1974 cü il fevral ayının 23-də Yardımlı rayonunda anadan olmuşdur. O, 1980-ci ildə Yardımlı rayon M.F.Axundov adına 1 saylı orta məktəbinə daxil olmuşdur. 1988-1991 ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, 1991-1993 cü illərdə Sverdlovsk (Yekaterinburq) Ali Hərbi-Siyasi Tank və Artilleriya İnstitutda təhsil almışdır. Lakin SSSR-nin süquta uğraması nəticəsində Azərbaycan əsgər və zabitləri postsovet məkanından geri cağırılır.

Nurəddin Ağayevin xatirələrindən: “Uşaqlıqdan hərbiçi olmağı arzulamışam. Yəqin ki, bu həvəs mənə qanla keçib. Babam Qələmirzə Ağayev 2-ci dünya müharibəsində hərbçi olub 1941-1945-ci illərdə döyüş zamanı qolundan, başından və ayaqlarından yaralanıb. Bilmirəm təsadüfdür ya nədir, həmin çapıqlardan eynən məndədə var. Rusiyanın Yekaterinburg şəhərinin hərbi məktəbinə qəbul olunmuşdum. Təhsilimi davam etdirirdim, bəzi səbəblərdən təhsilimi Bakıda dəvam etdirməli oldum. 1993-cü ildə bölük komandiri kimi Tərtər rayonuna döyüşə göndərildim”.
1993-ci ildə Azərbaycan ordusuna çağırılan Nurəddin Ağayev Tərtər rayonunun müdafiəsi üçün döyüşə göndərilir. Bir ildən sonra 1994-cü ilin may ayında Qırmızı kənddə əsir düşür. Əsirlik vaxtlarında müxtəlif işgəncələrə məruz qalırdı.
Nurəddin Ağayevin xatirələrindən:
“Həmin anları yenidən xatırlamaq mənim üçün dəhşətdir. Hər şey gözümün qabağındadır. Hərbi hissəyə Qırmızı kəndin ermənilər tərəfindən alınması barədə məlumat gəldi. Düşmən qüvvəsi barədə xəbərsiz idik. Buna baxmayaraq tərəddüd etmədən kəndə daxil olduq. Qızğın döyüş gedirdi müasirəyə düşdük, 21-nəfərimiz şəhid oldu. Özüm isə ağır yaralandım. Yanımdakı iki əsgər mənə yaxınlaşaraq kömək etmək istədi. Elə bu zaman tankdan atəş açdılar. Üçümüzdə yerə yıxıldıq. Huşumu itirdim. Ayılanda yanımdakıların şəhid olduqlarını gördüm. Çox dəhşətli bir mənzərə idi. Mənə kömək etmək istəyən əsgərlər yanımda şəhid olmuşdular. O an elə bildim ki, mən də şəhid olmuşam. Nə qədər vaxt keçdiyini bilmirəm, gözümü açanda gördüm ki, xəstəxanadayam. Otaqda həkimlər gəzişirdi kantuziya olduğumdan ətrafdakı danışıqları eşitmirdim. Özümə gələndə hansı dildə danışdıqlarını anlamırdım, ağlıma gəlməzdi ki, ermənilərin içərisində olaram. Otağa daxil olan həkimlərdən birinin boğazında xaç asıldığını görəndə bildim ki, əsir düşmüşəm. Bir neçə gündən sonra yanıma xüsusi zabitlər gəldilər. Hərbi rütbəmlə maraqlandılar. Zabit olmağıma baxmayaraq döyüş bölgələrində rütbə taxmırdım. Məndən qoşunlarımızın harada olmağını, minalanmış sahələrin yerini soruşurdular. Mən isə heç nə bilmədiyimi deyirdim. Zabit olduğumu bilsəydilər həmin anda məni öldürərdilər. Çünki bütün dövlətlərdə əsir düşən zabitlərə bir mənalı baxmırlar. Çoxlu qan itirdiyimdən özümü olduqca zəif hiss edirdim. Tez-tez huşumu itirirdim. Əsirlərlə görüşməyə xaricdən bir qrup jurnalistlər gəlməli idi. Məni məcbur edirdilər ki, KİV nümayəndələrinə Azərbaycan tərəfindən muzdlu döyüşçü olduğumu deyim. Özümü Türkiyə vətəndaşı kimi təqdim etməyimi istəyirdilər. Bunun müqabilində məni azad edəcəklərini söz verirdilər. Uzun müddət ordu sıralarında olduğumdan belə fəndləri yaxşı bilirdim. Odur ki dedikləri ilə razılaşdım. 