12202155_886472768116427_1538859207_n

Fidan Eldarın üzünə deyə bilmir: Bu nigah ancaq bir il davam edəcək. Bir ildən sonra biz boşanacağıq. Eldar üçün də ağırdır, Fidanla nigah bağlamaq.
Fidanı tək qoymağa da ürəyi gəlmir. Fidan sadə ağ don geyinmişdi. Eldar da həmişə geydiyi – kostyumunu geyinmişdi. Nigah məmurunu gətirmək üçün Rəşad evdən çıxmışdı.
Təhminə Fidanın həyəcanını hiss edib soruşdu.
– Həyəcanlı olduğun hiss olunur?
– Bilmirəm. Hansı hissləri keçirdiyimi də bilmirəm.
– Gərək gəlinlik geyinəydin.
– Həvəsim yoxdur .

Eldar qonaq otağında televizora baxırdı. Qızlar qonaq otağına gəldilər.
Təhminə – Çayı təzə dəmləmişəm. Rəşadgil gələnəcən canımızı isidək.

Təhminə mətbəxə getdi. Eldar Fidanı süzürdü. Hiss edirdi, Fidan hardasa peşman olubdur.
– Axırıncı dəfə deyirəm, yaxşı-yaxşı fikirləş.
Fidan təəccüblə Eldara baxdı. Gülümsəməyindən də geri qalmırdı.
– Necə yəni?
Eldar da gülümsədi. – Xasiyyətim çox ağırdı. Mənimlə yola getmək var.

Fidan özü də bilmirdi ki, niyə Eldara fikirlərini tam izah edə bilmədi.
– İndiyəcən necə yola getmişik?
– Bir-iki saatdan sonra ər-arvad olacağıq. Adam əsl üzünü evləndikdən sonra göstərir.

Fidan başını saldı aşağı, susdu. Deməyə söz də tapmırdı.

Eldar əmin olmaq üçün utana-utana sualını verdi. – Məni doğrudan sevirsən Fidan, ya məcbur qalıb evlənirsən?
– Başa düşmədim.
– Yaxşı başa düşdün. Aramızdakı yaş fərqi ortadadır. Gözəl-göyçək qızsan. Niyə mən?
– Etibar edirəm, güvənirəm.
– Elə bu? Deməli sevmirsən. Ancaq inandığın üçün? Mənə qəribə gələn bilirsən nədir? Məndən xoşun gəlirdisə, niyə əmi deyirdin?
Fidan udqundu.
– İndidə əmimsən.
Eldar qaşlarını çatdı. – Başa düşmədim.
– İkimizdə bilirik ki, nigahımız kağız üstündə olacaq.

Eldar diqqətlə Fidana baxdı. Pərt olmuşdu. Rəşadın dediyi kimi, Fidan ona “əmi” deyənəcən ona qadın kimi baxırdı. İndi isə, özünün Fidandan xoşu gəlirdi.
– Belə bilmirdim. İnanmışdım ki, əsl ailə olacağıq.
Fidan başını aşağı saldı.
Eldar – Bilmirəm nə deyim. Necə istəyirsənsə elə olsun. Xahiş edirəm, mənə əmi demə.Dilin öyrəşəcək, həkimin də yanında deyəcəksən.

Eldar daha heç nə demədi, evdən çıxdı.
Təhminə əlində nimçə otağa dirdi, Eldarı soruşdu.
– Hara getdi?
– Həyətə çıxdı. Xoşagəlməz söhbət oldu.
– Necə yəni?
– Boş ver. Bilmirəm düz iş gördüm, ya yox. Səfər də son vaxtlar yadıma düşür.
– Unut onu. O səni pis vəziyyətdə yarı yolda qoydu, ailəsindən sənə xeyir gəlmədi. – Səfər məni hələdə sevir. Anamın qəbrini ziyarət edibsə, deməli sevir.
Təhminə təəccübləndi.
– Kim ziyarət edib?
Eldar çıxanda evin qapısını açıq qoyduğundan içəri girəndə Fidangil hiss etmədilər. Səfərin adını eşidəndə ayaq saxladı.
Fidan – Səfər qonşudan anamın məzarının yerini öyrənibdi. Arxasınca qəbirstanlığa getdim, yox idi.
– Fidan, Səfər sənə qayıtsa, qəbul edərsən?
Fidan susdu. Təhminə sualını təkrarladı.
Fidan – Evli olsam, mümkün deyil.
Təhminə – Subay da olsaydın mümkün deyil O da evlidir.

