1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

Bilirik ki, ədəbi proseslər ictimai əksliklərin dəyişən meyllərini ifadə edir. Bu dəyişmə ara-sıra kəmiyyət çoxluğu yaratsa da, əksər hallarda keyfiyyətə zəmin doğurur. Keyfiyyətin özü də bir predmet olaraq qarşı və əks istiqamətə dəyişilməyə məruz qalır. Səmimi etiraf edək ki, 70-ci illərdən başlayaraq keyfiyyət yerdəyişmələri obyektdaxili ziddiyyətlərin mahiyyət qatında ədəbi əksliklərin mübarizəsini gücləndirib, köhnə ənənəçi formalara bir növ, sərhəd qoyub, fəlsəfi təzahürlə qarşılıqlı-dialektik münasibətləri artırıb. Elə çağdaş Azərbaycan ədəbiyyatşünaslığına yorulmadan xidmət edən bir çox ədəbiyyatşünasın – xüsusən Gülşən Əliyevanın (Kəngərli) da yaradıcılıq meylləri özünün keyfiyyət sıçrayışları ilə inkişafa yönələn dəyişmələrə təkan verir. İlk olaraq bildirək ki, ədəbiyyatımızın, ədəbiyyatşünaslıq elmimizin bu cəfakeş və əməksevər xidmətçisinin filoloji-elmi və fəlsəfi təhlilləri özlərinin orijinal forması, fəlsəfi-mistik, elmi çək-çeviri, məzmun əlvanlığı və obrazlar əhatəsi ilə diqqət çəkir, ədəbi ziddiyyətli xarakterlərin spesifik əksliklərini konkret arqumentlərlə verir.

Bunu praktiki olaraq sübuta yetirmək üçün təbii ki, Gülşən xanımın elim yaradıcılığı üzrə konkret faktlara müraciət edirik. Yəni, elmi-ədəbi ünvanı oxşar (ənənəvilik baxımından), lakin yaradıcılıq aspektləri fərqli məkanlara istiqamət götürən bu fitrətli-təvazökar alimin sanballı elmi-fəlsəfi dəyərlərinə diqqət çəkməklə fikrimizi aşkar hüdudlara çıxarmaq niyyətindəyik.
Başlanğıc olaraq deyək ki, Gülşən xanımın elmi yaradıcılığı müəyyən qədər modernist-yenilikçi ruha, qismən modern-ənənəvi xalq yazı üslubuna, müəyyən qədər də müasir-estetik və mistik-fəlsəfi dəyərlərə sirayət etmək israrı ilə çıxış edir. Bu israr onu həm də (ruhən) elmi-ədəbi ünvanlarda birləşdirir. Bəlkə də bu zəmin onun Sufistik meyllənməsinə zəmin yaradıb.
Sufizm (təsəvvüf) aktual problemdir. Gülşən xanımın (ədəbiyyat kontekstində) müzakirəyə cəlb etdiyi bu proses əslində, bir qədər fərqli ampulada təzahür edir. Onun bu mübahisəli subyektə geniş yer verdiyi «Sufizm» kitabında zəncir halqaları kimi bağlılıq quran ziddiyyətdən-mübahisədənkənar fikirlər (əsas olaraq) modernist-ictimai-fəlsəfi aspekti ilə diqqətimizi maqnit kimi çəkir. Bu fikirlər əslində, zamanızlıqdan keçid edən modernist əhvalla çılğın ehtiraslı ictimai xarakterlərin nisbətini özündə əks etdirir. Belə başa düşürük ki, qəflətdən gələn süst xəyallara aludə presonajlar həyat münacatının qələbəlikləridir. İstedadlı alim qafil qəflətləri (Füzuli – sufistik səmtlənməsi məğzini) iç qatının işıqlarından keçirməklə məğlub qaranlıqlara (bu mövzuda əks-fikirli insanlara) zor (elmi sanbal) göstərir, zülmətdə ilişib qalan son şəfəqlərə (ziddiyyət doğuran əksfikirliliyə) vida deyir.
Əslində, Gülşən xanımın sufist dərketməsi (təbii ki, bəlli-çətin situasiyada) zülmətdə işıq axtarmağa meylli zəmin kimi diqqət çəkir. Onun sufizmə dair əksər fikirlərində ədəbi-elmi proseslərin mahiyyət qatı dünyaları saran qafil-dərviş tünlüyündən keçir, bu zərurətdən əks olunan proyeksial təbəddülatlar ara-sıra ədəbi-zəruri parametrlərinə qədər sanki bir-birini izləyir. Fikri baxımdan hörmətli alimin qənaətləri təkcə oxucu zövqünün ideyalılığını təmin etmir, həm də zəruri-mistik dərketmələrə qapı açır.
“Sufizm” kitabında mistik-fəlsəfi qənaət ziddiyyətdən kənardır, lakin ziddiyyətə meyllidir; buradakı modernist düşüncə elmi zərurətə bir qədər ictimai rəng qatır. Gülşən xanım sufistik səmtlənməni ədəbi kontekstdə xarakterizə etməklə, Sufizmin ədəbiyyata, ədəbiyyatın Sufzmə təsir gücünü göstərir.
Ümumiyyətlə, hər bir ad özünün mahiyyət qatından metahissi zərurət aşkara çıxarır. Sufiçilik zəminləri də bu aspektdə özünün ad formantı üzrə düşündürücü-modern proseslər aşılayır. Bu amil Gülşən xanımın yaddaşauyğun təsiretmələri fonunda məchula istiqamətlənir, özünün həyati uyarlığı ilə (bir fakt olaraq) zamansızlığa keçid kimi xarakterizə olunur.
Yaxud onun elmi sistematik zərurət çək-çevirində sufizm kultu xüsusiləşmiş struktur formaya keçir, fikirdaxili əlaqələr bu proses ətrafında zəruri sıçrayışla nəzərə çarpır. Bu da o anlama gəlir ki, Gülşən xanım öz ampulasında ciddidir, zaman çevrəsində mental dəyərlərə diqqət çəkir, yarımsistemli ədəbi-mistik keçirici münasibətləri elmi daşıyıcıya çevirir, yeni – modernçi fikirlərini seçdiyi predmetə uyğun (forma və məzmuna əsasən) uzlaşdırır, həmçinin, bu məğzin hissi qavranılan tərəfi ilə fikrən dəyişən tərəfinin fəlsəfi cəhətlərini dəqiq təyin edir.
