10515052_1454147261518412_988404994_n

Bu səslə sevənlər kama çatırlar,
Odur aşiqlərin sevgi bəstəsi.
Ürəkdən kədəri, dərdi atırlar,
Vüsal nəğməsidir vağzalı səsi.

Sevənlər qovuşur onla nəhayət,
Kiminə vağzalı gəlir çox ağır.
Kimini vüsala yetirir, fəqət,
Kimini ömürlük yandırıb-yaxır…

Yəqin ki anladın sözlərimi sən,
Mən həmin ürəyi yanan insanam.
Ayrılıb tərk etdin məni qəflətən,
Səni sevmədim ki alışam, yanam.

Nə oldu soyuyub dönmüsən buza?!
Menimçün üreyi yanan sən idin.
Bir vaxt axtarmazdım nə tebib, loğman,
Çünki hər dərdimə dərman sən idin.

Sən ”xoşbəxt dərya”da üzürsən, mənsə,
”Həsrət dəryası”nda boğulan biri.
Sən dərddən uzaqsan gülüm, amma mən,
Dərdi ürəyinə dağılan biri…

Arzular puç oldu, dəyişdi halım,
Gedişin gətirdi ömrümə qəmi.
Məhv oldum, əzizim, sənin ”vağzalı”n,
Özgə birisiylə çalınan kimi…

Necə ağır səsmiş ”vağzalı səsi”,
Aldı əllərimdən səni bir anda.
İsti bədənimdən soyuq tər axır,
Hardasa ”vağzalı səsi” duyanda…