Eldar sakitcə evdən çıxdı, siqaret yandırdı, fikrə getdi

Lamiyə otağın o başından bu başınacan gedirdi. Zaman qapıdan içəri girən kimi Lamiyə onun qarşısını kəsdi.
– Oğlumdan nə xəbər var? Nə öyrənmisən? Zaman divanda oturdu.
– Oğlunuzu bir ailə övladlığa götürəcək. Orda işləyən xanım tanışım dedi. Bütün xərcləri onlar ödəyir.
Lamiyə əsəbləşdi. – Buna ixtiyarları yoxdur.
– Niyə yoxdur? Ailə olmasaydı, oğlunuzu uşaq evinə göndərəcəkdilər.
– Cəhənəm, nə olur olsun, sabah xəstəxanaya gedəcəm, oğlumu geri götürəcəm.
– Mümkün deyil Lamiyə xanım. Axşam Almaniyaya qayıdacaqsınız. Biletinizi almışam.
Lamiyənin gözləri dolur. Zaman otaqdan çıxdı. Lamiyə dənizdən çıxan qəfil fırtına kimi hıçqıraraq ağladı.

Nigahı kəsən xanım Fidandan Eldarla evlənmək istəyib-istəmədiyini soruşanda Fidan tərəddüdsüz “bəli” dedi. Eldardan soruşanda isə, bir qədər susdu.Hər kəs Eldara baxanda, Eldar diqqətlə Fidana baxırdı. Nigah məmuru sualını təkrarlamağa məcbur qaldı. Eldar Fidana gülümsədi – Bəli, qəbul edirəm – dedi. Rəşadla Təhminə bir-birilərinə baxdılar. Rəşad Eldarın, Təhminə Fidanın nigah şahidi idi.
Nigahı kəsən xanıma çox təklif edildi ki, bugün onların qonağı olsun, qəbul etmədi. Başqa cütlüyün nigahına qatılacağını söylədi. Eldar Fidanla nigahını qeyd etmək üçün əvvəlcədən yer ayırdığı restorana getdilər. Təhminə yolboyu Rəşada baxırdı. Ürəyindən keçirdi, Rəşad da onunla evlənsin. Fidan kimi olmadığını yaxşı bilirdi. Rəşaddan öncə onun həyatında çox olmasa da , 2-3 kişi olmuşdu. Kərim sonuncu idi. Düşünürdü ki, Kərim kimi heç kim onu sevməmişdi. Kərim onunla evlənmək istəyirdi. O, uğursuz gün isə…hər şeyi korlamışdı. Bir-birilərindən xəbərsiz aralarındakı məsafə qırılmışdı. Rəşad Təhminəni düşüncələrindən ayırdı.
– Təhminə, nə olub?
Təhminə – Heç nə.
Fidan Təhminəni qadın kimi hisslərini yaxşı duyurdu. Yanında oturan Eldar maşının pəncərəsindən küçəyə baxırdı. Üzü gülmürdü. Fidan Eldara baxıb əlini əlinin üstünə qoydu, gülümsədi.
– Nədi gözəl insan, olmaya indidən peşman oldun?
– Niyə ki? Siz qadınlar təhlükəli varlıqlar olsanız da ,biz kişiləri peşman edə bilmirsiniz.
Fidan Edarın nəyə işarə vurduğunu yaxşı bilirdi. Əlini əlinin üstündən çəkdi, o da küçədəki adamları seyr etməyə başladı.
Rəşad maşını restoranın həyətinə sürəndən sonra maşından düşdülər. Eldar Rəşadla Təhminəyə dedi:
– Siz gedin, Fidanla söhbətim var.
Rəşadla Təhminə restorana doğru getdilər. Eldar üzünü Fidana tutdu.
– Təhminəgilə demisən?
– Nəyi?
– Nigahımızın ancaq kağız üstündə olacağını?
– Yox, deməmişəm.
– Demə. İstəmirəm bilsinlər. Birdə mənə söz ver. Ananın qəbrinə and iç, Səfəri nə vaxtsa görsən, üz-üzə gəlsəz danışmayacaqsan. Bir kəlmə də danışmayacaqsan.

