Xəstəxanaya gələn Cəmilə birbaşa həkimin otağına getdi. Qapını döyməməsi həkimi təəccübləndirdi.
– Nəysə olub,Cəmilə xanım?
– Oğluma qan verən xanımın adı Fidandır?
– Siz hardan bildiniz?
Cəmilə həkimdən özünə lazım olanları öyrənmək üçün yalan danışmalıydı.
– Gəlinimlə danışanda eşitdim. Özü dedi ki, qan verib.
Həkim təəccübləndi: – Qəribədir, bizə tapşırmışdı ki, kimliyi gizli qalsın. Bəli xanımın adı Fidandır.
– Sağ olsun.
Cəmilənin oğlu yadına düşdü. – Bəs oğlum?
– Oğlunuza qan köçürülüb. Gözləməliyik.
Cəmilənin gözləri doldu, həkim Cəmiləyə bir stəkan su verdi. – Buyurun.Ümidsiz olmayın, hər şey yaxşılığa doğru gedir.
– Çox sağ ol…çox sağ olun.
Cəmilə stəkanı stolun üstündən götürdü, həkimin otağından çıxdı. Birinci mərtəbəyə düşdü. Qızı Aybənizin yanına yaxınlaşdı. Aybənizlə Lamiyə dəhlizdə yan-yana dayanmışdılar.
Cəmilə gözüylə qızına işarə etdi ki, kənara çəkilsin. Lamiyədən aralaşdılar.
– Atan hanı?
– Səfəri görməyə getdi. Şükür, qan verən tapıldı. Ata nə qədər həkimdən soruşdu, qan verənin adını demədilər. Kimdirsə həm xeyirxahdır, həm də sadə.
– Xeyirxah deyil. Hələ də oğlumu sevir. Mən çox pis elədim. Gərək onları ayırmayaydım.
Aybəniz təəccüblənir: – Başa düşmürəm səni.
– Qardaşına qan verən Fidandır. Çiçəyin qızı Fidan.
– Nə danışırsan? Fidan ?
Aybəniz Fidanın adını çəkəndə Lamiyə diqqətlə onlara baxdı, şübhəli-şübhəli Cəmiləgilə yaxınlaşdı.
– Fidan nə edib?
Cəmilə qızına baxdı: – Fidan nədi? Burda Fidan adını çəkən oldu?
Lamiyə – Eşitdim hər şeyi. Bəyaq həkim qan verənin adını çəkmədi. Olmaya qan verən…
Cəmilə Lamiyənin gözlərinin içinə baxdı. – Hə, Fidan verib qanı. Sənin bacarmadığını elədi.
– Elə danışdın ki, elə bil qanımız uyğun gəldi, vermədik.
Aybəniz – Yaxşı ki, uyğun gəlmədi.
Lamiyə – Kəs səsini. Sən get fahişələrin qucaqlarından düşməyən ərini düz yola gətir. O ki, qaldı Fidana….Ümid edirəm, Səfərə heç nə deməyəcəksən Cəmilə xanım.
– Əksinə deyəcəm.
– Bəlkə Fidan evlidir. Əri, uşağı var.
– Olsun, yenə də oğluma deyəcəm.
– Bizi yaradana and olsun, Səfər məni boşasa, ana-bala bütün zibillərinizi cümlə-aləmə yayacam. Qoy görsün Azərbaycan, məmurunun əxlaqlı qadının əməllərini…
Lamiyənin gözləri doldu, hikkəylə Cəmiləgilin yanından ayrıldı, xəstəxanadan çıxdı.
Fidan Təhminənin hazırladığı şərbəti içirdi. Eldar yatağın bir tərəfində oturmuşdu, Rəşadla Təhminə isə qapının ağzındaydı.
Eldar – Yəni o boyda xəstəxanada 1+ tapılmadı? Qanın var sənin?
