LAÇINIM
Sənə dağ çəkdilər,yara vurdular,
Yol, cığırlarını kəsib durdular.
Milləti arı tək əzib, qırdılar,
Oldu kənd, şəhərin talan Laçınım.
Ay gözü yollarda qalan Laçınım.
Körpələr tank altda əzdi, boğuldu,
O cənnət el oba yandı, dağıldı.
Sanmayın, yazdığım keçmiş nağıldı,
Çöl, çəməni xəzan olan Laçınım.
Ay güzləri yolda qalan Laçınım.
Səni əsir edib, yaraladılar,
Ləşləri ləş üstə sıraladılar.
Adımızı qaçqın qaraladılar,
Səni yıxdı fitnə, yalan Laçınım.
Ay gözü yollarda qalan Laçınım.
Dərbəndli Zeynəbəm, qələmim ağlar,
Vuruldu köksümə, sağalmaz dağlar.
Gözümə görünmür yaylağlar, dağlar,
Öz yerində, əsir olan Laçınım
Ay gözü yollarda qalan Laçınım.