Əslində, adıçəkilən kitabda fikrin ünvanlandığı obyekt əks-uyğun istiqamətlərdir; yəni sufizm mistik cərəyan kimi real-gerçək zəminçilik aspektidir, onun dünya-bəşər meyletməsi sürreal-vizual dərketmədir. Lakin Gülşən xanım ümumi qarşılıqda tərəfləri (sufistik meylləri və sufi-dərviş (dərvişçilik) rituallığını) qoşalaşdırır, nisbi xarakterləri sabit orbitdən çıxarır, nəticə etibarilə həm də çoxluqda qərar tutmuş elmi qənaətləri mümkün-real çək-çevirlərə məruz qoyur. Bu mənada, biz hörmətli alimin ənənəvi ruha söykənən elmi qənaətlərində əhatəli oxucu-elm münasibəti aşkar-izhar edirik. Bu rapsodik təyinetmə sufistik meyllər üzrə ictimai zərurətə miqyaslı enmə edir, hissi münasibətlərə elim təsirini aşkar göstərir.
Kitabın elmi-mistik və bir qədər də sürreal zəminlərinə nüfuz etdikcə belə qənaətə gəlirik ki, müəllif dərd qabarı bağlamış ürəklə qəlb qapısının dəstəyinə əl toxunduran şəxsin (Füzuli sufistik reallığının) həyat çevrəsində əhatəli ikitərəfli keçid yaratmaq israrındadır; onun kitab boyu ehtiva etdiyi məntiqəxas-situasiyalı təsiretmələr Füzuli seyretməsinə yeni baxış sıçradır. Beləliklə də müəllifin misilsiz zəngin ürəyə malik olduğu anlaşılır. O mənada ki, o, mahiyyətini açmağa müvəffəq olduğu hadisələrin zəruriliyini şərtlər məcmusu kimi verir, aludə olduğu obraza ciddi-ictimai münasibəti zəruri sayır.
“Sufizm” kitabında müəllif haqlı olaraq özünə qədərki fikri proseslərin seyrçi, passiv xarakteri ilə razılaşmır, hadisələri seyretmə və müşahidədə adekvat əkslik göstərir, nüfuz etdiyi sufi obrazın yeni-modern xassələrini aşkara çıxarır. Nəticədə isə özünün elmi-fəlsəfi məqsədini praktiki tələbatlara tuş salır, oxucu məhəbbəti qazanır.
Açığı, Gülşən xanımın sufistik meyletməsi nəm çəkmiş çırpı əhatəsində göy dənizə dirsəklənmək fəlsəfəsi kimi diqqət çəkir. Bəlkə də bu, onun həyat səciyyəsidir; hər halda onun bu paradoksu öz qənaətindəki qayə üzrə oxşar yox, fərqli (fərdi) gedişlə diqqətə çatır.
Əslinə qalsa, Gülşən xanımın ciddi sufi-dərviş meyletməsini ondan əvəllki alimlərin (təbii ki, bu sahə ilə məşğul olanların) xəlvət-pünhan və bir qədər də (bəlkə də daha çox) sadə ehtimallardan qaynaqlanan fərdi yanaşma təzahürləri əhatələyir. Səmimi deyək: Ruhdan təcəlla edən ictimai xarakterlər Gülşən xanımın elmi qənaətinin zamansızlıq girdabıdır və onun sufi-dərviş yanaşma ciddiliyi bu xarakterlərdən keçmək məqamı ilə baş-başadır. Şübhəsiz, buna görə sufistik həyat-yaşam ona təkcə mistik anlayış təsiri bağışlamır; o, həm də qavradığı mühitin içində modern xüsusiyyətlər tapmağa can atır, buna ziddiyyətdənkənar məğzlərlə nail də olur.
İlk baxışdan, bu kitabda maddi gerçəkliyin ictimai inikası ziddiyyətli qarşılıqlı əksliklə təzahür edir. Müəllif ciddi məzmunla ifadə olunan fikrin fəlsəfi proyeksiyasını təyin etmək fəallığı ilə bir-birinə əks iki predmetin (sufiçilik və dəlilik) həyat xassəsini də rasional pilləyə çıxarır, subyektiv-hissi münasibəti tutarlı elmi momentlə diqqətə çəkir. Ayrıca olaraq, (Füzuli sufiçilik dərketməsi nöqeyi-nəzərindən) dönük yaşama qəlbən acımaq, nifrətin ərazi əhatəsində nizamsız eşqə inam formalaşdırmaq onun mənəvi-əxlaqi baxışından doğur. Eləcə də, kitabda (muncuq kimi ard-arda sıraladığı mənalı fikirləri vasitəsilə) o, sufizm əhatəsində Füzuli tənhalılığını faktiki mənalandırmağı ustalıqla bacarıb, hətta Füzuli sufistliyinə dünya dönüklüyünə belə kitab boyu dürüst məna verib. Belə düşünək ki, vizual görünüşdə gerçək hissi qayə əxz etmək sanki Gülşən xanımın “Sufizm” kitabının israrçı-mistik qənaətidir.
Göründüyü kimi, Füzulinin ağrılı başı dərd yığınlı dizdən aralıdır (yəni – Gülşən xanımın qənaətində – ustad şair sufi dərketməsi israrında yanlış etiqadlara səmtlənir, daha doğrusu, onu (sadə ehtimallara uyğun) bu istiqamətə ürcah edirlər, əslində onun bədii dərketməsinin özəyində elə sufiçilik aspektləri durur), bunun üçün bəlkə də hörmətli alimin (belə demək mümkünsə) küskün ruhu ustad şairə, onun sufi-dərviş mənalandırılmasına – bu haqsızlığa yol verməmək israrı ilə çıxış edir.
Təbiidir ki, sufizmi dərvişçilik, loru dildə desək, dəlilik kimi mənalandıranlar doğruçu mühitdən kənardırlar. Lakin Gülşən xanım bu kənarlığı (keçilməz aranı) özünün sanballı-israrçı elmi məğzləri ilə yeni ampulada sistemləşdirir, Füzuli-sufizm çək-çevirini sinxron, bir az da rolifonik meyllərə ürcah edir.
Yaxud, «Sufizm»də müəllif elmi dərketməsi müəyyən mənada (qismən) əsrlərin qoynunda ləngər vuran ortadoksallığın ruh yaxınlığına şərikdir. Bu yaxınlığın əhatə dairəsində Füzuli sufiçiliyi kölgəsi də aşkar-izhardır.
