini, sərini həll etməyə gəlməyib. Onun missiyası başqadır. Ancaq kimə deyirsən, kimi başa salasan? Bu üzdən, o, içində səssiz yeriyir. Qarşısına qoyulan ali məqsədə doğru yeriyir… səssiz yeriyir. Onu başa düşənlər barmaq sayı qədərdir. Arada dayanıb nəfəs alır, ətrafına baxır. Onlar harda, o harda? Arada təəssüf də edir. Seçilmişlərin bəziləri sosial, ailə qayğıları içində itib batır, sonra hamıya qarışırlar. Əlini atıb onları oradan çıxarmaq istəyir. Amma ağır əllər onu özlərinə doğru çəkməyə başlayanda o, geri çəkilir. Sonra yenə səssiz yeriməyinə davam edir.

    O, hissəcikləri, dağılıb itməkdə olanları kütlə halına gətirməyi bacarır. Sonra bu kütləni strukdurlaşdırır, süxurlaşdırır, ona forma və məzmun verir.

    Səssiz yeriyə-yeriyə ruhunu keçmişdən gələcəyə daşıyır. Daşıdıqca hər dayanacaqda vaxtı və zamanı bitmiş hissəcikləri, kəsləri elə o dayanacaqda düşürür, özünü silkələyib yenə səssiz yoluna davam edir.

    Yeridikcə kəhkəşanları görür, onların içində millətin tutacağı, dilinin söykəndiyi mənbəni görür, qürur duyur, fəxr edir, qürurlanır.

    Dostlar arasında güləndə gülüşü titrəməyə, zəlzələyə çevrilir. Çoxları görmür bu titrəmənin, zəlzələnin içindən nələr tökülüb səssiz yeridiyi yollarda qalır. Yad ünsürləri, nifrəti, xəyanəti, satqınlığı, əcaib-qəraib şeyləri özü ilə apara bilməz bu yolçuluqda. Gülüşü, zəlzələsi onları töküb sökür bu yollarda. Bu səssizlikdə saflıq lazımdır, sevgi lazımdır. Bu, eşqin yoludur. Səssizlik həm də Tanrı yurdudur. Tanrı yoluna bundan savayı yol yoxdur.

    Səssizlikdə yaşayan onun qəlbidir, beynidir, düşüncələridir, fikirləridir. Özünün xəbəri də olmadan beynində “fikir qəbiristanlığı” yaradıb. Səssizcə ölən fikirlərini, düşüncələrini beynindəki “fikir qəbiristanlığı”nda basdırır. Sonra buna səssizcə peşman olur, fəryad edir, təəssüflənir, amma yenə səssizcə yoluna davam edir.

    Yeriyən adam yolçudur. Yolçuluğun məramı, məqsədi olar. Səssiz yeriməyinsə öz aləmi, öz xatirələri var, hər mənzilin öz dayanacağı var. Bu dayanacaqda səssizcə lazım olmayanlar tökülür… tökülür… gərək olmayanlar bu dayanacaqlarda tökülüb qalır. O isə səssiz yoluna davam edir.

    Onun üçün vətən millət deyil, millət vətəndir. O yoldan nələr görünür… nələr? İlahi eşqdən başlayan millət, vətən, dövlət.

    Səni sevəcəklər də, tənqid edəcəklər də.
    Vətən – səni sevməyəcək hər yoldan ötən!

    Yol gedirsən, səssiz yeriyirsən bu yolda. Sən bu yoldasan.

    Millət yolu ruhunda!
    Vətən yolu canında!
    Dövlət yolu qanında!
    İlahi eşq yolu vəhdəti vücudundur.

    Vəhdəti vücudun mübarək olsun! Bu üçü olmasa, vəhdəti vücudun olmaz”.
    Səssizliyin mübarək!

    Mənbə: http://edebiyyatqazeti.az

  • “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana

    Hörmətli baş redaktor

    Bu gün “Ədəbiyyat qəzeti” müstəqillik dövrü milli mətbuatımızda mədəniyyətin və ədəbi məfkurənin sönməz məşəli məqamındadır. Onun işığında açılan pəncərədən dünya ədəbiyyatının ədəbi abidələri, fikir karvanı ilə də tanış oluruq. Ona görə də “Ədəbiyyat qəzeti” oxucuların stolüstü ayrılmaz həmsöhbətinə çevrilmişdir. Cənubi Azərbaycan ədəbiyyatına diqqətinizə görə sağ olun.