Fidan stəkanı Təhminəyə uzatdı:
– Nə qədər demək olar? Evin tək oğlu, on iki yaşında uşaq idi. Ürəyim dözmədi. İki qram qan verməklə ölmərəm, narahat olmayın. Yaşar yatıb?
Təhminə – Hə, yeməyini verdim, yatdı.
Eldar – Yaşarı elə bil sən yox, Təhminə övladlığa götürüb. Heç maraqlanmırsan.
Otaqdakılar Eldarın sözünə güldülər.
Fidan – Sağ ol səni.Daha sözüm yoxdur.
– Düz sözə nə deyə biərsən?
– Yaxşı yadıma düşdü, evə girənin kim olduğunu öyrəndiniz?
Təhminə Fidanın sualına qüvvət verdi.
– Doğrudan, nə isə öyrənə bilmisiz?
Eldarla Rəşad bir-birilərinə baxırlar.
Eldar – Polis baxır o məsələyə.
Fidan – Nə vaxt qayıdırıq evə?
Rəşad – bahoo.. Nədi , bezmisən bizdən?
Fidan – Aha, başlayın yozmağa. Maraqlı olduğu üçün soruşdum.
Eldar – Bir müddət burda qalarıq. Sonra başqa evə köçərik. Evi satmaq istəyirəm. Fidan – Satma xahiş edirəm.
Eldar – Satacam. Başım açılsın, hamınızı istirahətə aparacam.
Təhminə – Məsələn?
Rəşad Təhminəni süzdü. – Görürəm, ürəyindən oldu.
Təhminə – Vallah, pis olmaz.
Eldar – Gedəcəyimiz yer sürpriz olsun. Sən də dincəl.
Eldarla Rəşad xanımları evdə tək qoyub həyətə çıxdılar.
Eldar – Əclafdan xəbər yoxdur?
– Qayıtmağına qayıdıb, özü də çoxdan.
– Hə, bəyaq demişdin. O vaxt nahaq onu sağ qoyduq.
Çox nahaq. – Onda məni də təəccübləndirmişdin. Mərhəmətli olduğunu bilirdim. Amma işində bilmirdim.
– Anasına görə məcbur idim.
Eldar keçmişi xatırlamağa başladı. Eldar tapançanı ağzı-burnu partlamış, gözlərinin altı göyərmiş Camalın alnına dirədi. Camal uşaq kimi ağlamağa başladı. – Qurban olum, eləmə. İflic anam var, mən olmasam neyləyəcək?
Eldarın gözlərindəki nifrət itmişdi. ” Ana” adını eşidəndə tapança tutan əli boşaldı, yanına düşdü.
Eldar – Onda anasını da özüylə aparmağa icazə verdik.
Rəşad – Bəlkə də anası rəhmətə gedib. Görərsən, mən deyən kimi olacaq.
– Bilmirəm. Yenə çıxacaq üzə. Evə yenə gələcək.
– Məncə də. Eyni şeyi düşünürük?
– Aha…
Lamiyə evə girdi, qapını hirslə çırpdı. Çantasından telefonunu çıxardıb Zamana zəng etdi. – Neynirsən elə, oğlumu o, ifritənin evindən çıxart. Yalvarıram ailəm dağılmamış mənə kömək et.
Telefonun digər tərəfindən Zaman: – Əsəbləşməyin, nə olub?
– Fidan bugün Səfərə qan verib. Bugün ərimə qan verib.
Lamiyə sonuncu cümlələri göz yaşlarında boğula-boğula deyirdi.
– Mənim verə bilmədiyim qanı verdi ərimə. Ailəm dağılacaq. Eşidirsən məni, ailəm dağılacaq.
Lamiyə telefonunu yerə çırpdı, dizlərini yerə çöküb hönkür-hönkür ağladı.
Eldar gözlərini açanda Fidanı qucağında uşaq, qarşısında gördü. Fidan üzünə gülümsəyirdi.
– Sabahın xeyir.
– Sabahın xeyir.
Eldar otaqdan çıxıb hamama keçdi. Təhminə süfrəni hazırlayırdı. Rəşad əlində isti təndir çörəyi qapıdan içəri girdi. Hamamdan çıxan Eldarı görüb dedi.
– Sabahın xeyir bəy.
– Sabahın xeyir. Çörəyimizi yeyək, çıxaq. Gecikmişik.
Təyminə Eldarın da, Rəşadın da fincanına çay süzdü. Fidan divanda oturmuşdu, körpəsini əzizləyirdi, oğlunu güldürməyə çalışırdı. Eldar gözlərini Fidandan çəkmirdi. Rəşad da diqqətlə Təhminəyə baxıb əlindən tutdu. Təhminəylə bir-birilərinin gözlərinə baxdılar. Təhminənin gözləri gülürdü.
Eldar Rəşadın köynəklərindən birini geyindi, birlikdə evdən çıxdılar. Maşına oturanda Eldar dilə gəldi.
– Təki ən pis günümüz bugünkü kimi olsun.
– Bəy, hələ gün qurtarmayıb. Nə bilirik axşamacan nə olacaq?
Eldar gülümsədi. – Ə, guya bilmədin də nəyi nəzərdə tuturam?
– Zarafat edirəm. Əslində, səninlə ciddi bir söhbətim var. Çoxdandır fikirləşirdim. Sənin də fikrin maraqlıdır.
– Nə söhbəti?
– Təhminəylə evlənsəm necə baxarsan?
– Niyə yalan deyim, bu sualı mən sənə verəcəkdim. Mənə elə gəlir ki, səni ancaq Təhminə xoşbəxt edə bilər.
– Təhminə sözün əsl mənasında müsbət aurası olan qızdır. Düzdür, keçmişi bir az qarışıqdır. Hələ indiyəcən heç bir qadında Təhminənin yanında tapdığım rahatlığı tapmamışdım.
– Madam düşünürsən ki, səni xoşbəxt edəcək qadındır… Madam düşündüklərim sənə maraqlıdır, deyim. Evlən…Fidanı da, Təhminəni də çoxdan tanıyırıq. İndiyəcən bu qızların səhv hərəkətlərini görmüşük? Yox. Şəxsən Fidanla evlənməyimə peşman deyiləm.
– Yaxşı, onda bugün Təhminəyə evlənmə təklifi edəcəm. Düzdür, anam münasibətimizə etiraz edir. Vallah, bu qızı sevirəm, xasiyyətini sevirəm. Ürəyimdə Təhminə ola-ola anamgilin məsləhət bildiyi qızı bədbəxt eləməyin nə mənası var? Nə var-nə var bakirədir.
– Vallahda…
– Səni ofisə aparandan sonra üzük almağa gedəcəm.
Eldar glümsədi – Allah xoşbəxt eləsin.
Rəşad güldü: – Axşam şam yeməyinə aparacam. Üzüyü orda taxacam barmağına.
Eldar ofisin qapısını açıb içəri girdi. Çox keçmədi Lamiyə qapını döydü, Eldarın cavabını gözləməmiş glümüsəyərək ofisə girdi.
– Sabahınız xeyir Eldar bəy. necəsiniz?
Eldar Lamiyəni görəndə təccübləndi.
– Sabahınız xeyir.
– Başa düşürəm sizi,kimi gözləsəzdə məni gözləmirdiniz.
– Düzünü deyim…yox.
– Sizinlə ciddi söhbətim var. İkimizin də ailə həyatı təhlükədədir.
– Başa düşmədim.
– Əyləşə bilərəm? Bir az uzun söhbətdi.
– Əlbəttə, buyurun.
Eldar Təhminənin oturması üçün ofisdəki yumşaq kreslolardan birini göstərdi.
