Şəxsiyyətlərindən biri,əvəzsiz insan,Səməd Vurğunumuzun yadiğarı, şair-drammaturq Vaqif Səmədoğlu bu gün dünyasını dəyişdi. Bu dahi şəxsiyyət haqqında zamanında deyilib və bundan sonra da daha çox xoş sözlər deyiləcək,əminəm.Çünki gerçəkdən də ölümü ilə ölümsüzlüyün zirvəsini qət edənlərdən oldu,Vaqif Səmədoğlu.
Sadəcə onu deyim ki,yanvar ayını heç sevmirəm.Doğma,dəyərli,əvəzsiz və s. bütün insanları məndən almaq üçün illərdir, qəsdimə durub sanki.Vaqif müəllim,çox təəsüf ki,sizləri də bizlərdən dən almış oldu zalım yanvar…

“RUHUN ŞAD OLSUN,DAHİ İNSAN,ƏVƏZSİZ ŞƏXSİYYƏT”-deyirəm.
Və birdə.. Bu gün hamı sizdən yazacaq bilirəm,çoxuna məlum gedişiniz,üzülənlər də çox olacaq.Amma sizin aylar öncə portala verdiyiniz müsahibəni oxuyanda çox kövrəlmişdim,sadəcə “Allah gecindən versin” deyə bilmişdim.Amma bəhs etdiyiniz, o acı reallığı bu gün tamlığı ilə yaşadım.
Yazıma əlavə olaraq,Vaqif Səmədoğlunun təqribən 2 ay bundan öncə portala verdiyi müsahibə,yazıdan sitat/aşağıdakı linkdən/;
“Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə.. Bilmədiyim şeydən niyə qorxmalıyam ki? Üstümə quduz it gəlsə, qorxaram, bilərəm ki, quduzdur. Üstümə ac pələng şığısa, gizlənərəm. Amma ölümdən qorxmuram. Bilmirəm axı necədir, siması nədir… O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm. Nə deyim? Ölüm haqdır. Bəxtimdən yas məclisləri də ucuzlaşıb. Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var. Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun..”(c)
P.S. Bu arada ölüm nə qədər haqqdır, desək də sadəcə ğözlərim dolmadı ki,Vaqif müəllim…

Bakı-28.01.2014.

GEDİRSƏN

Yenə görüşünə gəlib dostların,
Bu görüş -acı bir tarix yazacaq.
Hər görüş xoşbəxtlik deyilki,ustad,
Qələm də bir vida şeirin yazacaq..

Qəsdimə dayanan bu zalım ay da,
Səni də bizlərdən alıb aparır.
Ruhun bizimlədir,cismin yol üstdə,
Ömür də öz köçün çəkib aparır.

Dəvətinə gəlib, səni sevənlər,
Ölümə-“xoş gəldin”,deyib gedirsən.
Qəlbimdə acı bir fəryad yüksəlir,
Qonaqların gəlib, hara gedirsən..?!