3-4 gündən sonra gələn jurnalistlərə Türkiyə vətəndaşı kimi təqdim edildim. Qonaqlar Türkiyənin hansı şəhərindən olduğumu soruşanda Azərbaycanın Yardımlı rayonundan olduğumu söylədim. Çaşıb qaldılar. Jurnalistlərlə birgə Qırmızı Xaç Çəmiyyətinin üzvləri də gəlmişdilər. Onlar əsirlərlə bağlı qeydiyyat aparırdılar. Onların siyahısına düşən əsirin nə o qədər incidir, nə də döyürdülər. Xoşbəxtlikdən mənim də adım o siyahıya düşdü. Ermənilər bu danışığıma görə məni nə qədər döysələr də öldürə bilmədilər. Məni qolu qandallı Şuşa türməsinə gətirdilər. Yol boyu bizə daş atan da olurdu, söyüş söyən də. Aralarında yazığı gəlib çörək verənlər də tapılırdı. Şuşada ata babalarımızın qəbirləri yerlə yeksan edilmişdi. Günlərin birində yenə 5-6 erməni əllərində almatur, dubinka ilə üstümə atıldılar. Əsəbimdən oturub ağladım. Komandirləri mənə yaxınlaşıb kinayə ilə özün yıxılmısan niyə ağlayırsan dedi. İcərilərində ən “bayavoyu”-nu göstərib dedim ki, təkbətək döyüşsək onu elə günə qoyardım ki, adamı döyəndə də kişi kimi döyərlər. Yoxsa sizin kimi birinin üstünə beşi atılmaz. Komandir razılaşdı əgər həmin döyüşçünü döysəm daha mənimlə işləri olmayacaq. Döyüldüyüm halda isə məni öldürüləcəklərdi. Qolumdan qandalı açdılar. Bir yumuruqla onu yerə sərdim. Aramızda satqın var idi. Ermənilər bütün danışıqlarımızdan xəbər tuturdu. Hamı bir-birindən şübhələnməyə başlamışdı. Bir dəfə satqının kim olduğunu aydınlaşdırmaq üçün bir üsula əl atdım. Kağıza yazdım ki, “Rəis məni öldürürlər” buradan çıxarın kağızı büküb kameradan kənara atdım. Həmin şəxsin yerini dəyişəndə bildim ki, satqın kimdi sonradan onunla yenidən rastlaşdım. Dedim niyə satqınlıq edirsən. Söylədi ki, əcəb edirəm. Bizim millətə buda azdır. Başqa bir oğlanla danışırdıq ki, onu boğub öldürək. Hiss elədi, qışqırıb yanımızdan qaçdı. Dörd aydan sonra o da bizimlə Azərbaycana gəldi xüsusi orqanlar onu dindirəndə bildirdi ki, Ermənistanda bizim əsrlər məni öldürmək istəyirdilər. Xüsusən də Nurəddin Ağayev. Bundan sonra haqqımda cınayət işi də qaldırdılar. Lakin sonradan kimin haqlı olduğu aydınlaşdı. Müasirəyə düşdüyümü eşididəndə sonra atam məni axtarmaq üçün Ağdərəyə gedib. Sən demə orada şəhid olanlardan birinin soyadı Ağayev olub. Elə biliblər mənəm. Həmin meyiti ailəmizin üstünə göndəriblər. Hətta mənim üçün qəbir də qazılıb. Meyitə baxmağa icazə verməsələr də dayım Ağayev Aydın israrla açılamasını istəyib. Baxanda görüb ki, başqasıdır. Şəhidlik kağızım da var. Qayıdanda atamı 10 il qocalmış gördüm. Anamın saçları isə ağappaq olmuşdu.
Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bizi Şuşadan Yeravana gətirdilər. Əsirlikdə olduğumuz müddətdə məhz onların vasitəsiylə ailəmizlə əlaqə saxlayırdıq. 67 nəfər Azərbaycanlı vətənə göndəriləcəkdilər. Bir dəfə aldandığımızdan ikinci dəfə deyəndə ki gedirsiz inanmadıq. Həmin vaxt Rusiyanın keçmış xarici işlər naziri Primakov da Yeravanda idi Bakıya göndərilməmşdən əvvəl Ermənilər bizə yaxşı baxırdılar gedib heçnə danışmayaq. Yeravan aeroportunda başıma qəribə bir oyun gəldi. Bizi Jurnalistlərlə görüşdürdülər Rus dilini bildiyimdən məni danışdırdılar dedim ki, ermənilərə nifrətim ikinci dəfə artdı. Döyüş bölgəsinə ikinci dəfə qayıdanda onları məhv edəcəm. Dediklərimə görə cəzalandırılacağımı bildiyimdən Primakova yaxın yerdə durmuşdum ki, məni döyməsinlər. Təyyarə gecikdiyindən Ermənilər məni yaxşıca döydülər sifətim tanınmaz hala düşmüşdü…”
Azərbaycana qayıdan Nurəddin Ağayev Yardımlıya gətirilir, dostluqda birlikdə həmişə bir olan Yardımlılar fəxrlə Nurəddini qarşılamağa Masallı rayonuna onlarla maşınlarla gedirlər, həmin gün Yardımlıda xüsusəndə yaşadığı evlərində əsl bayram idi, çünki heç kim onun sağ salamat geri dönməsinə inanmırdı, evlərinə minlərlə insan ziyarətə gəlirdi”.
Vətənə qayıtdıqdan sonra Azərbaycan ordusunda xidmətə başlayır. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Nurəddin Ağayev müxtəlif hərbi hissələrdə mayor rütbəsinə qədər yüksəlir. Lakin 2006-ci ildə keçirdiyi ağır avtomobil qəzasından sonra təqaüdə çıxır. Başı bəladan qurtulmayan Nurəddin müxtəlif vaxtlarda bir neçə dəfə avtomobil qəzasına düşür. Sonuncu qəza isə onun həyatının itirilməsinə səbəb olur, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur, 14 dekabr 2013-cü ildə müalicə aldığı xəstəxanada vəfat edir. 2 övlad atası olan Nurəddin Ağayev Yardımlıda və Azərbaycan Ordusunda mərd, vətənpərvər dosta sadiq bir kimi tanınırdı. Nurəddin Ağayev ömrünün bahar çağında bütün nəslin ümidlərinin ona kökləndiyi bir vaxtda həyatdan köçdü. Onun vaxtsız, gedişi bir ailənin, bir nəslin kədəridir. Həm də fəxridir !
Azərbaycan ordusunun zabiti, keçmiş döyüşçü, Qarabağ qazisi Nurəddin Yaşar oğlu Ağayev.
1974 cü il fevral ayının 23-də Yardımlı rayonunda anadan olmuşdur. O, 1980-ci ildə Yardımlı rayon M.F.Axundov adına 1 saylı orta məktəbinə daxil olmuşdur. 1988-1991 ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, 1991-1993 cü illərdə Sverdlovsk (Yekaterinburq) Ali Hərbi-Siyasi Tank və Artilleriya İnstitutda təhsil almışdır. Lakin SSSR-nin süquta uğraması nəticəsində Azərbaycan əsgər və zabitləri postsovet məkanından geri cağırılır.
Nurəddin Ağayevin xatirələrindən: “Uşaqlıqdan hərbiçi olmağı arzulamışam. Yəqin ki, bu həvəs mənə qanla keçib. Babam Qələmirzə Ağayev 2-ci dünya müharibəsində hərbçi olub 1941-1945-ci illərdə döyüş zamanı qolundan, başından və ayaqlarından yaralanıb. Bilmirəm təsadüfdür ya nədir həmin çapıqlardan eynən məndədə var. Rusiyanın Yekaterinburg şəhərinin hərbi məktəbinə qəbul olunmuşdum. Təhsilimi davam etdirirdim, bəzi səbəblərdən təhsilimi Bakıda dəvam etdirməli oldum. 1993-cü ildə bölük komandiri kimi Tərtər rayonuna döyüşə göndərildim”.
1993-ci ildə Azərbaycan ordusuna çağırılan Nurəddin Ağayev Tərtər rayonunun müdafiəsi üçün döyüşə göndərilir. Bir ildən sonra 1994-cü ilin may ayında Qırmızı kənddə əsir düşür. Əsirlik vaxtlarında müxtəlif işgəncələrə məruz qalırdı.
