Tahir Lamiyəni kənara itələyir. Lamiyənin kürəyi divara möhkəm dəydiyi üçün ağrıyır, yerə oturur. Tahir əsəblə onun saçlarından tutur.
– Sənə demişdimmi mənə xəyanət eləmə? Harda olsan səni tapacam demişdim, ya yox?
Lamiyə yalvarmağa başladı.
– Yalvarıram incitmə məni. Sən bildiyin kimi deyil vallah
– Elə bildin tapa bilməyəcəm? Hardadır ərin? O əclaf hardadır?
Tahir pilləkanları qalxır , bir-bir otaqlara baxır. Sonra aşağı düşür, Lamiyənin yaxasından tutur ayağa qadırır
– Hardadır o?
– Evdə yoxdu, qurban olum get,sonra danışarıq.
– Sonra?
Tahir lamiyənin üzünə şillə vurdu.
– Ərindən səni boşatdırım, ağlın başına gəlsin. Şəkilləri də göstərəcəm.
– Bəs şəkillərimiz yox idi?
– Ona görə asanlıqla kürəyimdən vurdun? Sənin kimi xəyanətkara bu da azdır. Mənə yalan danışmağına bax. İndi ərin gəlsin, hər şeyi danışacam.
Lamiyə Tahirin qarşısında diz çökdü.
– Yalvarıram yazığın gəlsin mənə. Sabah görüşərik, sənə hər şeyi danışacam. Hər şey bildiyin kimi deyil. Yoldaşımla qohumuq. Məni toydan əvvəl zorlamışdı. Məcbur idim evlənməyə. Düzünü desəydim məni qəbul edəcəkdin?
Tahir Lamiyənin dediklərini dinlədikdən sonra bir müddət sakit dayandı, qəfildən səsli güldü.
– Sən nə artist qadınsan belə? Az, səni zorlamaq olar? Hə?
– Nə istəsən edərəm, bircə yoldaşıma heç nə demə. Yalvarıram. Mənə qarşı zərrəcədə olsa sevgin yoxdur?
Lamiyə hönkürtü ilə ağladı. Tahirin ona yazığı gəldi.
– Yaxşı, sabah tezdən evimə gələcəksən. Mənə yalan danışsan, gəlməsən, səni, məni yaradana and olsun axırına özüm çıxacam. Nə desəm edəcəksən.
– And içirəm, gələcəm.
Tahir daha heç nə demədi, evdən çıxdı, qapını çırpmasından Lamiyə dik atıldı. Öz-özünə ağlayaraq dedi:
– İndi mən nə edim?
Kərim Cəmiləni birtəhər sakitləşdirdi. Səfərin bədbəxtçilikdən anasını sakitləşdirməyə halı da yox idi. Cəmilə dərman atıb otağına getdi. Kərim oğluyla tək qalmışdı.
– Hərbi xidmətə getmək istəyirsənsə get, onsuzda gec-tez getməliydin.
– Diplomumu alım, gedəcəm. Bir-iki günə diplomu universitetdən götürəcəm.
Araya sakitçilik çökdü. Səfər əlini üzünə tutub hönkürtüylə ağladı.
– Mən uduzdum ata, uduzdum. Bədbəxtəm.
Kərim də ağladı. Oğlunun başını sinəsinə sıxıb ağladı.
Səfər – Neynirsən elə, buralardan məni uzaqlaşdır. Onu unuda bilmirəm. Fidansız yaşaya bilmirəm ata.
Kərim oğlunun başından öpdü, təsəlli verə bilmirdi. Sakitcə ağlayırdı…
Səfər axşamı atasıgildə qaldığı üçün Lamiyə rahat hazırlaşıb evdən çıxdı. Bilirdi ki, Səfərin evə gəlməyi birdə axşama qaldı. Başqa vaxt olsaydı, axşamdan qaynanasıgilin evini yığmışdı. Səhərə qədər özü də yatmamışdı. Bilmirdi necə eləsin ki, Tahir ondan əl çəksin.
Lamiyə adi kostyum geyinmişdi. Tahirin yaşadığı binanın qarşısında taksidən düşdü.