Fidan Səfərin adını eşidəndə tutuldu. Eldar dediklərinə davam etdi :
– Başqa evə köçəcəyik. Qürurum var. Etiraz etmə, məni də başa düş.
– Səfərdən niyə danışdın?
– Təhminəylə danışanda evdəydim. And iç.
– Anamın qəbrinə and olsun, səninlə evli qaldığımız müddət sənə sadiq qalacam, adına ləkə gətirməyəcəm.
– Yaxşı olar. Xəyanət edən insanın cəzası ancaq ölüm olur.. Nə isə… Gedək.

Eldar əlini Fidana uzatdı. Fidan əlindən tutdu, restorana tərəf getdilər

Zaman Lamiyəni Bakı Hava Limanından yola saldı. Lamiyə göz yaşlarını saxlaya bilmirdi. Ağlayırdı. Yanında oturan sərinişin özündən bir söz soruşmasa da diqqətlə onu izləyirdi. Lamiyə bilirdi ki, bu dəfə oğlunu həmişəlik itirdi. İndi onun içində – anasına qarşı belə, nifrət vardı.

Gecə Fidanla Eldar evə gəldilər. Rəşad Təhminəylə şəhəri gəzmək bəhanəsiylə təzə evlənənləri tək qoymaq üçün qapının ağzından qayıtmışdılar. Eldar evə girən kimi divanda oturdu, televizoru yandırdı. Fidan da onun yanında oturdu. Eldar Fidana fikir vermirdi. Fidan pultu əlindən alıb televizoru söndürdü.
– Bilirəm, məndən incimisən.
– İnciməmişəm.
– Əgər həyatında qadın olsa….

Eldar cümləsini bitirməyə imkan vermədi. – Yaxşısı budur, dərinə getmə. Gecən xeyrə.
– Sən yatmırsan?
– Harda?
Fidan bilmirdi nə cavab versin.
– Təhminəylə Rəşad gəlsə necə olacaq?
– Narahat olma, bugün gəlməyəcəklər. Mən divanda yatacam. Qalın ədyal varsa gətir, bəsimdi.

Fidan ağır addımlarla otağına getdi. Qayıdanda Eldar köynəyinin düymələrini açırdı.Ədyalı divanın üstünə qoyub otağına qayıtdı.
Eldar – Səhər tez çıxarıq. Vəkilə dəyərik, ordanda xəstəxanaya gedərik.

Fidan sevinmişdi. Eldar sonra sözünə davam elədi.
– Ordanda maklerə gedərik.
Fidanın sevinci uzun çəkmədi: – Yaxşı. –

DÖRD AY KEÇDİ…İYUN AYI.