Maraqlı haldır ki, Gülşən xanım Füzuli sərhədsizliyinə pünhan məcralar da axıdır. Bu axın sürreal mistik ehtimalların da divarlarına çırpılır.
Belə bir bənzətmə verək: Sonsuz səhra yığınları arı üçün bal mənbəyi deyil, lakin cəfakeş arı timsallı müəllif boş səhra çöllərində «sərvət» yığa bilmək çətinliyi ilə üz-üzədir və bu müqayisəni elmi-mistik normalara uğunlaşdıra bilib. “Sufizm”in «doğmalaşmış kədərində ağrı olmadığı» kimi, onun da boş səhra fonemi ictimai mündəricədə tamdır. Bu zəmində Gülşən xanımın oxucu diqqətini ikikeçidli həyat qaynaqlarına yönəltməsi başadüşüləndir – yəni, qəddar zamansızlıq təsirləri fonunda qorxu sığalına meyllənən hədəflər əslində, nəm çəkmiş çırpılar qədər istilik sevən ocaq olmaq subyektliyini itirir, özlərinin zaman-sərhədsizlik aspektlərinin, bir neçə qatlı ənənəvi əhatəsizliyin, fərdi fikrin bu prosesə yanaşma bucaqlarının sistemli, baxış müstəvilərinin əhatəli, həm də əksinə, konkretliyinə hədəflənmək əzmi ilə isrardadılar.
Diqqətçəkən haldır ki, Gülşən xanımın ictimai-elmi baxışlara hədəf etdiyi mövzu yığcam-əhatəli müstəvili deyil, əksinə özünün mətn vizuallığı ilə elmi idrakları konkretlikdən yayındırır.
Əksmodern ideyaçılıqda qərar tutmaq Gülşən xanıma yaddır. Bəlkə də bu səbəbdən bəhs etdiyimiz kitabda zəruri ictimai proyeksiya təyinedici formul kimi xarakterizə olunur. Müəllif həyati reallıqla subyektivist nəzəriyyə arasındakı qabarıq normalara təsiredici fikirlərlə iz salır, fikirlərinin elmi-mistik mahiyyətini açır, metafiziki qatların təbəqələşmə faktlarını adi-qeyri-adi həyat qaynağı kimi verir.
Gülşən xanım Füzuli sufiçliyi fonunda (qismən də qapalı-həyati mövzunu predmetləşdirmə timsalında) ədəbi modelli, həyati-sosial uyarlı, baxışlarımızdan kənar real, əks-uyğun zamansızlığa da eyham vurur. Bu əhatədə oxucuya özünün şəxs-kadr proyeksiyasını açır, əks formalı anlayışların bir-birində təzahürünə elmi-ədəbi yanaşma edir.
O, həm də bir neçə fikrində hissi təsəvvürlə empirik-hissi müşahidə arasındakı proyeksiyaları çox dəqiq təyin edir. Bu fikirlərdə nizamsız (xaotik) subyektiv fikri xassələrə təsadüf etmirik, əksinə, bu fikirlər metahissi təsiri ilə oxucu zövqünü təzələyir, onda bəşəri duyğular yaradır. Onun bu elmi-mistik cazibəsi digər həmkarlarına da sirayət edir. Məhz bu zəruri momentlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan elmi ictimaiyyətinin Gülşən Əliyeva (Kəngərli) elmi-ədəbi qənaətini qavrama faizi yüksəkdir. Çağdaş ədəbiyyatşünaslıq elmimizin bu alicənab nümayəndəsi ən adi fikrinin belə fərdi-subyektiv xarakterini elmi-ciddi kateqoriyalar əsasında açır, hisslərini mütləq zəruri mahiyyət üzrə şərtləndirir, hətta ədəbi ziddiyyət doğuran məqamları belə, fikiraltı qatlarda birləşdirir, bir-birini istisna edən münasibətləri mental dəyərlərə istiqamətləndirir.
Füzuli-sufizstik meyletmə münasibətlərini yeni formada, formal deyil, dialektik məntiqlə xarakterizə edən Gülşən xanım adıçəkilən kitabında özündən çox-çox əvvəl yazılmış fikri xassə və anlayışlara modern nəzərləri ilə diqqət çəkir; bu predmetik əhatəni biz onun digər kitablarında da qabarıq müşahidə edirik. Əbəs yerə deyil ki, onun kitab boyu diqqət çəkən elmi ortadoksal fikir sıçrayışları da bu aspektdə zəruri-paradiqmal vəziyyətlər yaradır.
Maraqlıdır ki, “Sufizm”in fəlsəfi-modern və mistik-bədiilik əmsalı subyektdə təzahür edən mütləq fikri anlayışdırsa, müəllifin fərdi təsiretmələrinin elmi formulu fikir obyektindən keçid edən dəyişən mahiyyətdir.
Yaxud, müəllifin Füzuli-sufiçilik məğzində, bu fərqli yanaşmanın naturfəlsəfi əhatəsində iki qütbləşmiş müxtəlif mündəricəli, lakin bir-birini özündə mütabiq əks etdirən mistik-sürreal məkan görürüksə, onun elmi-ictimai qənaətlərində bu məkanın hərəkətverici qüvvəsi ədəbi əkslik və ictimai-fəlsəfi proseslərlə təzahür edir. Bütünlükdə isə onun sufizmə dair eyhamları, buradakı bədii-fəlsəfi mahiyyət xarakter etibarilə başqa anlayışlara deyil, özünün əksi olan anlayışlara keçir. Bu prosesin fərqli və oxşar ruhda ali səviyyəyə qədər davam etməsi fikirdaxili məhdudluğu aradan qaldırır, hissi mahiyyəti bəşəri ovqata kökləyir.
Eləcə də “Sufizm”də biz təsvirə cəlb olunmuş əhatəsizliyin ictimai mündəricəsini sezirik. Bu cəlbetmədə gerçək-real xüsusatlara sirayətedici komponentlər də fəallığı ilə seçilir. Əslinə qalsa, tiplər silsiləsi zəngin, təsvir və səciyyələndirmə üsulları rəngarəng olan Gülşən Əliyeva (Kəngərli) elmi yaradıcılığında ictimai ənənəçilik, vətəndaş-cəmiyyət münasibətləri, zaman və zamansızlıq zidiyyətləri və s. əsas mövzulardır. Füzuli sufi baxışı da bu mövzular üçün modernçi ənənə aşılayır.
