Bu-mən,bu-dərdlərim,bu da ki,liman;
görənlər danlayır: “Lap abartmışam…”,
hardasa sən məni unudan zaman,
sənin həsrətindən saç ağartmışam,
Sən-xürrəm,mən-dərdə,bəlaya gəlmiş,
hər kəs “Eşq barını” bir cür dərirmiş,
qızıl arzuların saçları gümüş,
bu cürə varlanıb,bu cür artmışam,
Bəxtimiz hardadı?–əlindən tutaq,
barı ağlamadan arabir yataq,
“Sevgi ümmanında” gəl,birgə bataq–
gəmini limana güclə dartmışam,
Həm bülbül biçarə,həm də qızıl gül,
aşiqdən əl çəkməz–dadansa müşkül!
daha nəvazişsiz durammır könül;
sən yara vurduqca,mən sağaltmışam,
“Eşqin ocağını” gözlə eşirəm,
bu ki,ömür deyil–gün dəyişirəm,
dinmir–yapışıram,çırpır-düşürəm;
baxtın ətəyinnən belə tutmuşam.
Ümidim “Eşq” adlı yalanda nənim,
duymazsan, gözlərim dolanda mənim,
açılan da mənim,solan da mənim,
“Sevgi məzarını” gülə tutmuşam,
Atdığım “Eşq oxu” əyri gedirmiş,
bəlkə də Fələyin gözünə girmiş?
“Məhəbbət ümmanı” geniş deyilmiş,
sıninlə tutmazdı,tənha batmışam…