Eldar Fidanın istəyi ilə çox da böyük olmayan həyət evi aldı. Lamiyənin xəstəxanada qoyub qaçdığı oğlunu isə, övladlığa götürmüşdülər. Uşaq zəif olduğu üçün adını Yaşar qoymuşdular. İnanırdılar ki, adı körpəyə uğur gətirəcək. Eldar özü də uşağa öyrəşmişdi. Eldar tərəfdən, yəni birinci ailəsi Fidanı bilirdilər. Qohumlarının çoxu onu qınasalar da hər kəs inanırdı ki, Yaşar Eldarın oğludur. Fidan yuxusuz gecələr öyrəşə bilmirdi. Eldar gecələr Fidan yatanda Yaşara baxırdı. Yaşar həmişə Fidanın otağında olurdu. Fidan bir gün yorğunluqdan necə bərk yatmışdısa, gecəyarısı ağlayan oğlunun səsini elə bil eşitmirdi. Eldar otağa girdi, körpəni yerindən götürüb qucağına aldı. Sakitləşdirmək üçün əvvəlcədən hazırlanmış butulqadakı şirin suyu körpəyə verdi. Körpə sakitləşdi. On dəqiqə keçməmiş yatdı. Eldar körpəni yerinə qoydu. Otaqdan çıxmaq istəyəndə üstü açıq olan Fidanın üstünü ədyalla örtdü. Otaqdan çıxmağa hazırlaşanda oğlu mızıldandı, çıxa bilmədi. Məcbur qalıb qonaq otağından stul gətirdi, beşiyin yanında oturdu.
Səhərə yaxın Fidan oyananda Eldar oğlunu yedizdirirdi. Fidan təlaşla ayağa qalxdı – Necə bərk yatmışam. Məni niyə oyandırmadın?
– Sabahın xeyir.
– Sabahın xeyir. Yeməyini hazırlaya bilməsəydim, oyandırardım.
– Gözlərin şişib. Yuxusuz qalmısan, işə necə gedəcəksən? – Günortadan sonra gedəcəm.
Eldar oğlunu anasına verdi.
Fidan – Heç olmasa get indidən yat. Mən oyandıraram səni.
– Yaxşı, Çörək alım sonra.
– Pendirimiz də qurtarıb.
– Alaram.

Eldar otaqdan çıxdı. Fidan körpə qucağında arxasınca baxdı.

Səfər hərbi xidmətdən qayıtmamışdan iki gün əvvəl Cəmilənin istəyi ilə Lamiyə anası Aynurla Bakıya qayıtmışdı. Lamiyə qaynatasıgilə getməmişdi, birbaşa öz evinə gəlmişdi. Aynur Zamanın əliylə iki qadın tapmışdı, üç günə evi – necə deyərlər “başdan ayağacan” təmizlətdirmişdi.İki gündən sonra Səfər birdəfəlik hərbi xidmətdən qayıtmalıydı.
Aynur Cəmiləni evə çağırmışdı.Üz-üzə oturmuşdular. Hər şey Cəmilənin əlindəydi.
Aynur – Bilsəydim ki,qızım bədbəxt olacaq, oğlunla evlədirməzdim.
Lamiyə bir kənarda oturub dinləyirdi. Dörd ayda tamam dəyişmişdi, saçlarını qara rəngə boyamışdı.Bir az da kökəlmişdi.
Cəmilə – Qızın nə etdisə, özü-özünə etdi. Sənin qızına görə elçi gəlmişdim? Yox. Aynur – Cəmilə xanım, sən qızıma az dillər tökməmisən, ha! Çalış qızım bundan sonra xoşbəxt olsun.
– Mən neyniyə bilərəm? Oğlum boşanmaq istəyir.
– Lap yaxşı, oğlun boşansa, sən də boşanacaqsan. Qızım hər şeyi mənə danışıb. Çox göynən getməyin.
– Məni hədələyirsən?
– Necə istəyirsən başa düş. Növbəti il parlament seçkiləri olacaq. Yerində olsam, hər şeyi nəzərə alaram. Qızım bədbəxt olsa, elə bil ki, itirəcəyim heç nə yoxdur. Əlavə deyəcək sözüm yoxdur
Cəmilə gəlininə baxdı. – Sən niyə bu qədər kökəlmisən?
Lamiyənin yerinə Aynur cavab verdi.
– Almaniyada əsəbə qarşı müalicə aldı. Ən yaxşı psixoloqlara göndərdim. Hamısı iynə-dərmandandı.
Cəmilə düşünürdü ki, yaman ilişibdir.Bir tərəfdən də Lamiyənin vəziyyətini nəzərə alırdı. Oğlunun da az günahı yox idi. Bircə yolu var idi. Nəyin bahasına olursa olsun, oğluyla Lamiyə boşanmamalıydı. Hardasa Lamiyəyə yazığı da gəlirdi.