Liftlə yeddinci mərtəbəyə qalxdı, qapını üç dəfə döydükdən sonra Tahir üzünə açdı.
– Sabahın xeyir əzizim. Belə tez gözləmirdim.
Lamiyə salamlaşmadı, içəri keçdi. Tahir yuxudan təzə durmuşdu, qurşaqdan yuxarı əyni çılpaq idi. Lamiyəni arxadan qucaqlayıb, üzündən öpdü.
– Darıxmışam sənin üçün.
Lamiyə Tahirdən uzaqlaşdı.
– Bura bunun üçün gəlməmişəm. Xahiş edirəm, ailəmi dağıtma.
– Dağıtmayacam. Nə vaxt istəsəm bura gələcəksən.
– Hər çağıranda gələ bilmərəm. Məni də başa düş.
Tahir Lamiyəyə bir şillə vurdu.
– Əvvəllər niyə gəlirdin? Səsini kəs keç otağa.
Tahir Lamiyəni itələyə-itələyə yataq otağına çarpayının üstünə atdı, qapını bağladı.
Bir həftədən sonra Kərim oğlunun iş yerinə gəldi. Üzü gülmürdü, Səfər atasının mimikasından anlamışdı ki, dediyini edibdir.
Səfər – İstəyirsən gedək başqa yerə.
Kərim – Pis olmaz. Bugün heç nəyə həvəsim yoxdur.
Ata-oğul birlikdə nahar yeməyinə çıxdılar. Kərim gözlərini oğlundan çəkə bilmirdi.Gözləri dolurdu .
– Tutalım ki, qayıtdın. Ondan sonra nə düşünürsən.
– Lamiyəylə boşanmağı. Fidana qayıtmağa üzüm yoxdur. İstəsəm də məni qəbul etməyəcək. Heç vaxt bağışlamayacaq məni.
– Ən böyük səhvin inanmamağın oldu.
– Qəlbimə şübhələr düşdü…Nə etdimsə özümə etdim.Uduzdum ata…Uduzdum.
– Belə düşünmə.Hələ də Naxçıvana getməkdə qərarlısan?
– Hə. Bir il hər kəsdən uzaq olmaq istəyirəm. Məni başa düşürsən?
Kərim oğlunun fikrini dəyişdirə bilməyəcəyini yaxşı bilirdi.
Kərim – Lamiyə necə olacaq bəs?
– Demişəm mən gələnə qədər sizinlə yaşasın. Anamla yola getsə…
– Getməyəcəklər.
– Onda tək yaşayar. Tez-tez dəyərsən. Başını qatması üçün sexi də tapşıracam ona. Nəzarət edərsən.
Kərim heç nə demədi, başını yellədi.
Fidanla Təhminə hər gün işə gedir, işdən çıxan kimi evə gəlirdilər. Bəzən onları evə Camal öz maşınıyla gətirirdi. Təhminə bir oğlanla tanış olmuşdu. Müştərilərdən biri idi. Camal özü ona oğlanı əldən buraxmamağı tapşırmışdı. Oğlanın da Təhminədən çox xoşu gəlirdi. Təhminə rəqqasəlik edirdi, geyimləri açıq-saçıq olmazdı.
Camalın isə Fidandan xoşu gəlirdi. Ürəyini Təhminəyə açmaq qərarına gəldi. Təhminə səhnəyə çıxmamşdan əvvəl kabinetinə çağırdı. Söhbəti çox uzatmayıb birbaşa mətləbə keçdi.
– Fidan necə qızdır? Yəni, istədiyi var?
Təhminə Camalın Fidanla evlənəcəyini düşünüb sevindi.
– İstədiyi yoxdur, yetimdir. Tanıdığı yeganə insan mənəm.
– Yəni,atasından, qardaşından heç kimi yoxdur. Dayısı, əmisi..
– Yoxdur. Anası təzəlikcə rəhmətə getdi.
Təhminə çoxbilmişcəsinə soruşdu.
– Fidandan xoşun gəlir?
– Hə. Pis qız deyil. Başını salar aşağı işini görər. Heç kimlə qaynıyıb qarışan da deyil.
– Fikrin nədir?
– Hələki bilmirəm. Sadəcə xoşum gəlir. Belə qızdır?