Seçdiyi obrazlar, müraciət etdiyi tipik mövzular Gülşən xanımın mümkün həyata baxışının bir təcəssümüdür. Ən xoşagələn cəhət odur ki, o, elmi qənaətlərində uzun-uzadı təsvirlərdən və sözçülükdən qaçır, janr-vəzn xüsusiyyətləri proseduruna yaradıcı münasibətləri ilə diqqət çəkir, ehtimal və hətta eyhamlarında belə, mətndaxili struktur-tipik mahiyyəti ümumədəbi qaynaqlara uyğunlaşdırmağı ustalıqla bacarır.
Kitab boyu Gülşən xanım, Füzuli-sufistik manevrli fikirləri ilə (bəlkə də) ümumi kateqoriyada universal anlayış yaratmaq missiyası güdüb, yaddaşa təsiredici missiyası olan fikirləri ilə təsadüf və zərurətə spesifik nəzəri konsepsiya kimi baxıb, var və yox təzadları üzrə anlayış və ictimai vəziyyətləri ustalıqla qarşı-qarşıya qoyub, sufistik dərketməyə elmi-ictimai nüfuzlu fikirləri ilə zaman əhatəsində modern qənaətlər sıralamağı əsas kateqoriya sayıb və nəhayət, özünün fərdi-fərqli elmi mükalimələri ilə təkcə mühitə bilavasitə təsir göstərən əşya və predmetlərin obrazını verməyib, həm də qarışıq məqamlardan boylanan hadisələrin forma və quruluşunu qabarıq canlandırıb, ikikeçidli zəruri münasibətləri nəticə etibarilə mümkün qədər ümumiləşdirib.
Onun, kitab boyu müşahidə prosesləri də aşkar bir qaynarlıqla təzahür edir, yaxud Füzuli-Məcnun realizə-ziddiyyəti demək olar ki, mümkün ictimai reallıqlara ədəbi manevrləri, həyati əksliklərə maraqlı yanaşması ilə diqqət çəkir.
Füzuli – sufistik meyletmədə fəlsəfi-mistik təcəlla
«Sufizmdən yazmaq əbədi bəlaya düçar olmaq deməkdir». («Sufizm» kitabı, səh.3) Bu ifadə Gülşən xanım Əliyevanın (Kəngərli) kitaba yazdığı ön sözdəndir. Gerçək mənada bu fikir həqiqi mütləqə hissi yanaşma dərki verir. Və əgər Sufizmi batini varlığı aşkarlayan, özündə yaşadan həyat tərzi kimi başa düşsək, onda Gülşən xanımın Füzuli-sufistik – sufi yanaşmasını birmənalı qəbul etməliyik. Digər tərəfdən, əgər Batini Varlıq onu duyan kəsdən asılı olmayaraq bütün mövcudiyyətlə harmoniyada olmaq iqtidarındadırsa, deməli, sufistik – sufizm nəzəriyyəsinin kökündə dəlilik, ruhdankənar hansısa bir ziddiyyətin durması mümkünsüzdür. Belə olan halda, hansı səbəbdən Füzuli yaradıcılığının tədqiqi ilə məşğul olan alimlərin əksəri onu sufi adlandırmaq israrında deyillər? Bu, o deməkdir ki, həmin alimlər Sufizmin mahiyyət xüsusatlarını ya bilərəkdən, ya da hansısa fərdi-qeyri-səlis yanaşmalar səbəbindən təhrif edirlər. Lakin Gülşən xanım bu prosesin fəlsəfi-estetik qatlarına dərindən nüfuz etməyi bacardığı üçün Füzuli dərkində sufiçilik məğzlərinə doğru-dürüst məna verə bilir.
Ayrıca, fəlsəfi təlimlərdən, dini məxəzlərdən də bizə bəllidir ki, Sufizmin – bu batini-zəruri varlığın xəbərdar olmaq, hərəkət, fəaliyyət, yaratmaq və sevgi sifətləri var, nəticədə, fani olan «mən» (mənlik zəminləri) bu sifətlərdən çox kənardır. Demək, sufiçiliyin dəlilikdən kənar bir proses olduğu hələ də bugünkü cəmiyyətlər tərəfindən dürüst qavranılmayıb. Məhz Gülşən xanımın «Sufizm» kitabında məntiqə, idael təfəkkürə zəmin yaradan əsas proyeksiya bu çevrəyə güzgü tutmaqdır.
Əslində, «Sufizm» kitabında Gülşən xanım haqlıdır: o mənada ki, biz varlıq olaraq sufistik sifətlərdən kənarda ruhi-dərketmələrin yanlış və mümkün olmadığını bilə-bilə, yaxud bu mistik-ruhi prosesin ulu həyat və mövcudiyyətə məxsus olduğunu dərk etdiyimiz halda belə, bu ciddiyyəti öz şəxsi yolumuz kimi fərdiləşdirir, sufi-sufistik məğzləri yanlış etiqadların nizamı kimi qavrayırıq. Bəlkə də bunun nəticəsidir ki, Füzuli mistik düşüncəsini dəlilik aspekti kimi təzahürə sığışdırır, onun ruhsallığını vizual seyretmədə Məcnun (dəli) çərçiəvsi ilə əhatələyirik. Təbiidir ki, insan ruhsal aləmin cüzi bir səbəbini dərk etmək gücündə olanda, ətrafdakılar ona dəli damğası vurur, onun yanaşmalarını ağılsızlıq kimi yozurlar. Bu hissi enmədə mümkün dərketmələrə malik olduğu üçün Gülşən xanım Füzulini Eşqə pünhan deyil, zərrəvi də deyil, məhz real zəmin kimi baxa bilməsi məqamını ruhsal səmtlərə ötürüb, onun sufi ictimai meyllənməsində heç bir qəbahətin olmaması faktını müxtəlif elmi-zəruri fikirlərlə (fakt olaraq) isbata yetirib.
«Sufizm məxluqun (insanın) Xaliqə (Allaha) mistik (ilahi) məhəbbəti (qovuşması, onda əriyib itməsi) haqqında fəlsəfi təlimdir» fikri ilə (səh.8) Gülşən xanım real zəmində əks-real xüsusata keçidetmə və bu sistemdə gerçək hissi qavrama yarada bilmək çək-çevirlərinə diqqət çəkir, Sufizmin elmi-diferensial istiqamətlərinə baxış sərgiləyir. Əslində, elmin imkanları sonsuz məcralarda təcəlla edir, insan fəhmi elmə mütabiq zərurətə keçid edəndə, onun dərki də itilənir, baxışı da. Məhz bu mənada, «Sufizm» kitabındakı gerçək-dürüst mənaları Gülşən xanımın cəmiyyətlərə bir ağıllı ismarıcı kimi alqışlamalıyıq.