    Tarixi ədalətsizlik ucbatından Azərbaycan torpaqlarını parçalayan imperialist dövlətlər işğal etdikləri ərazilərdə uzun illər yerli xalqların maddi-mədəni sərvətlərini özününküləşdirmiş, dilini, dinini, milli mənsubiyyətlərini unutdurmağa çalışmışlar.

    Azərbaycanın Şimal və Cənubunda mürtəce siyasətin inadlı təzyiq və qadağalarına məruz qalan yerli əhali dilini, dinini və milli adət-ənənələrini qoruyub saxlamış, zaman-zaman azadlığı, istiqlalı uğrunda mübarizə aparmışlar. Səttərxan, Xiyabani və Pişəvəri hərəkatları xalqımızın şanlı qəhrəmanlıq tarixi olmuşdur. Bu gün də Cənubda 45 milyon Azərbaycan türkü mənəvi bütövlüyünü, ənənələrini qoruyub saxlayır.

    Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti dövründə öz nüfuz və vəzifəsinə güvənərək Cənubi Azərbaycan xalqının həyat tərzi, adət-ənənəsi, tarixi ilə maraqlanır, mənəvi əlaqələrin möhkəmlənməsinə çalışırdı.

    Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı, akademik Mirzə İbrahimovun təşkil etdiyi Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi bu gün də fəaliyyət göstərir. Mirzə İbrahimovun layihəsi əsasında şöbədə faydalı işlər görülməkdədir.

    Hörmətli baş redaktor, bu gün sizin təşəbbüsünüzlə “Ədəbiyyat qəzeti”ndə milli ədəbiyyatımızın ayrı-ayrı problemlərinə həsr olunmuş “müzakirə saatı” ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

    “Ədəbiyyat qəzeti”nin 2019-cu il 9 – 16 fevral tarixli saylarında “Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə” müzakirə saatının keçirilməsi ədəbi hadisə, həm də milli irsə qədranlıq kimi dəyərlidir.

    Geniş müzakirədə sizin və Elnarə Akimovanın təşkilatçılığı ilə xalq şairi Sabir Rüstəmxanlının, AYB Cənub ədəbiyyatı sahəsinin rəhbəri Sayman Aruzun və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi əməkdaşları – filologiya elmləri doktoru Esmira Şükürovanın, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin iştirakı xoşdur, minnətdarlıq hissi oyadır. Çünki müzakirədə iştirak edənlər – filologiya elmləri doktoru Elnarə Akimovanın təqdim etdiyi kimi, ictimaiyyətin mütəxəssis kimi tanıdığı, Cənub ədəbiyyatı sahəsində müəyyən xidmətləri olan ədəbiyyatşünaslardır.

    Müzakirə Cənubi Azərbaycan ədəbiyyatının problemlərini “tarixdən bu günə” tam əhatə etməsə də, olduqca maraqlı və faydalı fikirləri ilə diqqəti cəlb edir.

    Xalq şairi Sabir Rüstəmxanlı müzakirə zamanı otaylı-butaylı Azərbaycanın aktual problemlərindən danışır, müasir dövrün tələbinə uyğun bir sıra zəruri təklifini bildirir. Müasir dövrdə Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayır. Ədəbiyyatımızın, tariximizin məktəblərimizdə bütöv öyrənilməsini, tədqiqat əsərlərinin yazılmasını, kitab nəşrinin artmasını yüksək qiymətləndirir. Lakin bu gün mətbuatda, televiziyada, eləcə də əsrlərdən bəri ədəbi irsin, şifahi xalq ədəbiyyatının istənilən səviyyədə öyrənilməsinin yetərincə olmamasını bildirir. Sabir Rüstəmxanlı deyir:

    – “Yazıçılar Birliyində Güney Azərbaycanla bağlı katibliyin yaranmasını mütləq hesab edirəm. Çünki əbədi təsir var. Ya akademiyaya bağlı, ya ondan kənarda Güney Azərbaycanla bağlı institut – tədqiqat mərkəzi yaranmalıdı. Əslində, akademiya daxilində ayrı-ayrı institutların tərkibində müxtəlif şöbələr şəklində var. Tarix, Ədəbiyyat və bir neçə digər institut da var. Hamısı bir yerə yığılmalıdır. Mətbuat orqanı olmalıdır. Bu, İranla münasibətlərə təsir etmir. İranın burada 30 mədəniyyət mərkəzi var. Biri də bununla bağlı olsun da. Güney Azərbaycan İnstitutu yaradaq ki, elmi tədqiqatlarla məşğul olsun. Təəssüf ki, Güney Azərbaycan əhalisinin böyük bir hissəsi dünyanın müxtəlif ölkələrində yaşayır. Diaspor işini inkişaf etdirməliyik ki, xaricdə onlarla əlaqələrimizi yaxınlaşdıraq. Bu məsələyə diqqət yetirmək olar”.

