sefaqetxanimsekil

Rəsad Fidanla Təhminəni evə gətirdi. Fidan qapıdan evə girən kimi yataq otağına keçdi, özünü yatağa atdı, dərindən nəfəs aldı. Gözləri dolmuşdu. Qəfildən üzünü yastığa sıxıb hönkür-hönkür ağladı. Təhminə otağa girdi, əliylə Fidanın çiyninə toxundu: – Fidan, nə olub?

Fidan başını Təhminənin sağ çiyninə qoyub uşaq kimi ağlayırdı. Otağa Rəşad girdi.
Təhminə Fidanı sakitləşdirməyə çalışırdı – Səni başa düşürəm. Bəsdi, ağlamağın mənası yoxdu.
Fidan – Başımıza gəlməyən qalmadı. Yoruluram, arada elə istəyirəm ki, öləm, canım qurtarsın.
Rəşad sakitcə çarpayının bir tərəfində oturdu: – Siz hələ nə görmüsünüz? Otuz yaşım var. Yaşımın sayınacan ölümlə üz-üzə gəlmişəm. Sizin hələ bəxtiniz gətirib. Səndən yaşca kiçik qızlar olub, intihar həddinə çatdırıblar. Eldar əmi ikinizə də kömək edəcək.
Təhminə Fidanın üzündən tutdu,gözlərinin içinə baxıb gülümsədi: – Eşitdin? Daha bundan sonra bizə nə lazımdır? Evimiz də olacaq, işimiz də.
Fidan üzünü Rəşada tərəf çevirdi: – Başa düşürəm, Camal alçağın biridir, amma vicdan əzabı çəkirəm. Nəticədə insan ölümünə bais oluram.
Rəşad – Sənə desəm ki, Camalın axırıncı qurbanı on iki yaşında qız uşağı olub, necə olarsan?
Fidan diqqətlə Rəşada baxdı, sonra başını aşağı saldı.
Rəşad davam edirdi: – Uşağı özündən neçə yaş böyük adama satmışdı. Qız qanaxmadan ölmüşdü, meyidini də polislər zibil qutusundan tapmışdılar. Nəyi qoyub nəyi danışırsan? Təhminə haqqında mənə azdan-çoxdan danışıb. Keçmiş nişanlın səndən istifadə etməyib. Sən hələ təcrübəsizsən, yaşın artdıqca bugünkügünlər sənə adi gələcək. Camalı düşünmə. Şansınıza, bəxtinizə şükür edin.

Təhminə ayağa qalxdı, əllərini bir-birinə sürtdü: – Daha bəsdir, qəmli notları qoyuruq bir kənara. Şansımızın şərəfinə yaxşı çay dəmləyim, içək. Nə deyirsiniz? Rəşad: – Təhmiş, yaxşısı budur, yağ-pendir hazırla, qayğanaq elə, məndə isti çörək alım. Necə deyərlər, həyəcandan mədəm birtəhərdir.
Fidan – Mən sizdən betərəm.
Təhminə – Onda qalx ayağa, vaxt itirməyək.

Rəşad isti təndir çörəyi almaq üçün evdən çıxdı…

Kərim qızının gözünün altına, yanağına baxırdı, susurdu,sanışmağa söz tapa bilmirdi. Cəmilə pəncərədən baxırdı, qızı Aybəniz ağlayırdı.
Kərim – Nakişi köpəkoğlu.
Aybəniz – Bilmirəm niyə çönüb mənə qarşı. Adam adamı nə qədər təhqir eləyər? Kərim – Qayıtmayacaqsan o evə. Sabah da gedərik məhkəməyə ərizə verərsən.

