gw

Poliqamlıq – kişilər bir az realist, bir az romantik, gözəlliyə vurğun, xəyalpərəst, daha çox isə poliqam olurlar. Kişilərinizi itirmək istəmirsinizsə, onları olduqları kimi qəbul edin, dəyişməyə çalışmayın, əksinə onun poliqam olması və digər cəhətlərindən özünüz üçün istifadə edin, hər gün bir obrazda olun, təəccübləndirir, maraqlandırın özünüzlə, hər dəfə bir başqa insan, bir başqa qadın olun, fərqli, özəl, unudulmaz və arzuolunan… Unutmayın, ən sakit və rahat kişi belə ehtiraslıdır. Siz oyatmasanız bu ehtiras və marağı, siz yandırmasanız onun içindəki odu-alovu, o kənarda axtaracaq sizdə axtarıb tapa bilmədiklərini… Söhbət təkcə intim həyatdan getmir, həm də adi insani münasibətlərdən gedir… Hər dəfə onun üçün maraqlı, ancaq yorucu olmayan bir kitab olun ki, sizi oxusun, oxumaq istəsin, əli başqa kitabları oxumaq üçün uzanmasın “kitabxanalara, kitab mağazalarına”, açıq satışa çıxarılan “kitablara” və “kitab sərgilərinə”… Unutmayın, insan da kitab kimidir, başlanğıcdan maraqlı olan kitabı axıradək oxumaq istəyəcək oxucun, maraqlı gəlməsən səni qoyacaq evdəki və ya işdəki kitab rəfinə, toz basacaq səni… Sən isə köhnəldikcə, oxunmadıqca, hirslənəcəksən el-aləmə, hamını günahkar biləcəksən, əslində günahkar kişin deyil, sən özünsən…

Kişilər yenilikçidirlər, nəfsləri olur, yenilikçi olmasanız və o nəfsinə onun yerinə şüuraltı təsir etməyi bacarmasanız, kimsə ona distant təsir edəcəkdir, axtardığı yeniliyi başqasında tapacaqdır.

Ən əsası evliliyə qədər qadınlarımız özlərinə fikir verirlər, sonra isə, əsasən uşaq doğulandan və uşağın 2 yaşı tamam olanadək özünə qulluq etmir, ondan ya yemək iyi gəlir, ya tər, ya da şəxsi gigiyenasına, sağlamlığına fikir vermir.

Qeyri-ənənəvi intim həyatı tək tərəfli olmur, bir tərəfi də qadındır, qadın kişi istədiyinə qadağa və ya məhdudiyyət qoyandan, istəklərini bildirmək və intim həyatlarını müzakirə etməyəndən sonra kişi daha açıq, səmimi, istəklərinə məhdudiyyət qoymayan və ehtiraslı birini axtaracaq və tapacaq, adi bir məsələ də var, qadın gigiyenik özünə qulluq, o da bizim evdar qadınlarımızda yoxdur.

Həddən artıq gerçəkləşməyən seksual fantaziya və sönməz ehtiras – İnsanların əksəriyyəti ehtiraslı və fantaziyaya malik olurlar… Fantaziyasını və istəklərini sənlə bölüşmək istəyən kişiyə min bir bəhanə tapıb yox desən, ona “hə” deyəcək, onu istəyəcək və ondan imtina etməyəcək, ona pozitiv enerji verəcək, fantaziyalarını gerçəkləşdirəcək birisini axtarıb tapacaqdır hökmən… Siz onun üçün sadəcə evdar qadın və uşaqlarının anası olacaqsınız… Fantaziya və istək, ehtiras tək kişidə olmur, qadında da olur və olmalıdır, odun yanması üçün vasitə olmalıdır, ehtirası da oyatmaq lazımdır, kişini yandırmaq və sonra isə yandırdığın kişinin alovunun sönməməsini gündəmdə saxlamaq lazımdır… Səmimi olmaq və öz istəklərini, fantaziyalarını, ehtirasını paylaşmağı bacarmaq lazımdır, vermədən almaq müəyyən dövrə qədər davam edə bilər və bir gün səbr tükənə bilər, səndən bezə bilər və yenə də başqa alov və od mənbəyini axtara bilər… Sən kişinin Yanardağı olmalısan, daim yanıb-yandırmalısan, şirin, istəkli, ehtiraslı, sirrli və eyni zamanda səmimi… Əsl qadın ailə həyatında yataqda kişisinin fahişəsi olmalıdır, olmasa, sənin “fahişə” damğası vurduğun başqa qadınlar onu ələ keçirdəcəklər… Sənsə, qalıb kənardan izləyəcək, üzüləcəksən… Kişiləri xəyanət etməkdə günahlandırdığın zaman, ilk növbədə, düşünmək lazımdır, səbəbini, günah tək kişidə olmur… Nə üçün kişilər öz xanımları ilə yaxınlıq edəndə, tez boşalırlar, qadın orqazmı yaşaya bilmir, bizim qadınlarımızla ünsiyyətdə anladım ki, onların əksəriyyəti bilmir ki, qadın da orqazm yaşayır, G nöqtəsi və erogen zonalar var… Seksual maariflənməsi olmayan qadın necə kişisini əlində saxlaya bilər?! Bir də ki, kişi öz qadınının həzz almadığını anlayanda, ondan soyumağa başlayır… Demirəm, immitasiya et, sadəcə rahat ol, özünü sərbəst burax və ərinə kömək et, birlikdə olun, öhdəliyi və işi tək kişinin öhdəsinə buraxma…

Tək dadlı yemək bişirmək, ailəyə, evə, uşaqlara baxmaqla deyil, evdarlıqla deyil… Belə qadınları kişilər atır və ya sadəcə uşaqlarına və ya böyüklərin xahişi ilə, eldən ayıb olmasın deyə, evində həyat yoldaşı kimi saxlaya bilər.