– Fidan heç vaxt ailə qurmayıb. Təmizdir.
– Aydındır.
– Yaxşı mənim növbəmdir. Getməliyəm.
– Buyur.
Təhminə səhnəyə çıxanda Camal mətbəxə gəldi. Qapının ağzında qabları yuyan Fidana baxırdı.
Səfər əşyalarını hazırlayırdı. Lamiyənin gözləri dolmuşdu, söz tapıb heç nə deyə də bilmirdi.
Səfər – Ağlamağın mənası yoxdur. Əvvəl-axır getməliydim.
– Getməli deyildin. Qaçırsan. Bir il səni gözləmək var.
– Sevgili gözləmirsən, həyat yoldaşını gözləyirsən. Mən qayıdana qədər bacarsan anamgilnən qalarsan.
– Sonra nə olacaq?
– Bilmirəm Lamiyə. Hazırlaş çıxaq.
Ev telefonuna zəng gəlir. Dəstəyi Lamiyə götürür.
– Allo. Allo.
Dəstəyin o biri tərəfində Tahirdi.
– Salam əzizim. İndi hazırlaş, yanıma gəl.
– Səhv düşmüsüz.
Lamiyə dəstəyi yerinə qoydu. Səfər kim olduğunu soruşdu.
– Kimdi?
– Qadın idi. Səhv düşüb. Olar mən gəlməyim? Anangilin yanına sabah köçərəm. İndi sağollaşacağıq. Ayrılıq səhnələrini sevmirəm.
– Necə məsləhətdi.
Lamiyə Səfəri qucaqladı. Səfər də Lamiyəni istər-istəməz qucaqladı.
Lamiyə – Sağ-salamat qayıt.
Səfər Lamiyənin üzünə gülümsəyib, əliylə başını sığalladı.
Səfər əlində çamadanıyla evdən çıxdı. Lamiyə gözlərinin yaşını silib ikinci mərtəbəyə qalxdı.
Təhminə o qədər evdə Camaldan danışdı ki, sonunda Fidan bezdi, ayaqlarını yerə döyəcləyib qışqırdı.
– Aaaa, Təhminə lap ürəyim bulandı. Camaldan nə qədər danışmaq olar? Ayıb deyil, görüşdüyün var.
– Ağıllı, xoşum gəldiyi üçün tərifləmirəm. Sənə görə tərifləyirəm. Camalın səndən çox xoşu gəlir. Deyəsən fikiri ciddidir.
– Sən ona məndən nə danışmısan?
– Narahat olma. Səfərdən heç nə demədim.
– O evlənər mənimlə?
– Niyə evlənməsin?
– Axı mən…
– Hər şeyin çıxış yolu var. Bərpa etməyə nə var ki!…
– Olmaz. Buna vicdanım yol verməz. Əgər mənimlə evlənmək istəsə, düzünü deyəcəm. Qəbul etsə, evlənərəm.
– Sən zəmanə qızı deyilsən. Vicdanına heyranam.
Lamiyə taksidən düşəndə başı gicəlləndi.Sürücünün köməkliyi ilə yeddinci mərtəbəyə qalxdı. Tahir qapını açanda tələsik evə girdi, hamama qaçdı. Tahir sürücüyə təşəkkürü bildirdi, qapını örtdü. Hamama girdi.
– Sənə nə olub? İstəyirsənsə həkimə gedək.
Lamiyə üzünə su vurdu.
– Deyəsən hamiləyəm.
Tahir təəccübləndi.
– Uşaq kimdəndi?
– Məncə ərimdəndi. Elə Səfərdəndi.
Tahir şübhəli-şübhəli Lamiyəyə baxdı.
– Bilmək olmaz.
– Ağılsız-ağılsız danışma. Səndən mümkün deyil. Təzə görüşürük. Heç üstündən bir ay keçməyib.
– Yenə də bilmək olmaz. Uşaq doğulanda biləcəyik.
– Necə?
– Nədi? Uşaq istəmirsən?
– Istəyirəm,amma…
– Nə amması? Bu uşaq doğulacaq.Vəssalam….
Lamiyə qorxusundan Tahirə heç nə deyə bilmirdi…Susdu…
Ardı var…