ez

27 Oktyabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov son zamanlar Azərbaycan Respublikasında və Almaniya Federasiyasında işıq üzü görmüş yeni kitablarından imzalayaraq Gündəlik Analitik İnformasiya Agentliyinin Mərkəzi Kitabxanasına hədiyyə edib.Son zamanlar yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Çağdaş dönəmdə istedadlı gənc yazarların ədəbi mühitdə tanınmasının, müasir ədəbi prosesə cəlb edilməsinin, yazılarının müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunmasının, Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi”nə üzv olmağın önəmli olmasından ürəkdolusu danışıb. Müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində hekayələri dərc olunan dərgilər, Gürcüstanda işıq üzü görən kitabları haqqında geniş bilgiləri sunub.Çağdaş Azərbaycan ədəbiyyatının bir qolunu təşkil edən Nəsrimizin uğurlarının artmasını diləyib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.