Əlbəttə, Sufizmi bədii ədəbiyyat müstəvisinə çıxarmaq cəhdi Gülşən xanıma heç də asan başa gəlməyib; bu prosesi sürətli-dəyişən səmtlərə çəkmək onun yuxusuz gecələrini artırıb, onu dəfələrlə yorğun salıb, üstəlik, neçə-neçə Füzulişünas alimlə ciddi dioloji hədəfə tuş edib. Buna da təbii ki, onun Füzuli sufistik meyllənməsində fikri-dəyişməzliyi səbəb olub. Elə onun «Sufizm təkcə ədəbiyyat, təkcə bədii təfəkkür hadisəsi deyil, dini-mistik fəlsəfi bir cərəyandır» deməsi də (səh.8) bu tempə işarədir.
Sufizmin doktrina və ya inam sistemi olmaqdan daha çox təcrübə və həyat tərzi olduğu deyilir. Gülşən xanımın da bir fikri bu zəminə tutarlı səmt verir: «Vəhdəti-vücudun fəlsəfi təlim kimi mahiyyəti məlumdur: «O, cüzdə küllü dərk etməyi nəzərdə tutur». Sufizmdə isə «Vəhdəti-vücud» hər şeydə Tanrının qüdrətini, lütfünü, sifətlərinin təcəllasını görmək, hər şeyin Onun varlığı ilə müqayisədə bir kölgədən, ilğımdan başqa bir şey olmadığını qəbul etməkdir». (S.Xavəri), (səh.21). Belə başa düşək ki, Sufizm zəruri həqiqəti zamandan üstün tutan nəzəri ənənədir. Bax, bu yöndə baxışlar haçalanır: yəni sufistik meyllənmə həyat üçün zəruri və dinamik hisslə dərk edilirsə, fərdi yanaşmalar bu İlahi tempi aşağı qatlara endirir, insanın o mərtəbəyə qalxa bilməsi mümkünsüz hesab olunur; yaxud bu proses din və vaxtı keçmiş mədəniyyət formaları ilə də məhdudlaşma yaratmamalıdır. Çünki İlahi dərketmədə vizual seyretmə fərdi zərurətlərə sığmır, insan onu əhatə edən çevrəni (materiyanı) məcazi anlamda təsvirə çəkir, əslində gözlə görülməyən hissi-sistematik çevrələrin özündə belə görünən bir əhatə var. Məhz bu əhatəni görə bilmədikləri üçün (bu ifadəyə görə üzr istəyirik) əksər Füzulişünas alim onun sufistik meyllənməsini yüngül əxlaqlı dərviş elementləri ilə qarışıq salırlar. Bu da istər-istəməz Gülşən xanımın aidiyyəti tədqiqat işinə qısqanclıq və əks-yanaşma yaratmalıdır və yaradır da.
Gülşən xanımın «Sufizm» kitabının fəlsəfi qatında iki missiya durur; birincisi, bəlli olur ki, həqiqi sufizmdə zehni islahat, ruhi-fəlsəfi ifadə formaları mistik ehkamda təcəlla edir; bu, sadəcə, o demək deyil ki, sufizm inadcıl, tərs materialist cəmiyyətlərin fərdi çağırışları ilə mütləqə səmt almalıdır, həm də o deməkdir ki, sufistik-sufiçilik məğzləri ideal zəminlərə gerçək-ruhi uyğunlaşma verən – bunu mümkün edən mütləq prosesdir. İkincisi, Sufizmdə dünyəvilik meylləri ruhi çək-çevirləri aşağılamaq hissindən belə demək mümkünsə, əl çəkməlidir. Yəni bu prosesi şəriət məxəzləri ilə eyniləşdirmək yanlış ehtivadır. Məhz gerçəkdə digər yanaşmalar sufistik meylçliyi şəriətəxas təzahür kimi verdikləri üçün fərdi-qeyri-səlis tənqid İlahi gerçəkliyi dərketməmizə əngəllər yaradır. Burada Gülşən xanımın «Şəriət hələ sufizm deyil, yolun başlanğıcı, çıxış nöqtəsi idi. Hər bir ortadoksal müsəlman islam ehkamlarını bilməyə borcludur. Yol-təriqət buradan başlanır» fikri (səh.24) sufistik zəminləri gerçək qavramağa səmtlənib. Zənnimizcə, Gülşən xanımın real-hissi və sufistik meyllənməsi elə bu ciddi – aktual məsələlərə diqqət yetirilməsini bir qənaət olaraq oartaya qoyur.
Gülşən xanımın mistik-elmi səmtlənməsində Sufizm uyğun hissi zəmin kimi diqqət çəkir; aydın baxışlar sıçratmaqla bu prosesin qeyri-sabit mədəniyyətdən uzaq bir vadidə – məkanda qərar tutduğunu qabarıq-aşkar təxmin etmək olur. Diqqət yetirək: əgər bu vadidə – məkanda sufistik ənənəçilik bəşər əhlini kamilliyə, əmin-amanlığa və s. istiqamətləndirmədən başlayırsa, Füzulinin sufi obrazına əks-münasibətlərin yanlış etiqadi-zəmin olması qənaətində birmənalı durmalıyıq. Sevindirici haldır ki, Gülşən xanım sanballı elmi tədqiqatları ilə bu ciddi seyretmədə fəaldır, Füzuli sufistik meyllənməsinin yüngül əxlaqlı dərviş fonunda təqdiminə qarşıdır. Onun, Füzuli dərkində şəriət meyllərinin sufiçi xarakterlərə əks-uyğun nizamlanması hissi də yuxarıdakı fikrinin ictimai seyrçilik missiyası kimi əks olunur.