Fidan körpesini yatızdırmışdı, Eldar gəlib çıxmamışdı. Fidan narahat qaldı, əl telefonunu stolun üstündən götürdü, Eldarın nömrəsini yığdı.
– Harda qaldın?
– Gəlirəm, narahat olma. Marketdəyəm. Nə isə lazım idi?
– Hə, hə. Əlcək lazımdı . Hamamı təmizləmək üçün.
– Yaxşı.
Fidan telefonu stolun üstünə qoydu, paltarını dəyişmək üçün otağına getdi.

Kərim həyətdə gəzişmək üçün evdən çıxanda oğlu Səfərlə qarşılaşdı. Sevincdən az qala kişinin ürəyi dayanacaqdı. Səfər birdəfəlik gəlmişdi. Evdə hazırlıqlar görünmüşdü.
Ata-oğul qucaqlaşdılar. Kərim kövrəlmişdi. Səfər atasıyla qonaq otağına keçəndə onu ikinci mərtəbədə görən Cəmilə “oğlum” deyib pilləkənləri tələsik düşdü, ağlayaraq oğlunu bərk qucaqladı. Hal-əhval tutandan sonra Cəmilə Kərimə dedi.
– Qonaqlıq təşkil elə Kərim. Oğlum sağ-salamat qayıdıb. Hamı bilməlidir.
– O heç.
Səfər – Lazım deyil
Cəmilə – Az danış, gedəndə qeyd edə bilmədik, ürəyimdə xal qalmışdı.
Kərim – Anan bu dəfə düz deyir. Heç olmasa dönüşünü qeyd edek.
Səfər – Necə məsləhətdi.

Günortaya yaxın Aynurun evdən çıxdığını görən Zaman gizləndiyi ağacın arxasından çıxdı, qapını döydü. Lamiyə qapını açdı.
– Anam görmədi.
– Narahat olmayın.
– Oğlumu kim övladlığa götürüb? Öyrənə bilmisən?
Zaman əlindəki şəkilləri Lamiyəyə uzatdı.
– Uşağı övladlığa götürən ailənin şəkilləri.
Lamiyə diqqətlə şəkillərə baxdı, qaşlarını çatdı.
– Qadının yoldaşıdır?
– Hə.
– Çox yaşlıdır. Lənətə gəlsin, imkanlı ailədir. Qadın da mənə tanış gəlir. Hardasa görmüşəm.
– Qadının adı Fidandır. Fidan Əmiraslanova.
Lamiyə bir anlıq elə bildi onu tok vurur.
– Fidan. Yoxsa… İnanmıram, o kasıb, bir qəpiyi olmayan dilənçidir.
– Kişinin adı Eldardı. Eldarın obyektləri var.
– Məlum oldu, niyə bu kişiyə gedib. Tanış gəlir. Ünvanlarını bilirsən? – Bilirəm. – Anam yaxınlarda Almaniyaya gedəcək. Onda məni apararsan. Oğlumu görmək istəyirəm.

Təhminəylə Rəşad gələcəkləri üçün Fidan nahar üçün süfrəni həyətdə hazırladı. Eldar oğlu qucağında Fidanı izləyirdi. Rəşadla Təhminə dəmir qapıdan həyətə girəndə boz rəngdə it ( Eldar iti getdiyi rayonların birindən gətirmişdi. Çoban it cinsindəniydi) quyruğunu buladı. Eldar körpəylə həyətə çıxdı. Təhminə Eldarla görüşüb körpəni qucağına alıb əzizlədi.
Fidan yemək çəkmək üçün qazanı mətbəxdən götürməyə getdi. Eldar da onun arxasınca.
Eldar – Mən götürəcəm. Eldar qazanla mətbəxdən çıxdı. Fidan da onun arxasınca. Rəşadla Təhminə körpəni əzizləyirdilər.
Körpəni özlərinə yaxın beşikə qoyub, süfrə arxasına keçdilər