    Sayman Aruz müzakirədə Sabir Rüstəmxanlının təkliflərini zamanın tələbi kimi qiymətləndirir, xatırladır ki, “Güneyin səsi”, “GüneyNews” saytlarının da bərpa olunması işimizə çox kömək olardı.

    Siz müzakirənin axarını ədəbi müstəviyə yönəldirsiniz. Vurğulayırsınız ki, Cənubi Azərbaycanda “modern poeziyanın gəlişməsi vüsətlə baş verir”. Bu aləmdə Bərahani, Əhməd Şamlu, Fürug Fərruxzad poeziyasının tədqiqata cəlb edilməməsini xatırladırsınız.

    Kiminsə ortaya atdığı “İran Azərbaycanı deyilməlidir” sözünə cavabınızda haqlı olaraq deyirsiniz ki: “Heç kəs diktə edə bilməz ki, Vətəninizi bütöv görməyin… vətənimizi bütöv sevmək üçün kimdənsə izn almalı deyilik ki… biz bir ədəbiyyat adamı olaraq, düşüncə insanı kimi vətənimizi, ədəbiyyatımızı bütöv görürüksə, bu bizim qürurumuz, haqqımızdır”.

    “Cənubi Azərbaycan”, “Cənubi Azərbaycan ədəbiyyatı” deyilişinin də müzakirəyə ehtiyacı yoxdur. 1976-cı ildə xalq yazıçısı, akademik Mirzə İbrahimov Sovet dövründə “qranit qadağa” maneəsini rədd edərək öz vətənimizi və dəyərlərini istədiyimiz kimi, necə varsa, elə adlandırıb ictimaiyyətə təqdim edibdir.

    Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli Rza Bərahani yaradıcılığı, Qulamhüseyn Saidi haqqında məlumat verdi.

    “Müzakirə saatı”nda Elnarə Akimovanın dediyi kimi, “mənəvi xəzinənin bitmək bilməyən dərininə vardıqca şaxələnən mövzunun bəzi aspektləri” gündəmə gətirildi, öz təsiri ilə oxucular tərəfindən razılıqla qarşılandı.

    Teymur ƏHMƏDOV,
    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
    Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,
    filologiya elmləri doktoru, professor, akademik.

    Mənbə: http://edebiyyatqazeti.az

  • Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.

    Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında

    Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında

    Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat vəsait Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 20 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” Sazişin təsdiq edilməsi barədə

    “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” Sazişin təsdiq edilməsi barədə

    “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

    “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” 2018-ci il noyabrın 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • “Türk Akademiyasının maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Türk Akademiyasının maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

    “Türk Akademiyasının maliyyə qaydaları haqqında” 2018-ci il sentyabrın 2-də Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

    “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” 2018-ci il sentyabrın 2-də Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • Rafiq ODAY.”Qara qızların ağ yuxuları”

    Bulud arxasındakı
    günəş kimidi
    qara qızların ağ yuxuları…
    Bir üzündə sevgi yaşar,
    Bir üzündə
    bu sevginin
    kəşf olunmamış xiffəti….

    Qara qızların
    ağ yuxularındadı
    Dünyanın
    ən saf,
    ən pak
    sevgisi,
    Ən məsum
    məhəbbəti.

    Ey bir ömür boyu
    səadət axtaranlar, –
    Qara qızların
    ağ yuxularındadı
    xoşbəxtlik…
    Bu yuxunu
    yoza biləni,
    Yozub da
    gün işığına çıxara biləni
    Dünyanın ən böyük
    uğuru gözləyir…

    Sevin, sevin
    qara qızları,
    Sevin ki, dincliyiniz,
    Bir ömür boyu
    gəncliyiniz
    əlinizdən alınmasın…
    Bir an belə
    qəlbinizə
    yaxın buraxmayın
    Hissinizin, duyğunuzun
    qara-qorxularını.
    Sevin,
    çin edin
    qara qızların
    ağ yuxularını…

  • Rafiq ODAY.”Ağrılarım”

    Bulud-bulud göy üzünə
    Səpələnir ağrılarım.
    Hara getsəm, yolum üstə
    Təpələnir ağrılarım.

    Bilməz məzlum, fağır nədi,
    Yüngül nədi, ağır nədi…
    Yağış kimi yağır nədi?! –
    Lap ələnir ağrılarım.