Cəmilə Kərimin qarşısına keçdi. – Nə danışırsan? Boşanmaq nədi?
Kərim – Neyniyim? Qızımı ömür boyu döysün, men de baxım?
– Onda dost-tanışa nə cavab verək?
Aybəniz təəccüblə anasına baxdı: – Dost-tanışın bizden vacibdi,ana?
Cəmilə qızına gözlərini ağartdi. – Sən bu barədə danışacaq heç axırıncı adam da deyilsən. O adama getməmişdən əvvəl fikirləşmək lazım idi.
Kərim Cəmilənin üstünə acıqlandı. – Niyə? Səhv edib deyə ömür boyu söyülüb, döyülməlidir? Cəhənnəm olsun dost-tanış, qohum-əqraba. Qızımın sağlamlığı hamısından vacibdi
Cəmilə – Qarnı burnundadı, Elçin bir qələtdir edib. Gələndə başa salarsan, birdə təkrarlansa, onda boşatdırarsan.
Kərimin hövsələsi daraldı. – Eee, lap məni bezdirdin Cəmilə. Elçini də, Lamiyəni də təriflədin, dağın başına qoydun. Onda niye özünü düşündün? Qohumlar yada düşmədi? Hökümranlığını qoy bir kənara. Bir az ana ol.
Kərim pencəyini stulun başından götürdü, evdən cıxdı.

Cəmilə ağlayan qızına baxdı. – Elçinlə o qələti eləməsəydin, bugünə düşməzdin. Evin qapı zəngi çalındı. Xadimə qapını açdi, Elçin qonaq otağına keçdi, qaynanasıyla arvadına salam verdi. Heç kim salamını almadı. Cəmilə əliylə başını tutdu, otaqdan çıxdı. Aybəniz isə, pəncərə tərəfə baxırdi.

Lamiyə paltarlarını səliqəli, tələsmədən çamadanına yığırdı. Qapının döyüldüyünü eşidəndə otağından çıxdı. Qapını açanda qarşısında Tahiri gördü, əsəbləşdi.
– Sənə dedim axı buralara gəlmə.
– Narahat olma, heç kim görmədi.
– Pəncərələrdən də sığortaladın özünü? Eşitmirsən onsuzda, nə isə deməyin mənası yoxdur.
Tahir Lamiyəni arxadan qucaqladı: – Sənin üçün dəhşət darıxmışam. Sənsiz dözə bilmirəm. – Bir müddət doğrudan darıxmalı olacaqsan. Qaynanam hamilə olduğumu öyrənib. Bəyaq zəng etmişdi.
– İfritə səndən nə istəyir?
– Nəvəsinin sağlam doğulmasını istəyir. Çamadanlarımı hazırlayırdım gəldin. Axşam sürücünü göndərəcək.
– O uşağın kimdən olduğu hələ məlum deyil. Bircə bu uşaq dünyaya gəlsəydi… Lamiyə Tahirin dodaqlarından öpdü – Xahiş edirəm, get, özüm səninlə əlaqə saxlayacam.
Tahir kefsiz halda cavab verdi: – Yaxşı, çalışacam sebrli olum.
Tahirlə Lamiyə öpüşdülər. Lamiyə Tahiri gülərüzlə yola salıb qapını örtdü, dərindən nəfəs aldı. Bir müddətlik də olsa Tahiri aldada bilmişdi.

Elçin Aybənizin könlünü almaq üçün şirin sözlər danışırdı. Dizlərini yerə qoydu, arvadının əlindən tutdu:
– Dönə-dönə üzr istəyirəm. Əsəblərimi cilovlaya bilmədim. Kişi kimi söz verirəm, birdə olmayacaq. And içirəm.
– Bilmirəm, qız olduğunu bilən gündən günümü qara eləmisən. Atam boşanmağımızı istəyir.
Elçin çoxbilmiş-çoxbilmiş arvadına baxdı: – Bəs anan nə deyir?
Aybəniz susdu. Elçin: – Atanı başa düşürəm, hirsindən deyib. Qurban olum, bağışla məni.
Elçin Aybənizin əllərindən öpürdü ki,insafa gəlsin, bilirdi xasiyyətini.Deyəsən yavaş-yavaş məqsədinə də çatırdı. Aybənizin gözləri yenidən dolmuşdu.

