
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Damdan yıxılan ayrıdı,
Bacadan düşən bir başqa.
Alcaqlar alçaqdan düşər,
Ucadan düşən bir başqa.
İz varsa, üstə iz düşər,
Gec ya tez düşər, döz, düşər.
Hər ağızdan bir söz düşər,
Hocadan düşən bir başqa.
Candan şaxta, ayaz çıxmaz,
Bu gedişlə bu yaz çıxmaz.
Düz çıxar, əyri paz çıxmaz,
Haçadan düşən bir başqa.
Namərdlər gözdən yıxılar,
Çörəkdən, duzdan yıxılar.
Naşı əruzdan yıxılar,
Hecadan düşən bir başqa.
Hayqır, kükrə, əs, dinsə, heç…
Barmağını kəs, dinsə, heç…
Haqq-salamı kəsdinsə, heç,
Heç, adam, düşən bir başqa..
Bir cavab yazın