Category: Mədəniyyət

  • Mərkəzi Elmi Kitabxanada tanınmış yazıçı və şair Seyran Səxavətlə görüş keçirilib

    Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə keçirilən tədbir kitabxananın Şuşa zalında təşkil olunub. Tədbirdə Azərbaycan ədəbiyyatı və elm ictimaiyyətinin nümayəndələri, oxucular, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Görüş çərçivəsində müəllifin müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi də təşkil olunub. yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.Görüşdə çıxış edən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Nərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev yazıçının zəngin yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və əsərlərində əks olunan humanizm, realizm və dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərini bölüşüblər.Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət və zamanın çağırışları bədii şəkildə olmaqla yanaşı, axıcı dillə əksini tapır və bu xüsusiyyətlər onun əsərlərinə geniş oxucu marağı qazandırır. Bildirilib ki, müəllifin əsərləri uzun illərdir həm oxucuların, həm də ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.Tədbirdə çıxış edən yubilyar Seyran Səxavət oxucularla görüşdən məmnunluğunu ifadə edərək yaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideya məzmunu və ədəbiyyatın cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb. Yazıçı, həmçinin oxucularla səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və yaradıcılıq planlarından danışıb.MEK əməkdaşı Pərvanə Bayramqızının moderatorluğu ilə keçirilən tədbirin sonunda iştirakçılar Seyran Səxavəti 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.

  • Günel NATİQİ doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsünü Günel Natiqi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NAXÇIVAN MUXTAR RESPUBLİKASI Bürosunun Rəhbəri Nargis İsmayılovanı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

    Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə12 mart 1906[1]NovxanıBakı qəzası – 10 iyun 1989Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

    Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur.[2][3] 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan“, “Kirpi” jurnallarının və “Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.

    Xidmətlərinə görə üç dəfə “Lenin” ordeni, iki “Qırmızı əmək bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

    1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.

    Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlamış, 1922-ci ildə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyasını yazmışdır. “Unudulmuş gənc” adlı ilk mətbu şeiri 1923 ildə “Maarif və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında dərc olunmuşdur. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir.

    Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri idi. “Addımlar” (1930), “Səs”, “Atəş” (1932) şeir kitabları S.Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi idi.

    İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. “İldırım” (1942), “Qafurun qəlbi” (1959), “Əzizlərdən əzizlərə” (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: “Təbriz şeirləri silsiləsi”, “İki sahil” kitabı (1949). 1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil etmişdir: “Günəşli sahillərdə” (1963), “Keçilməmiş yollarda” (1970), “Ürəyimin gözüylə” (1977), “Mənim günəşim” (1981) və s. kitabların, “Yanğın” (H. Nəzərli ilə birgə, 1930) pyesinin, “Qaçaq Nəbi” (1940) mənzum pyesinin, “Durna” (1948) komediyasının müəllifidir.

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Pyesləri[redaktə | mənbəni redaktə et]

    • “Yanğın”
    • “Çimnaz xanım yuxudadır”
    • “Duma”
    • “Gəldi-gedər”
    • “Qaçaq Nəbi”

    Komediyaları[redaktə | mənbəni redaktə et]

    • “Durna”
    • “Çimnaz xanım yuxudadır”

    Poemaları[redaktə | mənbəni redaktə et]

    • “İldırım”
    • “Qafurun qəlbi”
    • “Əzizlərdən-əzizlərə”
    • “Xilaskar”
    • “Təbrizdə qış”
    • “Qolsuz qəhrəman”
    • “Yeni kəndin işıqları”
    • “Mənsumə”
    • “Nakam məhəbbət”
    • “Partizan Əli”
    • “Gülbahar”
    • “Şairin ölümü”
    • “Yaxşı yoldaş”
    • “12-ci tüfəng”
    • “Dönə-dönə xatırlayın”
    • “Yaralanım”
    • “Səbuhini düşünərkən”

    Satira və yumorları[redaktə | mənbəni redaktə et]

    • “Bir dədə axtarıram”
    • “Əcaib əsər”
    • “Qəribə nitq”
    • “Teatr tənqidi”
    • “Heçstan əhli”
    • “Qonşularımdan biri”
    • “Elan”
    • “Möhkəm birlik”
    • “Özündən razı!”
    • “Yaxşı ki”
    • “Deyirsənki?!”
    • “Özünü bəyənənə”
    • “Xəstəlik”
    • “Bədbəxt adama”
    • “Nifrət”
    • “Səndə yox”
    • “Novator”un nitqi
    • “Novator” rəssama
    • “Nəyə lazım”
    • “Taniya bildim”
    • “Mən varlıyam, sən yoxsul”
    • “İnsan vəzifəni bəzəsin gərək”
    • “Ucuz xatirələr”
    • “Yad adam”
    • “Nakam şair”
    • “Yenə bəziləri”
    • “Yubiley aşiqi”
    • “Sərçə balladası”
    • “Demərəm”
    • “Moda qurbanı”
    • “Heykəl xəstəsi”
    • “Böhtanzadə”
    • “Qorxaq”

    Kitabları[redaktə | mənbəni redaktə et]

    • “Aləmdən nəşəyə”
    • “Addımlar”
    • “Səs”
    • “Atəş”
    • “Günəşli sahillərdə”
    • “Keçilməmiş yollarda”
    • “Ürəyimin gözü ilə”
    • “Mənim günəşim”
    • “Təbrizin şeirləri silsiləsi”
    • “İki sahil”

    Tərcümələri[redaktə | mənbəni redaktə et]

    • Meynqard Rudzitis. Qızıl ordu (şeir). Ədəbiyyat qəzeti, 1941, 9 iyun.
    • İvan KrılovŞahpərəst qurbağalar (təmsil). Vətən uğrunda, 1944, № 7–8, s.37–39 3.
    • C.Qou. Dərin köklər (3 pərdəli drama). (İnqilab və mədəniyyət, 1948, № 7, s.50–103.) Pyesi Arnod Dyusse ilə birlikdə yazmışlar.
    • Nazim HikmətOn beş yara; Həsrət; Provakator; Bəlkə mən; Yanmamış papiros; Kərəm kimi (şeir). (İnqilab və mədəniyyət, 1951, № 9, s.57–59) Qəlbim; Səni düşünürəm; Arpa çayının iki yanı; Dizə qədər qarlı bir gecə; Dəmir qəfəsdə gəzişən aslan; Xəzər dənizi (şeir). (İnqilab və mədəniyyət, 1952, № 1, s.131–136) Səs; Nəğmələrimiz; Cavab nömrə 4; XX əsrə dair; Arifəyə; Məktub; Dəvət; Sevgilimə; Mehmet; Yeriyən adam (şeir). (İnqilab və mədəniyyət, 1952, № 6, s.51–56) Səni düşünürəm; Şərqli və SSRİ; Ustamızın ölümü; On doqquz yaşım; Xəzər dənizi; Vida; Bəlkə mən; Provokator; Yanmamış papiros; Dizə qədər qarlı bir gecə; On beş yara (Onbeşlərin xatirəsinə ithaf); Həsrət; Dəmir qəfəsdə gəzişən aslan; Kərəm kimi; Qəlbim; Uşaqlara nəsihət; Şən gələcək; Bənövşə, ac dostlar və qızıl gözlü qız; Komsomol (şeir).
    • Nazim Hikmət. Şeirlər. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1952, s.15–45.
    • Qaysın QuliyevTorpaq və şeir (şeir). Azərbaycan, 1961, № 4, s.36.
    • İlya SelvinskiBabəkin ikinci mahnısı (şeir). (Ədəbiyyat və incəsənət, 1961, 8 aprel) Bahar dostları (RSFSR şairlərinin şeirləri) (Bakı: Azərnəşr, 1961, 248 s.)
    • Əbdülvahab Süleymanov. Azərbaycan (şeir) (s.193–195). Bahar dostları (RSFSR şairlərinin şeirləri). Bakı: Azərnəşr, 1961, 248 s.
    • Yaroslav Smelyakov. Gözəl qız Lida (şeir). Ədəbiyyət və incəsənət, 1964, 18 iyul.
    • Jan Pol SartrLizzi (pyes). Azərbaycan, 1966, № 10, s.169–190.
    • Qriqol AbaşidzeBahar (şeir). Kommunist, 1971, 16 aprel.
    • Taras Şevçenko“Siz ey fikirlərim, düşüncələrim!..” (şeir) (s.13–16); Fikirlərim, düşüncələrim (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 104 s.
    • Cahit Küləbi. İyirminci əsrin ilk yarısı; Dəfn; Yanğın; Acı zaman; Biz; Sivaş yollarında; Amerika (şeir). Ədəbiyyat və incəsənət, 1981, 13 mart.
    • Məhəmməd Mehdi Əl CəvahiriFəhlələrin bayramında (şeir). Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr). Bakı: Yazıçı, 1983, s.18–22.
    • Şota RustaveliPələng dərisi geymiş pəhləvan (s.7–181). Dünya ədəbiyyatı kitabxanası seriyası. 19-cu cild. Ş.Rustaveli. Ə.X.Dəhləvi. Pələng dərisi geymiş pəhləvan. Şirin və Xosrov. Bakı: Yazıçı, 1988, 366 s. (Məmməd Rahim və Səməd Vurğun ilə birgə tərcümə).
    • Nazim HikmətHəsrət (s.83); Yanmış papiros (s.86); Mehmet (s.87) (şeir). Türkün 101 şairi (türk şairlərinin şeirləri). Bakı: Yazıçı, 1993, 235 s.
    • Nizami Gəncəvi. Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun…; Fəxr elə yar ki, barını çəkirəm…; Ey nigarım, könlümü Azərbaycan Tərcümə Ensiklopediyası 511 çaldın, füsunxan olma, gəl!.. (qəzəl). Klassik Azərbaycan ədəbiyyatı seriyası. Nizami Gəncəvi. Lirika. Bakı: Lider, 2004, s.24, 63, 64. 21.
    • Şota RustaveliPələng dərisi geymiş pəhləvan (poema). Dünya ədəbiyyatı seriyası. Bakı: Avrasiya Press, 2006, 232 s. (Məmməd Rahim və Səməd Vurğun ilə birgə tərcümə).
    • Jan Pol SartrLizzi (pyes). Dünya ədəbiyyatı seriyası. Fransız ədəbiyyatı antologiyası. 3 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2007, s.183–212.
    • Taras ŞevçenkoMənimçün fərqi yox yaşasam, ya da…; N.Kostomarova; Yaşım ötməmişkən on üçü hələ…; Küçədə hiddətlə bağırır külək…; Heç dua etmədi mənimçin anam…; Yenə də yuxuda görürəm bəzən…; Yıxılan adamı döymürsələr də…; Ey bədbəxt insanlar, yazıq insanlar!.. (şeir). Taras Şevçenko. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2008, s.156, 166, 172, 174, 214, 234, 236, 238, 254, 256.

