1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

Bilirsənmi ürəyim,
Nələr çəkir həsrətdən?!
Ay diləyim, gərəyim,
Yadlar nə bilər gendən?
Ürəyini oxudum,
Özümdən ixtiyarsız,
Gözlərinə toxundum,
Gözümdən ixtiyarsız.
…Səni mənə gətirən,
O yollara dil açdım,
Məni sənə yetirən,
Allahıma əl açdım!
Bu dünyanın hər işi,
Gah kədərdi, düyündü.
Ürəyimin telləri,
Eh…Yaman ərköyündü.
İndi gecə yarıdı,
Yəqin ki, yuxudasan,
Bənzəyirsən səmada,
Mürgü vuran aya sən,
…Məni hardan duyasan?!