Səfər gəldikdən iki gün sonra Kərim paytaxtın məşhur restoranların birində qonaqlıq verdi
Səfər razı deyildi, anasının təkidi ilə Lamiyəylə anası da qonaqlıqda iştirak etdilər.
Qonaqlıqda jurnalistlər olduğu üçün Lamiyə Səfərin yanından ayrılmırdı.
Səfər onun üçün təşkil olunan məclis bitənəcən qaş-qabağını tökmüşdü.
Məclis bitəndən sonra Lamiyə də anasıyla Kərimgilə gəldi. Kərim oğlunun tərəfini saxlayırdı. Lakin “boşan,canını qurtar” deyə bilmirdi. Gecə keçib, gənc ailəni qarşılarında otuzdurub ailə dəyərlərini izah edirdilər.
Cəmilə – Bugünəcən nə olub olub. Əsas bundan sonradı. İkinizdə də günah az olmadı. Bizi fikirləşin.
Lamiyə – Məni atıb uzaqlara əsgər getdi. Arada soyuqluq yaratdı.
Səfər acıqlandı. – Məni atdı nədi? Ay qız, borcumuydu getdim.
Lamiyə – Qaçdım niyə demirsən?
Kərim – Bəsdirin. Boşana bilmirsinizsə yola gedin.
Aynur – Kərim qardaş, bu nədi? Qızım hər şeydən əvvəl dostunuzun əmanətidir
Kərim – Ona görə bir tərəfdəndə boşanmaqlarını istəmirəm.

Gecə Səfərlə Lamiyəni valideynlər nəyi var, başa saldılar. Cəmilə atasını düşünməyi dəfələrlə izah etdi.
Sonunda Səfər boşanmayacaqlarını deyəndə hər kəs sevindi. Kərimdən başqa. Lamiyəni heç cür gəlini kimi qəbul edə bilmirdi.

Səhər-səhər Eldar evə çörək alanda, qəzet də almışdı. Fidan çay süzüb Süfrə arxasına keçdi. Eldar Səfərin şəkilini gördü, əsəbləşdi. Qəzeti cıranda Fidan qorxudan diksindi.
Fidan – Qorxdum. Nə idi indi bu? Eldar – Heç, xəbərlər oxudum, xoşum gəlmədi yazılanlardan.
Fidan yerə baxanda qəzetdə Səfərin cırılmış üzünü gördü.
– Onunla aramda hər şey qurtarıb.
Eldar ayağa qalxdı, siqaretdən birini yandırdı. – Ona görə ananın qəbrini öyrənmişdi? Sən də arxasınca getmişdin.
– Hisslərimə zəif düşmüşdüm. Əgər unutmasaydım, evlərinə zəng edərdim. Hər halda nömrələrini bilirəm.
– Zəng edə bilməzdin. Əsgərlikdən təzə gəlib. Özüdə başqa evlidir.
Eldar yerdən qəzet parçalarını götürdü. Lamiyənin şəkili olan hissəsini Fidana uzatdı
– Arvadıdır. Sən həyatını ona görə məhv elə.

Eldar telefonuyla, maşının açarını stolun üstündən götürüb evdən çıxdı. Fidan bir neçə dəfə arxasınca səslənsə də cavab vermədi. Qəzetdə Lamiyənin şəklinə baxıb hirsindən qəzeti əzdi.

Səfər evdən çıxan kimi Lamiyə Zamana zəng etdi. – Sabahın xeyir. Hazırsan?
– Sabahınız xeyir. Yolun kənarında ağ maşındayam.
– Lap yaxşı. On-on beş dəqiqəyə çıxıram. Görək Fidan xanım oğlumuza necə baxır.
– Gözləyəcəm.

Ardı var…