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1. ↑ Jump up to:1 2 Сүлейман Рүстәм (библиография)Bakı: 1950. S. 8. 94 s.
    2.  Гулиев А. К. Сүлейман Рүстәм (библиография). Б.: Гызыл Шәрг. 1950. səh. 8. 2021-07-09 tarixində arxivləşdirilibİstifadə tarixi: 2021-10-19.
    3.  Сүлејман Рүстәм // Коммунист. № 137 (20905). 13 ијун 1989-ҹу ил. С. 1.

    Mənbə[redaktə | mənbəni redaktə et]

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

    Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.

  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

    Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

    Həyatı

    Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

    1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

    Yaradıcılığı

    Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

    Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

    Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

    Şeirlərinə yazılmış mahnılar
    Video

    Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
    Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
    Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
    Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
    Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
    Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

    Audio

    Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
    Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
    Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
    İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
    Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
    Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
    Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

  • Bu gün Yel çərşənbəsidir

    Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır.

    Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiqqızı Məmmədova Yel çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.

    Təbiətin oyanışının rəmzi

    O bildirib ki, folklor düşüncəsində yelin – küləyin özü yalnız fiziki təbiət hadisəsi deyil, həm də mifoloji məna daşıyan bir ünsürdür. Ümumilikdə, Yel çərşənbəsi xalqın təbiətlə bağlı qədim kosmoqonik təsəvvürlərini, eləcə də yazın gəlişi ilə əlaqədar formalaşmış mərasim mədəniyyətini əks etdirir. Bu səbəbdən Yel çərşənbəsi ilə bağlı müxtəlif inanclar, mərasimlər və deyimlər formalaşıb. İnanca görə, Yel çərşənbəsi həm də Novruz mərasimləri kontekstində təbiətin oyanış mərhələlərindən birini ifadə etdiyi üçün mühüm sayılır. Xalq təsəvvürünə görə, məhz bu mərhələdə əsən küləklər təbiəti oyadır, torpağın isinməsinə və yazın gəlişinə zəmin yaradır.

    Regionlarda “cəmlə” anlayışı

    Azərbaycanın bəzi ərazilərində çərşənbələr yox, cəmlələr deyirlər – birinci cəmlə, ikinci cəmlə, üçüncü cəmlə, dördüncü cəmlə. Gədəbəy ərazisində belədir. Söyləyici görün nə gözəl ifadə edir: o cəmlələrin biri oda düşür, biri suya düşür, biri yelə düşür, biri torpağa düşür. İrəvandan olan söyləyicilər də oxşar mətni danışır və Yel çərşənbəsini belə ifadə edirlər – bu zaman cəmlə havaya düşür. Gədəbəy bölgəsindən olan söyləyicilər onu da qeyd edirlər ki, onlar bütün çərşənbələri, o cümlədən Yel çərşənbəsini təmtəraqlı keçirirmişlər.

    Novruza doğru son hazırlıqlar

    Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür, Axır çərşənbə üçün hazırlıqlar görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

    Beləliklə, Yel çərşənbəsi həm qədim inancların, həm də xalqın gündəlik həyatında formalaşmış mərasimlərin və adətlərin yaşadıldığı mühüm günlərdən biri kimi Novruz ənənələrinin ayrılmaz hissəsini təşkil edir.

    Yel çərşənbəniz mübarək!

    Müxbir – Gülay Nəzərova

    Mənbə: https://azertag.az/

  • 10 Mart – Milli Teatr Günüdür

    Bu gün Azərbaycanda teatrın yaranmasının 153-cü ildönümüdür. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

    Görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı Milli Teatr Günündə fikirlərini AZƏRTAC-la bölüşüb.

    O bildirib ki, milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib.

    “Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub”, – deyə Xalq artisti vurğulayıb.

    Nurəddin Mehdixanlı diqqətə çatdırıb ki, bu il teatr 153 yaşını qeyd edir və minlərlə sənətkar ömrünü bu mədəniyyətin inkişafına həsr edib. Teatr canlı sənətdir, onun yaşaması üçün can və ürək lazımdır. Bu gün də bu sənətə ömrünü fəda edənlər teatrı yaşadırlar. Azərbaycan Milli Teatrı həm milli, həm də dünya teatr mədəniyyətinin bir parçasına çevrilib. Teatr tamaşaçı ilə birgə yaşayır və tamaşaçı ilə tamamlanır. Bu səbəbdən hər il teatr həm sənətçilərin, həm də tamaşaçıların bayramıdır.

    Xatırladaq ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb.

    Ötən illər ərzində Azərbaycanın teatr kollektivləri dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib.

    Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq, hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilir.

    Müxbir – Gülay Nəzərova

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq yazıçısı Mehdi Hüseynin anım günüdür

    Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909İkinci ŞıxlıQazax qəzası – 10 mart 1965[1]Bakı[1]) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1958–1965), Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950).

    Həyatı

    [redaktə | vikimətni redaktə et]

    Mehdi Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirmişdir. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Sovet Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. Həmçinin xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilmişdir Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.

    Yaradıcılığı

    [redaktə | vikimətni redaktə et]

    O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk irihəcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir“, “Nizami“, “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M. Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M. Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ. Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə. Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

    İrsi

    [redaktə | vikimətni redaktə et]

    Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

    Əsərləri

    [redaktə | vikimətni redaktə et]

    Filmoqrafiya

    [redaktə | vikimətni redaktə et]

    Mənbə

    [redaktə | vikimətni redaktə et]

    • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.

    Həmçinin bax

    [redaktə | vikimətni redaktə et]

    Mehdi Hüseyn (film, 1969)

    Xarici keçidlər

    [redaktə | vikimətni redaktə et]

  • “Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olundu

    Jurnalın mart sayı “Ulduz” jurnalının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi kimi işıq üzü görüb.

    Bu say filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.

    Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” adlı rubrikada şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi, azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi Rza Bərahəni, yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı yer alıb.

    “Ulduz” bu sayında Nadir Qüdrətoğlunun şeirləri də işıq üzü görüb.

    “Tribuna” rubrikasında Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edib.

    “Nəsr” rubrikasında Alpay Azərin “Ölümdən güclü” hekayəsi dərc olunub.

    “Köhnəlməyən xiffət”də isə Dayandur Sevgin Nəzakət Məmmədlidən söz açıb.

    “Dərgidə kitab” rubrikasında Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısı təqdim olunub.

    “Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləri yer alıb.

    Mənbə: https://edebiyyatqazeti.az

  • “Sarı köynək” – Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

    Yeniyetmələr üçün ustad aşıq Dədə Ələsgərin yaradıcılığını əks etdirən “Sarı köynək” adlı yeni kitab çapdan çıxıb. Kitabda Aşıq Ələsgərin külliyatından seçmə əsərlər toplanıb. Kitab 12 yaşdan yuxarı məktəblilər üçün nəzərdə tutulmuş ilk xüsusi topludur.

    Kitaba “Sarı köynək” adının verilməsi təsadüfi deyil. Bu, Aşıq Ələsgərin ən tanınmış və sevilən şeirlərindən biri olmaqla yanaşı, həm də uşaqlar üçün asanlıqla yadda qalacaq addır. Burada haqq aşığının şeirləri, dastan və rəvayətləri, xatirələri, deyişmələri və onun yaradıcılığına aid bir çox digər nümunələr yer alıb.