Nurəddin Ağayevin xatirələrindən:
“Həmin anları yenidən xatırlamaq mənim üçün dəhşətdir. Hər şey gözümün qabağındadır. Hərbi hissəyə Qırmızı kəndin ermənilər tərəfindən alınması barədə məlumat gəldi. Düşmən qüvvəsi barədə xəbərsiz idik. Buna baxmayaraq tərəddüd etmədən kəndə daxil olduq. Qızğın döyüş gedirdi düşmənin 35 canlı qüvvəsini məhv etdik sonra isə müasirəyə düşdük, 21-nəfərimiz şəhid oldu. Özüm isə ağır yaralandım. Yanımdakı iki əsgər mənə yaxınlaşaraq kömək etmək istədi. Elə bu zaman tankdan atəş açdılar. Üçümüzdə yerə yıxıldıq. Huşumu itirdim. Ayılanda yanımdakıların şəhid olduqlarını gördüm. Çox dəhşətli bir mənzərə idi. Mənə kömək etmək istəyən əsgərlər yanımda şəhid olmuşdular. O an elə bildim ki, mən də şəhid olmuşam. Nə qədər vaxt keçdiyini bilmirəm, gözümü açanda gördüm ki, xəstəxanadayam. Otaqda həkimlər gəzişirdi kantuziya olduğumdan ətrafdakı danışıqları eşitmirdim. Özümə gələndə hansı dildə danışdıqlarını anlamırdım, ağlıma gəlməzdi ki, ermənilərin içərisində olaram. Otağa daxil olan həkimlərdən birinin boğazında xaç asıldığını görəndə bildim ki, əsir düşmüşəm. Bir neçə gündən sonra yanıma xüsusi zabitlər gəldilər. Hərbi rütbəmlə maraqlandılar. Zabit olmağıma baxmayaraq döyüş bölgələrində rütbə taxmırdım. Məndən qoşunlarımızın harada olmağını, minalanmış sahələrin yerini soruşurdular. Mən isə heç nə bilmədiyimi deyirdim. Zabit olduğumu bilsəydilər həmin anda məni öldürərdilər. Çünki bütün dövlətlərdə əsir düşən zabitlərə bir mənalı baxmırlar. Çoxlu qan itirdiyimdən özümü olduqca zəif hiss edirdim. Tez-tez huşumu itirirdim. Əsirlərlə görüşməyə xaricdən bir qrup jurnalistlər gəlməli idi. Məni məcbur edirdilər ki, KİV nümayəndələrinə Azərbaycan tərəfindən muzdlu döyüşçü olduğumu deyim. Özümü Türkiyə vətəndaşı kimi təqdim etməyimi istəyirdilər. Bunun müqabilində məni azad edəcəklərini söz verirdilər. Uzun müddət ordu sıralarında olduğumdan belə fənləri yaxşı bilirdim. Odur ki dedikləri ilə razılaşdım. 3-4 gündən sonra gələn jurnalistlərə Türkiyə vətəndaşı kimi təqdim edildim. Qonaqlar Türkiyənin hansı şəhərindən olduğumu soruşanda Azərbaycanın Yardımlı rayonundan olduğumu söylədim. Çaşıb qaldılar. Jurnalistlərlə birgə Qırmızı Xaç Çəmiyyətinin üzvləri də gəlmişdilər. Onlar əsirlərlə bağlı qeydiyyat aparırdılar. Onların siyahısına düşən əsirin nə o qədər incidir, nə də döyürdülər….
Vətənə qayıtdıqdan sonra Azərbaycan ordusunda xidmətə başlayır. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Nurəddin Ağayev müxtəlif hərbi hissələrdə mayor rütbəsinə qədər yüksəlir. Lakin 2006-ci ildə keçirdiyi ağır avtomobil qəzasından sonra təqaüdə çıxır. Başı bəladan qurtulmayan Nurəddin müxtəlif vaxtlarda bir neçə dəfə avtomobil qəzasına düşür. Sonuncu qəza isə onun həyatının itirilməsinə səbəb olur, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur, 14 dekabr 2013-cü ildə müalicə aldığı xəstəxanada vəfat edir. 2 övlad atası olan Nurəddin Ağayev Yardımlıda və Azərbaycan Ordusunda mərd, vətənpərvər dosta sadiq bir kimi tanınırdı. Nurəddin Ağayev ömrünün bahar çağında bütün nəslin ümidlərinin ona kökləndiyi bir vaxtda həyatdan köçdü. Onun vaxtsız, gedişi bir ailənin, bir nəslin kədəridir. Həm də fəxridir!
Allah rəhmət eləsin!

Mayisə ƏSƏDULLQIZI,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru