12112244_707887922688878_5264732258361276273_n

Niftəliyev Asif Abdulla oğlu 1991-ci il yanvar ayının 16-da Quba rayonunda anadan olub.1997-ci ildə Quba rayon Ramazan Əliyev adına Barlı kənd orta məktəbinin birinci sinfinə daxil olub.2008-ci ildə həmin orta məktəbi bitirib.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Tələbəlik illərində isə şeirləri “Sumqayıt Universiteti” qəzetində dərc olunub.7 oktyabr 2015-ci ildə vəfat edib.

SƏNİ SEVDİYİMƏ UTANIRAM MƏN

Bir vaxt əllərimi tuturdun möhkəm,
Qoymazdın əlimi əlindən çəkəm.
Sən yoxsan yanımda tənhayam, təkəm,
Artıq yoxluğuna inanıram mən,
Səni sevdiyimə utanıram mən.

Bir vaxt başqasını görməzdin ancaq,
İndi gör anzlərindən olmuşam uzaq,
Bir vaxt ürəyimə gəlmişdin qonaq,
Od vutub getmisən hey yanıram mən,
Səni sevdiyimə utanıram mən.

Ürəyinə bir anlıq həkk elə ki, sən,
Səni sevdiyimə olmayaq tən,
Hər zaman qarşımda rəsmini çəkən,
Bu iki gözümü danlayıram mən,
Səni sevdiyimə utanıram mən.

Bir vaxt ürəyimə nur gətirərdin,
İndi ürəyimə olmusan düşmən.
Gözlərinlə hey məni ötürərdin,
İndi o gözlərdən usanıram mən,
Səni sevdiyimə utanıram mən.

Cismin gözümə görünməsə də,
Ruhun çəkilməyir heç vaxt gözümdən,
Ürəyim köksümdə döyünməsə də,
Ürəksiz həyatda dayanıram mən,
Səni sevdiyimə utanıram mən.

Nə edim sən məni başa düşmədin,
Yox olmaq istədin mənim gözümdən.
Sən mənim sevgimə qiymət vermədin,
Sənin üçün artıq yaşamıram mən.
Səni sevdiyimə utanıram mən.

Bir vaxt əllərinlə sığal çəkərdin,
Gözünü çəkməzdin heç vaxt gözümdən.
Bir vaxt ürəyimi işğal edərdin,
İndi isə yox olmusan odlanıram mən,
Səni sevdiyimə utanıram mən.

Sənsiz yaşamağım nə qədər çətin,
Nə edim olmadın mənim qismətim.
Yox olub gözümdə varım, dövlətim,
Səni sevdiyimə utanıram mən.
Səni sevdiyimə utanıram mən.

GEDİRƏM AMMA Kİ, SƏNİ,
ÜRƏYİMDƏ APARIRAM

Bağışla məni nə olar,
Həyatdından mən çıxıram.
Çox uzun da olsa, yollar,
Gedirəm amma ki, səni,
Ürəyimdə aparıram.

Yuxumda hər zaman səni,
Səsləyirəm, çağırıram.
Boğaraq öz hisslərimi,
Gedirəm amma ki, səni,
Ürəyimdə aparıram.

Cismən uzaq olsam da, mən,
Ruhən sənlə yaşayıram.
Ayrı düşsəm də, gülümdən,
Gedirəm amma ki, səni,
Ürəyimdə aparıram.

Yuxun ərşə çəkilibdi,
Səninçün çox darıxıram.
Qəlb evim də sökülübdü,
Gedirəm amma ki, səni,
Ürəyimdə aparıram.

Gedirəm, amma bərabər,
Səninlə yola çıxıram.
Özün olmasan da, yetər,
Gedirəm amma ki, səni,
Ürəyimdə aparıram.

İstəmirəm ki, deyəsən,
Darıxıram, sıxılıram.
Getsən də, ancaq biləsən,
Gedirəm amma ki, səni,
Ürəyimdə aparıram.