    Müasir tərzdə tərtib olunan kitab fərqli illüstrasiyalarla zənginləşdirilib. Nəşrdə yer alan 13 müxtəlif bölmə istedadlı rəssam Orxan Qarayev tərəfindən hazırlanmış, bir-birindən maraqlı məna və obrazları əks etdirən rəsmlərlə tamamlanıb. Kitabın üz qabığı da fərqli – mücərrəd üslubda hazırlanaraq Aşıq Ələsgərin şəxsiyyətini və yaradıcılığını simvolik şəkildə təcəssüm etdirir.

    Aşıq Ələsgər yaradıcılığını əks etdirən “Sarı köynək” kitabının nəşrə hazırlanması və dizaynının müasir standartlara uyğunlaşdırılması layihəsi dahi şairin nəslinin nümayəndəsi, onun kötücəsi Aysel Zahidqızının təşəbbüsüdür. Bundan başqa o, balacalar üçün xarici dillərdə olan kitabları tərcümə etməklə, Azərbaycan uşaq musiqi tarixində unudulmaz iz qoyan bir sıra mahnıları toplayaraq “Doğma mahnılar” adı altında nəfis tərtibatda uşaq musiqi kitabı nəşr etdirməklə də uşaq ədəbiyyatına öz töhfələrini verib.

    “Sarı köynək”  layihəsinin əsas məqsədi aşıq sənətini daha müasir tərtibatda kitab halında təqdim etməklə azyaşlı oxucularda bu sənətə maraq oyatmaqdır.

    Kitab TEAS Press Nəşriyyat Evinin “3 alma” Uşaq Ədəbiyyatı bölməsi tərəfindən nəşrə hazırlanıb və Türkiyədə çap olunub.

    Mənbə: https://edebiyyatqazeti.az

  • Od Çərşənbəsi: Günəşin torpağa ilk toxunuşu

    Od Çərşənbəsi Novruz bayramının ikinci Çərşənbəsidir. Xalq təqvimində Od Çərşənbəsi – Günəşin torpağı və insanın daxili aləmini isitməyə başladığı andır. Əcdadlarımızın inancına görə, məhz bu çərşənbədə Günəşin ilk hərarəti torpağın bağrına hopur və “ölü” təbiət daxildən qaynamağa başlayır.Od çərşənbəsinə bəzi bölgələrimizdə “Üzgü” deyilir. Bu söz qışın “üzülməsi”, yəni gücünün tükənməsi mənasını daşıyır. Araşdırmalar göstərir ki, Od çərşənbəsi qədim türklərin Günəş kultu ilə birbaşa bağlıdır. Bizim üçün Od sadəcə bir fiziki ünsür deyil, ocağın, ailənin və bütövlüyün simvoludur. “Ocağın yanar olsun” alqışı məhz bu çərşənbənin fəlsəfəsindən doğub. Bu gün qalanan hər bir kiçik tonqal, əslində səmada doğan Günəşin yerdəki kiçik bir modelidir.Od çərşənbəsinin süfrəsi öz energetikası və rəng çalarları ilə fərqlənir. Belə ki, süfrənin əsas bəzəyi zəfəranla dəmlənmiş plovdur. Plovun sarı rəngi və dumanı çıxan istisi Günəşin hərarətini təmsil edir. Bu çərşənbədə bişirilən şorqoğalı öz forması və rəngi ilə birbaşa Günəşin təsviridir. Üstünə səpilən xaşxaş və ya küncüt isə kainatın ulduzlarını simvolizə edir. “Ocaq isti olsun” deyə, bu gün süfrəyə mütləq dumanı üstündə olan, kalorili xörəklər (paxlalı plov, kəllə-paça və ya kətə) qoyulur.Od çərşənbəsində hər evdə üzərlik yandırılar. Üzərliyin tüstüsünü evin dörd küncünə gəzdirirlər ki, qışdan qalan bədnəzər və mənfi enerji ocağın istisində yox olub getsin.Bu Çərşənbənin rituallarından biri də səməni isladılmasıdır. Od Çərşənbəsinin Günəşin torpağı isitdiyi gün hesab edildiyi üçün səməninin bu gün isladılması “həyatın daxildən gələn isti ilə oyanması” mənasını verir. Buğda isladılan qaba ilk suyu ailənin ən yaşlısı və ya ən uğurlu sayılan üzvü tökərdi. Bu zaman “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyimi ilə yanaşı, hər bir ailə üzvü üçün bir ovuc buğda götürülüb niyyət edilərdi. İnanılırdı ki, səməni Od çərşənbəsində isladılsa, o il ailənin ocağı heç vaxt sönməz, süfrəsi həmişə ruzi ilə dolar. Səməni qabının ətrafına adətən qırmızı lent bağlanır. Bu qırmızı rəng məhz Odun və Od çərşənbəsinin rəmzidir. Qırmızı rəng həm də enerjini, qoruyuculuğu və həyat eşqini təmsil edir. Od Çərşənbəsində axşam ailə üzvlərinin sayı qədər şam yandırılır. Bu, hər bir fərdin ömrünün “işıqlı və hərarətli” olması üçün edilir. Bu adətlə bizə xatırladır ki, hər bir canlının daxilində sönməz bir ocaq var. Təbiət Günəşlə isindiyi kimi, biz də ailə ocağımızın başında birləşərək mənəvi hərarətimizi artırırıq.

    Müəllif: Nərgiz Mustafayeva (Gəncə)

    Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

    Fevralın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq. Tərəflər arasındakı imza mərasimindən sonra teatrsevərlərə Braziliya dramaturqu Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur.

  • Bu gün Su çərşənbəsidir

    Su çərşənbəsi – bərəkət, təmizlik və yenilənmənin rəmzidir

    İnsan yaddaşında bahar təkcə fəslin dəyişməsi deyil, ümidlərin yenidən canlanması, həyatın təzələnməsidir. Günəşin hərarəti artdıqca, sular axdıqca, torpaq isinib nəfəs aldıqca insan da daxilən yenilənir.

    Qədim dünyagörüşünə görə, kainatın və həyatın əsasında dörd ünsür – su, od, hava (yel) və torpaq dayanır. Novruzun gəlişi də məhz bu ilkin başlanğıcların oyanışı ilə əlaqələndirilir.

    Bu il Su çərşənbəsi fevralın 24-nə, Od çərşənbəsi martın 3-nə, Yel çərşənbəsi martın 10-na, Torpaq (İlaxır) çərşənbəsi isə martın 17-nə təsadüf edir. Beləliklə, təbiətin oyanış yolu su ilə başlayır, odla isinib, yellə hərəkətə gəlir və torpaqla tamamlanır.

    Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Su çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.

    Su çərşənbəsi – baharın başlanğıcı

    Folklorşünas bildirir ki, Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.

    Xalq yaradıcılığında su müqəddəs başlanğıc kimi təqdim olunur:

    Göydə ulduz ikidir,

    Biri qurdun tüküdür.

    Allah, məni su eylə,

    Su gözəllər yüküdür…

    Suyun gözələ bənzədilməsi, ilahiləşdirilməsi onun müqəddəsliyindən gəlir. Su dünyanın yaranışında əsas rol oynayan ünsürdür.

    Ümumiyyətlə, çərşənbələr adi məsələ deyil, ilin yenilənməsi, dəyişməsi həm də başlanğıcıdır.

    “Yalançı çərşənbələr”

    Atəş Əhmədlinin sözlərinə görə, Novruzaqədərki çərşənbələrin hər biri öz enerjisi və təsiri ilə fərqlənir. Lakin xalq inanclarına görə, hər çərşənbə doğru deyil – fevral ayında qeyd olunan bəzi çərşənbələr “oğru” və ya “yalançı çərşənbə” adlandırılıb. Bunun səbəbi havanın bir anlıq isinməsi, günəşin görünməsi və baharın gəldiyi hissini yaratması olub. Amma ardınca yenidən qar yağır, şaxta düşür və baharın hələ tam gəlmədiyi anlaşılır. Bu çərşənbələr insanları yanıldan, lakin doğru çərşənbələrə aparan keçid mərhələləridir.

    Bölgələrdə Su çərşənbəsi adətləri

    Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Bəzi bölgələrdə isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.

    Axar suya pıçıldanan arzular

    Bu gün də insanlar bulaq başında niyyət tutur, axar suya arzularını pıçıldayır və inamla yenilənməyə çalışırlar. Miflər zamanla dəyişə bilər, lakin Su çərşənbəsinin ruhu – təmizliyə, ruzi-bərəkətə və yeni başlanğıclara inam daim yaşayır.

    İnsanlar bu ənənə ilə yalnız keçmişə hörmət etməyi deyil, gələcəyə ümidlə baxmağı da öyrənirlər. Su çərşənbəsi xatırladır ki, həyatın hər axını, hər başlanğıcı təmiz niyyət və inamla müşayiət olunmalıdır.

    Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

    Su çərşənbəniz mübarək!

    Mənbə: https://azertag.az/

  • Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib

    Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib.

    AZƏRTAC xəbər verir ki, görüş zamanı uşaq və yeniyetmələr üçün musiqi təhsilinin təşkili, peşəkar kadrların hazırlanması, şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Avstriya tərəfləri məktəb səviyyəsində beynəlxalq və yerli müsabiqələrin təşkili, yay və qış musiqi kursları, seminar və vorkşoplar, elmi konfranslar və təcrübə mübadiləsi kimi bir sıra təşəbbüslərin reallaşdırılması barədə səmərəli müzakirələr aparıblar.

    Nazir müavini Murad Hüseynov gənclərin dünyagörüşünün formalaşdırılmasında musiqi təhsilinin rolunu qeyd edib və musiqi məktəblərinin Azərbaycanda böyük ənənələrə malik olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə beynəlxalq təcrübə ilə tanışlıq və fikir mübadiləsi tədrisin aktuallığı və keyfiyyəti baxımında mühüm əhəmiyyətə malikdir.

    V.Rozenberqer rəhbərlik etdiyi məktəb barədə məlumat verib və bildirib ki, İnnsbruk Şəhər Musiqi Məktəbi Avstriyada ən böyük musiqi məktəbidir və şagirdlərin sayı 4700 nəfərdən çoxdur. Məktəb müxtəlif musiqi alətləri üzrə tədris proqramları, simfonik orkestr, caz və rok ansamblları kimi dərnəkləri ilə musiqi təhsilinin geniş spektrini əhatə edən mədəni təhsil müəssisəsidir. Məktəbin proqramlarına klavişli, simli, nəfəs və ritm alətləri, xalq çalğı alətləri, vokal dərsləri və ansambl işi daxildir və bu istiqamətlər üzrə təhsil imkanı məktəbin musiqi mədəniyyətinə aktiv daxil olmasını təmin edir.

    Görüş iştirakçıları uşaqların musiqi bacarıqlarının daha da inkişaf etdirilməsi, məktəb idarəçilik keyfiyyətinin artırılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

    Mənbə: https://azertag.az/

  • RAMAZAN AYININ TƏQVİMİ – 2026

    Qeyd: Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilmişdir. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər.

    Mənbə: https://qafqazislam.com/

  • Bu gün Nəriman Həsənzadənin 95 illiyi tamam olur

    Bütün varlığı ilə xalqına bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. Millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda yer alıb.

    AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən birinin – Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur.

    Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi Qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, “Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır”. Artıq Xalq şairinin bu arzusu çin olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı yağı tapdağından azad edib.

    Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

    Xalq şairi 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub, 100-dən artıq şeirinə musiqi bəstələnib.

    Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc edilib. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.

    “Tale mənə şairliyi könül dostu verib”, – deyən şairin qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcəyinə və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcəyinə inanırıq.

    Mənbə: https://azertag.az/

  • Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür

    Əliağa Vahid Azərbaycan poeziyasında qəzəl janrının ən görkəmli nümayəndələrindən və XX əsrin parlaq klassiklərindən biridir. Onun həyatı, yaradıcılığı və ədəbi irsi milli poeziyamızda dərin iz qoyub, bir çox nəsillərə ilham verib. Əliağa Vahid həm klassik şeirin ənənələrini yaşadan, həm də ona yeni nəfəs gətirən sənətkar kimi Azərbaycan ədəbi mühitində həmişə yüksək qiymətləndirilib.

    AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Əliağa Vahidin anadan olmasından 131 il ötür.

    “Qəzəl de ki, məşhuri-dövran ola” – Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, – deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əliağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xəti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

    Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. O, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

    Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb

    Milli Kitabxanada ənənəvi olaraq oxu mədəniyyətinin təşviqi, kitaba sevginin aşılanması və cəmiyyətdə paylaşma dəyərlərinin gücləndirilməsi məqsədilə “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ənənəvi sərgidə oxu mədəniyyəti və kitabın cəmiyyətdəki rolu, söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirlər, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, uşaqlar və gənclər üçün nəzərdə tutulmuş maarifləndirici kitablar, Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

    Virtual sərgidə fotolar Ulu Öndər Heydər Əliyevin söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirləri, hər il ənənəvi şəkildə Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən tədbirlər haqqında materiallar, kitab marafonu, kitab və oxu mədəniyyəti, kitab çapı və s. haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Oxumaq gözəldir, paylaşmaq daha gözəl – Beynəlxalq Kitab Bağışlama Günü

    Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır.

    Kitab bir nəslin digər nəslə qoyub getdiyi ən qiymətli mənəvi mirasdır. Bir kitab bəzən bir qərarı dəyişir, bir düşüncəni formalaşdırır, bir taleyə istiqamət verir. Kitabı paylaşmaq isə oxumaqdan daha dərin təsir yaradır – yeni oxucuların dünyagörüşünə işıq tutur, insanları ortaq dəyərlər və düşüncələr ətrafında birləşdirir.

    AZƏRTAC xəbər verir ki, 14 fevral tarixi kitab oxumağın və paylaşmağın insanları birləşdirən gücünü vurğulayır, bilik və mütaliəyə sevgini təşviq edir.

    Beynəlxalq Kitab Bağışlama Günü (“International Book Giving Day”) ilk dəfə 2012-ci ildə ABŞ-da kitabsevərlər tərəfindən qeyd olunub. Təşəbbüsün müəllifi məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurdur. Maraqlıdır ki, ideya ona balaca oğlunun sadə, amma düşündürücü sualından sonra yaranıb: niyə insanların bir-birinə kitab bağışladığı xüsusi bir gün yoxdur?

    2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan blogerlər bu çağırışa qoşularaq günü “Uşaqlara Kitab Bağışlama Günü” kimi qeyd etməyə dəvət ediblər. Qısa zamanda təşəbbüs geniş yayılıb və 14 fevral dünyanın bir çox ölkəsində kitab sevgisini paylaşmaq üçün xüsusi tarixə çevrilib.

    Bu gün hər kəs üçün sadə, amma mənalı bir çağırışdır: sevdiklərinizə və ya ehtiyacı olanlara kitab hədiyyə edin, bilik və hekayələri paylaşın. Çünki hər bir kitab yalnız bir oxucuya deyil, cəmiyyətə də işıq saçır, insanları yaxınlaşdırır və gələcək nəsillərə mədəni sərvət kimi ötürülür.

    Mənbə: https://azertag.az/

  • ABC Academiy-nin həmtəsisçisi Aqil Əliyevi doğum günü münasibətilə təbrik edirik! (13 fevral 1988-ci il)

    Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzununu, ADA Universiteti Qazax Mərkəzinin magistrantını, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçini ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir!

    Ən qısa zaman kəsiyində minlərlə insanın həyatını yaxşılığa doğru dəyişməyi bacaran, Müəllim və müdavimlərə, abituriyentlərə təmənnasız olaraq dəstək olan, Ən şərəfli peşənin nümayəndəsi-MÜƏLLİM olduğunuz üçün Sizinlə qürur duyuram, fəxr edirəm. Nə yaxşı ki, varsınız! Uca Allah Sizi qorusun! Allah güc versin!

    Ay Aqil müəllim!

    Sevimli müəllimim Aqil Əliyev üçün 

    Yazmadım bir şeir qalsın izimçün,
    Bulmadım dərman da mən də dizimçün,
    Görən, dəyişərmi hökmün bizimçün,
    Yenə də kainat, ay Aqil müəllim?!

    Ömür bizdən ötrü birgünlük baha,
    Nalə qarışıbmış dünyada aha,
    Çənlibel yurdunda kişnəməz daha,
    Həm DÜRAT, həm QIRAT, ay Aqil müəllim!

    Su qalxar bir kərə yuxarı dizdən,
    Kaş razı qalaydız bu gün də bizdən,
    Öyrənmək gözəlmiş-özü də Sizdən,
    Elmdi qol-qanad, ay Aqil müəllim!

    Şairin gözünə xəzəl göründü,
    Aşığın sazında qəzəl göründü,
    Bu həyat dünyadan gözəl göründü,
    Yaxşı ki, var həyat, ay Aqil müəllim!

    YAĞMUR da, İNCİ də güldü*, çiçəkdi,
    Sinədə döyünən böyük ürəkdi,
    De nəyə gərəkdi, nəyə gərəkdi,
    Bu qədər zarafat, ay Aqil müəllim?!

    Dərin hörmət və ehtiramla,
    Kənan Aydınoğlu,
    Bakı şəhəri. 13 noyabr 2024-cü il.

    *gülmək mənasında işlənib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi.

  • Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib

    Gürcüstanda maarif fədailərimizdən olan, soydaşlarımızın elmə, biliyə, təhsilə marağının artmasında xüsusi rolu olan Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi və “Axtaracaq ellər məni” şeirlər kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstanda tanınmış elm adamları, aşıqlar, söz, saz ustadları, ziyalılar iştirak ediblər.

    GAK sədri Hüseyn Yusubov qonaqları salamlayaraq Xəlil Hüseynovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

    Daha sonra çıxış edənlər – X.Hüseynovun müəllim yoldaşları, dərs dediyi və hazırda Gürcüstanın müxtəlif bölgələrinə pedoqoji sahədə, eləcə də dövlət orqanlarında çalışan insanlar, aşıqlar yubilyar barədə xoş təəssüratlarını bölüşüb, onun şeirlərindən parçalar söyləyib, mahnılar ifa ediblər.

    Sonda Xəlil Hüseynov çıxış edərək yüksək təşkilatçılığa görə Gürcüstan Azərbaycanlıları Konqresinə təşəkkürlərini bildirib.