Yeddi ay keçdi

Fidanla Təhminəyə Eldar verdiyi sözü tutmuşdu. Camalın evini satdırıb qızların adına geniş həyəti olan, dörd otaqlı ev almışdılar. Restoranı da qızların ikisinin adına keçirtmişdi. Rəşad da restoranı çox vaxt özü işlədirdi. Qızlar heftədə bir-neçə dəfə restorana baş çəkərdi. Təhminə rəqs kursları açmaq üçün kirayə yer götürdü. Peşəkar müəllimlər axtarıb tapdı. Fidan isə özü üçün xüsusi xobbi tapa bilmirdi. Gününü kitab oxumaqla keçirirdi, tez-tez anasının məzarını ziyarət edərdi, usaq evlərinə, qocalar evlərinə baş çəkərdi
Təhminəylə birlikdə kreditə maşın götürmüşdülər. Rəşad ikisinə də maşın sürməyi öyrədirdi, Fidan başısoyuq yanaşırdı. Maşın sürməyə həvəsi yox idi. Yaxın günlərdə Təhminə sürücülük vəsiqəsi almaq üçün imtahan verməliydi. Arada Eldar da axşamlar qızların hal-ehvalından xəbər tutmaq üçün onlara qonaq gələrdi.

Rəşad Təhminənin sevgilisi olduğu üçün çox zaman gecələr qızların evində qalırdı. Təhminəylə onu təkcə nigah kağızı bağlamırdı. Qapı döyüldü, bir yerdə kinoya baxan Təhminəylə Rəşad ayağa qalxdılar.
Rəşad qapını açdı – Xoş gəldin.
Gələn qonaq Eldar idi – Neynirsiz?
– Kinoya baxırdıq.
Təhminə Eldarla görüşdü – Eldar əmi, xoş gəlmisən. Nə vaxtdandır gəlmirsən. Gözlərimizi yolda qoymusan.
Eldar- Fidan yoxdu?
Rəşad – Otağındadı.
Təhminə – Ya kitab oxuyur, ya da yazır.
Eldar təəccübləndi – Yazır?
Rəşad – Xəbərim yoxdur. Mən də sənin kimi indi eşidirəm.
Təhminə – Məncə, həyatını yazır.
Eldar – Otağına gedirəm, son vaxtlar gözümə yaxşı görünmür. Təhminə, yaman acmışam.
Təhminə – Bu dəqiqə Eldar əmi, qabağına bir yemək qoyum, gəl görəsən.
Rəşad – Aşpazımız həmişəki kimi Fidandır.
Eldar – Fidan bişiribsə şübhəm yoxdur.
Fidan otağında işıqları söndürüb, şam yandırmışdı. Şam işığında əlində qələm dəftərə yazırdı. Qapının döyüldüyünü eşidəndə – gəl – dedi
Eldar otağa girəndə Fidan görünüşündən oxşatdı, ayağa qalxdı, qapıya tərəf gəldi, işığı yandırdı, Eldarı görəndə sevindi.
Yanaqlarından öpüb qucaqladı – Çoxdandı görünmürdün.
Eldar – İşlərimin çoxluğundan. Nədir? Tərkidünya olmaq qərarına gəlmisən?
Fidan yazı stolunun üstündə yanan şamı üfürərək söndürdü. Qələmi dəftərin arasına qoyub örtdü.
Eldar stola yaxınlaşdı. – Belə başa düşdüm ki, kitab oxuya-oxuya yazıçı olacaqsan. – Mən hara, yazıçılıq hara!… Hamısı bekarçılıqdandı.
– Yox vallah, axırda sən özünə kitab çıxardacaqsan. Məşhur yazıçı olacaqsan.
Fidan diqqətlə Eldarın gözlərinə baxırdı. Eldar başa düşdü ki, Fidanın vacib sözü var.
– Deyəsən ürəyin doludur.
– Eldar əmi, Camala doğrudan nə oldu?
– Ona görə vicdan əzabı çəkirsən?
– Adam məcburiyyətdən qəddar da olur,düzdür?
Eldar başıyla təsdiqlədi. – Elə bildim, dəyişərsən. İlk dəfə gördüyüm Fidansan. Mənasız adamlara görə fikir çəkməyə dəyməz.
– Qorxum vicdan əzabıdır.
Eldar Fidanı qucaqladı – Caan, sen vicdanını incidən heç nə etməmisən. Mən neynim onda? Bura bax, acam, bir tərəfdən də sən sual atəşinə tutma.
– Səhərdən mən də acam.
– Getdik, tez-tez, düş qabağa.Burda mənim üçün fəlsəfə açıb, düş qabağa.

Fidanın üzü güldü. Eldar əmisiylə birlikdə otaqdan çıxdılar.

