Şair-publisist Rafiq ODAY “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Oday “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-publisist Rafiq Odaya təqdim olunub.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.