10603255_706637782754308_673706837506198075_n

Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist,  eyni zamanda  publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq,  istedadlı qələm sahibləri üçün ən çox səciyyəvi olan keyfiyyətlərdən biri-daha çox yazarları təbliğ etmək məqsədilə əməli fəaliyyətə illər öncəsi başlayan və bu məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atan Rafiq Odayın ictimai fəaliyyəti də yaradıcılığı qədər geniş və çoxşaxəlidir

Keçən əsrin 80-ci illərində dövri mətbuat səhifələrində yazıları ilə çıxış edən və zəngin yaradıcılıq yolu keçən istedadlı qələm sahibi Rafiq Oday, eyni zamanda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, şair, jurnalist, publisist olaraq, ədəbi-bədii fəaliyyətini davam etdirməkdədir.

Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafı yolunda yorulmaq biləmədən çalışan, Ədəbiyyat tariximizdə özündən sonra ədəbi məktəb yaradan “Molla Nəsrəddin” jurnalına uzun illər redaktorluq edən, böyük ədib və demokrat Cəlil Məmmədquluzadə, Çağdaş Azərbaycan ədəbiyyatının zənginləşməsi və inkişafı yolunda müstəsna xidmətlər göstərən, adına mükafat təsis edilən (1993-cü ildə “Məmməd Araz” mükafatı), yaradıcılığında daha çox Vətənpərlik mövzularına müraciət edən və poeziya sevərlərin yaddaşına hopan “Ayağa dur, Azərbaycan, səninləyəm!”şeirinin müəllifi Məmməd Arazın böyüyüb boya-başa çatdığı, müqəddəs kitabımız “Qurani-Kərim”də ayrıca olaraq haqqında bəhs olunan və dünya ictimaiyyəti tərəfindən ziyarətgaha çevrilən Əshabi-Kəhf  dağı kimi möcüzəni özündə ehtiva edən və qədim köklərə malik olan Naxçıvan torpağının yetirməsi olması qısa zaman kəsiyində zəngin, çoxşaxəli və rəngarəng yaradıcılıq yolu keçməsi Çağdaş dönəmdə Ədəbiyyatşünas alimlər tərəfindən yaradıcılığının tədqiq olunub araşdırılmasına zərurətin olduğunu nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, Rafiq Oday da digər öz sələfiləri kimi hər şeydən öncə Ədəbiyyatımız üçün illər öncəsi yaranan, inkişaf edən ənənələrə sadiq qalır.

Yaradıcılığını şərti olaraq, üç qismə ayırmaq mümkündür:

1.Xalq şeiri üslubunda qələmə aldığı şeirlər (qoşma, gəraylı, təcnis);

2.Klassik üslubda qələmə aldığı şeirlər (xüsusilə qəzəllər);

3.Sərbəst üslubda yazdığı şeirlər.

Xalq şeiri üslubunda qələmə aldığı bir-birindən daha rəngarəng ədəbi-bədii nümunələrin, poeziya örnəklərinin daha çox xalq ruhuna yaxın sadə və anlaşıqlı dildə olması oxucu üçün nümunələrin uzun müddət yaddaşa hopub qalmasına, tez əzbərlənməsinə şərait yaradır.

Rafiq Odayın yaradıcılığının əsas qayəsini Vətənpərvərlik, vətənə, Anaya sevgi hisslərinin təşkil etdiyini nəzərə alsaq, böyük iftixar hissi ilə deyə bilərik ki, Türk dillərinin Oğuz qrupuna daxil olan Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi və çiçəklənməsi yolunda ərsəyə gətirdiyi nümunələr də öz aktuallığını və müasirliyini qoruyub saxlayır.

Təmiz türk dilinin bayraqdarı “Vəhdəti vücud” fəlsəfəsinin qaranlıqlarını dələn bir filosof-Yunus Əmrənin əziz ruhuna sevgi və sayqılarla ünvanladığı “Ustad, bir dön sinəmə bax” adlı dörd bənddən ibarət olan və ahəngdarlığı ilə seçilən gəraylısında illər uzunu Uca Allaha qovuşmaq yolunda aşiqlərin hansı əziyyətlərə qatıldığını böyük ustalıqla qələmə almağa müəssər olur.

Yaradıcılığının başqa bir qolunu təşkil edən Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai xadim Heydər Əlirza oğlu Əliyevin hələ keçən əsrin 80-90-cı illərində doğma vətəni, Ana yurdu Azərbaycan üçün gördüyü əvəzolunmaz işləri nəzərə alaraq, “Sən ulu öndərisən bu xalqın, bu millətin” şeirini ərsəyə gətirməklə, Ulu öndər qarşısındakı borcunu layiqində yerinə yetirmiş olur.Cəmi doqquz bənddən ibarət olan “Sən ulu öndərisən bu xalqın, bu millətin” şeirini “Şairin fəxriyyəsi” də adlandırmaq olar.Həmin nümunənin ən çox təsirli hissələrindən biri olan “Ən böyük əmanətin İlham Əliyev bizə”,

“Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi”misraları deyilənləri ədəbi fakt kimi təsdiqləyir.

Çanaqqala Zəfərinin 100 illiyinə həsr olunmuş “Çanaqqala zəfəri!” şeirində isə Türk dünyasının tarixinə qızıl hərflər yazılan şanlı döyüşün zəfərindən, böyük ifitixar hissi ilə “TÜRK” olduğunu diqqətə çatdırır.