İctimai diqqətçəkmələrdə Sufizmin İslam mədəniyyəti daxilində inkişaf etdiyi bildirilir. Əslinə qalsa, peyğəmbərliyin özü sufistik missiyadır – necə ki, Davud «Məzmur» kitabı vasitəsilə bu məğzi sübuta yetirib. Allah-İnsan zəminində fərdin (şəxsin – istər peyğəmbər olsun, istər sadə insan) ruhsal qavramalara meyllənməsi dəlilik kimi yox, ruhi tempə könül qızdırmağı bacarmaq tipi kimi anlaşılmalıdır. Bu mənada, Davud peyğəmbər olaraq Allahın ona bəxş etdiyi lütfü qismən qavramışdı və İlahi nəğmələrində bu seyrçiliyi əks etdirirdi, eləcə də min illər sonra Füzuli çoxlarına pünhan (gizli) əhatədə əks təsir edən bu sistemi real zəminlərə tuş etmişdi, qəzəllərində Allah-İnsan münasibətlərinə effektiv-zəruri məna verməyi bacarmışdı. Lakin onun belə çılğın əhvalla İlahi surətə yanaşması dərvişsayaq həyat tərzi keçirməsi anlamını gerçək zəmin kimi beyinlərə yeritmişdir; ən çox da onun Məcnunluq kodeksi bu yanlış təqdimatlara təkan vermişdir. Nəticə etibarilə, Füzulişünas alimlərin əksəri Füzuli-sufsitik səmtlənməsi məğzlərini sürreal fakt kimi təsbit etmiş, Füzulinin sadə bir şair olması qənaətində lövbər salmışlar. Söz yox, Füzulinin sadə bir insan olması faktını Gülşən xanım da etiraf edir, lakin onqun əsas elmi təsiretməsi bu sadə insanın İlahi tempi çoxumuzdan artıq dərk etməsi anlamına hissi işarə vurur. Təbii ki, belə maqamda Füzuli sufi şair ehtivası (Gülşən xanımın təbirində) mütləq yönə səmt almalıdır və alıb da.
Gülşən xanımın sufistik-mistik sinxronizasiyası bizdə belə bir qənaət də yaradır: Bunu səmimi bir fakt müqabilində ərz edək – bilirik ki, Məhəmməd həzrətlərinə Allah-təaladan vəhy gəldiyi zamanlarda o, Allahla təmasın ruhi təsirindən müxtəlif hallara düşmüş, hədsiz sıxıntılara məruz qalmışdır. Hətta onun müasirlərindən bəziləri – «Peyğəmbər dəli olmuşdur», «Sonuncu səma elçisi nədən belə şəklə düşür?» – və s. kimi mənasız ifadələr işlətmiş, belə deyək, onun müqəddəsliyinə şübhə etmişlər. Lakin o ehtimalçı – dar düşüncəli materialistlər bir şeyin fərqinə varmamışlar ki, İlahi qüdrətin nə olduğunu hətta zərrəvi-hissəvi şəkildə belə dərk etmək insan fəhmini ruhsal meyllənmədə müti edir (aciz qoyur). Bu mənada peyğəmbər də məhz o dərketmə səbəbindən vəhy gəldiyi anlarda halsız olmuşdur.
Eynən Füzuli də Allahın ona verdiyi ilhamın (bir növ, poetik vəhyin) ruhsal meyllənməsi səbəbindən sufistik səmtlənmədə qərar tutmuş, onun aşiqanə dərketməsi çoxlarına dəlilik təsiri bağışlamışdır. Çox xoş haldır ki, Gülşən xanım öz elmi yanaşmasında qətidir, qərarı kəskindir, sufi-İlahi zövq kəsbetməsi israrçılığı ilə bu mistik-mütləq əhatədə ideal mənalanma yaradır.
Ədəbi tənqidə xas hissi-fikri bir neçə zəminlə təhlilə yönəltmək mümkündür: zənnimizcə, bunlardan bəlkə də ən vacibi məzmun və mənada birgəlik əxz edən duyğusallığı poetik-fəlsəfi israra tuş etməkdir; əminik ki, bu məğz ədəbi-ictimai çək-çevirləri də modern çalara sövq edər. Heç şübhəsiz, fəlsəfi-modern çalarlı elmi qənaətləri ilə diqqətimizi birmənalı cəlb edən, gerçək mənada fitrətli alim Gülşən Əliyevanın (Kəngərli) elmi-fəlsəfi yaradıcılığı da bu aspektdə təzahür edir. Bir halda ki, onun vizual-elmi təsiretmə səmtinə boylanmaq israrındayıq, deməli, o, bizim ovqatlarımıza hissi təsir etməyi ustalıqla bacarır. Bu mənada, hörmətli alimin kökündə duyğusallıqdan çox ruhsal və modern-fəlsəfi sirayətetmə duran «Sufizm» kitabı ədəbi-ictimai dərkimizin axtarış meylini bir qədər də sürətləndirir.
Gülşən xanımın elmi dərketməsində ruhsal qənaət Füzuli sufistik səmtlənməsinə sitayiş məğzi güdmür, sadəcə, fitrətli alim ictimai maraqları saran hissi-mümkünlüyü isbatlamaq istəyi ilə çətin və ciddi bir yola çıxıb. «Axtaran, tapar» mübarizliyi təbii ki, onu gerçək bir ünvana yetirib: o ünvan ki, orada Füzuli sufistik məntiqi dərkediləndir. Gülşən xanımın elmi və fəlsəfi-modern yanaşması bu ünvandan ən dürüst zəminləri ideal səmtlərə ötürməklə, Füzuli-sufi reallığını təfəkkürlərə sığışdırmaq niyyətindədir. O niyyət ki, hüdudlarında sufistik həyatın bütün səmtləri aydın görünür.
Biz həmişə demişik: poetik təbəddülatlar israrçı zəminləri ilə ədəbi ovqatlara duyğusal səmt verir. Məhz Gülşən xanımın «Sufizm» elmi-dərkinin yekun idealizəsi bu yönə ciddi bir nöqteyi-nəzərdir. Təəssüf ki, bəzi yanaşmalarda onun bu real dərketməsi fərdi ideologiya kimi qələmə verilir, ancaq etiraf olunmalıdır ki, Gülşən xanım Füzuli və onun sufi dərkini israrçı təsirlə deyil, doğru-dürüst məntiqlə isbata yetirir. Bu elmi uğuru yalnız alqışlamalıyıq.
Təbii ki, heç bir alim dediyi fikri, gəldiyi qənaəti özündən sonrakının dürüst məntiqinə qurban verməz. Heç şübhəsiz, Gülşən Əliyeva (Kəngərli) elmi qənaətinə qarşı çıxmaq adlı israrı da bu situasiya ilə təzahür edir (istəsək də, istəməsək də, bu, belədir).