    Gedir, gedir, yenə dönür,
    Sanki dinsiz dinə dönür.
    Bir idisə, minə dönür, –
    Qəlpələnir ağrılarım.

    Hər şey gözəldi təhrində,
    Boğuldum hicran qəhrində.
    İçimdəki qəm nəhrində
    Ləpələnir ağrılarım.

    Sanmayın Oday naşıdı,
    Dərdlərim – ömrün yaşıdı.
    Sanki günya savaşıdı –
    Cəbhələnir ağrılarım.

  • Cansu FƏXRƏDDİNQIZI.Yeni şeirlər

    QORXU

    Başımda fikirlər pərən-pərəndi,
    Anlaya bilmirəm özümü daha.
    Şirin yuxulara möhtac olmuşam,
    Yuma bilməyirəm gözümü daha.

    Beynimdə sualım, qəlbdə ahım var,
    Sanki günəş doğmur, sökülməyir dan.
    Özümün özümə etirafım var,
    Qorxuram deyəsən tənha qalmaqdan.

    Əvvəllər sözümün gücüydü təklik,
    İndi ilhamımı alır əlimdən.
    Şeirimin, fikrimin özüydü təklik,
    Artıq qələmimi salır əlimdən.

    Sarır tənhalığın dumanı, çəni
    Yaşamaq eşqiylə vuran qəlbimi.
    Elə bil ki, ölüm haqlayıb məni
    Yarıda qoyacaq ilham pərimi.

    Şaxta yox, sazaq yox – dost-düşmənimdən,
    Duyduğum yalanlar dondurur məni.
    Nə bilim, bəlkə də yaxınlarımın,
    Eyhamlı baxışı yandırır məni.

    Daha nə faydası – belədi dünya,
    Haqqı əlimizdən alan danışır.
    Bizi həqiqətdən elədi dünya,
    Doğrunun yerinə yalan danışır.

    GİLEY

    Fikrimmi qarışır, ağlımmı çaşır? –
    Bilmirəm nəyim düz, nəyim səhv mənim.
    Ürək gecə-gündüz çağlayır, daşır,
    Artıq bu məhəbbət edir məhv məni.

    Ruhumu söykəyib xəyallarıma,
    Səndən gileyləndim, səndən danışdım.
    Adın həkk olunub dodaqlarıma,
    Sənin varlığına yaman alışdım.

    Xəyalən görüşdük, xəyalən güldük,
    Həyatda bilmədik xoşbəxtlik nədi?!
    Bəzən yuxuları qənimət bildik,
    Yuxu eşqimizə bir bəhanədi.

    İndi sən xoşbəxtsən öz aləmində,
    Düşünmə halından öc alıram mən.
    İndi sən xoşbəxtsən, bu xoşbəxtlikdən
    İnan ki, indi də güc alıram mən.

    Bilmirəm qəlbləmi, ruhlamı sevdin?
    Amma bilirəm ki, yerim görünür.
    Mənim məhəbbətim dağ misalidir,
    Hər gün çiskin düşür, duman bürünür.

    Sıxılma, darıxma, yorma özünü,
    Daha öz günəşin, öz də danın var.
    Amma ki, unutma, unutma bunu,
    Əbədi qəlbində yadadanın var.

    DAYAN, DƏLİ KÜRÜM

    Nədəndir bir belə sənin əsəbin?
    De görüm, kimlərə tutub qəzəbin?
    Pisliyi silməkdir yəqin hədəfin,
    Dayan, dəli Kürüm, bəndləri aşma!

    Ayağını saxla, bir dur, sakitləş,
    Bu qədər coşmağın əbəsdir, əbəs.
    İnan, olmayacaq bundan alan dərs,
    Dayan, dəli Kürüm, bəndləri aşma!

    Hər kəs məskunlaşıb öz torpağında,
    Yaşayır ömrünü aran-dağında.
    Yaşlılar neyləsin ahıl çağında?
    Dayan, dəli Kürüm, bəndləri aşma!

    Heyifdi, dağıtma səddini, dəyməz,
    Kimsəyə bildirmə həddini, dəyməz.
    Əymə dost-düşmənə qəddini, dəyməz,
    Dayan, dəli Kürüm, bəndləri aşma!

    İllərdi qəlbində xəyallar quran
    Analar düşünməz özünü bir an.
    Çünki övladıdır gözündə duran.
    Bala Kür xətrinə bu qədər coşma,
    Dayan, ana Kürüm, bəndləri aşma!