Rafiq Oday ədəbi mühitdə yalnız ədəbi-bədii yaradıcılıqla məşğul olub Çağdaş Azərbaycan ədəbiyyatını zəngin və rəngarəng əsərləri ilə bəzəyən istedadlı qələm sahibi kimi tanınmır.Eyni zamanda Yeni nəsil Azərbaycan ədəbi gəncliyinin nümayəndələrinin-istedadlı gənc yazarların ədəbi mühitdə tanınması, ədəbi prosesə qoşulması, əsərlərinin müntəzəm olaraq dövri mətbuat səhifələrində dərc olunmasına yaxından köməklik göstərən və humanist dəyərlərə sadiq qalan, ruhu və canıyla Azərbayan-Türk torpaqlarını sevən qayğıkeş insan və dostdur.

Təsisçisi və baş redaktor olduğu “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin səhifələrində müxtəlif yaş qruplarına malik olan yazarların əsərlərinin nəşrinə diqqət ayıraraq “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini həyata keçirməklə Respublika mətbuatında yazıları ara-sıra dərc olunan istedadlı qələm sahiblərinin əsərlərinin eyni zamanda Kimya Sənayesi şəhəri sayılan Sumqayıt ədəbi mühitində tanınması yolunda müstəsna xidmətlər göstərmiş, yazarlara mənəvi dəstək olmuş, könül xoşluğu və ürəkdolusu sevinc bəxş etməyə müəssər olmuşdu.Xüsusilə, “Möhtəşəm Azərbaycan” qəzetinin 22 iyul 2013-cü il tarixli 71-72-ci saylarının “Qardaş Ellər” səhifəsində Çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri, İLESAM Sivas temsilçisi, Sivas Yazarlar ve Yazarlar Derneğo (SİYŞAD) Kurucusu və Eski Başkanı Sabiha Serinin və Türkiyə ədəbiyyatının bir sıra görkəmli nümayəndələrinin əsərlərini Türkiyə türkcəsindən İngilis dilinə çevirən şairə-tərcüməçi Nilufer Dursunun, “Poeziya” səhifəsində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Teymur Həbibinin və Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu kimi istedadlı gənc qələm sahiblərinin, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair, jurnalist, publisist Hikmət Məlikzadənin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Qadınlara Həsr olunmuş ən yaxşı şeir müsabiqəsi”nin qalibi, şair Əlirza Həsrətin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şairə Həyat Şəminin həyat və yaradıcılığı haqqında dolğun məlumat hazırlayıb dərc etməsi, eyni zamanda həmin buraxılışın “Ədəbi-Tənqid” səhifəsində uzun illər Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının baş redaktor müavini vəzifəsində çalışmış, filologiya elmləri doktoru, professor Vaqif Yusuflinin “Bu, Rafiq Odaydır…” adlı məqaləsinin işıq üzü görməsi, mətbu orqanın yüksək tirajla dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılması ilk növbədə xalq ruhuna bağlılıqlan irəli gəlir.Bununla da kifayətlənməyən və daşıdığı humanist ideyalara sadiq qalan Rafiq Odayın “Möhtəşəm Azərbaycan” qəzetinin 20 noyabr 2013-cü il tarixli buraxılışının “Layihə” bölməsində “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisini Yayın Kurulunun üzvü Ahmet Divriklioğlu və “Sanat Haber” adlı internet qəzetinin redaksiyasında çalışan və Türk dünyasında daha çox fotoqraf kimi tanınan Münevver Düverin, “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru , tanınmış şairə, jurnalist Nəcibə İlkinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Kütləv İnformasiya Vasitələrinin ”Qızıl qələm”, “Xan qızı Natəvan” mükafatları laureatı, ”Ali Ziya” ədəbi-bədii, elmi-publisistik juranlının Baş redaktorunun müavini, yazıçı Fazilə Qafarqızının, gənc yazar İlkin Əhəmdoğlunun, “İstedadlı gənc yazarlara dəstək” layihəsi çərçivəsində isə DGTYB Yönətim Kurulunun üzvləri, gənc yazarlar Emil Rasimoğlu və Təhməz Zabit, DGTYB və AYB üzvü, gənc yazar Tural Adışirin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Rüfət Axundlu, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, Tovuz ədəbi mühitində yetişmiş gənc yazar Ramin Cilovdarlı, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Pərvanə Nizaməddin kimi gənc qələm sahibləri haqqında daha geniş məlumat hazırlayaraq, ədəbi-bədii nümunələri ilə birgə dərc etməsi, eyni zamanda həmin günlərdə yeni işıq üzü görən kitabların sayının çox olmasını nəzərə alaraq qəzetdə ayrıca “Yeni nəşrlər” bölməsi ayıraraq ən son yeni kitablar haqqında ən dolğun məlumatların əks olunması əslində, humanizm prinsipinin keçərli olmasından xəbər verir.

Müxətlif illərdə istedadlı qələm sahibi, könül yoldaşı Rafiq Odayın həm Poeziya, həm də Publisistika sahəsindəki fəaliyyətini ayrıca şərh etməyə ehtiyac olmadığını nəzərə alaraq, sayğıdəyər dostumuza “Uğur olsun!”-deməyi özümə Vətəndaşlıq borcu bilirəm.Yorulmaq bilmədən çalışan əziz dostumuz, şair yoldaşımız Rafiq Odaya ədəbi-bədii yaradıcılığında yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!

Dərin hörmət və ehriramla,

Kənan AYDINOĞLU,
27-28 may 2015-ci il.Bakı şəhəri.
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri