Gördüklərim bildiklərimdən çox olanda
təssüflənirəm,
Heyrətimi gizləyən,
hər addımımı izləyən
qüruruma təəccüblənirəm.
Könülsüz səfərə çıxan
yolçular kimi,
Gülləni atıb peşiman olan
ovçular kimi;
Heç kəsdən kömək uma bilməyən
adamlara dönürəm,
Qaraçı köçündən qalmış
tonqal kimi
öz- özümə sönürəm.
Gecənin qaranlığında ,
ürəyimin bu nigaran çağında,
Qələmin ağırlığından,
Varaqların göz qamaşdıran
ağlığından
Qaçıb qısılmışam
qəlbimdə alışan
ümüd işığına.
Bu ümüddən doğulan
Ürəyimə yığılan
Təskinlik şahiddir
Sevinclə kədərin barışığına.
Qismətimin, taleyimin
uğuruna inanıram,
İnamsızlığa qalib gəlib həmişə
Ümiddən doğan İnam.