    Qeyd edək ki, X.Hüseynov Gürcüstanda doğulub, Azərbaycanda ali təhsil aldıqdan sonra yenidən Borçalıya qayıdıb. Burada gənc nəslin yetişməsində, eləcə də şeirin, mədəniyyətin, saz sənətinin inkişafında misilsiz xidmətlər göstərib. Onun şeirlərində Vətənə, xalqa, insana sevgi, məhəbbət hər zaman özünü göstərir.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Memarlar İttifaqı WUF13-də iki böyük sərgi ilə təmsil olunacaq

    Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana təxminən 20 minə yaxın qonağın gəlməsi gözlənilir. Tədbirdə çoxlu sayda beynəlxalq təşkilatlar iştirak edəcək. Həmçinin Memarlar İttifaqına bir sıra ölkələrin müvafiq qurumları və peşəkar birlikləri müraciət edərək forumda iştirak üçün qeydiyyatla bağlı dəstək istəyiblər və bu istiqamətdə işlər aparılır.

    Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə söyləyib.

    “Tədbirdə iştirakımız müxtəlif formalarda nəzərdə tutulur. Əlbəttə ki, bir neçə paneldə Azərbaycan Memarlar İttifaqının əsas nümayəndələri spiker qismində çıxış edəcək və müzakirələrə qoşulacaqlar. Bununla yanaşı, iki böyük sərginin də hazırlığını aparırıq. Birinci sərgi Azərbaycan memarlıq irsinə həsr olunacaq. İkinci sərgi isə müasir dünya memarlığını əhatə edəcək. Bildiyiniz kimi, artıq yeddi dəfə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini keçirmişik. Bu müsabiqədə 50-yə yaxın ölkədən 275 layihə təqdim olunub və yeddi nominasiya üzrə 21 qalib seçilib. Hazırda bu illər ərzində keçirilmiş müsabiqələrin bütün qalib işlərindən ibarət genişmiqyaslı bir sərgi hazırlanır və həmin işlər WUF13 çərçivəsində nümayiş olunacaq. Bu sərginin əsas məqsədi dünya ictimaiyyətinə Azərbaycanın təkcə sənaye və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətləri deyil, həm də memarlıq və şəhərsalma sahəsində də beynəlxalq mərkəz kimi qəbul olunduğunu göstərməkdir”,- deyə Memarlar İttifaqının İdarə Heyətinin sədri bildirib.

    Mənbə: https://azertag.az/

  • “İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb

    “İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi çap olunub.

    AZƏRTAC xəbər verir ki, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı jurnalın alman dilindəki yeni nömrəsinə yazdığı “Ön söz”də ilk növbədə Azərbaycanın getdikcə artan nüfuzundan bəhs olunur.

    Bildirilir ki, işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik bacarığı sayəsində azad edilməsi, Qarabağda aparılan bərpa işləri, böyük qayıdış prosesi istər bölgədə, istər də dünyada Azərbaycanın siyasi, iqtisadi və geopolitik mövqeyinin güclənməsinə gətirib çıxarıb. COP29 iqlim konfransının Bakıda uğurla həyata keçirilməsi, təkcə bölgədəki ölkələrin deyil, həmçinin ABŞ-ın da ciddi şəkildə dəstəklədiyi Zəngəzur dəhlizinin açılması yolunda görülən işlər, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuş 5+1 layihəsinə qoşulması da ölkəmizin çəkisini daha da artırıb və onun Avropa və Asiya arasında enerji təchizatı və yük daşınması istiqamətlərində ən mühüm iştirakçılardan birinə çevirməkdədir.

    Jurnalın daimi müəlliflərindən olan Andrey Vasilyevin məqaləsində 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə, Qarabağın işğaldan azad olunması yolunda Prezident İlham Əliyevin rəhbərliyi altında görülən mühüm bir hadisə kimi qiymətləndirilir. Sonra da publisist qeyd edir ki, bununla belə Yuxarı Qarabağda silahlı separatçı dəstələrin hələ də qalması bütün bölgə üçün təhlükə mənbəyi idi. Məhz 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatı separatçı rejimin mövcudluğuna son qoydu. Azad olunmuş Qarabağda aparılan bərpa və quruculuq işləri də məqalənin mühüm məqamlarındandır.

    Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması ənənəvi olaraq “İRS-Erbe” jurnalının mühüm istiqamətlərindən biridir. Bu nömrədə də həmin mövzuda bir neçə məqalə dərc edilib. Professor Ataəmi Mirzəyevin “Füzuli: söz mülkünün sultanı” məqaləsi böyük Azərbaycan şairinin əsərlərinə, yaradıcılığının fəlsəfəsinə, onun Yaxın Şərqə və türkdilli ölkələrə, onların mədəniyyətinə və ədəbiyyatına göstərdiyi təsirə həsr edilib.

    Alman müğənnisi Dagmar Kuhn “Yaxın Şərqlə Qərb arasında: mənim Azərbaycan musiqisi ilə qarşılaşmalarım” məqaləsində ilk dəfə Almaniyada Azərbaycan musiqisinin ifasını eşidəndən sonra onunla dərindən maraqlanmasından, musiqimizin tarixi, görkəmli bəstəkarlarımız və ifaçılarımız haqqında məlumat toplamasından yazır. Amma bununla kifayətlənməyən alman müğənni bir neçə Azərbaycan mahnısını öyrənməyə qərar verir və onları bu günə qədər müxtəlif konsert və tədbirlərdə ifa etməkdədir.

    Mədəniyyət mövzusunda olan daha bir məqalə Mirzə Qədim İrəvaninin rəssamlıq fəaliyyətinə həsr edilib.

    Arxitektor Aygün İmanova Azərbaycandakı alman məskənlərinin (1818-1941) tarixindən qısaca bəhs etdikdən sonra onlardan biri olan və bu gün Çinarlı adlanan tarixi Georgsfeld qəsəbəsi və onun arxitekturası haqqında geniş məlumat verir.

    Faiq Nəsibovun Avstriya vətəndaşı Alfred Vakano haqqındakı yazısı bu almanın Oktyabr inqilabından əvvəl Rusiyada yaratdığı firmasının nəzdində Bakıda açmış olduğu pivə zavoduna həsr olunub.

    İnanırıq ki, “İRS-Erbe” jurnalının növbəti nömrəsi də alman oxucularının geniş marağına səbəb olacaq.

    Mənbə: https://azertag.az/

  • “Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib

    Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramını elan edib.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

    Bildirilib ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilmiş iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər. Ustad dərsləri və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar.

    Layihəyə azərbaycanlı prodüser və rejissor olaraq komanda halında, inkişaf mərhələsində olan tammetrajlı bədii film layihələri ilə müraciət edə bilərlər (seçilmiş layihənin ssenari müəllifi dinləyici kimi qoşula bilər). Rejissor layihənin müəllif hüquqlarına sahib olmalıdır (ssenaristin razılığı tələb olunur). Təlimin dili ingilis dili olduğu üçün layihəni təqdim edən heyətin (rejissor və prodüser) ingilis dilini bilməsi şərtdir (ən azı bir nəfərin) və bütün materiallar ingilis dilində təqdim olunmalıdır.

    Bu, bədii tammetrajlı film layihəsi üzərində işləyən, loqlayn, sinopsis və tritmenti olan kinematoqrafçılar üçün nəzərdə tutulan bir həftəlik inkişaf proqramıdır. Təlim müddətində iştirakçılara loqlayn, sinopsis və tritmentin inkişafı məqsədilə intensiv dərslər və təkbətək görüşlər keçiriləcək, layihə təqdimatı və pitçinq bacarıqları inkişaf etdiriləcək.

    Müraciət etmək istəyənlər bütün məlumatları ingilis dilində, 1 PDF faylında (faylın adı müraciətçinin öz adı ilə adlandırılmalıdır) info@aki.az email ünvanına “Şərq-Qərb Kino Lab” başlığı ilə göndərməlidirlər.

    Layihəyə müraciət martın 5-də yekunlaşır. Təlimlər aprelin 8-14-də baş tutacaq. Pitçinqdə qalib olan layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

    Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 76-cı ildönümü tamam olur.

    Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa, ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

    Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünün sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə “Muğam” televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

    Böyük ustad Ağaxan Abdullayev 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

    Ağaxan Abdullayevin sənəti əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanı

    Mənbə: https://azertag.az/

  • Bütün nəsillərin müasiri

    Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 108-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub.

    Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. Çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər ekran əsərlərinə musiqi bəstələyib.

    Qara Qarayev həm də böyük pedaqoq idi. O deyərdi: “Şagirdlər bizim ən ciddi hakimlərimizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir”. Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, şair təbiətli əbədi romantik, bəzən Don Kixot, bəzən də Sirano kimi yaşayır.

    “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən… Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə hər zaman səslənən musiqisidir”, – deyir oğlu Fərəc Qarayev.

    Ruhun şad olsun, Maestro!

    Mənbə: https://azertag.az/

  • Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

    Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır.

    AZƏRTAC xəbər verir ki, festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir.

    2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir.

    Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək. Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər təşkil olunacaq: vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qış fəslini rəngləndirəcək.