Lamiyə hamiləliyin səkkizinci ayına keçmişdi. Anasıyla dalaşırdı. Lamiyə Bakıya qayıtmaq istəyirdi, anası imkan vermirdi çamadanlarını hazırlasın.
– Tahirdi, nə zibildi, inanma. O səni pis vəziyyətdə qoyacaq.
– Başa düşmürsən? Getməsəm də pis vəziyyətdə qalacam. Sabah axşamacan Bakıda olmasam Cəmiləgilə gedəcək, hər şeyi danışacaq. Bətnimdəki uşağın belə Səfərdən olub olmadığını bilmirəm.
– Axı, hardan bildi ki, burdasan?
– Ay ana, sən onu tanımırsan. Çoxbilmişin yekəsidir. Başa düş, getməliyəm.
– Hara gedəcəksən? Onunla yaşayacaqsan?
– Ola da bilər, olmaya da… Xahiş edirəm, imkan ver gedim.
Aynur sonunda təslim olurdu. Qızının dedikləri ilə razılaşmağa məcbur qaldığını hiss edirdi.
Səhərisi gün qızını yola salmamışdan əvvəl qızına vərəq uzatdı:
– Burda Zaman adlı bir adamın ünvanı var. Dünən axşam onunla danışmışam. Anasıyla çox yaxın olmuşam. Tahirdən heç gözüm su içmir. Əgər nəysə olsa zəng elə. Sənə kömək edəcək.
– Yaxşı.
Təhminəylə anası qucaqlaşdılar. Aynur astaca qızının qulaqlarına dedi. – Əlimdə olsaydı, o Tahiri özüm boğardım…

Süfrə yığışdırıldıqdan sonra Fidangil domino oynayırdılar. Fidan iki oyun udduqdan sonra Eldar etirazını gülümsəyərək bildirdi:
– Bu nədir belə? Ancaq bu qız udur.
Fidan – Eldar əmi, sən də paxılsan?
Eldar – İstəsəm udaram, özüm uduzuram ki, cavansınız, həvəsdən düşməyəsiniz. Qızlar birlikdə “Sağ ol Eldar əmi” dedilər, gülüşdülər.
Eldar- Gecəniz xeyrə, evə getmək vaxtıdır. Səhər çox işim var.
Rəşadgil Eldarı qapıyacan izlədilər. Eldar Fidana tərəf döndü.
– Vaxtı gələndə yazılarını oxuyarsan.
Fidan gülümsədi – Baş üstə.
Eldar hər kəslə sağollaşıb qapıdan çıxdı.
Cəmiləylə Kərim süfrə arxasında oturmuşdular. İştahsız yemək yeyirdilər.İkisinin də kefi yox idi. Sükutu birinci Cəmilə pozdu – İşdə hər şey yolundadı?
– Nəysə olmalıydı ki?
– Elə-belə soruşdum.
– Səfər üçün darıxmışam.
– Mən də. Burnumun ucu göynəyir oğlum üçün.
Qapının zəngi çalınanda Kərim hövlank ayağa qalxdı, özündə qeyri-ixtiyari “Səfər ” dedi. Cəmilə də həyəcanlandı. Kərim qapını açanda sevincdən qışqırdı, gözləri doldu:
– Oğlum, oğlum. Offf, bu nə dərddir, ay allah?
Səfər atasıni qucaqladı. Susurdu, deməyə söz tapmırdı. Cəmilə qapının ağzına qaçdı. Səfər anasını bağrına basdı.
Cəmilə – Qurban olum qədəmlərinə, oğlum. Şükür səni mənə yetirənə, şükür.
Cəmilə hönkür-hönkür ağlayırdı. Kərimin gözləri dolmuşdu. Oğlunu özünə tərəf çevirdi. – Elə bil arıqlamısan. Səfər gülümsəyirdi. Atasının haqlı olduğunu bilirdi.

Fidanın heç cür yata bilmirdi. Pəncərədən həyətə baxırdı. Bir anlıq ona elə gəldi ki, həyətin ortasında Səfər dayanıb. Gülümsədi, pəncərəni açdı. Heç kimi görmədi. Məyus olmuşdu, pəncərəni bağladı. Yazı stolunun arxasına keçib dəftərin birinci səhifəsini açdı, başlıqda əvvəlcədən saxladığı abzasa ” Sevginin gözləri ” yazdı…

Ardı var…