«Sufizm» kitabında hisslər o qədər təmizdir ki, duyğu qatları könül dünyamızda seyrəngah açır. (Bu yanaşmada da təbii ki, Gülşən Əliyeva elmi dərketməsi aparıcıdır). Əslində, bu kitaba sadə bir dialoq-mündəricə xarakteri kəsb etmir, burada könül-ürək dialoji məğzləri, həyat-tale dürüstlüyü, məntiqi qavrama çək-çeviri aə s. hökmrandır, fikirlərin elmi çəkisini artırır, buradakı məzmun-məna birgəliyi fəlsəfi uyarlığa sövqetmə kimi əks edir.
«Sufi», «sufistizm» sözləri ilə omonimlik nümunəsi göstərən «Sufizm» adlı bu kitabda müəllif fəlsəfi, ruhi və elmi dərketməsi qabarıq-zəruridir. Diqqətçəkən haldır ki, Gülşən xanım ən ülvi, ən kövrək və ən əks-israrçı hissləri belə, ciddi hadisə fonunda xarakterizə edir, bunu öz elmi qənaətinin işığında ciddi olaraq da nəzərdən keçirir, bu prosesi ciddi ictimai-sosioloji planda araşdırır, məzmuna təkrar qayıtmaqla fikrə obyektiv şərh verir.
Bu da xüsusi maraq kəsb edən haldır ki, onun fikir təqdimetməsində tarixilik məsələləri ara-sıra aktiv şəkil alır, lakin bu xüsusat onun bütün yaradıcılığının ana xəttini əhatəyə salmır; bu da ola bilsin onun fərdi özünəməxsusluq əzmidir. Hər halda, hadisələri bəşər tarixi kontekstində götürməsi, yaradıcı fikri real həyatla mistik-real çalara uzlaşdırması onun Füzuli sufistik səmtlənməsinə fərdi-fərqli yanaşma tərzidir. Şübhəsiz, bu çalışqanlığın da nə vaxtsa uğurlu nəticələr verəcəyi qaçılmazdır.
Gülşən xanımın mövzu təzahürü problemin köklü, əsaslı şəkildə təqdiminə şərait yaradır. Açığı, onun, hadisələri bütöv halda göstərə bilməsi bizim də zəruri elmi ümumiləşdirmələr aparmağmıza zəmin yaradır. Onun gəldiyi qənaətlərdə insan-tale zəminləri situasiyalı şəkildə uyğun çək-çevirdədir. Söz yox, bəşər aləminin bəlkə də yarıdan çoxu bu zillətdə hökmrandır, lakin mübarizə əzmində olmaq insanın tale çevrilməsində fəallığına dəlalət edir – o mənada ki, Füzuli sufi şair kimi yüngül əxlaqa deyil, hissəvi-zərrəvi İlahi qüdrətə malikdir. Bu məğzləri nəzərə alıb Gülşən xanımın qənaətlərinin orijinallığı, mövzu əhatəsi, fikir dürüstlüyü barədə ortaya müfəssəl dürüst isirarçı fikirlər qoyuruq və bu, ən azı təhlil yazımızda mənanın-mətləbin doğru-düzgün realizəsinə yol açır.
Əslində, yüngül əxlaqdan – dəlilikdən (sürreal dərvişçilikdən) qorunmaq zərurəti ciddi-sosial və həyati zəmindir. Bu hal doğru istiqamət almadığı üçün əsrlərdir insanın həyat parametrləri tale dürüstlüyü ilə eyni səmtdə duruş gətirə bilmir. Yəni əkslik yaranır və nəticə etibarilə təklənmə baş verir. Bu prosesin insan fəhminə təsiri onun həyat yoluna müdaxiləsi kimi başa düşülür. Belə qənaətə gələk ki, Gülşən xanımın Füzuli sufistik səmtlənməsində qismən tək qalması bu əksliklə əlaqədardır.
Ayrıca, fikir təmənnalıdırsa, mütləq onun mahiyyət qatında bir qırılma müşahidə olunur. Elə taleyə əks müdaxilə də bu boşluqdan püskürür. Nəticədə, fərd onu dövrələyən yalançı-israrçı (əslində, təmənnalı) bütün hisslərdən uzaq olmağa çalışır. Bu mənada, Gülşən xanımın «Sufizm» kitabı təmənnadan uzaq həyat və tale düsturu kimi diqqət çəkə bilər.
Bu düstura diqqət çəkək:
Füzuli sufistik səmtlənməsini S hərfi ilə işarə edək (əslində, S fizikada gedilən yoldur (məsafədir); bu müstəvidə Füzulinin sufi dərketməyə səmt alması, İlahi qüdrətə meyllənməsi də yol qət etmək məğzi kəsb edir – yəni məsafə qət olunur). Dahi şairin İlahi tempi qavraması aspektini artan məğz kimi qəbul edək və onu + (üstəgəl – artan, artıran) işarəsi ilə çevrələyək. Və Füzuli dərketməsindəki başlanğıcı – Allahın başlanğıc olması səbəbi ilə uzlaşdırıb A (alfa) hərfi ilə işarələyək və məchulu (x-i) tapaq. Nəticədə belə bir düstur almış oluruq:
S+A=X.
X burada axtarılan hissi ciddiyyətdir – məchulu bilinməyən, yaxud dərk edilməyən anlama işarədir. Gülşən xanım Füzulinin sufi dərkindəki məchulluğu bu məğzə yönəldib; düsturu düzgün təyin etdiyi üçün sonun – yekunun, yəni məchulun həddən artıq qavrama prosesi olması qənaətinə gəlib.
Bu da diqqətçəkən haldır ki, Gülşən xanım (elmi yaradıcılığında) dilin məna, səs və ritm elementlərinin (müəyyən nizam içində) istifadə bacarığına düzgün əməl edib, ən sadə hissinə fəlsəfi-ictimai fikrə yuğun çalar verib. Kitab boyu onun universal ictimai-elmi düşüncəsi geniş imkanlıdır. Hətta fikirlərində elə ciddi məğzlərə rast gəlirik ki, onlar həqiqi mənada bəhsolunan mövzu uzrə vahid düşüncə sisteminin üzvi tərkib hissəsi kimi çıxış edir.