Təhminə rəqs kursuna getmək üçün cangüdənlərin biriylə evdən çıxdı. Fidan Yaşarı yatızdırdı. Tozsoranla evi təmizləməyə hazırlaşırdı ki, evin qapısı döyüldü. Fidan qapını açanda qarşısında cangüdəni gördü.
Cangüdən – Qapının ağzında bir xanım var, deyir sizinlə mütləq danışmalıdır.
– Kimdi?
– Adı Cəmilədir.
Fidan elə bildi ki, ayağı yerə yapışıb. Özünü birtəhər ələ alandan sonra cangüdənə içəri buraxmasını tapşırdı
Cəmilə evə girənəcən Fidan tozsoranı yığışdırıb götürdüyü yerə qoydu. Cəmilə həyəcanlıydı, qapını astaca döydü. Fidan atıq bilirdi Cəmilə nə üçün qapısına gəlib. Deməli, həkim onun kiçik sirrini saxlaya bilməmişdi. Fidan qapını Cəmilənin üzünə açdı, neçə ildən sonra ilk dəfə üz-üzə gəldilər
Eldarın qanı qara idi. Lamiyə zəhərini qanına yeridə bilmişdi.
Eldar – Narahat olmayın Lamiyə xanım. Ərinizlə arvadım keçmişdə nişanlı ola bilərlər, lakin Fidan ailəsinə xəyanət edəcək qədər ləyaqətsiz qadın deyil.
– Onda ərimə qan verməyini necə izah edə bilərsiniz?
– Bilirdim. Əvvəlcədən mənə demişdi. Demokratik insanam.
– Yalan danışa bilmirsiniz. Mən sizin evinizə elə-belə gəlməmişdim. Səfər arvadınızla görüşəndə şəxsən özüm görmüşdüm. Sizcə, ünvanınızı hardan bilirdim?
Eldar hirsli idi, lakin təmkinini pozmurdu.
-Fidana bütün qəlbimlə inanıram. O heç vaxt ailəsinə xəyanət etməz.
– Eldar bəy, arvadınız hələ də ərimi sevir. Səfər üçün Fidan ancaq əyləncə ola bilərdi. Sevsəydi, nişanlıydılar, mənimlə evlənməzdi.
– Çıxın və birdə gözüm sizi görməsin.
Lamiyə ayağa qalxır – Ümid edirəm, arvadınıza hər şeyi başa salacaqsınız. Ümid edirəm, ailəm sizin ucbatınızdan dağılmayacaq. Arvadınıza hər şeyi izah edin.
Lamiyə ofisdən çıxdı. Eldar masanın üstündəki külqabını hirsindən yerə çırpdı.
Fidanın Cəmiləyə qarşı nifrəti o qədər böyük idi ki, əyləşmək üçün qapısına gələn insana yer də göstərmədi.
– Nədi Cəmilə xanım? Təşəkkür etməyə gəlmisiniz, ya təhqir?
– Qarşında xəcalətliyəm, qızım.
– Qızım? Əvvəl küçə qızı, əxlaqsız deyirdiniz. İndi qızınız oldum?
– Peşmanam. Başa düşəndə ki, oğlumun əslində xoşbəxtliyi sən olmusan, peşmanam.
– Təkcə bunun üçün peşmansınız? Bəs, Mahmudu, fahişələri hara yazaq? Onları kimin üstünə ataq?
Cəmilə qorxusundan inkar etdi. – Mahmudu tanımıram. O kimdi?
– Oynamayın mənimlə. Sizin qarşınızda əvvəlki Fidan yoxdur. Nə isə..
Niyə gəlmisiz?
Cəmilə ağladı – Oğlum üçün. Oğlum bədbəxtdi. Ahın tutdu bizləri, bədbəxt olduq.
– Sizi mənim ahım tutmayıb. Pis əməllərinizdir, qarşınıza çıxıbdı. Təkcə sənə qarğış etmişdim , Cəmilə xanım, ahım təkcə sənə idi.
