Söhbət Mirzə Cəlilin əsərindən gedir. Bu əsər nə üçün yazıldı, bizə nə demək istəyirdi?!
Bir yazarı tanımaq, onun düşüncələrini görmək üçün yalnız və yalnız əsərlərini oxumaq lazımdır. Həyatı yazarın düşüncələrini deyə bilməz. Hələ, hələ bu dövr sovet dövrü isə heç deyə bilməz. Yazar hər şeydən öncə bir insandır. Qorxuları, əndişələri ilə sadə bir insan. Bu insan millətinə demək istədiklərini əsərləri- yaratdığı obrazlarla deyəcək. Zaman dəyişsə də millət çox dəyişmir. O günki problemlər bu gün də öz aktuallığını saxlayır. Məsələn: O gün poçt qutusunun nə olduğunu bilməyən Novruzəli, bu gün də imeil adresinin nə olduğunu bilmir. Qurbanəli bəy yenə yalandan atıb- tutur. Bu gün də onlarca Danabaş kəndi kimi kəndimiz var. Bəs niyə zaman dəyişdi, ancaq biz dəyişə bilmədik. Sabirin dediyi əcnəbilər indi Marsa seyahət edir, ancaq biz adi bir təkəri belə istehsal edə bilmirik. Səbəb çox açıqdı biz elm, savad əvəzinə çalıb, oynamaq arxasınca qaçırıq. Əhalinin yarısı müğənni, digər yarısı isə şair olmaq istəyir, hətta olduğuna əmindir. Şəxsiyyət yetişdirməli olan ali məktəblərimiz, 20 yaşında gənclərə birinci sinif uşağı kimi davranıb, onu yox edir. Hələ də bir çox məktəblərimiz də düşünməyi öyrətmək əvəzinə, kimlərinsə düşüncələrini əzbərlədir. Tv-lərimiz verlişlərinə ömründə bir kitab oxumamış müğənniləri ekspert olaraq dəvət edib, onların sayıqlamaları ilə millət ola bilməmiş kütlənin düşüncələrini zəhərlədir və s
İndi gələk “ anamın kitabı” na. Bu əsər sırf idiologiya boşluğu yaşayan bir millətin faciəsindən bəhs edir. İnsan danışdığı dildə düşünür vəya düşündüyü dildə danışır. Hansı dildə danışırsa o millətin idiologiyasına xidmət edir. Üç qardaş- üç müxtəlif dillərdə danışıb, o dövlətlərə qulluq edən. Bilərək vəya bilməyərək. O zaman eləydi bəs indi? İndi də insanımız dəyişməyib. Köhnə hamam, köhnə tas. Bu gün Şiəlik deyəndə nədənsə İran- fars idiologiyasının təbliğini görürəm. Fanatik şiələr azadlığımızı İrana verə bilərlər çox rahatlıqla, onlar üçün azadlıq irandakı ağaların qulu olmaqdır.
Ya da digər bir idiologiya- Avropadan müasirlik, postmodernizm və b adlarla gələn. Bu düşüncənin sahibləri də heç düşünmədən Qərbin bütün dəyərlərini qəbul edir. Olurlar avropalı. İnsanımız da maviliyi, lezbianlığı hər cür əxlaqsızlığı mədəniyyət adı ilə qəbul edir, ancaq nə yazıq ki, Avropanın elmini, təhsilini mənimsəmir. Məsələn içki içirlər, kitab oxumurlar. Qərblilər isə həm də çoxlu kitab oxuyurlar.
Bu misalları istənilən qədər artırmaq olar, istənilən qədər. Rəhmətlik Mirzə də bax bunu demək istəyirdi. Həm o günki, insanlara, həm də bugünki…
Bir ağaca calaq eləmək olar yeni bir cins əldə eləmək üçün. Bu zaman qazanc əldə olunur. Ancaq ağacın kökünü dəyişdirəndə tamam yeni- başqa cür meyvə meydana çıxır ki, bu meyvələr də bizdən olmur.