    “Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq. Səhnədə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.

    Fevralın 6-da isə festivalın təntənəli açılış mərasimi olacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) çıxış edəcəklər. Həmin gecə Cakomo Puççini, Coakino Rossini, Cüzeppe Verdi, Frans Leqar, Musa Mirzəyev və digər Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

    Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. Budəfəki festival da bu mənada istisna deyil. Belə ki, fevralın 7-də Qəbələdə Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcəklər.

    Fevralın 8-də isə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının bağlanışı mərasimi olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

    Beləliklə, dörd gün ərzində Qəbələ növbəti dəfə musiqisevərlərə unudulmaz “Qış nağılı” bəxş edəcək.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.
    Diplomatı salamlayan nazir Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
    Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib.Görüşdə bu il ölkəmizdə yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.

    Mənbə: https://culture.gov.az/

  • Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.

    Qanunvericiliyə edilən dəyişikliklərə əsasən:

    “Tarix və mədəniyyət abidələri” sözləri “mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılmış;

    Beynəlxalq təcrübə nəzərə alınaraq  daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar  fərqləndirilmiş;

    Mədəni sərvətlərə münasibətdə “korlama” və “məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar fərqləndirilmiş;

    Mədəni sərvətlər ilə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti müəyyən edilmiş;

    “Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilmiş və Cinayət Məcəlləsinə müvafiq maddə  (246-1) əlavə edilmiş;

    Mədəni sərvətlərin korlanması və məhv edilməsi üzrə əməllər birmənalı şəkildə cinayət məsuliyyətinə səbəb olması ilə bağlı İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə əlavə edilmiş;

    İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilmiş;

    Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar proporsionallaşdırılmışdır.

    Qeyd edək ki, yeni qaydalar mədəni irs xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qorunmasının hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyəti olduğunu bir daha vurğulayır.

     Bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsi isə mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.
    Səfiri salamlayan nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.
    Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etirilməsi müzakirə olunub. Gələcəkdə mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların birgə təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Adil Kərimli Qaxda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il fevralın 13-də, saat 10:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov prospekti 7 ) Şəki şəhəri, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

    Vətəndaşlar 2026-cı il fevralın 9-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://culture.gov.az/

  • Bu gün aşıq Ədalət Nəsibovun doğum günüdür

    • Bir-birindən bənzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini və hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə yenilik, müasir nəfəs gətirmiş sənətkarlardandır. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq.
      AZƏRTAC xəbər verir ki, bu gün Türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun anadan olmasının 87-ci ildönümü tamam olur.
      Ədalət bütün aşıq havalarını ruhu ilə, canı ilə ifa edib. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm gözəlləməsi” və başqa bu kimi saz havaları ustad Ədalətin ifasında daha gözəl, fərqli, bənzərsiz alınmışdır. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.

      Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılıb. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə edib.
      Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında deyib: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik”.

      Aşıq Ədalətin sənətini türk yazıçısı Əziz Nesin də yüksək dəyərləndirib: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.
      Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
      Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
      Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidə yaradılıb. Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.
    • Mənbə: https://azertag.az/

  • Maarif və tərəqqi yolunun fədaisi: Firidun bəy Köçərli

    Bu gün görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin doğum günüdür

    Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır. Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli mənsub olduğu xalqın yaddaşında ölümsüzləşən ziyalılardandır.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ildönümü tamam olur.

    O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil edib. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

    Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir.

    Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır.

    Mənbə: https://azertag.az/

  • Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edilib

    Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində şərq–qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir.

    Müəllifin magistratura elmi işi əsasında hazırlanan bu nəşr Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyədə yayımlanıb. Kitabda XX əsr Azərbaycan musiqisi, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Qara Qarayevin zəngin həyat və yaradıcılıq yolu elmi-tədqiqat müstəvisində təqdim olunur.

    Nəşrdə bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Yeddi Gözəl”, “İldırımlı Yollarda” baletləri və Üçüncü simfoniyası ümumi şəkildə təhlil edilib.

    Bununla bağlı AZƏRTAC-a açıqlama verən müəllif qeyd edib ki, kitabın Türkiyə ədəbiyyatına və musiqi elminə qazandırılması mühüm əhəmiyyət daşıyır: “Çünki Azərbaycan bəstəkarları və milli musiqisi haqqında Türkiyə elmi və ədəbi mühitində mənbələr olduqca azdır. Bu nəşrin Azərbaycan musiqisinə böyük xidmətlərdə olan bəstəkar Qara Qarayev yaradıcılığının Türkiyədə və beynəlxalq musiqi ictimaiyyətində daha dərindən tanınmasına töhfə verəcəyinə ümid edirik”.

    Bildirilib ki, Qara Qarayevin əsərlərindəki Qərb–Şərq sintezi bu gün də öz aktuallığını qoruyub-saxlayır. Kitabın daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə nəşr beynəlxalq yayım evi vasitəsilə çap edilib.

    Qeyd edək ki, kitabın müəllifi soydaşımız Pərviz Musayev bakalavr təhsilini Azərbaycan Milli Konservatoriyasında, magistratura təhsilini isə İstanbul Universiteti Konservatoriyasında alıb. Türkiyədə Azərbaycan musiqisini təmsil edən tarzən hazırda Qazi Universitetində doktorantura təhsilini davam etdirir.

    Mənbə: https://azertag.az/

  • Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib

    Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib.

    2024-cü illə müqayisədə İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan 1,6 dəfə, İordaniyadan 49,9 faiz, Çindən 41,7 faiz, Özbəkistandan 34,3 faiz, Qırğızıstandan 33,7 faiz, Niderlanddan 27,5 faiz, Yaponiyadan 25,8 faiz, Qazaxıstandan 20,1 faiz, İtaliyadan 13,7 faiz, Pakistandan 12,5 faiz, Almaniyadan 11,1 faiz artıb.

    2024-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil edib.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2109,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb. Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil edib.

    Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib

    Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.
    Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin tabe qurumlarının iştirakı ilə Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunan genişləndirilmiş iclası keçirilib.
    Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə qısa məlumat verib. 
    Sonra konsepsiya ilə bağlı xüsusi hazırlanmış  videoçarx nümayiş etdirilib. Konsepsiyanın məzmunu barədə geniş təqdimat keçirilib. 
    Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəzifələri və həyata keçirilməli olan layihələr barədə qurumlara tapşırıqlar verilib.

    Mənbə: https://culture.gov.az/

  • “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

    Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib.
    Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.
    Əvvəlcə qonaqlar məktəbin foyesində şagirdlərin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
    Məktəbin zalında davam edən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Mədəniyyət naziri Adil Kərimli çıxış edərək “Üzeyir Hacıbəyli Mükafatı” haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən il dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlərlə qeyd edilib. Mədəniyyət Nazirliyi və tabe qurumlar tərəfindən yubiley ili ərzində çoxsaylı layihə və tədbirlər həyata keçirilib.
    Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
    Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim qatılıb. Onların sırasından 19 müəllim müsabiqənin qalibi olub.
    Nazir bildirib ki, mədəniyyətin müxtəlif sahələri kimi, incəsənət təhsili də Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondu, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə uğurla gerçəkləşən Uşaq İncəsənət Festivalı bu sahədə diqqətəlayiq layihələrdəndir. Sonuncu festival da ölkəmizin bütün guşələrindən minlərlə istedadlı uşağı bir araya gətirib.
    Bu qəbildən layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayan Adil Kərimli “Üzeyir Hacıbəyli Mükafatı”nın laureatlarını təbrik edib, yeni uğurlar arzulayıb.
    Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov rəhbərlik etdiyi qurumun yaradıcılıq layihələrinə də öz töhfəsini verdiyini bildirib. O bundan sonra da mədəniyyət sahəsinin inkişafına xidmət edən layihələrə dəstək verəcəklərini deyib, qaliblərə təbriklərini çatdırıb.
    Sonra “Üzeyir Hacıbəyli Mükafatı” ekspert komissiyasının üzvləri olan tanınmış incəsənət xadimləri səhnəyə dəvət edilib. Onlara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.
    Daha sonra müsabiqənin qaliblərinə mükafat və diplomlar təqdim edilib.
    Sonda “Üzeyir Hacıbəyli Mükafatı”nın laureatı olan müəllimlərin və onların şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət proqram alqışlarla qarşılanıb.

    Mənbə: https://culture.gov.az/

  • Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür

    Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrəti ilə üzə çıxdı. Akademik Nizami Cəfərovun obrazlı şəkildə dediyi kimi, “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı… Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı…”.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 76-cı ildönümü tamam olub.

    Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır.

    Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

    Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib

    Bakıda Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə şairin mənalı ömür yolundan və zəngin yaradıcılığından söhbət açılıb.

    Gecədə akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı, tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı, filoloq və şair Adilə Nəzər Məmməd Araz poeziyasının məna qatları, bədii-estetik dəyəri və milli ədəbiyyatımızdakı mövqeyi haqqında fikirlərini bölüşüblər.