– Ananın elə ən böyük cəzası balasıdır.- Cəmilə göz yaşlarını saxlaya bilmədi.
Fidan Cəmilənin göz yaşlarına dayana bilmədi, ürəyi yumşaldı.
– Səfər, yəni oğlunuz indi necədir?
– Şükür qızım, yaxşıdır. Dünən gecə ayıldı elə. Qayıt oğluma,qızım, qayıt.
– Nə danışırsız? Mənim ailəm var, oğlum var. Gəlininiz var. Nə isə…Sözünüz yoxdursa gedə bilərsiz.
– Sağ ol ki, məni qapından qovmadın. Çox sağ ol.
Cəmilə ağlaya-ağlaya asta addımlarla evdən çıxdı.
Eldar axşam evə gələndə artıq Rəşadla Təhminə şam yeməyi üçün getmişdilər. Eldar Fidanla soyuq görüşüb oğlunun otağına keçdi. Fidan süfrəni hazırlayırdı.
Fidan – bacarsan yatızdır.
Eldar körpəni qucağında “lay-lay” oxuya-oxuya yatızdırırdı. Fidan otağa gəlib, səsini qısaraq deyirdi.
– Yatır? Eldar baxışlarıyla cavab verib təsdiqlədi.
Fidan – Lap yaxşı, süfrə hazırdır,gözləyirəm.
Fidan qonaq otağına gəldi. Çox keçmədi, Eldar da gəldi. Süfrəyə tərəf baxmadı, divanda əyləşib televizoru yandırdı. Fidan Eldarın hərəkətlərinə pərt oldu.
– İndi bu nədi?
– İştahım yoxdu.
– Sənin üçün hazırlamışam. Ən sevdiyin yeməyi bişirmişəm.
– Zəhmət çəkmisən. Gərək telefonda soruşaydın.
– Səni başa düşmürəm, səhər başqa cür olursan, axşam başqa cür.
– Mən də səni başa düşmürəm. Bir tərəfdən Səfəri unutmuşam, nifrət edirəm deyirsən, bir tərəfdən də qan verirsən. Qan lazım olduğunu hardan bildin? Mənə söz vermişdin, evli olduğumuz müddət mənə xəyanət etməyəcəkdin.
– Mən sənə heç vaxt xəyanət etməmişəm. Həmişə sadiq qalmışam.
– Onda keçmiş nişanlına qan lazım olduğunu hardan bildin?
– Xəbərlərdən. – Hə də..Elan verdilər ki,qan lazımdır. Təsadüfə bax ki, hamıdan əvvəl sən vermisən. Məqsədin nədi Fidan?
– Nə məqsədim ola bilər? Çalışıram doğrudan ailə olaq.
– Mənimlə, ya Səfərlə.
– Təhqir edirsən.
– Düz olsaydın, qanı Səfərə verdiyini əvvəlcəədən deyərdin. Arvadı səncə, təsadüfən evimizə gəlmişdi? Heç olmasa bu sualıma düz cavab ver. Nə vaxtdan görüşməyə başlamısız?
– Nə danışırsan? Nə görüşməyi? Düzdür, qan vermişəm, amma neçə ildi onu görmürəm.
– Daha danışmağın mənası yoxdur. Evə gələnəcən çox fikirləşmişəm.
– Nəyi?
– Boşansaq yaxşıdır. Sən məni sevən deyilsən. Münasibətimizi davam etdirməyin mənası yoxdur.
– Səni məni yarı yolda qoya bilmərsən.
Eldar Fidana yaxınlaşdı. Əliylə boğazını sıxdı, lakin boğmurdu. – Düz deyirsən. Gərək indi səni öldürəydim.
Fidan uşaq kimi ağladı – Sənə heç vaxt xəyanət etməmişəm. Əksinə, fikirləşirdim ki, əsl ailə ola bilərik
– Kəs səsini. Boşanırıq.
Ardı var…