Özünə fikir verməyən və qapalı qadın – kişi əsasən sağlam, özünə fikir verən, gözəl və arzulanan qadını, ailə quranadək tanıdığı qadını evində görmək istəyir, görməyəndə məyus olur. Çox qapalı, soyuq, inamsız münasibətlər isə kişini evindən və həyat yoldaşından uzaqlara qaçmağa sövq edir. Qadın ev işlərini görməli, işləməli və kişisinin istədiyini də ona verməlidir, baxımlı, gözəl və istəkli olmalıdır. Qapalı olmamalıdır, əri ilə istənilən mövzuları müzakirə etməyi bacarmalıdır, düzü-düz, əyrini-əyri, isterikasız, davasız… Kişi də qadın kimi insandır, diqqət, qayğı, sevgi istər, arada bir naz etmək istəyər… Kişisini istəməyən qadının kişisini başqa qadın istəyəcək, başqa qadın ona diqqət, qayğı, sevgi göstərəcək… “Ailəmə baxır, evə pul verir, bizi atmır” prinsipi ilə həyatda həyata və insanlara küsgün yaşamaq doğru deyildir. Unutma ki, çoxu istəməsən, az da olmaz…

Bədxərc və tələbkar, deyingən qadın – Ərindən ancaq pul istəyən, bədxərc, “qonşudan qalma dala” prinsipi ilə yaşayan qadınlar gec-tez kişiləri bezdirir, qadın həm də qənaətcil olmalıdır, zəruri olmayan xərcləri etməməlidir, onu-bunu istəyirəm deyib, hər istədiyini aldıran və şopping xəstəsi olan qadınların münasibətlərinin ömrü uzun olmur… Çünki kişi anlayır ki, yanındakı qadını onu ancaq puluna görə seçib, pulu bitəndə – maddi çətinliklərlə üzləşdiyi zaman onu atacaq, başqasını tapacaq… Çox tələbkar, özü bir şey etməyən, ərini hər şeydə günahkar bilən, narazı, deyingən qadınlardan kişilər elə qaçır ki, izləri belə qalmır…

Ancaq evdar olan qadın – ancaq evdar qadın, ancaq evdarlıqla məşğuldur, robot kimi proqramlaşdırılır, plan üzrə eyni işləri hər gün eyni vaxtda görür və vaxtını düzgün idarə edə bilmədiyi üçün özünə qulluq etməyə vaxt tapmır, artıq tüklərdən təmizlənmə, tər və ya yemək qoxusundan azad olma, dağınıq saçlarını yığmaq, üzünə-başına, evdəki geyiminə fikir vermək yoxdur, adi alt paltarları belə kişiləri nəinki ehtirasa gətirmir, əksinə onları hürküdür. Demirəm, bütün vaxtı makiyajda gəzin, erotik geyimlər geyinin, sadəcə özünüzə əl gəzdirin, evdarlıqdan savayı, ən azı özünüz üçün özünüzü qadın hiss etmək məqsədilə, qadın olmağa çalışın! Düzdür kişinin ürəyinə gedən yol mədədən keçir, amma dadlı yeməyi yeyəndən sonra, o, doymayacaq və xanımını da yemək istəyəcək, “dadlı və yeyiləsi” olun…

Ətrafdakı gözəl qadınlar və cəlbetmə – Ətrafımızda o qədər ovçu, kişiləri dəli edəcək, səndən fərqli və arzuolunan qadınlar var ki, hamısı sənin üçün düşməndir, əslində onlar sənin rəqibin və düşmənin olmaya da bilərlər… Kişin üçün əsl qadın olsan, başqa qadın onu cəlb edə və maraqlandıra bilməz…

Qadının qısqanclığı, təhdidləri, şübhələri – qısqanc, hər şeydən şübhələnən, ərini xəyanət etməmiş, xəyanətdə ittiham etmək, izləmək, etibar etməmək, təhdidlər, tez-tez əri atıb ata evinə getmələr, söyməklər, qışqırmaqlar, isterikalar kişini hövsələdən çıxardır, aqressiv və səbrsiz edir, əsəbləşdirir. Belə olduqda, kişi o qadınından soyuyur, inciyir, uzaqlaşır və xoşbəxt olmaq istədiyindən axtarışa çıxır.

Qadının tam səmimi olmaması və kompleksləri, qadağaları – qadının kompleksləri, məhdudiyyət və qadağaları onların zəif tərəfi və düşmənidir, bunu digər qadın bildiyindən, başqa qadın kişini ələ ala bilir, çünki digər qadınlar özünə əmin, kompleksiz, səmimi, qadağasız və məhdudiyyətsiz olurlar…

Pozitiv olun, sevin, kişinizlə səmimi olun, istəklərinizi bildirin, istəklərini dinləyin və əməl edin, ortaq məxrəcə gəlin, razılıq əldə edin, daha çox ünsiyyətdə olun, etik davranın, hörmət edin, dinləməyi öyrənin, hər mənada kişinizi razı salmağa çalışın. Bu zaman kişiniz ancaq sizin olacaq və başqa qadın axtarmayacaq.