    Tədbirin musiqili hissəsində Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Nuriyyə Hüseynova, “Muğam” televiziya müsabiqəsinin qalibi Güllü Muradova, aşıq Ramin Qarayev, Çilənay Hüseynova, Mehranə Vəliqızı və Sərxan Bünyadzadə şairin sözlərinə yazılmış əsərləri ifa edərək gecəyə bədii ovqat qatıblar.

    Qiraət ustalarının səsləndirdiyi şeir parçaları isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Tədbirdə Məmməd Arazın Naxçıvandakı ev-muzeyinə aid videomateriallar nümayiş olunub, muzeyin direktoru Əzizə Süleymanova çıxış edərək şairin xatirəsinin qorunub yaşadılması istiqamətində görülən işlər barədə məlumat verib.

    Tədbirdə ailə adından çıxış edən yazıçı Aqil Abbas xatirə gecəsinin ərsəyə gəlməsinə töhfə verən hər kəsə təşəkkürünü ifadə edib.

    Sonda qonaqlara Məmməd Arazın dörd cilddən ibarət kitabları təqdim olunub. Ədəbi-bədii gecə şairin öz ifasında səslənən “Salamat qal” şeiri ilə başa çatıb.

    Mənbə: https://azertag.az/

  • Ötən il kinoteatrlarda 30-a yaxın yerli film nümayiş olunub

    Ötən il Azərbaycan kinoteatrlarında tamaşaçılara ümumilikdə 27 yerli film təqdim olunub. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyişməz qalıb.

    AZƏRTAC xəbər verir ki, bu rəqəm milli kino istehsalının sabit ritmdə irəlilədiyini göstərir.

    Ümumilikdə, 2025-ci il yerli filmlərin həm say, həm də müddət baxımından dayanıqlı performans nümayiş etdirdiyi il kimi qiymətləndirilə bilər.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Yazıçılar Birliyində “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib müşavirə keçirilib

    Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai

    Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

    Bildirilib ki, müşavirəni giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını xatırladaraq, bu mövzunun bu gün həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. O inamla bildirib ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

    Tədbirdə çıxış edən digər natiqlər dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub.

    Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Jalə Əliyeva, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu qeyd ediblər.

    Müşavirə elmi-ədəbi müzakirələr və aktual təkliflərlə yadda qalıb.

    Mənbə: https://azertag.az/

  • Kimlər gəldi, kimlər getdi…

    Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür

    Özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salan sənətkarlardan biri də Mirzə Babayevdir. O, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

    AZƏRTAC Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 23-cü ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

    Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı. Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

    Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib.

    Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.

    Mənbə: https://azertag.az/

  • Arzu Hüseyni doğum günü münasibətilə təbrik edirik! (12 Yanvar)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbərini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir!

    Arzu HÜSEYN:

    Kimsə dərk eləməz içimdəkini,
    Qapalı qutuyam, qaranlıq quyu.
    Mən sülhə dəyişdim içimdə kini,
    Zamanla duruldu bulanıq suyum.

    Zamanla kiridi fırtınalarım,
    Sussdum səhra kimi, sussdum çöl kimi.
    Kiçildim, bir üzü torpağa sarı,
    Uzandım göylərə sarı-əl kimi.

    Duayam, mən daha qarğış deyiləm,
    Yox, yağış deyiləm, yağış deyiləm…

    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan isə təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatəsində qalın! Ən əsası isə Qadın səadəti!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

    Mənbə:

  • Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir

    Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.

    Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə deyib.

    “Genişmiqyaslı və ardıcıl şəkildə keçirilən tədbirlər mərkəzin fəaliyyətinin dinamik inkişaf etdiyini sübut edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir. Son illərdə Özbəkistan ilə bir sıra əməkdaşlıq memorandumları imzalanıb və bu layihələrdən bir neçəsi artıq uğurla reallaşıb”, – deyə direktor diqqətə çatdırıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür

    Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür.

    AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.

    Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında durulaşaraq tamamilə orijinal forma və məzmunda çağdaşlığa yeni rəng qatıb. Yaradıcılığında həm də türkçülük, islami dəyərlər və irfan işığı dərin kök salıb. Şairin lirik qəhrəmanlarının düşüncəsində vətəndaşlıq, xalqçılıq motivləri başlıca yer tutub. Bu cəhətdən onun yaradıcılığı Azərbaycan romantiklərinin yaradıcılığı ilə yaxından səsləşir.

    Zəlimxan Yaqub ilk şeirlərindən başlayaraq ədəbi ənənəyə sadiq qaldığını göstərdi; ancaq bununla yanaşı, öz taleyini yazmağa başladı. Onun yazdıqları xalqın içindən gəlirdi, xalqın ruhu və taleyini əks etdirirdi. Obrazları qeyri-adiliyi ilə fərqlənirdi. Bu obrazlar içərisində “bir qurtum su”, “bir ovuc torpaq”, “bir əlçim bulud”, “bir əsim meh”, “bir çaxım şimşək”, “al-əlvan çöllər”, “bərəkətli tarlalar” və s. təkcə orijinallığı ilə deyil, məzmunu ilə də yeni idi.

    Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

    Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

    Mənbə: https://azertag.az/

  • AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib

    • Azərbaycan Yazıçılar Birliyinə (AYB) bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək. Bu barədə məsələ AYB Katibliyinin iclasında müzakirə edilib.
    • AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza AZƏRTAC-a açıqlamasında bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: “Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib”.
    • Xəyal Rzanın sözlərinə görə, iclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin: “Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər”.

    Mənbə: https://azertag.az/

  • Ankara YÜCE məktəblərində yanvar tematik ayı Azərbaycana həsr olunub

    • Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara özəl YÜCE məktəbləri ilə Azərbaycan mədəniyyəti, tarixi və dilinin təbliği məqsədilə ortaq layihə həyata keçirir.
    • AZƏRTAC xəbər verir ki, bu məqsədlə Ankara özel YÜCE məktəblərində yanvar tematik ayı qardaş Azərbaycana həsr edilib və “Qafqazların incisi – qardaş ölkə Azərbaycan” adlandırılıb.
    • Bununla bağlı Ankara özəl YÜCE məktəblərinin rəsmi səhifəsində paylaşım edilib. Paylaşımda bu ayın qəlblərimizi və qapılarımızı qardaş xalqımız olan Azərbaycana açırıq deyə qeyd edilib, birlikdə bu qədim torpaqların sirri, yerin altından yüksələn əbədi odların hekayəsi, Xəzər dənizinin sahilində inci kimi parlayan paytaxt Bakının əsrarəngiz gözəllikləri, Qafqazların incisi gözəl Azərbaycana həsr ediləcəyi bildirilir.
    • Qeyd edək ki, tematik ay zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəblərdə bir aylıq milli mədəniyyətimiz və incəsənətimizi özündə əks etdirən “Azərbaycan stendi” təşkil olunacaq. Həmçinin Azərbaycan haqqında dərslər, müsabiqələr, viktorinalar, videotəqdimatlar, sənədli film və bədii film nümayişləri, rəsm və fotosərginin təşkili, məktəbin kitabxanası üçün Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan nağıllarını təbliğ etmək üçün “Masal-Masal Türkiyə: Türk dünyası, Azərbaycan” mobil telefonlar üçün onlayn tətbiq proqramının təqdimatı, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkili planlaşdırılır.
    • Məktəblilər bu ayda Qafqazın incisi Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm abidələri, memarlığı, əsrarəngiz turizm imkanları, habelə müstəqil Azərbaycanın qazandığı böyük nailiyyətlərlə tanış olmaq imkanı əldə edəcəklər.
    • Ramin Abdullayev
    • AZƏRTAC-ın xüsusi müxbiri
    • Ankara

    Mənbə: https://azertag.az/

    Mənbə: https://azertag.az/

  • Bu gün Əməkdar artist Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür

    • Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər. Belə sənət adamlarından biri də tanınmış teatr və kino aktyoru, Əməkdar artist Nəcibə Behbudovadır.
    • AZƏRTAC xəbər verir ki, bu gün Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür.
    • O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib.
    • Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” filmlərində çəkilib.
    • “Fəryad” filmi aktrisanın iştirak etdiyi sonuncu film olub. Nəcibə xanım Ceyhun Mirzəyevlə yaxın dost olub. Ceyhun Mirzəyev hər zaman yeni kinoya başlayanda aktrisanı mütləq dəvət edirmiş.
    • Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudova haqqında xatirələrində belə yazıb: “Mən Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq – nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi…”
    • Nəcibə Behbudova teatr sənətindəki xidmətlərinə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
    • Aktrisa 1999-cu il dekabrın 7-də Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

    • O, doğma Bakını, onun sinəsinə baş qoyub uyuyan mavi Xəzəri, dənizin qayalıqlara, qumlu sahillərə çırpılan dalğalarını çox sevirdi. Bəzən saatlarla onları seyr etməkdən yorulmazdı. Tanrı bəxtini kəm etsə də, ondan çox güclü ilham və istedadı əsirgəməmişdi. Erkən yaşda anası Züleyxanı, 6 yaşında atası Əbdülqadiri itirsə də, heç vaxt özünü itirmədi…
    • Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.
    • AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 88 il ötür.
    • Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
    • Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
    • Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
    • Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
    • Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”
    • Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
    • Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
    • Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
    • Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, – deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
    • Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
    • Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasın 100 və 110 illik yubileyləri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Eyni zamanda, Mikayıl Müşfiqin latın qrafikası ilə üçcildliyi nəşr edilərək oxuculara çatdırılıb.