Yaxşı cəhətdir ki, Gülşən Əliyeva (Kəngərli) hadisələrə, insanlara, ictimai-mənəvi proseslərə, xalq-tarix, həyat-tale çək-çevirlərinə həm də fəlsəfi nüfuz edib. Daha dəqiqi, elmi düşüncənin konkret ifadəsinə yeni və fərqli yöndən nail ola bilib. Bu yanaşma onun fikirlərində obrazlılıq, zənginlik, estetik kamillik əlamətləri əxz edir.
Həmçinin, onun qənaətlərinin ictimai-fəlsəfi qatında gerçək bir həyata-taleyə müdaxilə aspektləri var ki, bu proses bəlkə də bir çox həyati nüanslara açardır. Burada Gülşən Əliyeva (Kəngərli) elmi dərketməsi müxtəlifliklərin mahiyyətinə oxşar-fərqli çalarlar qatır, hadisələrin elmi, məna və məzmun sintezində fərdi-fərqli dinamika səciyyələndirir.
Gülşən xanımın qənaətincə, Sufizm insanı eqoist duyğulara səmtlənmədən çəkindirir, insana ruhi təbiətini xatırladır. «Allahın nemətləri haqqında düşünmək şərtdir, Allahın zatı haqqında düşünmək əsl günahdır». «Fəlsəfədə ən böyük problem insanın özünün özünü dərk etməsi, ən böyük cihad insanın özünün özünə qalib gəlməsidir». (səh.44-45) Bu fikirlər də ruhi təbiəti dərketmə xüsusuna xidmət edir. Bir halda ki, «Sufizm» kitabının ruhsal yanaşmasında məntiq bu dürüst prosesə qapı açır, o zaman Gülşən xanımın, sufistik meyllərdə orijinal İlahi vəhylənmə məğzlərinin insan idrakına sığışa biləcəyi qənaəti mümkün hal kimi qəbul və realizə edilməlidir.
Həmçinin, «Sufizm» kitabında maraqlı və anlaşılan əsas kateqorik bir zəmin də budur ki, bu cərəyan həqiqi Yaradıcı – Vahid (Tək) Allaha itaət tələb edir; buna görədir ki, bəşəriyyətin müdrik dərkli peyğəmbərləri – İsa, Musa, Davud, Süleyman, İbrahim və s. mətləbdən mahiyyətə keçid etmiş, birbaşa Allahla təmas qurmaq lütfünə malik olmuşlar və Allahın Varlıq amilinə ruhsal səmtlənmə formalaşdırmışlar. Nəticədə, onlar da (insanlardan bir boy yuxarıda olduqları üçün) ruhi təcəllada cövlan edən yüngülxasiyyət, bir növ, dəli kimi tənqidlərə tuş gəlmişlər. Lakin zaman keçdikdən sonra İlahi məğzə zidd adamlar onların dəli deyil, Allahla təmasda daha fəal olmaları fikrinə düşmüş, qismən peşimançılıq keçirmişlər. Gülşən xanımın «Sufizm» kitabında dediyi, gəldiyi qənaət – xüsusən də «Məntiqdən kənara çıxan mətləbləri dərk etmək sufiliyin başlıca şərtidir. İlahi – səmavi həqiqətləri dərk etməyin öz «məntiqi» var» fikri (səh.53) eynən bu tipdədir – bu fikir Füzuli sufistik reallığına tam aparıcı əhatə verir; müəllif Füzulinin dəli (Məcnun) deyil, lütfə malik sufi şair olması ehtimalını dürüst mənalandırır.
Zənnimizcə, hörmətli alimin «Sufii olmağın birinci şərti özünü dəf etmək, özünə qalib gəlməkdir. Özünə qalib gəlmək üçün ən əvvəl nəfsinə qalib gəlməlisən» fikir səmtlənməsi də bu zəruri-proyeksial həddə eyhami nüfuzetmədir. Gerçəkdən, Füzuli sufiçilik çək-çevirlərini dürüst qavradığı üçün özünü aşiqanə ehtiraslardan, zərrəvi-maddi nəfsdən, digər xüsusiyyətlərdən təcrih etmişdi və onun sufi həqiqətində Məcnunluq bir missiya idi.
Kitab boyu Gülşən xanımın əsas israrçı zəmini Sufizmin yaranma tarixi barədə fikir sadalamaq deyil, bu prosesin yüngül əxlaq kimi başa düşülməsinə eyhami işarə vurmaq ciddiliyidir. Ən diqqətçəkən hal, onun Sufizm məğzlərini sırf islami kökdə axtarmamasıdır (bu, ən real yanaşmadır, çünki müsəlman sufilər özləri də “hər hansı bir sufinin İslamın spesifik doktrinası ilə əlaqəsi ola da bilər, olmaya da bilər” fikrindədirlər). Onun bu prosesi sırf məntiqlə əhatələməsi, nəticədə Füzulinin sufi şair kimi ehtivası anlaşılan məna kəsb edir və elmi-ruhi idrakda bu tempin realizəsi mümkün dinamika yaradır.
Gülşən xanımın Füzuli – sufistik qənaəti fundamental sufiçilik təcəssümüdür; onun əsl qatında çağdaş sufizm meylləri durur – o meyllər ki, özlərinin dürüst mənalanması ilə birbaşa mənəvi yüksəlişə zəmin doğurur, məzhəbçilikdən kənardır. Bu da o anlama sirayət edir ki, Gülşən xanımın Füzuli dərketməsində də məzhəbçi zəmin yoxdur.
Bəlkə də fitrətli alimin Füzuli – sufistik qənaəti kimlər tərəfindənsə şəxsiyyətə pərəstiş, şəxsiyyətə rəğbət kimi başa düşülür, unutmayaq ki, onun Füzuli dərkinə rəğbəti elmi dürüstlüyə israrçı yön-səmt almaq məğzidir. Əbəs yerə deyil ki, o, sufistik həqiqəti İlahidə birlik və vəhdəti-vücud kimi təqdim edir, Füzuli sufiçilik məğzini bu təqdimata uyğun qətiləşdirir.
«Sufizm» kitabında bu proses, özündə real zəmin ehtiva edən sevgi, hissi idrakdır. Füzuli bu metodu ruh və sevgi birliyində görməyi bacardığı üçün sufi halına keçid etmişdi. Onun sevgi asılılığına düçar olmaması, nəfsini islah etməyi bacarması sırf suistik səmtlənmə ilə bağlıdır. Bunu, Gülşən xanımın dediyi kimi, «Leyli və Məcnun» <