nermin

Kommunizmin din düşmənçiliyini qiymətləndirərkən bəzi kommunistlərin bu mövzuda bəzən sərgilədikləri «mülayim» siyasətin əsl məqsədini anlamaq lazımdır.
Həqiqətən də dünyada marksist cərəyanlar iqtidarda olmadıqları zamanda din əleyhinə kəskin və təcavüzkar siyasət aparmazlar. Hətta bəzən kommunistlərin ağzından dinə və dindarlara qarşı hörmət bildirən sözlər eşitmək mümkündür. Yaxşı görəsən bu «mülayim» üslubun məqsədi nədir?

Leninin yazıları arasında bu sualın cavabınıa rast gəlinir. «Proletar partiyasının din mövzusundakı mövqeyi» başlıqlı məqaləsində Lenin Marks və Engels kimi ustalarının şərh və praktiki tətbiqindən yola çıxaraq dinlə açıq döyüşə girilməməsini, bunun lazımsız «siyasi qumar» olduğunu yazıb ( Viladimir Iliç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, Sayı: 45, 13 (28) Mayıs 1909). Lenin dinə olan düşmənçiliyini açıq-aydın elan edən, dinə qarşı təhqir dolu kampaniyalar aparan digər bəzi materialistləri isə (məsələn, anarxistləri və ya «burjua ateistlərini») naşı və saf hesab edib. Onların marksistlərə yönəltdikləri «mülayimlik və “tərəddüd” ittihamlarını rədd edərək “marksizmin görünüşdəki mülayimliyini» diqqətlə düşünülmüş bir taktika olduğunu açıqlayıb ( Viladimir Iliç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, Sayı: 45, 13 (28) Mayıs 1909).
Lenin həmin «mülayim» taktikanı 1917-ci ilə qədər, yəni kommunistlər hakimiyyətə gələnə qədər davam etdirdi. Ancaq bundan sonra bu mülayimlik aradan qalxdı, bütün Sovet torpaqlarında dinə və dindarlara qarşı böyük təzyiq başladı. Əvvəllər «ateist olduğumuzu açıq şəkildə bildirməməli və dinə inananları belə cərgələrimizə almalıyıq» deyən Lenin hakimiyyətə gəldikdən sonra çox fərqli bir yol izləməyə başladı. Amerikalı tarixçi Robert Konkvest “The Harvest of Sorrow” (Kədər yığımı) adlı kitabında bolşeviklərin din siyasətinin bəzi ana xətlərini belə təyin edir:
“1918-ci il konstitusiyasının 65-ci maddəsində din adamlarının «burjuaziyanın xidmətçiləri» olduğu elan edildi. Beləliklə, maaşları verilmədi, uşaqları ibtidai siniflərdən sonra məktəblərə qəbul edilmədi.
28 yanvar 1918-ci ildə çıxan bir qanunla məktəblərdəki bütün dini təhsil qadağan edildi. Daha sonra 1921-ci ilin 13 iyununda 18 yaşına çatmamış gənclərə dini təhsilin verilməsi qadağan edildi.
1929-cu ilin 8 aprelində üzvlərinə yardım paylayan dini qrupların qurduğu yardım fondları, xüsusi ayinlər, uşaqlar, qadınlar üçün buraxılan İncil; ədəbiyyat, əl işləri, iş, dini dərslər, uşaqlar üçün oyun yerləri təşkil etmək, kitabxana açmaq, tibbi yardım təşkil etmək də qadağan edildi. Rəsmi əmrlər kilsənin bütün fəaliyyətlərini yox etdi.
22 may 1929-cu ildə Konstitusiyanın 18-ci maddəsi hazırlandı və «dini və anti-dini təbliğat azadlığı», «ibadət azadlığı və anti-dini təbliğat azadlığı» olaraq dəyişdirildi. Eyni zamanda Təhsil Komissiyası da «məktəblərdə anti-din təbliğatı» əmrini verdi.
Kollektivləşdirmə ilə bütün regional ibadət yerləri bağlanıldı. Dini xatırladan hər bir şey yandırıldı. 20 fevral 1930-cu il tarixli Qərb Regional Komitəsindən olan xüsusi məktub sərxoş əsgərlərin kənd kilsələrini necə bağladığını, dini simvolları qırdığını və kəndliləri təhdid etdiyini izah edirdi. Bu qapadılma və qadağalar bütün dinlərə tətbiq olunurdu.
Bununla belə kilsələrin bağlanması dini işlərin kənarda icrasına icazə verildiyi mənasını vermirdi. Xarkovda doqquz böyük kilsənin bağlanması ilə yanaşı, eyni zamanda «kilsələrin bağlandığı bu günlərdə xüsusi evlərdə dini yığıncaqların keçirilməsinin qarşısının alınması» qərarı qəbul edildi.
Leninqraddakı Kazan Kilsəsi anti-din muzeyinə çevrildi. Kiyevdəki müqəddəs Sofiya Kilsəsi və digər kilsələr anti-dini mərkəzlər olmuşdu. Xarkovda St. Andrey kilsəsi kinoteatra, digəri radiostansiyaya, başqa biri maşın ehtiyat hissəsi satan dükana çevrilmişdi. Poltavada isə iki kilsə maşın təmir olunan obyektə çevrildi.
Bunlar bütün dinlərə tətbiq olunurdu. İslam da eyni təzyiqlər altında idi. Kommunist dövrü boyu minlərlə məscid bağlanıb, çox sayda din adamı «kulak» (qolçomaq) damğası ilə öldürülüb və ya Sibirin əmək düşərgələrinə göndərilib” (Harvest of Sorrow, s.200-212).
Leninin «dinə qarşı mülayim olmalıyıq» taktikası 1917-ci il Oktyabr çevrilişindən sonra sərt və qatı din düşmənçiliyinə çevrildi. Lenin milyonlarla insanın həyatı bahasına başa gələn 1920-21 qıtlığını da «insanların Allaha olan inanclarını yox edən» faydalı irəliləyiş hesab edirdi.
Lenin ağrılar içində qıvrılaraq və ağlını itirmiş halda öldü. Allah Leninin insanlara etdiyi zülmün və dinə qarşı düşmənçiliyinin qarşılığını elə dünyadaca verdi. Etdiklərinin qarşılığını əskiksiz olaraq axirətdə də alacaq.

Nərmin Kərimzadə