Nə kökü dərindədir,
Nə möhkəm gövdəsi var.
Nə meyvə gətirəndir,
Nə də ki, kölgəsi var.
Nə fərqi, yanındakı
Payıd, ya qovaq olsun;
Bircə onu düşünür-
Sarınıb qalxmaq üçün
Təki bir dayaq olsun.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.