    Mənbə: https://azertag.az/

  • Şair-publisist Rafiq ODAY “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Oday “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-publisist Rafiq Odaya təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, “Göyərçin” jurnalının baş redaktoru, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-ədəbiyyatşünas Rafiq Yusifoğluna təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Yazıçı-publisist Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, filologiya üzrə fəlsəfə doktoru“,  “Həsən bəy Zərdabi” Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü Şəfəq Nasir Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə yazıçı-publisist Şəfəq xanım Nasirə təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Musiqi irsimizə həsr olunan Respublika Müsabiqələrinin qalibləri bəlli oldu

    Bu il ildönümləri qeyd edilən iki mötəbər hadisənin musiqi mədəniyyətimiz vasitəsilə təbliği məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” və “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” Respublika Müsabiqəsi keçirilmişdir.
    Müsabiqədə “Musiqişünaslıq” ixtisası üzrə 10 nəfər iştirak edib və 2 nəfər qalib seçilib. Xalıqzadə Fəttah Xalıq oğlu 1-ci, Fərəcova Humay Sərdar qızı isə 3-cü yeri tutublar. “Bəstəkarlıq” ixtisası üzrə 21 nəfər iştirak edib, 2 nəfər qalib seçilib. Məmmədzadə Vüqar Əbdüləli oğlu 2-ci yeri, Umudov Məmmədağa Məmmədəli oğlu isə 3-cü yeri tutublar. Həmçinin, “Bəstəkarlıq” ixtisası üzrə Abdullayeva İlahə Qismət qızı, Əhmədova Lalə İlqar qızı və Məmmədov Üzeyir Rafiq oğlu həvəsləndirici diplomlar qazanıblar. Bəstəkarlıq müsabiqəsində II yer 5000 manat, III yer 3000 manat, musiqişünaslıq müsabiqəsində isə I yer 3000 manat, III yer 1000 manat məbləğində mükafatla dəyərləndirilmişdir.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib

    Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində pedaqoji kadr ehtiyacının şəffaf və səmərəli şəkildə təmin edilməsi məqsədilə 36 nəfər müəllim işə qəbul olunub.

    Qəbul prosesi çərçivəsində əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı ehtiyat kadrlar siyahısında yer alan 16 nəfər müəllim mövcud vakant vəzifələrə təyin edilib.

    Eyni zamanda, cari ildə keçirilən attestasiya prosesi zamanı 3 əleyhinə və 2 lehinə səs nisbəti ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən 20 namizəd üçün əlavə tədbirlər görülüb. Belə ki, həmin namizədlər üçün 3 ay müddətində müvafiq təlimlər təşkil olunub, daha sonra isə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi imtahan keçirilib. Xüsusi müsabiqənin nəticələrinə əsasən, həmin şəxslər müvafiq ixtisaslar üzrə əvvəlki iş yerlərinə bərpa ediliblər.

    Qeyd edək ki, həyata keçirilən bu tədbirlər incəsənət təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə, peşəkar insan resurslarının daha effektiv idarə olunmasına və təhsil prosesinin davamlı inkişafına xidmət edir.

    Mənbə: https://culture.gov.az/

  • Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub

    Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı keçirilib.
    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Fikrət Qocanın yaradıcılığı barədə məlumat verib.
    Mədəniyyət nazirinin müavini qeyd edib ki, şairin yaradıcılığının əsas xətti vətən, vicdan və insan taleyi mövzularıdır. “Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədəbiyyata göstərilən yüksək diqqət və qayğının bariz nümunələrindən biridir. Fikrət Qocanın əsərlərinin dilinin sadəliyi və məzmununun dərinliyi onu oxuculara sevdirən əsas cəhətlərdəndir”, – deyə F.Cəfərov əlavə edib.
    Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi vurğulayıb ki, şeirlərinə bu qədər çox mahnı bəstələnən ikinci şair demək olar ki, yoxdur. Şairin yaradıcılığının sosial-psixoloji dərinliyə malik, zərif duyğular üzərində qurulan şeirlərlə seçildiyini diqqətə çatdıran İ.Fəhmi deyib: “Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılar bu gün də səslənir, insan ruhunu silkələyir və dinləyiciyə müsbət enerji bəxş edir. Şair həyatında bir çox sınaqlardan keçsə də, yaradıcılığında daim nikbin ruh üstünlük təşkil edib”.
    Daha sonra Xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar ifa edilir.
    Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Əməkdar Kollektiv Mahnı və Rəqs Ansamblının Xor qrupu, eləcə də solistlər Almaz Orucova, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Fikrət Məmmədov və digər ifaçılar çıxış ediblər.
    Tədbirdə, həmçinin qiraətçilər Əliağa Tapdıqoğlu və Səma Muğanna şairin yaradıcılığından nümunələr səsləndiriblər.

    Mənbə: https://culture.gov.az/

  • Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib

    Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
    Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.
    Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.
    Bu gün,23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • Gürcü rejissor Akademik Milli Dram Teatrında “Kral Lir”ə quruluş verəcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında beynəlxalq əməkdaşlıq çərçivəsində yeni səhnə layihəsinə başlanılır.
    Layihə Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanmış əməkdaşlığa dair memorandum üzrə həyata keçirilir.
    Dekabrın 20-də Akademik Milli Dram Teatrında gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Vilyam Şekspirin “Kral Lir” pyesi əsasında hazırlanacaq tamaşanın yaradıcı heyəti ilə görüş olub.
    Məlumat verilib ki, 2026-cı ildə teatrın aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə hazırlanacaq tamaşa Kamran Nəzirlinin yeni səhnə redaksiyasında təqdim olunacaq. Benefis tamaşanın premyerası aprel ayına planlaşdırılır.
    Həmin ay Gürcüstan Milli Teatrının “Prometey” tamaşası (Robert Sturuanın quruluşunda) ilə Bakıya qastrol səfəri nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az/

  • BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı, dilimizin təəssübkeşi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram” adlı ədəbi-bədii gecə keçirildi.

    Öncə müqəddəs vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət Himni səsləndirildi.

    Tədbirin fəxri qonaqları – “Şöhrət” ordenli şairə, Prezidentin Fəxri Təqaüdçüsü, tanınmış pedaqoq Ofelya xanım Babayeva, Filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlu, Filologiya elmləri doktoru, professor Aslan Bayramov, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnaalisti, tanınmış şair-publisist, Rafiq Oday Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş və əhatəli çıxış etdilər, ustad şairlə bağlı xatirələrini bölüşdülər.

    Sumqaylt şəhər General Polad Həşimov adına 28 saylı tam orta məktəbin şagirdləri şairin dilimizlə bağlı və vətənpərvərlik ruhlu şeirlərini səsləndirdilər, sözlərinə bəstələnmiş mahnılar ifa etdilər.

    Tədbirin təşkilatçılarından biri, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, tanınmış şair Gülnarə Cəmaləddinin aparıcılığı ilə təqdim olunan tədbir möhtəşəmliyi ilə yaddaşlara yazıldı.

    Heydər Əliyev Mərkəzinin direktoru, tədbirin təşəbbüskarı Vüsalə xanım Qurbanova dəvəti qəbul edib gələn qonaqlara minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

  • “Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsində elektron musiqi və rəqəmsal incəsənətin sintezindən doğan unikal performans təqdim olunub

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” özündə İslam dünyasının mədəni müxtəlifliyini, yaradıcılıq potensialını və rəqəmsal incəsənətlə inteqrasiya olunmuş çağdaş təşəbbüsləri bir araya gətirib.
    Festival çərçivəsində təqdim olunan və böyük maraq doğuran tədbirlərdən biri “Torpağın Səsi” (Sound of Land) platformasının hazırladığı audiovizual performans olub. “Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol” adlı bu rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.

    Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Onun əsərləri sevgini, təbiətlə vəhdəti və daxili işığı simvolizə edirdi. Ruminin fəlsəfəsindən ilhamlanan bu kompozisiyanın vizual konsepsiyası Azərbaycanın Əməkdar rəssamı, “Atəş Hub”un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb. Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynı üzrə Teymur Qasımov, animasiya və hərəkətli qrafika üzrə isə Nigassandra və Renan Asədov çıxış ediblər.
    “Torpağın Səsi” platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır. Layihə 2023-cü ildə “Yaradıcı Azərbaycan” təşəbbüsünün dəstəyi ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə isə platforma “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsindəki təqdimatı ilə daha geniş auditoriyaya çıxış edib.
    Festival çərçivəsində reallaşan bu audiovizual performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və “Bakı Yaradıcı Həftəsi – 2025”in yadda qalan anlarından birinə çevrilib.

    Mənbə: https://culture.gov.az/

  • Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşa şəhərində olub.
    Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.
    Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.
    Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının “mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə yetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.
    Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün Ev-Muzeyi ilə tanışlıq olub. Şuşanın tarixi-mədəni və dini məkanları, təbii zənginlikləri özbək qonaqlarda unudulmaz təəssürat yaradıb.

    Mənbə: https://culture.gov.az/